Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə1/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
  1   2   3   4   5   6   7   8   9   ...   69


                                                               
E.N. Quliyev  
                                                                        Z.M.Məmmədova                                      
                                                                          T. .  manov 
 
 
 
 
 
 
 
 
B RJA   Ş N N  TƏŞK L   VƏ   DARƏ  
ED LMƏS   
Dərs vəsaiti 
 
 
 
 
 
Azərbaycan Respublikası                     
Təhsil Nazirliyinin ________ 
               
 
   tarixli ____ saylı əmrinə əsasən  
                
 
 ali məktəblər üçün dərs vəsaiti 
           kimi təsdiq edilmişdir 
 
 
 
 
Bakı – 2008 
 


 
 
 
G R Ş 
Yer üzərində insan cəmiyyəti yaranandan bəri minilliklər 
keçsədə  yenə  də  dünyanın  ən  yetkin  aqillərini  hamı  üçün 
məqbul  olan  ictimai  –  iqtisadi  sistemin  yaradılması 
düşündürməkdədir.  deal  insan  cəmiyyəti  və  ideal  ictimai-
iqtisadi  münasibətlər  sistemi  varmı?  Azərbaycan  xalqının  və 
Respublikasının  keçdiyi  yola  baxsaq,  eləcədə  cəmi  dünya 
ölkələrinin  tarixinə  və  bu  gününə  nəzər  yetirsək  görərik  ki, 
indiki əqlimizlə qiymətləndirdikdə keçmişdə ideal səviyyəsinə 
kimi  yüksələn  zəngin  təcrübəli  sivilizasiyalar  mövcud 
olmuşdur  və  bu  gündə  ideal  kimi  qəbul  edə  biləcəyimiz 
ictimai-iqtisadi  sistem  bəzən  kapitalizm  adlandırılan  bazar 
iqtisadiyyatı  deyilən  sistemdir.  Bu  sistem  həqiqətəndə 
çoxlarının  qəbul  etdiyi  və  xoşuna  gələn  müasir  dövrün  ən 
demokratik  və  sosial  yönümlü  dövlətçilik  və  təsərrüfatçılıq 
quruluşudur.  
Kapitalizmdən  əvvəlki  quldarlıq  və  feodalizm  ictimai-
iqtisadi  sistemlərində  də  cəmiyyət  üzvləri  arasında  bazar 
münasibətləri  olmuşdur.  Lakin  yalnız  kapitalizmin  müəyyən 
bir inkişaf mərhələsində bu ictimai-iqtisadi münasibətlər bazar 
iqtisadiyyatı  kimi  yüksək  zirvəyə  ucalmışdır.  Belə  ki,  bu  yeni 
və  ən  mütərəqqi  ictimai-iqtisadi  sistemdə  insan  azadlıqları  ön 
plana  çəkilir,  bu  sistemə  keçmiş  dövlətlər  və  beynəlxalq 
təsisatlar  tərəfindən  qorunur  və  təmin  edilir,  əmtəə  ümumi 
xarakter  alır  və  bununla  insanın  işçi  qüvvəsi  və  intellektual 
potensialı da əmtəəyə çevrilir, mülkiyyət formaları müxtəlif və 
bərabər hüquqlu olur. Qeyd  edilənlərlə  yanaşı həmin sistemdə 
cəmiyyətin  dəyərləri  dəyişir,  insan  azadlıqlarının  əsasında 
maddi  imkanlar  durur,  hər  bir  sahədə  və  fəaliyyət  sferasında 
rəqabət  qaçılmaz  olur,  xüsusi  təşkilati-hüquqi  baza,  icra  və 
nəzarətedici  strukturlar  və  infrostruktur  şəbəkəsi  yaradılır. 
Yuxarıda  sadalanlar  bazarları  olduqca  müxtəlif  edərək,  onları 
alıcı  tələbləri  üzrə  qurmağa  imkan  verir.  Beləliklə,  bazar 
iqtisadiyyatını bu cür ictimai-iqtisadi sistemə çevirənlərdən biri 


 
 
 
də bazarların çoч sahəli və olduqca geniş formalarda olmasıdır. 
Birjalar  və  hərraclar,  yarmarkalar  və  sərgilər  bu  bazarların  ən 
mütərəqqi  və  mütəşəkkil  formalarıdır.  Bazarlar  olmasa  bazar 
iqtisadiyyatı  da  ola  bilməzdi.  Bu  bazar  növlərinin  içində 
mənfəətçiliyinə,  eləcə  də  təşkilinə,  idarə  edilməsinə  və  işləmə 
sisteminə  görə  ən  çox  qeyri-adi  görünən  və  maraq  doğuran 
birjalardır.  
Bazar  iqtisadiyyatına  doğru  uğurlu  start  götürmüş 
Azərbaycan  Respublikası  üçün  birjaların  və  hərracların  təşkili 
və işləmə mexanizminin öyrənilməsi çox böyük iqtisadi, siyasi 
və sosial əhəmiyyət kəsb edir.  
Bu  fənnin  öyrənilməsi  bir  çox  ixtisas  sahibləri,  eləcə  də 
biznesmenlər  üçün  xüsusi  marağa  səbəb  ola  bilər,  çünki  birja 
və  hərraclardan  istifadə  edildikdə  material  resurslarının 
tədarükatı yaxşılaşır, vəsaitlərin axıcılığı və mənfəətçiliyi artır, 
işgüzar fəallıq yüksəlir, əhalinin və cəmi biznes subyektlərinin 
maddi,  maliyyə,  fiziki  və  intellektual  potensiallarından  daha 
səmərəli istifadə edilir.  
Bu  fənni  yaxşı  mənimsəmək  üçün  iqtisadi  nəzəriyyəni, 
bazar  iqtisadiyyatının  əsaslarını,  marketinq,  menecment    və  s. 
kimi  elmləri,  eləcədə  dünyada  gedən  prosesləri    bilmək 
lazımdır.  
Oxuculara  birja  və  hərraclara  dair  bir  qədər  dolğun 
material  vermək  və  bu  sahədə  onlara  elmi-praktiki  yardım 
etmək  məqsədilə,  dərs  vəsaitinin  sonunda  Azərbaycan 
Respublikasının  əmtəə  və  fond  birjalarına  dair  müvafiq  
qanunlar verilmişdir.  
Bu  kitab  ölkəmizdə  birja  və  hərraclara  həsr  edilmiş  ilk 
dərs  vəsaitidir.  Gələcəkdə  onu  təkmilləşdirmək  üçün  hər  bir 
oxucu  təklifinə  və  fikrinə  müəlliflər  çox  diqqətli  olacaqlarına 
söz verir və onlara buna görə əvvəlcədən minnətdarlıq edirlər.  
 
 
 


 
 
 
Fəsil 1. Birjaların təşəkkül tapması və təkamülü 
 
1.1. Ticarət formalarının təşəkkül tapması və ilk əmtəə  
bazarlarının meydana gəlməsi. 
Əmtəə  bazarlarının,  eləcədə  cəmi  birjaların  rolunun 
dünya  iqtisadiyyatının  inkişafında  müasir  səviyyəyə  qədər 
yüksəlməsini  dərk  etmək  üçün,  ictimai  istehsal  və  istehlakın 
təkmilləşməsindəki  uzunmüddətli  təbii-iqtisadi  proseslərə 
nəzər  yetirmək  lazımdır.  Belə  ki,  birjaların  meydana 
gəlməsindən  əvvəl  ilkin  şərt  kimi  məhsuldar  qüvvələrin 
müəyyən  qədər  inkişafa  malik  olması  gərəkdir.  Bununla 
əlaqədar  birjaların  təkamülünə  ictimai-iqtisadi  sistemlərdəki 
sivil insani və ictimai münasibətlərin formalaşması proseslərilə 
birlikdə, yəni ümumi şəkildə və vəhdət kimi baxılmalıdır. 
Müxtəlif  sahələrin  mütəxəssisləri  arasında  elmi 
səviyyələri  və  dünya  görüşlərindən  asılı  olaraq,  yer  üzərində 
insan  sivilizasiyasını  birçarx  nöqteyi  nəzərdən  iqtisadçılar, 
başqa peşə adamlarından fərqli olaraq, tarixi informasiyasını və 
toplanmış  məlumatları  təhlil  edərək,  başqalarına  qaranlıq 
görünən  iqtisadi  və  sosial  proseslərə  aydınlıq  gətirirlər.  Məhz 
bu  cür  bir  neçə  elmin  bəhrəsi  və  qovşağında  aparılan  elmi 
axtarışlar  nəticəsində,  həmçinin  əmtəə  və  digər  birjaların 
yaranmasının ilkin həqiqi mənbələri aşkar olunur.  
nsan  cəmiyyətinin  tarixi  nəinki  sadəcə  olaraq 
adamların  sayı  və  yer  üzərində  miqrasiyasından  –  bir 
məkandan digər məkana köçüb məskunlaşmasından, həmçinin 
onların  yaşayış  mənbələrinin  axtarışı,  varlanmaq,  hakimiyyət 
əldə etmək və digər aşkar və gizli motivlərinin reallaşmasından 
və  s.  ibarətdir.  Bütün  bunlara  uyğun  olaraq,  insanlar  ictimai-
iqtisadi  qurum  və  yer  üzərindəki  məkanda  müxtəlif  rol, 
vəziyyət və səviyyələrdə olmuşlar. Belə ki, təbii əmək bölgüsü, 
əkinçiliyin  maldarlıqdan  ayrılması,  yaşayış  uğrunda  və  məişət 
mədəniyyəti sahəsində böyük təcrübənin toplanması şəraitində 
natural  təsərrüfatın  aparılması  insanları  öz  əmək  fəaliyyəti 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə