Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   21   22   23   24   25   26   27   28   29

88 

 

ın London birjasının üzvlərinə etdiyi yekun təklif üzvlər tərəfindən rədd olunduqdan 



sonra, NASDAQ həmin səhmləri Dubay  Birjasına satmışdır.  

       qtisadi  göstəricilərinə  görə  dünyada  ikinci  fond  birjası  hesab  olunan 

NASDAQ  da  şirkətləşmə  mərhələsindən  keçmişdir.  2000-ci  ilin  4  yanvarında 

NASDAQ kommersiya təşkilatına çevrilmişdir.  lkin mərhələdə NASDAQ özünün 24 

milyon  səhmini  260  milyon  dollar  qarşılığında  əsasən  üzvlərinə  təxsisli  olaraq 

satmışdır.  2000-ci  ilin  dekabrında  isə  şirkətin  40%-inin  səhmlərinin  satışı  açıq  elan 

edilmişdir.  3  may  2001-ci  il  tarixində  təqribən  12  milyon  səhmə  uyğun  gələn  hissə   

Hellman  &  Friedman  Capital  Partners  investisiya  fonduna  satılmışdır  və  bu  fond 

ş

irkətin 10%-ə qədərinə sahib olmuşdur. Bu mərhələlərin ardından NASDAQ 2005-ci 



ildə  öz  bazarında  kotirovkadan  keçmiş  və  hər  səhmi  9  dollardan  olmaqla,  17 

milyondan çox səhmini satışa çıxarmışdır. Nəticədə, şirkətin bazar dəyəri 767 milyon 

dollara yaxın olmuşdur. Sonrakı illərdə, NASDAQ Skandinaviyanın əsas birjası hesab 

olunan  OMX-i  Dubay  Birjası  ilə  anlaşması  çərçivəsində  97%  səhmini  almaqla,  ələ 

keçirmişdir.  Bu  hadisə  2008-ci  ildə  baş  vermiş  və  son  illərin  ən  önəmli  şirkət 

birləşmələrindən biri hesab olunmuşdur.  

      Birjaların  şirkətləşməsi  prosesi  sadəcə  fond  birjalarında  deyil,  dünyanın  bir 

sıra  aparıcı  əmtəə  birjalarında  da  müşahidə  edilməkdədir.  Məsələn,  Çikaqo  Ticarət 

Birjası belə birjalardandır. Əvvəllər qeyri-kommersiya məqsədli fəaliyyət göstərən bu 

birja  2000-ci  ildən  etibarən  artan  rəqabət  şəraitində  şirkətləşməyə  qərar  vermiş  və 

həmin  ilin  13  noyabrında  bu  prosesi  tamamlamışdır.  Sonralar  bu  prosesi  davam 

etdirən Çikaqo Ticarət Birjası 2002-ci ildə öz səhmlərinin bir hissəsinin satışını açıq 

elan  etməklə,  bu  sahədə  ilk  belə  ABŞ  birjası  olmuşdur.    2002-ci  ilin  6  dekabrında 

ş

irkətin  təqribən  15%-lik  səhmləri  hər  biri  33  dollardan  Nyu-York  fond  birjasında 



satışa  çıxarılmışdır.  Həmin  dönəmin  üçün  birjanın  ümumi  bazar  dəyəri  1,1  milyard 

dollar  olaraq  qiymətləndirilirdi.  2007-ci  ildə  Çikaqo  Ticarət  Birjası  Çikaqo  Ticarət 

Palatasını da 11 milyard dollar müqabilində özünə birləşdirməyə nail olmuşdur.  



89 

 

     Ölkəmizdə  də  birjaların  şirkətləşməsi  və  kommersiya  xarakterli  təşkilatlara 



çevrilməsi  gündəmdədir və  bu  sahədə  bir  sıra  işlər  görülmüşdür.  Respublika  Əmtəə 

Birjasının  mənfəət  məqsədli  kommersiya  təşkilatına  çevrilməsi  məsələsi  birjanın 

rəhbərliyi  və  müvafiq  dövlət  orqanları  səviyyəsində  müzakirə  olunur.  Əlbəttə,  bu 

məqsədlə  hələ öz həllini  gözləyən bir  sıra  problemlər də  mövcuddur, lakin  əmtəələr 

üzrə birja ticarətinin içində olduğu hazırki böhranlı vəziyyətdən mümkün çıxış yolları 

arasında məhz birjanın kommersiya xarakterli təşkilata çevrilməsi xüsusi qeyd olunur. 

Çünki  birjada  ticarətin  normal  fəaliyyət  göstərməsi  və  inkişaf  etdirilməsi  üçün,  o 

cümlədən gələcəyə hesablanmış və texnoloji imkanların artırılmasını nəzərdə tutan bir 

sıra  layihələrin  reallaşdırılması  üçün  kifayət  qədər  yüksək  maliyyə  vəsaiti  tələb 

olunur.  Həmin  vəsaitin  təmin  edilməsi  üçün  birjanın  struktur  dəyişikliyinə  gedəcəyi 

və mənfəət məqsədli təşkilata çevriləcəyi istisna edilmir.  

     Fond  bazarı  sahəsində  isə  vəziyyət  fərqlidir.  Bakı  Fond  Birjası  artıq 

kommersiya xarakterli birja kimi öz fəaliyyətini davam etdirir. Artıq birjanın səhmləri 

buraxılmış və üzvlər arasında paylanmışdır. Doğrudur, təşkilat hələ ki, qapalı səhmdar 

cəmiyyətidir  və  səhmlərin  alqı-satqısı  kənar  şəxslərə  açıq  deyil.  Lakin,  bu  hal 

ümumlikdə iqtisadiyyatımıza xas haldır, belə ki, ölkəmizdə faəliyyət göstərən bir çox 

korporasiyalar  (xüsusən,  strateji  əhəmiyyətli  təşkilatlar)  qapalı  tipli  səhmdar 

cəmiyyətlər şəklində faəliyyət göstərirlər. Lakin, qlobal iqtisadi sistemə inteqrasiyanın 

təsiri ilə, tezliklə BFB-in də açıq tipli səhmdar cəmiyyətə çevrilməsi mümkündür.  

     Son  illərdə  Azərbaycanda  fond  birjasının  faəliyyətinin  təkmilləşdirilməsi  və 

inkişafı məqsədi ilə, dövlət strukturları tərəfindən bir sıra mühüm addımlar atılmışdır.  

Bu  baxımdan,  16  may 2011-ci  ildə qəbul  edilmiş  “2011-2020-ci illərdə  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı”  dövlət  proqramı  qeyd  oluna 

bilər.  On  ilə  yaxın  bir  dövrü  əhatə  etməli  olan  bu  proqram  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğun 

təkmilləşdirilməsini,  iqtisadi  subyektlərə  və  əhaliyə  təqdim  olunan  maliyyə 




90 

 

xidmətlərinin  daha  da  genişləndirilməsini  nəzərdə  tutur.  Altı  əsas  başlıq  altında 



verilən tapşırıqlardan bir neçəsi aşağıda göstərilmişdir: 

    1)  Fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə 

uyğun  təkmilləşdirilməsi,  yeni  ticarət  sisteminin  tətbiqi  ilə  baza  və  törəmə  maliyyə 

alətlərinin ticarəti imkanlarının genişləndirilməsi; 

     2)  Qiymətli  kağızların  və  onlar  üzərində  hüquqların  qeydiyyatı  və  uçotu 

mexanizmlərinin sadələşdirilməsi; 

     3)    Dövlət  və  korporativ  qiymətli  kağızların  vahid  mərkəzi  depozitar 

sisteminin yaradılması; 

     4) 

 

Qiymətli 



kağızların 

girovla 


yüklənməsi 

prosedurlarının 

optimallaşdırılması və avtomatlaşdırılması; 

     5)  nvestisiya  şirkətlərinin  fəaliyyətini  tənzimləyən  zəruri  normativ  hüquqi 

bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi; 

     6)  Kiçik  və  orta  sahibkarlar  üçün  alternativ  birja  ticarəti  platformasının 

yaradılması,  onların  fond  bazarından  maliyyələşmə  imkanlarının  artırılması  və 

təşviqi; 

     7)  Qiymətli  kağızlar  bazarında  məlumatların  dəqiq,  dolğun  və  vaxtında 

açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması; 

     8)   Qiymətli kağızlar bazarı haqqında mütərəqqi beynəlxalq təcrübəyə uyğun 

yeni qanun layihəsinin hazırlanması və təqdim edilməsi; 

     9)    nvestorların hüquqlarının səmərəli müdafiəsi sisteminin yaradılması; 

    10)  Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  lisenziyalaşdırılması 

prosedurlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və s.  

      Artıq proqramın qəbulundan iki ildən çox vaxt ötmüşdür. QKDK və BFB-in 

mütəxəssisləri  verilən  tapşırıqların  effektiv  yerinə  yetirilməsi  üçün  bir  sıra  işlər 

görmüşlər. Məsələn, birja ticarətinin elektronlaşdırılması istiqamətində ciddi addımlar 

atılmış,  dövlət  və  korporativ  qiymətli  kağızların  vahid  mərkəzi  depozitar  sisteminin 

yaradılması  üzrə  əhatəli  Tədbirlər  Planı  hazırlanmış  və  maraqlı  tərəflərlə  (Maliyyə 




91 

 

Nazirliyi,  Mərkəzi  Bank,  Bakı  Fond  Birjası  (BFB),  Milli  Depozit  Mərkəzi  (MDM), 



brokerlər  və  digər  tərəfdaşlar)  müzakirə  edilərək  təsdiq  edilmişdir.  Kiçik  və  orta 

sahibkarlar üçün alternativ birja ticarəti sistemlərinə dair qabaqcıl beynəlxalq təcrübə 

öyrənilmiş  və  yeni  ticarət  platformasının  Texniki  Tapşırığının  hazırlanmasına 

başlanılmışdır. 




NƏTICƏ VƏ TƏKLIFLƏR 

      Müasir dövrdə birjalar bazarın ən çağdaş və inkişaf etmiş forması kimi həm 

ayrı-ayrı ölkələrin, həm də bütövlükdə dünya iqtisadiyyatının səmərəli fəaliyyəti üçün 

ə

n mühüm struktur elementlərindən biri kimi çıxış edir.   Buna görə də istər birjalar 



bütövlükdə, istərsə də birjaların üzvləri, onların fəaliyyəti, onlar arasındakı qarşılıqlı 

münasibətlər,  ticarətin  gedişi,  eləcə  də  birjaların  fəaliyyətinin  tənzimlənməsi  daim 

diqqət  mərkəzində  saxlanmış  və  bu  məsələlərin  araşdırılması  və  tədqiq  edilməsi 

iqtisad  elminin  qarşısında  duran  mühüm  problemlərdən  biri  olmuşdur.    Bu  sahədə 

müxtəlif  ölkələrdən  olan  iqtisadçılara  məxsus  çoxsaylı  əsərlər  yazılmış  və  iqtisad 

elminə bəxş edilmişdir.  

     Qloballaşan  dünyada,  elementlərinin  bir-birinə  yüksək  inteqrasiya  etdiyi 

iqtisadi  sistemdə  hadisələrin  inkişaf  trayektoriyasını  proqnozlaşdırmaq  günü-gündən 

çətinləşir.  Dünya  bazarlarında  nüfuz  sahibi  olan  hər  hansı  bir  ölkənin  millli 

iqtisadiyyatında  ortaya  çıxan  problemlər  zəncirvari  effektlə  digər  əlaqədar  ölkələrin 

iqtisadiyyatına  və  bəzən  beləcə  bütövlükdə  dünya  iqtisadiyyatına  öz  təsirini  göstərə 

bilir.    ABŞ-ın  ipoteka  bazarından  başlayaraq,  fond  birjalarına  keçən  və  beləliklə, 

bütün  dünyada    2008-2012-ci  illər  aralığında  tüğyan  edən  qlobal  maliyyə  böhranı 

buna bariz sübutdur. Bu isə, dünya iqtisadçılarını, mütəxəssisləri daim məcbur edir ki, 

birjaların  idarəedilmə  və  nəzarətdə  saxlanma  mexanizmini  təkmilləşdirsinlər  və 

bununla  da,  iqtisadi  sistemi  ortaya  çıxa  biləcək  problemlərdən  mümkün  qədər   

sığortalasınlar.  

      Beləliklə,  biz  bu  dissertasiya  işində  həm  əmtəə  birjaların  idarəetmə 

mexanizminin  nəzəri  və  hüquqi  əsasları  ilə  tanış  olduq,  həm  də  belə  tənzimlənmə 

metodlarının  tətbiqinin  praktiki  nəticələrinə,  dünyada  və  Azərbaycanda  mövcud 

nümunələrinə  nəzər  yetirdik.  Bununla  yanaşı,  biz  dünya  bazarlarında  son  iyirmi  il 

ə

rzində 



baş 

verən 


köklü 

dəyişikliklərdən 

– 

birja 


ticarətinin 

tam 


elektronlaşdırılmasından, bir sıra nəhəng birjaların vahid strukturda birləşmələrindən 

və eləcə də, əksər iri birjaların qeyri-kommersiya xarakterli təşkilatlardan kommersiya 




93 

 

məqsədli,  açıq  səhmdar  cəmiyyət    tipli  şirkətlərə  çevrilməsindən  bəhs  etdik,  həmin 



yeniliklərin səbəbləri və inkişaf  xarakteristikaları haqqında məlumat verdik. 

     Həmçinin,  biz  bu  dissertasiya  işində  Azərbaycanda  birja  ticarətinin  mövcud 

vəziyyətini  araşdırdıq,  xüsusilə  Bakı  Əmtəə  Birjasının  simasında  ölkəmizdə  birja 

tənzimlənməsi  sahəsində  qazanılmış  mövcud  bilik  və  təcrübələr  haqqında  oxucuya 

məlumat verdik.  

      Ölkəmizdə  birja  ticarətini  təhlil  etdikdə,  belə  nəticəyə  gəldik  ki,  qısa 

müddətdə  əldə  edilən  bir  sıra  uğurlar  diqqətə  layiq  olsa  da,  hələ  bu  sahədə  bir  sıra 

boşluqlar və çatışmazlıqlar qalmaqdadır. Fikrimizcə, ölkəmizdə birja ticarətini dünya 

standartlarına  çatdırmaq  məqsədi  ilə,  aşağıdakı  tədbirləri  həyata  keçirmək  məqsədə 

uyğun olardı: 

      1)    Respublika  Əmtəə  Birjasında  elektron  ticarət  sisteminə  tam  keçid 

edilməli, bu sahədə olan hazırki boşluq aradan qaldırılmalıdır; 

      2)  RƏB-də  struktur  dəyişikliyi  edilməli,  ən  azı  ilkin  mərhələdə  birja  qeyri-

kommersiya tipli qurumdan kommersiya xarakterli təşkilata çevrilməlidir. Qeyd edək 

ki,  bu  variant  hal-hazırda  birja  rəhbərliyi  və  müvafiq  dövlət  strukturları  arasında 

müzakirə mövzusudur; 

      3)    RƏB-in  faəliyyətini  tənzimləyən  normativ  aktlara  yenidən  baxılmalı  və 

təkmilləşdirilməli,  əgər  birjada  struktur  dəyişikliyi  olarsa,  müvafiq  düzəlişlər 

edilməlidir;  

      4)    Bakı  Fond  Birjasının  ticarət  sisteminin  elektronlaşdırılması  işləri  başa 

çatdırılmalıdır; 

      5)   BFB-in valyuta imkanlarını artırmaq məqsədi ilə, onun açıq tipli səhmdar 

cəmiyyətə çevrilməsi məsələsi müzakirə oluna bilər;   

      6)  BFB  anti-inhisar  siyasətinin  daha  effektiv  yerinə  yetirilməsi  və  azad 

rəqabətli bazar mühitinin formalaşdırılması məqsədi ilə, müvafiq dövlət orqanları ilə 

daha sıx əməkdaşlıq etməli, birgə tədbirlər planı hazırlamalı və icra etməlidir;  




94 

 

      7)      Hal-hazırda  BFB-də  əsas  ticarətçilər  banklardır.  Bu  baxımdan  xüsusilə 



ölkədə  olan  qapalı  tipli  iri  səhmdar  cəmiyyətlərin  açıq  tipli  təşkilatlara  çevrilməsi, 

onların  səhmlərinin  birjada  satışa  çıxarılması  ticarəti  canlandıra  bilər.  BFB  bununla 

bağlı müxtəlif təyinatlı işlər görməklə, həmin şirkətlərdə bu sahəyə marağı artıra bilər. 

Bu baxımdan hədəf kütlə kimi, ölkənin əsas istehsal və sənaye şirkətləri seçilə bilər; 

     8)  Əhalinin  sərbəst  pul  kütləsinin  cəlbi  məqsədi  ilə,  kütləvi  maarifləndirmə 

işləri aparıla bilər və s.  

     Beləliklə,  bizim  fikrimizcə,  yuxarıda  sadalanan  tədbirlər  eləcə  də,  bir  sıra 

digər  məqsədyönlü  işlər  görüləcəyi  təqdirdə,  istər  əmtəə,  istərsə  də  fond  birjalarının 

fəaliyyətində  irəliləyişə  nail  oluna,  əsas  statisik  göstəricilər  daha  da  yaxşılaşdırıla 

bilər və tədricən həmin birjaların səviyyəsini dünya standartlarına çatdırmaqla, onları 

nəinki  regionda,  eləcə  də  dünya  birjaları  sırasında  əsas  nüfuz  sahiblərindən  birinə 

çevirmək mümkündür. 

 

 

 



 

 

 



 

 

 



 

 



                                           ƏDƏBIYYAT SIYAHISI 

 

1.“Международные  товарные  биржи  и  биржевые  операции”,  М  Факт,1998 

вып

. 1,2.  


2. Л.В. Осипова.” Основа  комерческое  дейателъности”. Москва -2007 

3.Б. И. Синецкий  “Основы коммерчиеской деятелности» Москва, 1998 

4.Иващенко А.А. “Товарная биржа” М., “Международные отношения”,1991. 

5.К. А. Улыбин, И. С. Андрошино, “Брокер и биржа” Москва 1991. 

6. .Ə.Feyzullabəyli, E. . bişov “Beynəlxalq ticarət işi” Bakı 2001. 

7.“Birjaların təşkilati quruluşu və fəaliyyəti”. N.Aydın, M.Qaraca.  stanbul – 2012. 

8.“Qiymətli kağızlar bazarı”.  A.E.Kərimov, A.A.Babayev.  Bakı - 2003. 

9. “Sahibkarlığın əsasları”. V.Niftullayev. Bakı – 2002.  

10.  “ qtisadi  nəzəriyyə”.  T.S.  Vəliyev,  Ə.P.Babayev,  M.X.Meybullayev.  Bakı 

2001. 


11. “Dünyada birja şirkətləşmələri, satın alma və birləşmələri”. A.Budak, Ö.Çikot.  

     stanbul -   2011. 

12.  “Birjaların  təşkilati  quruluşu  və  fəaliyyəti”.  N.Aydın,  M.Qaraca.  stanbul  – 

2012. 


13.  K.P.Paşayev  və  başqaları:  Kommersiya  fəaliyyətinin  əsasları.  Dərslik,  Bakı-

2010  


14.Tofiq Məmmədov “Ticarətin təşkili və texnologiyası “  Dərs vəsaiti Bakı 2006 

15.Tağıyev A.H, Fərzəliyev S.A.    – Biznesin təşkili və idarə edilməsi . Sumqayıt -

2007 

16.M.Q.Ağamalıyev,  M.M.Məmmədrzayev  –Kommersiya  fəaliyyətinin  təşkili. 



Bakı-2004. 

 

 



 


96 

 

                                 Qanunlar və digər normativ aktlar: 



 

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı – 28  dekabr 1999-cu il. 

2.  “Əmtəə  birjası  haqqında  Azərbaycan  Respublikası  qanunu”.  Bakı  -  25  may 

1994-cü il. 

3. “Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunu”.  

    Bakı - 4 iyul 1998-ci il. 

4. “Bakı Fond Birjasında qiymətli kağızlarla ticarətin qaydaları”.  

    Bakı – 1 sentyabr 2003-cü il. 

 

                                                          nternet resursları: 



1. BFB.az – Bakı Fond Birjasının rəsmi saytı; 

2. NYSE.com – Nyu-York Fond Birjasının rəsmi saytı; 

3. londonstockexchange.com – London Fond Birjasının rəsmi saytı; 

4. tse.or.jp – Tokyo Fond Birjasının rəsmi saytı; 

5. nyx.com – Euronext Fond Birjasının rəsmi saytı; 

6. world-stock-exchanges.net; 

7. az.wikipedia.org; 

8. tr.wikipedia.org; 

9. en.wikipedia.org. 

10.www.ypag.ru 

11.www.royal-futures.eu 

12.www.nymex.com 

13.www.birja.in-baku.com 

14. www.bse.az 

 

 




97 

 

РЕЗЮМЕ



 

 

На

  данный  момент,  динамика  процессов,  происходящих  на  мировых 



биржах

 и сложность прогнозированияпоследовательности событий, дает основу 

говорить

,  что  применение  механизма  регулирования  бирж  и  определение 

направлений

  развития  -  достаточно  актуальная  тема.  В  этой  диссертации  был 

рассмотрен

  механизм  урегулирования  бирж,  была  исследована  ее  теоретико-

методологическая

  и  юридическая база,  а    также читателю  будут  представлены  

накопленный

  опыт  нашей  страны  и  мировой  опыт  в  направлении  решения 

проблем

 в этой области. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




98 

 

SUMMARY 



 

Currently,  the  dynamics  of  the  processes  taking  place  in  the  world  exchange 

markets and the difficulty of forecasting the flow of events give ground to say that the 

research  of  mechanism  regulating  exchanges  and  determining  the  direction  of 

development  is  quite  topical  issue.  In  this  dissertation,  the  mechanism  regulating 

exchanges  will  be  considered,its  theoretical-methodological  and  legal  basis  will  be 

investigated andexperience gained in our country, as well as in the world on solving 

the problems encountered in this field will be presented to the reader. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə