Microsoft Word Bir omrun rapsodiyasi doc



Yüklə 6,25 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix25.06.2018
ölçüsü6,25 Kb.
#51337
  1   2   3   4   5   6   7   8   9   ...   57


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      

 
 
 
NİZAMİ TAĞISOY: 
 
BİR ÖMRÜN  
RAPSODİYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2010 
 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
2
        
Tərtib edənlər:  
 
Heydər Cəfərov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Ümumi pedaqogika kafedrasının dosenti,  
pedaqoji elmlər namizədi 
 
Şəbnəm Məmmədova  
Bakı Qızlar Universiteti Pedaqogika və  
Psixologiya kafedrasının müəllimi 
 
Elmi redaktorlar:    
Ağarəhim Rəhimov  
Bakı Qızlar Universitetinin rektoru,  
pedaqoji elmlər doktoru, professor 
 
Rüstəm Rəsulov 
Bakı Slavyan Universiteti “Folklor 
araşdırmaları” elmi-tədqiqat 
laboratoriyasının müdiri,  
filologiya elmləri namizədi, dosent 
 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası / tərt.ed.: H.Cəfərov, 
Ş.Məmmədova. – Bakı: Mütərcim, 2010. – 240 səh.  
 
Tanınmış alim, türkoloq, folklorşünas, ədəbiyyatşünas, tərcümə nəzəriy-
yəçisi, tərcüməçi, şair-tənqidçi, filologiya elmləri doktoru, professor Nizami Tağı-
soyun (Nizami Tağı oğlu Məmmədovun) anadan olmasının 60 illik yubileyinə həsr 
olunmuş bu kitab onun yaxınları və dostları tərəfindən araya-ərsəyə gətirilmişdir. 
Kitabda mənalı, zəngin və keşməkeşli ömür yolu keçmiş Nizami Tağısoyun həyatı-
nın müxtəlif məqamları, fraqmentləri, elmi-bədii yaradıcılığı, pedaqoji və tərcü-
məçilik fəaliyyəti, dərslik, dərs vəsaitləri və proqramları, ədəbi komparativistika 
müstəvisində apardığı araşdırmaları, yaradıcı portreti Azərbaycan alimləri, yazı-
çıları, tənqidçiləri, jurnalistləri, həmkarları, dost-tanışları  və b. tərəfindən dilə 
gətirilməklə, bu yorulmaz insanın həyat və fəaliyyətinin müxtəlif tərəflərini çevrə-
ləyir, onun alim şəxsiyyəti haqqında adekvat təsəvvür yaradır. 
Kitab geniş oxucu kütləsinə ünvanlanmışdır.   
 

026
4702060000
 59-10 
 
 
 © H.Cəfərov, Ş.Məmmədova, 2010 
 


Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
  
      

 
 
I BÖLMƏ 
 
Nizami Tağısoyun həyat və fəaliyyətinin  
fraqmentləri 
 
 
 
    
Türkoloq, folklorşünas,  ədəbiyyatşünas, 
tərcümə nəzəriyyəçisi, şair-tənqidçi, filolog-
iya elmləri doktoru, professor Nizami   Ta-
ğısoy (Nizami Tağı  oğlu Məmmədov)       
24 may 1950-ci ildə Azərbaycan Respub-
likası Ucar rayonunun Yuxarı  Şilyan kən-
dində anadan olmuşdur. Orta təhsilini 1967-
ci ildə doğma rayonda başa vurmuşdur. 
1968-1970-ci illərdə ordu sıralarında 
xidmət etmişdir. 
Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pe-
daqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı fa-
kültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərqlənmə diplo-
mu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili 
və ədəbiyyatı müəllimi işləmişdir. Hələ məktəb illərində divar qəze-
tində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və mə-
qalələri dərc olunmuşdur. 
Kənd məktəbində işləyə-işləyə təhsil aldığı institutun aspiran-
turasına («Sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabi-
qə yolu ilə qəbul olmuşdur. 1980-1984-cü illərdə aspiranturada təh-
sil ala-ala ədəbi  əlaqələr problemi ilə  məşğul olmuş, 1986-cı ildə 
«Səməd Vurğun pyeslərinin rus tərcümələri və  səhnə  təcəssümü» 
mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə 
edərək alimlik dərəcəsi almışdır. 
Nizami Tağısoy: Bir ömrün rapsodiyası 
 
4
1984-cü ildən Bakı Slavyan Universitetində (keçmiş 
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı 
İnstitutu) çalışır. Təhsil aldığı institutda laborantlıqdan professora 
qədər ziqzaqlı, çətin, lakin şərəfli elmi-pedaqoji yol keçmişdir. 
Göstərilən dövrdən «XX əsr rus ədəbiyyatı», «Türk xalqları 
ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı» fənlərindən rus və Azərbay-
can bölmələrində mühazirələr oxuyur, kurs işləri, buraxılış  işləri, 
magistr, namizədlik dissertasiyalarına rəhbərlik etmiş və etməkdədir. 
1990-1992-ci illərdə doktoranturada olmuş «XX əsr rus poezi-
yası Azərbaycan tərcümələrində» mövzusunda doktorluq dissertasi-
yası üzərində  işləmiş, 1992-ci ildə onu doktorantura müddəti başa 
çatmazdan öncə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri 
doktoru elmi dərəcəsini almışdır. 
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında 
Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor diplomu ve-
rilmiş  və Bakı Slavyan Universitetinin professoru vəzifəsinə seçil-
mişdir. 
1995-1997-ci illərdə Bakı Qızlar Universitetində (əvəllər Bakı 
Ali Pedaqodi Qızlar Seminariyası) «Azərbaycan dili və Ədəbiyyatı» 
kafedrasının müdiri, 1998-ci ildən Azərbaycan Beynəlxalq Univer-
sitetində «Rus dili və Ədəbiyyatı» kafedrasının müdiri vəzifələrində 
çalışmışdır. 
Nizami Tağısoy pedaqoji işlə yanaşı  məhsuldar elmi fəaliy-
yətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konf-
rans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet 
səhifələrində 300-ə  qədər müxtəlif məzmunlu məqalələri işıq üzü 
görmüşdür. 
Professor Nizami Tağısoyun elmi prioritetlərində tərcümə nə-
zəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnoge-
nezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, 
klassik və müasir ədəbiyyatı, ədəbiyatşünaslığın aktual problemləri, 
müasir  ədəbi proses və s. istiqamətlər uğurla işlənməkdədir. Mo-
noqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış 
müstəvisi ilə seçilir. 


Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə