Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

23 

 

Birjaların qurulması üçün lazım olan təşkilati-maliyyə şərtlərinə aiddir: 



-

  əməliyyatların həyata keçiriməsi lazım olan müvafiq qurğularla təchiz 

edilmiş ərazi; 

-

  rabitə və informasiya vasitələri; 



-

  əqdlərin bağlanması və  əməliyyatların həyata  keçirilməsi  üçün tələb 

olunan proseduraların hazırlanması; 

-

  klirinq sisteminin mövcudluğu; 



-

  bazar  iştirakçıları  üçün  əməl  olunması  zəruri  olan  müvafiq 

qanunvericilik aktlarının və qaydalarının hazırlanması; 

-

  Standartlara uyğun olaraq, hazırlanmış birja müqavilələri. 



     Beləliklə,  birja  ticarəti  üçün  lazımi  şərtlər  formalaşdırıldıqdan  sonra,  ticarət 

prosedurasının  icrasına  başlana  bilər.  Birja  ticarəti  birjaların  müvafiq  idarəetmə 

orqanları  tərəfindən  idarə  olunur  və  bütövlükdə  bu  proses  birjaların  daxili 

tənzimlənməsinin  əsasını  təşkil  edir.  Birjaların  idarəedilməsi  iyerarxik  struktura 

ə

saslanır.  Burada  əsas  idarəetmə  orqanı  birjanın  bütün  üzvlərini  əhatə  edən    ümumi 



yığıncaq  hesab  olunur.  Adətən  birjanın  ümumi  yığıncağı  birjalar  təsis  edildikdə  və 

daha  sonra  ildə  bir  dəfə  olmaqla  çağırılır.  Ümumi  yığıncaqda  ən  təməl  məsələlər, 

məsələn, birjaların qurulması və ya fəaliyyətinə xitam verilməsi, onların universal və 

ya  ixtisaslaşmış  birjalar  şəklində  təşkil  edilməsi  məsələləri  müzakirə  edilir  və  qərar 

verilir.  

      Birjaların əsas icraedici orqanı Direktorlar Şurası və ya  darə Heyəti adlanan 

təşkilatdır. Bu qurum birja üzvlərinə xidmət göstərən subyektlərin fəaliyyətinə nəzarət 

etmək hüququna malikdir. Şura birjanın fəaliyyətinin əsas istiqamətlərini hazırlayır və 

idarəetmə  məsələlərini  birjanın  ümumi  siyasəti  ilə  uyğunlaşdırır.  O,  həmçinin,  birja 

qaydalarına  riayət  edilməsinə  və  bu  sahədə  ehtiyac  duyulan  düzəlişlərin  edilməsinə 

nəzarət  edir.  Adətən,  şuranın  üzvlərinin  sayı  25  nəfərə  qədər  olur  və  onlar  da  öz 

növbələrində dörd kateqoriyanı əhatə edir: 

-

  Ticarətçilər; 




24 

 

-



  Brokerlər; 

-

  Komissiyonçular; 



-

 

nformasiya təminatı. 



      darə  heyətinə  müstəqil  seçilən  sədr  başçılıq  edir.  Birja  siyasətini  isə  birja 

komitəsi müəyyənləşdirir və idarə edir.  Bu komitə məsləhətlər verir, idarə heyətinə 

müxtəlif  vəzifələrin  yerinə  yetirilməsində  kömək  edir.  Birjada  cari  idarəetmə 

orqanlarının vəzifələrini isə  craiyyə Komitəsi yerinə yetirir. Bu komitəyə Direktorlar 

Ş

urasının  seçdiyi  prezident  başçılıq  edir.  Məsələn,  Çikaqo ticarət  birjasının  craiyyə 



Komitəsi prezidenti, birinci vitse-prezidenti və 19 vitse-prezidenti özündə birləşdirir. 

Bu  personal  adətən,  Direktorlar  Şurası  və  Birja  Komitəsi  tərəfindən  qəbul  edilən 

qərarları icra edir.  

     Əksər birja qanunverici aktları və nizmanamələrinə görə, ticarət xidmətçiləri 

birjaların  üzvləri  hesab  edilmirlər.  Onların  hər  biri  idarəedici  subyektlər  tərəfindən 

dəqiq  müəyyənləşdirilmiş  funksiyaları  yerinə  yetirirlər.  Məsələn,  kuryerlər,  teleqraf 

işçiləri  və  s.  informasiya  şöbəsinə  xidmət  göstərən  işçilər  məlumatın  ötürülməsi  və 

qəbulu  ilə  əlaqədar  funksiyaları  yerinə  yetirirlər.  Onlar  həmçinin,  təsdiq  edilmiş 

sifarişlərin  broker kartoçkalarına  köçürülməsi  ilə  məşğul  olur,  teletayp  aparatlarında 

işləyir,  istehsal  fəaliyyəti  və  telefon  əlaqələri  ilə  bağlı  sadə  texniki  əməliyyatları 

yoxlamaq hüququna malikdirlər.  

      Birjanın  normal  fəaliyyəti  üçün  komitələrin  fəaliyyəti  mühüm  əhəmiyyətə 

malikdir.  Həmin  komitələrin  say  tərkibi  8-dən  40-a  qədər  dəyişir.  Məsələn,  Çikaqo 

ticarət  birjasında  komitələrin  sayı  40-a  bərabərdir.  Birja  komitələri  müxtəlif  adlara 

malik olurlar. Əsas birja komitələri aşağıdakılardır: 

1)

  Yeni üzvlərin qəbulu üzrə məsul komitə; 



2)

  Listinq komitəsi; 

3)

  Kotirovka komitəsi; 



4)

  Klirinq və hesablaşma komitəsi; 

5)

  Müşahidəçi komitə; 




25 

 

6)



  Etika komitəsi; 

7)

  Nəzarət komitəsi; 



8)

  Arbitraj komitəsi; 

9)

  Yeni məhsullar üzrə məsul komitə; 



10)Rinq komitəsi; 

11)Kontrakt komitəsi.  

     Yeni  üzvlərin  qəbul  edilməsi  üzrə  komitə  birja  üzvlərinin  müraciətləri 

ə

sasında birjalara  daxil  olma  imkanlarını  araşdırırlar.  Bu  baxımdan,  birja  üzvləri  ilə 



məsləhətləşmələr həyata keçirilir və namizədlərin maliyyə imkanları və bu imkanların 

birjaların  tələblərinə  cavab  verə  biləcək  səviyyədə  olmalarına  nəzər  yetirilir.  Yekun 

rəy  direktorlar  şurasına  təqdim  edilir  və  üzvün  qəbul  edilib-edilməməsi  haqqında 

qərar qəbul olunur.  

     Listinq  və  kotirovka  komitələri  birjada  ticarətə  daxil  olmaq  istəyən 

subyektlərin  predmetlərinin  ticarətə  buraxılması  şərtlərini  müəyyənləşdirir  və  bu 

kriteriyalara  əsasən  müvafiq  qərarlar  qəbul  edir.  Bu  cür  şərtlər  adətən  subyektin 

maliyyə imkanlarına və maliyyə bütövlülüyünə olan tələblərdən ibarət olur. Məsələn, 

Nyu-York fond birjasında 2010-cu il üçün listinq şərtləri belə idi: Mənfəət (earnings) 

son  il  üçün  vergi  öncəsi  mənfəəti  2,5  milyon  dollar  və  ya  son  iki  il  üçün  2  milyon 

dollar  olması  lazımdır.  Səhmlərinin  ümumi  dəyəri  minimum  9  milyon  dollar 

dəyərində olmalıdır. Aktivlərinin  həcmi ən  az 18  milyon  dollar,  səhmlərinin ümumi 

sayı 1 milyon ədəd olmalıdır. Ən az 100 səhm sahibinin sayı ən az 2000 səhmdar və 

ya ümumi səhmdarlarının sayı 2200 nəfərdən çox olmalıdır. Yalnız bu şərtlərə cavab  

verən emitentlər qiymətli kağızlar üzrə ticarətə buraxılırlar. 

      Arbitraj  komitəsi  iştirakçılar  arasında  mübahisəli  məsələlərə  baxır  və 

konflliktləri həll edir. Həmçinin birja üzvü olmayan müştərilərlə birja üzvləri arasında 

münaqişələr  yarandıqda,  müraciət  olunarsa,  arbitraj  komitəsi  həmin  problemlərə  də 

baxa  bilər.      Məhsulların  keyfiyyəti,  müştərilərin  sifarişlərinin  icra  müddəti, 

məhsulların göndərilmə müddəti, ödənişlər və s.-lə bağlı münaqişələrə diqqət yetirilir. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə