Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   ...   29

16 

 

I.  Respublika  əmtəə  bazarının  genişləndirilməsi,  onların  səlahiyyətlərinin 



çoxalması, yarmarka və sərgilərin təşkilində dövlət sənaye-ticarət palatası ilə bərabər 

respublikanın sosial-iqtisadi Nazirliyi də hərtərəfli köməklik göstərməlidir. 

II.  Əmtəə  bazarının  inkişafında  və  xarici  ticarət  əməliyyatlarının 

genişləndirilməsində respublikada mövcud olan dövlət bankları, kommersiya bankları 

və  həmçinin  digər  banklar  borc-kreditlərin(investisiyalar)  aşağı  %-lə  verilməsi  və 

girovların qoyulması nisbətən sadələşdirilməlidir. 

III.  Yerli  sahibkarların  inkişafını  nəzərə  alaraq  idxal  əməliyyatlarının  daxili 

bazarın tələbatına uyğun olaraq müəyyən edilməlidir. 

IV. Özəl sektorların xüsusən kənd təsərrüfatı məhsullarının ixracını nəzərə alaraq 

vergi və gömrük tariflərinin təkmilləşdirilməsi məqsədəuyğun olardı. 

V.  Xarici  vətəndaşların  respublikanın  hüquqi  və  fiziki  şəxslərlə  müştərək 

müəssisələrin  yaradılmasında  respublikanın  birja  fəaliyyətinin  həlledici  rolunun 

denişləndirilməsi üçün dövlət təminatı verilməlidir. 

Azərbaycan  Respublikasında  da  müvafiq  qanunvericiliyə  əsasən  birja  fəaliyyəti 

möcuddur.  Lakin  bir  sıra  birjaların  (xüsusilə  əmtəə    birjalarının)  fəaliyyətini  yox 

dərəcəsindədir.  Milli  bazar  baxımından  nisbətən  inkişaf  etmiş  birjalara  Bakı 

banklararası  valyuta  birjası  ticarət  proseslərində  beynəlxalq  səviyyəli  əməliyyatların 

da mühüm yer tutacağı proqnozlaşdırılır. 

  Beləliklə,  müasir  dövrdə  birjalarsız  bazar  infrastrukturunu  təsəvvür  etmək 

mümkün  deyildir.  Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar,  bazar  münasibətlərinin 

formalaşması  və  yeni  mexanizmlərin  yaradılması  əsas  tələblərdən  biridir.  Eyni 

zamanda  hazırda  birjalar  beynəlxalq  ticarət  mərkəzinə  çevrilmişdir.  Birjaların 

beynəlxalq ticarətdəki payı ildən-ilə artmaqdadır. 

 

 



 

 


17 

 

  1.2. Birjaların formalaşmasının nəzəri-metodoloji əsasları 

Birjaların  formalaşması  mürəkkəb  nəzəri-metodoloji  əsaslara  malikdir.  Hər  bir 

birja növünün fəaliyyətinin formalaşması özünəməxsus xüsusiyyətlərlə səciyyələndiyi 

üçün, bu fəaliyyət növlərinin mahiyyətində və həyata keçirilməsi üsullarında müəyyən 

fərqlər  ortaya  çıxır,  lakin  bir  sıra  ümumi  müddəaları  birjaların  bütün  növlərinə  və 

onların idarə edilməsinə aid etmək mümkündür.     

       Birjalar və onların daxil olduğu milli və beynəlxalq bazarlar çox mürəkkəb 

və  dinamik  quruluşa  malik  olduğundan,  onların  səmərəli  idarə  olunmasının  təmin 

edilməsi  bütövlükdə  bazar  iqtisadiyyatınının  ahəngdar  fəaliyyətinin  mühüm 

şə

rtlərindən  biridir.  Belə  formalaşma    fəaliyyəti  özü  də  konkret  üsul  və  metodların 



məcmusu olan müstəqil sistem və yarımsistemlər şəklində təzahür edir.  

        qtisadi ədəbiyyatlarda birjaların formalaşması sistemini müxtəlif aspektlərə 

ə

sasən  fərqli  yarımsistemlərə  bölürlər.  Məsələn,  fəaliyyətinin  mahiyyətinə  görə    bu 



sistem  funksional,  texniki  (klirinq-hesablaşma,  depozitar,  qeydiyyat,  informasiya 

şə

bəkəsi)  və  təşkilati  (idarəetmə  texnologiyaları)  yarımsistemlərə,  idarəetmə 



quruluşuna görə isə idarəedici və idarəedilən yarımsistemlərə bölünür.  

       darəedici yarımsistemə aşağıdakılar aiddir: 

-

  Bazarda məqsədyönlü fəaliyyət (qanunvericilik, qeydiyyat, lisenziya, 



nəzarət) göstərən dövlət orqanları və özünütənzimləmə təşkilatları; 

-

  qanunvericilik  infrastrukturu,  yəni  birjalara  aid  edilən  normativ 



sənədlər (əsasən birja əmtəə və predmetlərinə aid qanunvericilik aktları); 

-

  Bazarın  etikası  (birjanın  özünütənzimləmə  təşkilatları  tərəfindən 



qəbul olunan aparılma qaydaları); 

-

  adət və ənənələr.  



       darəedilən  yarımsistem  isə  bazarın  yuxarıda  qeyd  edilən  funksional,  texniki  və 

təşkilati infrastrukturundan ibarətdir ( bax: şəkil1.)  

 



18 

 

 



 

 

 



Şə

kil 1. Birjaların fəaliyyətlərinin formalaşması və tənzimlənməsi sistemi 

Birjaların  idarəedilməsi  sisteminin  başlıca  məqsədi  birjaların  sabitliyinin, 

tarazlığının və səmərəliliyinin təmin edilməsidir. Bu məqsədlə, bazarın tənzimlənməsi 

mexanizmi idarəedici subyektlər tərəfindən müəyyənləşdirilir və detallar razılaşdırılır, 

eyni  zamanda  isə  həmin  mexanizmin  tətbiqinin  əsas  metod  və  üslubları 

aydınlaşdırılır.  Birjaların  tənzimlənmə  mexanizminə  idarəetmə  vasitələri,  normativ, 

hüquqi və informasiya təminatı daxildir.    

      Dövlət tənzimlənməsi ilk növbədə hüquqi-normativ aktlara əsaslanır. Hüquqi 

təminat  qanunvericilik  aktları,  fərmanlar,  qərarlar,  sərəncamlar  və  idarəetmə 

İdarəedici 

yarımsistem

Dövlət orqanları

Birjanın 

özünütənzimləmə 

təşkilatları

Etik normalar və 

adət-ənənələr

İdarəedilən 

yarımsistem

Birjaların 

funksional 

infrastrukturu

Birjaların texniki 

infrastrukturu

Birjaların 

təşkilati 

infrastrukturu



19 

 

orqanlarının  digər  hüquqi  sənədlərini  əhatə  edir.  Normativ  təminata  təlimatlar, 



normativlər, normalar, metodik göstərişlər və izahatlar, həmçinin peşəkar iştirakçıları 

təşkilatlarının  təsdiq  etdiyi  qaydalar  aiddir.  nformasiya  təminatına  müxtəlif  növ 

iqtisadi, kommersiya, maliyyə və s. informasiyalar daxildir.  

       Ölkəmizdə birjaların tənzimlənməsinə dair əsas hüquqi-normativ aktlar həm 

ə

mtəə  birjalarının,  həm  də  fond  birjasının  fəaliyyətini  tənzimləyir.  Azərbaycanda 



qiymətli  kağızlar  bazarının  və  fond  birjalarının  dövlət  tənzimlənməsi  üzrə  başlıca 

sənədlərlə  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsini,  “  Qiymətli  Kağızlar 

haqqında”,  “Səhmdar  Cəmiyyətləri  haqqında”,  “ nvestisiya  fondları  haqqında”  və  b. 

qanunları,  QKDK-nın  normativ  sənədlərini  aid  etmək  olar.  Əmtəə  birjalarının 

fəaliyyətinin tənzimlənməsinə isə, Mülki Məcəllə, “Əmtəə birjaları haqqında” qanun 

və digər qanunverici aktlar aiddir.  

Dövlət  əmtəə  bazarının  formalaşdırılmasında  və  inkişaf  etdirilməsində  bir  sıra 

mühüm funksiyaları yerinə yetirir: 

      1)    Dövlət  əmtəə  birjalarının  təşkilini  və  inkişafını  nəzərdə  tutan 

konsepsiyaların hazırlanmasına və icra edilməsinə nəzarət edir və birbaşa cavabdehlik 

daşıyır; 

      2)      Qanunvericilik  aktlarının  hazırlanmasını  və  həyata  keçirilməsini  təmin 

edir; 

      3)  Maliyyə vasitələrinə məcmu tələbi ödəmək üçün dövlət və özəl resursları 



səfərbər edir və bu prosesdə birbaşa və ya dolayı yolla iştirak edir; 

      4)    Bazarın maliyyə sabitliyi və təhlükəsizliyinə nəzarət edir; 

      5)  Birjaların normal fəaliyyət göstərməsi üçün müvafiq normativ aktları və 

normaları müəyyənləşdirir və ya bu prosesin yerinə yetirilməsinə nəzarət edir, həmin 

normalara əməl edilməsini təmin edir, kənarlaşmalar zamanı isə müvafiq sanksiyaları 

tətbiq edir; 

    6)  Birjalar  və  onların  iştirakçıları  haqqında  lazımi  informasiyanın  əldə 

edilməsi üçün açıq informasiya sistemini formalaşdırır; 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə