Microsoft Word Birja-Dissert docx


Birja  kontraktlarının  i



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

41 

 

 11.Birja  kontraktlarının  işlənib  hazırlanması.  Bunun  üçün  birja  torqlarının 

keyfiyyət  xarakteristikasına  irəli  sürülən  tələblər  standartlaşdırılır,  əmtəə 

partiyalarının  ölçüləri  standart  lotlara  ayrılır  və  birja  sövdələşmələri  üzrə 

hesablaşmalar üçün vahid tələblər hazırlanır. 

12.Sövdələşmələrin  yerinə  yetirilməsinə  təminatın  verilməsi.  Bunun  üçün 

birjalarda  klirinq  və  hesablaşmaların  birja  sistemi  tətbiq  edilir.  Birja 

iştirakçılarının qarşılıqlı tələb və öhdəliklərinin uçotunu qeyri – nəğd hesablaşma 

yolu ilə apararaq,onların icrasını təşkil edir. 



  13.Birjanın  informasiya  fəaliyyəti.  Bu  funksiyanı  yerinə  yetirmək  üçün 

birjalar  qiymətlərin  toplanmasını,  qeydiyyatını,  ümumiləşdirilməsini  və  öz 

müştərilərinə, habelə digər maraqlı təşkilatlara çatdırılmasını təşkil edir. 

 

 



 

 

 


FƏSIL II. AZƏRBAYCANDA ƏMTƏƏ BIRJALARININ MÜASIR         

                 VƏZIYYƏTININ TƏHLILI 

 

2.1. Əmtəə birjalarında həyata keçirilən real əməliyyatların təşkili  

xüsusiyyətləri 

 

nkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əvvəlcə real əmtəə birjası yaratmaq 

məqsədəuyğun  sayılır.  Bura  istehsalçılar,  istehlakçılar,  assosasiyaların  və  əmtəə 

satıcılarının  yayıldığı  bir  mərkəz  ola  bilər.  Birja  əmtəə  bazarlarındakı  vəziyyət 

haqqında  məlumat  mərkəzinə  çevrilə  bilər  və  lazım  olan  kommersant  kadrların 

hazırlanmasına kömək edər, kommersiya mübahisələrini nizamlayar. Ən başlıcası real 

ə

mtəə  birjaları  azad bazarda  tələb və təklifi  bir  yerdə  cəmləşdirər və  real qiymətləri 



formalaşdırar. O qiyməti qabaqcadan proqnozlaşdırmaq üçün unikal imkanlar yaradır. 

Ə

mtəə    birjalarının   fəaliyyət   göstərdikləri   ilk dövrlərdə   real  (mövcud   olan)  



ə

mtəə  birjaları  üstünlük  təşkil  edirdilər. Bu isə sövdələşmələrdən sonra əmtəələrin  

dərhal  və  mütləq    satışını    nəzərdə    tuturdu.  Bu  növ  sazişlər  onunla  tamamlanır  ki, 

faktiki  olaraq  mal  satıcıdan  alıcının  sərəncamına  keçir.  Başqa  sözlə  real  mal  üzrə  

saziş  birja  anbarlarının  hər  hansı  birində  real  malın  təhvil-təslimilə  başa  çatır.  Bu  o 

deməkdir  ki,  birjada  malı  satan  satıcı  anbarda  həmin  maldan  olduqda  və  öncədən 

müqavilədə göstərilmiş sazişi bağlayıb sata bilər. 

Mövcud  əmtəə  ilə  real  əməliyyatlar  əmtəələrin  birja  ərazisində,  birjaya  məxsus 

anbarlara  təhvil  verilməklə  alqı-satqısını  nəzərdə  tutur.  Əmtəə  birjalarında  həyata 

keçirilən  real  əməliyyatların  təşkili  xüsusiyyətləri,  real  sazişlər  aşağıdakıları  əhatə 

edir:  

•  Tez çatdırmaqla real ticarət sazişləri (SPOT); 



•  Təxirə salınmaqla əmtəələrin göndərilməsi üzrə sazişlər (FORVARD). Bu 

da  öz  növbəsində  girov  qoymaqla,  mükafatlı,  sadə,  mürəkkəb,  bölünən, 

ikili mükafatlı forvard sazişlərinə ayrılır; 

•  Real əmtəələr üzrə barter sazişləri; 

•  Real əmtəələr üzrə şərtli sazişlər; 



43 

 

Tez çatdırmaqla real ticarət sazişləri (SPOT) – Əmtəələrin təcili göndərməklə 

bağlanması sazişlərinin əsas məqsədi əmtəələrin fiziki cəhətdən satıcılardan alıcılara 

təqdim  edilməsidir.  Spot  müqavilələri  bağlayan  satıcılar  2  həftə  ərzində  əmtəələri 

birja  anbarına  təhvil  verir  və  bunun  müqabilində  satıcıya  birja  anbarında  xüsusi 

şə

hadətnamə-varrant  təqdim  olunur.  Real  malın  satıcısı  həmin  malı  müqavilədə 



müəyyən  edilmiş  vaxt  ərzində  Birja  Komitəsi  tərəfindən  təsdiq  olunmuş  anbarların 

birinə göndərir.  

Varrant  birjanın  Hesablaşma  Palatasına  təqdim  etmək  üçün  verilir  və  özündə 

satılmış  əmtəənin  dəyərini  əks  etdirir.  O  varrantı  öz  bankında  saxlayır  və 

malgöndərmə vaxtı gəldikdə onu, yəni varrantı anbarda saxlanılan malın dəyərini və 

onun  sığorta  dəyərini  ödəmək  şərtilə  alıcıya  verir.  Alıcı  varrantı  alanda  əvəzində 

satıcıya malın dəyərini göstərən çek təqdim edir. Həmçinin varrantda birjaya təqdim 

edilmiş əmtəənin standart keyfiyyət xarakteristikası da əks öz əksini tapır.  

Malın  dəyəri  əmtəə  təqdim  edildiyi  zaman  və  ya  müqavilə  əsasında  sonradan 

ödənilə  bilər.  Müqavilənin  şərtləri  bağlandığı  anda  yerinə  yetirilir.  Bu  da  birjada 

qiymətlərin  dinamikası  ilə  oynamağa  imkan  vermir.  Real  əmtəə  alıcıları  alınmış 

ə

mtəələrin  və  müqavilələrin  dəyərinin  ödənildiyi,  əmtəələrin  keyfiyyət 



xarakteristikasının  əks  edildiyi,  sənədlərin  təqdim  edildiyi  Hesablaşma  Palatasına 

göndərilir.  Bundan  sonra  alıcı  aldığı  əmtəə  şəhadətnaməsini,  yəni  varrantı  təqdim 

etməklə əmtəəni birja anbarından təhvil alır. 

Bu  cür  sazişlər  alqı-satqı  əməliyyatları  üçün  daha  münasib  sayılır.  Təcili 

göndərməklə bağlanılan müqavilələrin (spot) şərtlərinə uyğun olaraq əmtəələr 1-5 gün 

ə

rzində alıcıya çatdırılmalıdır. 



Təxirə  salınmaqla əmtəələrin  göndərilməsi üzrə sazişlər (FORVARD)  – Bu 

cür  sazişlərdə  qaşılıqlı  surətdə  real  əmtəələrin  təxirə  salınmaqla  göndərilməsi  üzrə 

öhdəliklər  yerinə  yetirilir.  Forvard  müqavilələri  əmtəələrin  göndərilməsi  təxirə 

salındığı  dövrdə  birjada  baş  verən  qiymət  dəyişiklikləri  zamanı  münasib  qiymətlə 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə