Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   10   ...   29

20 

 

     7)    nvestorların  itkilərdən  mühafizə  edilməsi  məqsədi  ilə,  iştirakçıların 



dövlət, özəl və qarışıq sığortalanmasının təmin edilməsini təşkil edir;     

     8) Əmtəə birjası və bazarın digər iştirakçılarının qeydiyyatdan keçmiş qayda 

və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mübahisələrdə arbitrajı həyata keçirir; 

     9) Dövlət tənzimlənməsinin digər istiqamətləri ilə uzlaşmanı təmin edir; 

    10)  Birbaşa  və  dolayı  tənzimlənmənin  əsas  üsullarından  biri  kimi 

vergiqoymadan istifadə edir. 

     Dünya  iqtisadi  ədəbiyyatlarında  birjaların,  o  cümlədən  əmtəə  birjalarının 

fəaliyyətlərinin  tənzimlənməsində  müxtəlif  modellər  bir-birindən  fərqləndirilir. 

Məsələn,  ABŞ  modeli,  Britaniya  modeli,  Almaniya  modeli,  Fransa  modeli  və  s.  Bu 

modellər  əsasən  dövlətin  ümumi  tənzimləmədə  payının  nisbətindən  və  iştirak 

payından,  dövlət  və  özəl  təşkilatların  idarəetmə  fəaliyyətlərinin  nisbətindən  asılı 

olaraq, bir-birindən fərqlənir.  

      Dövlət  orqanlarının  əsas  söz  sahibi  olduğu  modellərdə  birjaların 

fəaliyyətində  üzərində  dövlətin  sıx  nəzarəti  və  hətta  bir  sıra  hallarda,  onların 

idarəedilməsinin  dövlət  tərəfindən  həyata  keçirilməsi  müşahidə  olunur.    Nəzarət, 

yoxlama  qaydalarının  müəyyən  edilməsi  üzrə  səlahiyyətlərin  kiçik  qismini  dövlət 

qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə həvalə edir.  

      Digər  qisim  modellərdə  isə,  dövlətin  fəaliyyət  dairəsi  məhdudlaşdırılmış, 

ə

vəzində özünü idarəetmə təşkilatlarının səlahiyyətləri genişləndirilmişdir. Nəzarətin 



təşkili  və  həyata  keçirilməsində  əsas  məsələ  sərt  göstərişlər  deyil,  razılaşma  və 

danışıqlara əsaslanır.  

      XX əsrin ortalarına doğru bir sıra ölkələrdə birjaların idarə edilməsi məqsədi 

ilə xüsusi qurumlar və komissiyalar təşkil olunmağa başlandı. Məsələn, Fransada fond 

birjalarına Maliyyə Nazirliyi cavabdehlik daşıdığı halda, Almaniya, Belçika, Avstriya 

kimi  ölkələrdə  bu  funksiyanı  Mərkəzi  Bank  yerinə  yetirir.  Bununla  yanaşı  qeyd 

olunmalıdır ki, birjaların idarəetmə mexanizmi və tənzimlənmə yolları həmin ölkədə 

tətbiq olunan modelə və dövlətin iqtisadi idarəetmə strukturuna uyğunlaşdırılır.  




21 

 

      Azərbaycanda  birjaların  idarə  edilməsi  və  fəaliyyətlərinin  tənzimlənməsi 



modelində dövlət və dövlət qurumlarının xüsusi çəkisi hiss olunur. Bu baxımdan istər 

ayrı-ayrı  rəsmi  ixtisaslaşmış  qurumlar  (məsələn  QKDK  kimi),  istərsə  də  dövlət 

orqanları ( qtisadi  nkişaf  Nazirliyi,  Maliyyə  Nazirliyi,  Mərkəzi  Bank kimi)  əsas  rol 

sahibidirlər. Bir sıra yerli iqtisadçıların fikrincə beləliklə, Azərbaycanda tətbiq olunan 

model həm ABŞ, həm də Britaniya modelindən fərqlənir. Onların fikrincə ölkəmizdə 

daha çox alman modelinə oxşar sistem icra edilir.  Bununla yanaşı qeyd olunmalıdır 

ki,  ölkəmizdə  birjaların  fəaliyyətinin  tənzimlənməsində  bazarın  peşəkar  iştirakçıları 

tərəfindən də bir sıra funksiyalar yerinə yetirilir. Deməli, bütövlükdə idarəetmə dövlət 

və xüsusi iştirakçıların birgə səyi ilə həyata keçirilir.  

       Dövlətin  birjaların  fəaliyyətinə  təsirinə  nəzər  yetirdik  və  bu  prosesin  əhatə 

dairəsinin ölkələrə görə müxtəliflik göstərdiyini qeyd etdik. Lakin, bir mühüm məqam 

var ki, birjaların dövlət tərəfindən tənzimləndiyi bir çox ölkələrdə belə, onlar həm də 

öz  üzvləri  tərəfindən  idarə  edilən  korporasiyalar  şəklində  təşkil  olunurlar.  nkişaf 

etmiş ölkələrdə bir sıra birjalar mənfəətsiz təşkilat kimi fəaliyyət götərirlər. Xeyriyyə, 

humanitar  və  dini  təşkilatlar  kimi  bu  birjalar  da  qeyri-kommersiya  statusuna  malik 

olub, vergi güzəştlərindən istifadə edirlər.  

       Birjanın  formalaşması  üçün  bütün  zəruri  hallardan  istifadə  edilir.  Onların 

adından  ticarət  əməliyyatları  həyata  keçirilmir.  Etibarlı  fond  birjaları  digər  birjalara 

məxsus  olan  qiymətli  kağızları  alıb-sata  bilər.  Aparıcı  birjaların  qeyri-kommersiya 

statusu  təkcə  verilən  məlumatlarla  xarakterizə  edilmir.  nkişaf  etmiş  ölkələrin 

praktikasında birja ticarəti müntəzəm olaraq formalaşır, təkmilləşir və dəyişir.    

        Kommersiya  təşkilatı  kimi  birjanın  fəaliyyətində  investisiyaların  iştirakı 

nəzərdə  tutulur.  Qoyulmuş  kapitala  görə  gəlirlərin  əldə  edilməsi  əsas  götürülür. 

Gəlirlərin  artması  müxtəlif  növ  ödəmələrdən  və  müştərilər  üçün  birja  ticarətinin 

formalaşmasından asılıdır. Birja əməliyyatlarının müəyyən mərhələlərində  gəlirlərin 

qarşısı  alınır.  Birja  üzvlərinin  ticarət  fəaliyyətindən  mənfəət  əldə  etmək  imkanları 

məhdudlaşır.  Bu ilk növbədə komissiyon tipli müştərilərin  fəlaiyyəti ilə  əlaqədardır. 



22 

 

Birja üzvlərinin əsas vəzifəsi birjanın mənfəətli müəssisə kimi fəaliyyət göstərmələri 



ə

sasında təmin edilir.  

      Bu  məqamda  qarşımıza  maraqlı  bir  nüans  çıxır.  Bir  sıra  iqtisadi 

ə

dəbiyyatlarda  birjalar  qeyri-kommersiya  təşkilatı  və  mənfəət  əldə  etmək 



məqsədi  olmayan  qurum  kimi  təqdim  olunmaqla  bərabər,  xüsusən  son  illərdə 

dünya  birjalarında  gedən  proseslər  bunun  əksini  sübut  edir.  Çünki  müasir 

dövrdə iri birjalar əksinə, sırf mənfəət xarakterli təşkilatlara çevrilmişlər, hətta 

birjanın  öz  səhmləri  həmin  birjalarda  satışa  çıxarılır,  alınır  və  satılır.  Qərb 

iqtisadçıları  bu  ziddiyyətli  məqamı  belə  açıqlayırlar:  “Birjalar  ilkin  olaraq, 

mənfəət  güdməyən  kooperativlər  şəklində  və  ya  bəzi  ölkələrdə  müşahidə 

olunuduğu  kimi,  qapalı  səhmdar  cəmiyyətlər  formasında  təşkil  edilə  bilər. 

Lakin,  sonrakı  mərhələlərdə  bazar  infrastrukturunun  inkişafı  və  dünya  ticarət 

dövriyyəsinin kəskin artımı fonunda və kəskinləşən rəqabət mühitində birjalar 

yeni  maddi  qaynaqlara  ehtiyac  duya  bilərlər.  Həmin  ehtiyacları  təmin  etmək 

məqsədilə  isə,  birjalarda  onların  şirkətləşməsi  və  getdikcə  kommersiya 

xarakterli təşkilatlara çevrilməsi prosesi müşahidə olunur. ” Bu barədə sonrakı 

fəsillərdə daha geniş məlumat veriləcəkdir. 

       Birjaların  təşkil  olunma  məqsədləri  və  fəaliyyət  göstərəcəyi  profil  dəqiq 

müəyyən ounduqdan sonra, lazımi təşkilati fəaliyyətin icrasına başlanır. Bunun üçün 

ilkin  olaraq,  təşkilati-maliyyə  şərtləri  təmin  olunmalıdır.    Birjaların  mülkiyyətinə 

aşağıdakılar aiddir: 

-

 əmlak  və  əmanətlər.  Nizamnamə  kapitalı  miqdarında  birja  üzvləri 



tərəfindən verilir; 

-

  birjaların  fəaliyyət  müddətində  birja  üzvləri  tərəfindən  yaradılan 



məhsul və xidmətlər; 

-

  birja  üzvlərinin  üzvlük  haqqları,  əməliyyatdan  toplanan  gəlirlər, 



xidmətlərin göstərilməsinə görə haqlar, qaydaların pozulmasına görə cərimələr; 

-

  öz hesabına əldə edilmiş sair əmlak. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə