Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   ...   29

 

deməyə  əsas  verir  ki,  birjaların  formalaşması  mexanizminin  tədqiqi  və  inkişaf 



istiqamətlərinin müəyyənləşdirilməsi kifayət qədər aktual mövzudur.

 

Mövzunun  tədqiqinədünya  iqtisadçıları  müstəqil  və  olduqca  qiymətli  əsərlər  həsr 



etmişlər. Bu baxımdan K. Fred Berqştenin, O. Davannın, eləcə də Pyer Jakın əsərləri qeyd 

oluna  bilər.  Həmçinin,  ölkəmizdə  qardaş  Türkiyə  Respublikasının  təcrübəsindən  geniş 

istifadə  edildiyini  nəzərə  alsaq,  mövzu  ilə  əlaqədar  türk  iqtisadçıları  N.  Aydının,  M. 

Qaracanın və digərlərinin müəllifi olduğu “Birjaların təşkilati quruluşu və fəaliyyəti” əsəri, 

eləcə  də  A.  Budaq  və  Ö.  Çikotun  “Dünyada  birja  şirkətləşmələri,  satın  alma  və 

birləşmələri”  adlı  əsərini  xüsusi  qeyd  etmək  olar.  Adları  çəkilən  əsərlərdən  bu 

dissertasiyanın  yazılmasında  da  istifadə  olunmuşdur.    Dissertasiyanın  mövzusu  ilə 

ə

laqədar  Azərbaycanlı  müəlliflərin  müstəqil  əsəri  mövcud  olmasa  da,  məsələn  fond 



birjalarının  idarəetmə  mexanizmi  haqqında  A.Kərimovun  “Qiymətli  kağızlar  bazarı” 

kitabında  və  həmçinin  əmtəə  birjalarının  fəaliyyətinin  tənzimlənməsi  haqqında  V. 

Niftullayevin “Sahibkarlığın əsasları” əsərində kifayət qədər dolğun məlumat verilmişdir. 

Bununla  belə  qeyd  olunmalıdır  ki,  bu  əsərlərdən  birjaların  tənzimlənməsi  ilə  əlaqədar 

nəzəri  biliklər  əldə  etmək  mümkün  olsa  da,  xüsusən  son  illərdə  dünya  birjalarında  baş 

verən bir sıra yeniliklərin tədqiqinə və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə 

dair tədqiqat əsərlərinə ölkəmizdə böyük ehtiyac vardır.   

 

Dissertasiyanın  məqsədi  və  vəzifələri  -      Dissertasiyanın  məqsədi  dünyada  və 

ölkəmizdə fəaliyyət göstərən əsas əmtəə birjalarının formalaşması mexanizminin tədqiqi və 

bu  sahədə  müəyyənləşdirilmiş  başlıca  inkişaf  istiqamətlərinin  təhlilindən  ibarətdir.      Bu 

məqsədə  nail  olmaq  üçün,  tədqiqatın  əsas    vəzifələri  olaraq  aşağıdakılar 

müəyyənləşdirilmişdir: 

1)

  Birjaların formalaşmasının makroiqtisadi konsepsiyada mövqeyinin və 



rolunun müəyyənləşdirilməsi;   

2)

  Birjaların formalaşması sahəsində əldə edilmiş nəzəri bilik və təcrübələrin 



oxucuya təqdim edilməsi; 


 

      3)  Birjaların  idarəedilməsinin  əsas  prinsip  və  metodlarının  tədqiqi  və  bu  sahədə 



dünya birjalarının strategiyalarındakı başlıca fərqlərin aşkarlanması; 

     4)  Birjaların  formalaşmasının  hüquqi  əsaslarını  təşkil  edən  qanunverici  və  digər 

normativ aktların öyrənilməsi; 

     5)  Son  illərdə  dünya  və  Azərbaycanda  əsas  birjaların  göstərdiyi  statistik 

göstəricilərin təhlili, birjaların tənzimlənmə siyasətinin həmin göstəricilərlə qarşılıqlı 

ə

laqəsinin öyrənilməsi; 



     6) Dünya birjalarında baş verən yeniliklərin təhlili və həmin proseslərin birjaların 

inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə olan təsirinin tədqiqi; 

     7)  Birjaların  inkişaf  perspektivlərinin  müəyyənləşdirilməsi  və  mövcud 

potensiallarından daha səmərəli istifadə yollarının araşdırılması; 

      8)    Dünyada  və  ölkəmizdə  birjaların  formalaşması  sahəsində  qarşıya  çıxan  əsas 

problemlər və onların həlli yollarının araşdırılması. 



   Tədqiqatın  obyekti  və  predmeti  –  Tədqiqatın  obyektini  birjaların  təşkilati 

quruluşu, idarəetmə iyerarxiyası, əsas normativ aktları və statistik göstəriciləri təşkil 

edir.  Dissertasiya  işinin  predmeti  isə,  adları  çəkilən  obyektlərin  tədqiqi  və  əlaqədar 

qarşılıqlı iqtisadi-hüquqi münasibətlərinin öyrənilməsindən ibarətdir.  



Tədqiqatın  informasiya  bazasını  –  mövzuya  aid  yerli  və  xarici  müəlliflərin 

ə

sərləri,  dünyanın  aparıcı  birjalarının  və  həmçinin  Bakı  Əmtəə  Birjasının  rəsmi 



saytları  və  digər  internet  resursları,  eləcə  də  müxtəlif  təyinatlı  qanunverici  və  digər 

normativ aktlar təşkil edir.   



      Tədqiqatın elmi yeniliyi  - Ötən əsrin 90-ci illərindən başlayaraq meydana 

çıxan  və  tədricən  dünyanın  bir  sıra  aparıcı  birjalarının  öz  maliyyə  çatışmazlıqlarını 

aradan  qaldırmaq  üçün  baş  vurduqları  əsas  metoda  çevrilən  birjaların  şirkətləşməsi 

prosesinin,  onların  qeyri-kommersiya  xarakterli  qurumlardan  kommersiya 

təşkilatlarına  və  mənfəət  məqsədli  açıq  tipli  səhmdar  cəmiyyətlərə  çevrilməsi 

fenomeninin  tədqiqi,  bu  prosesin  səbəblərinin  və  inkişaf  mərhələlərinin  




 

müəyyənləşdirilməsi  və  həmin  üsulun  ölkəmizdə  fəaliyyət  göstərən  birjalara  tətbiqi 



ehtimalının araşdırılması tədqiqatın elmi yeniliyini təşkil edir.   

ş

in  praktiki  əhəmiyyəti  -      Tədqiqat  işində  əldə  edilməsi  mümkün  olan  ən 

müasir  statistik  göstəricilərdən  istifadə  olunmuş  və  təhlil  edilmişdir.  Eyni  zamanda, 

son illərdə dünya birjalarında baş verən bir sıra yeniliklərdən – birjaların şirkətləşməsi 

və  ETT-in  nailiyyətlərinin  birja  ticarətinə  tətbiqi  nəticəsində  beynəlxalq  birja 

ticarətinin elektronlaşdırlması proseslərindən ətraflı bəhs olunmuşdur.  

Birjaların  formalaşması  sahəsində  dünya  ölkələrində  və  ölkəmizdə  qazanılan 

təcrübələr  öyrənilmiş,  əsas  fərqlər  müəyyənləşdirilmiş,  həmçinin  bu  sahədə 

Azərbaycanda olan çatışmazlıqlar və problemlər aşkarlanmış və onların mümkün həll 

yolları  haqqında  fikir  irəli  sürülmüşdür.  Bundan  əlavə,  dünya  ölkələrinin  bu  sahədə 

ə

ldə etdiyi nailiyyətlərin və uğurla tətbiq edilən yeni metodların yerli birjalara tətbiq 



edilməsinin mümkünlüyü araşdırılmışdır. 

ş

in  həcmi  və  strukturu  –  Dissertasiya  işi  bütövlükdə  üç  fəsil  və  doqquz 

paraqraf olmaqla, 99 səhifədən ibarətdir. Dissertasiyada   3sxem,  1 cədvəl və       5  

şə

kildən istifadə olunmuşdur. 



        şin  birinci  fəslində  birjaların  iqtisadiyyat  üçün  önəmi  onun  həyata 

keçirdiyi  funksiyalar  və  yerinə  yetirdiyi  vəzifələr  əsasında  araşdırılır  və  birjaların 

formalaşması  siyasətinin  iqtisadiyyatın  ümumi  idarəetmə  konsepsiyasındakı 

mövqeyinə  nəzər  yetirilir.  Həmçinin,  bu  fəsildə  birjaların  fəaliyyətinin 

idarəedilməsinin nəzəri və təşkilati-hüquqi əsasları tədqiq olunur.  

II  fəsildə 

Azərbaycanda  əmtəə  birjalarının  müasir  vəziyyətinin  təhlili 

aparılmaqla,əmtəə  birjalarında  həyata  keçirilən  real  əməliyyatların  təşkili  məsələləri 

tədqiq  edilərək,əmtəə  birjalarında  həyata  keçirilən  fyuçers  əməliyyatları  vəonların 

sığortalanmasının  təşkili  vəbirja  sövdələşmələri  üzrə  hesablaşma  qaydalar 

aparılmışdır.

 

       şin  son  fəslində  isə,  birjaların  formalaşması  sahəsində  qarşıya  çıxan 

problemlər  araşdırılır  və  bu  problemlərin  həlli  yollarına,  eləcə  də  tənzimlənmə 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə