Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

 
 
 
-
  əmtəə; 
-
  əmək; 
-
  universal; 
-
  fraxt; 
-
  fyuçers. 
Təcrübədə  əmtəə,  qiymətli  kağızlar,  xarici  valyutalar, 
məhsul istehsalı və satışı müqavilələri satan (fyuçers) və əmək 
birjaları  daha  geniş  yayılmışdır.  Əmtəə  birjaları  məhsul 
qrupları,  konkret  məhsul  adları  və  çeşidləri  ixtisaslaşmış, 
yarımixtisaslaşmış  və  universal  ola  bilərlər.  Hər  bir  ölkədə 
onların  yaranması  tarixi  şəraitdən  və  iqtisadi  durumdan  asılı 
olaraq baş vermişdir ki, həmin keçmişin kökləri indiki milli və 
dünya birjalarının fəaliyyətində öz əksini tapır.  
Ümumiyyətlə  birjalar  aşağıdakı  əlamətlərinə  görə 
təsnifləşdirilə bilərlər: 
-
  birja  əmtəələrinin  növünə  (əmtəə-xammal,  fond, 
valyuta birjaları); 
-
  təşkili  prinsipi  (kütləvi-hüquqi-dövlət  birjaları, 
xüsusi-hüquqi-xüsusi birjaları);  
-
   hüquqi  əsasnaməsi  statusuna  görə  (səhmdar 
cəmiyyətləri  və 
ya  məhdud  məsuliyyətli 
yoldaşlıqlar); 
-
  birja ticarətində istiraklarına görə (açıq və qapalı); 
-
  birja ticarətinin obyekti  olan əmtəələrin tərkibinə 
görə (universal və ixtisaslaşmış); 
-
  beynəlxalq  ticarətdə  yeri  və  roluna  görə 
(beynəlxalq və milli); 
-
  fəaliyyət  sferasına  görə  (mərkəzi-paytaxt, 
regionlararası və regional-lokal); 
-
  bağlanmış  birja  əqdlərinin  xarakterinə  görə  (real 
əmtəələr, fyuçerslər, opsionlar, qarışıq). 
Müasir  dövrdə  əmtəə  birjaları  hüquqi  şəxs  qismində 
çıxış  edən  təşkilatlar  kimi  fəaliyyət  göstərir.  Onlar  açıq 
formada kütləvi şəkildə birja ticarətini müəyyən qaydalar üzrə, 


 
 
 
əvvəlcədən təyin edilmiş yerdə və vaxtda birja ticarətini təşkil 
edib və tənzimləməklə topdansatış bazarlarını formalaşdırırlar. 
Fond  birjalarının  vasitəsilə  qiymətli  kağızlar  bazarı 
formalaşdırılır  və  qiymətli  kağızların  (səhmlərin,  istiqrazların 
və s.) satışı təmin edilir. 
Birja  ticarətinin  genişlənməsi  nəticəsinə  tamamilə  yeni 
tipli  birjaların  -fyuçers  birjalarının  yaranmasına  səbəb 
olmuşdur. Onların yaradılması birjaların real əmtəə bazarından 
əmtəələr  üzərində  hüquqların  dəyişdirilməsi  bazarlarına 
çevrilməsini  göstərir.  Fyuçer  ticarətinin  əsas  əlamətləri 
bunlardır: 
-
  sövdələşmələrin  (əqdlərin)  fiktiv  xarakter 
daşıması; 
-
  real  əmtəə  bazarı  ilə  əlaqənin  məhsulgöndərmə 
vasitəslə 
yox, 
sığortalanma 
(heçləşdirmə) 
vasitəsilə olması; 
-
  birja  əmtəəsi  kimi  tərəflər  arasında  bağlanmış 
kontraktların (əqdlərin) çıxış etməsi; 
-
  məhsulgöndərmə 
şərtlərinin 
bütövlükdə 
unifikasiya edilməsi; 
-
  sövdələşmənin  simasızlaşdırılması  və  onun 
kontraqlarının biri-biri ilə əvəz edilməsi. 
Opsion  birjalarından  birja  ticarətinin  sığorta  edilməsi 
üçün  istifadə  olunur,  çünki  onların  köməyilə  ehtimal  edilən 
riskləri  birja  əqdləri  bağlanan  zaman  məhdudlaşdırmaq 
mümkün olur. 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
Fəsil 2. Birja və hərraclar bazar və biznes infrastrukturası 
sistemində  
2.1.  nfrastrukturanın mənşəyi və qısa təsnifatı 
Hər  bir  ictimai-iqtisadi  sistemin  müəyyən  inkişaf 
mərhələlərində  insanlar  öz  yaşayışı  və  fəaliyyət  göstərməsi 
üçün müəyyən ilkin şərait yaratmalı olublar. Lakin mülki həyat 
səviyyəsində bu işdə bir qədər pərakəndəlik olduğundan hərbi 
quruculuğunda onlar miqyaslı və əsaslı təşkilini tapmışdır. 
« nfrastruktura» sözü latın dili mənşəli olaraq iki söz 
birləşməsindən yaranmışdır. «infra» - aşağı hissə, aşağı təbəqə, 
bünövrə  altında  deməkdir,  «struktura»  -  isə  tərkib  hissə, 
vəziyyət, daxili quruluş və vahidin hissələri mənalarını verir. 
Hələ ikinci dünya müharibəsinə kimi «infrastruktura» 
sözü  hərbi  termin  kimi  Fransa  və  digər  ölkələrdə  istifadə 
edilirdi.  Həmin  zamanlar  bu  termindən  ordu  və  döyüş 
əməliyyatlarını təmin edən arxa cəbhəyə daxil olan kazarmalar, 
təlim qurğuları, yollar, təyyarə meydançaları, rabitə sistemləri, 
hərbi sursat saxlanan anbar və bazalar və s. daxil edilir.  
Beləliklə, hərbi termin olaraq «infrastruktura» zahirən 
ikinci dərəcəli olan, lakin onun əsas canlı heyətinin yaşayış və 
fəaliyyətini  təmin  edən,  ordunun  güclü  və  qüdrətli  olmasına 
ciddi təsir edən bir çox təsərrüfat qurğuları, binaları, su, istilik 
və  enerci  təchizatını,  yeraltı  və  yerüstü  istehkamları  və  s. 
özündə  cəmləşdirirdi.  Lakin  ən  dəhşətli  ikinci  dünya 
müharibəsi  ərəfəsində  və  ondan  sonra  bir  çox  dövlətlərdə 
hakimiyyətə  gəlmiş  hərbiçilər  orduda  öyrənib  bildikləri 
infrastruktur  sahələrinin  mülki  həyat  üçün  də  əhəmiyyətli 


 
 
 
olmasını,  onların  rolunun  artmasını  dərindən  duymuş  və  öncə 
onları  uçub  dağıdılmış  kommunal  təsərrüfatlarını,  şəhər  və 
kəndlərin özlərini bərpa  edib istismara buraxmağa çalışmışlar. 
Əsasən  bu  proses  nəticəsində  «infrastruktur»  sözündən  mülki 
həyatda  da  istifadə  edilməyə  başlamış  və  bir  termin  kimi 
iqtisadi ədəbiyyatlara düşmüşdür.  
Təcrübədə hər bir müstəqil fəaliyyət göstərən ictimai-
sosial 
obyektin 
(binanın, 
evin, 
kəndin, 
qəsəbənin, 
mikrorayonun,  şəhərin,  vilayətin,  ölkənin  və  s.),  eləcədə  milli 
iqtisadiyyat  sahəsinin,  nazirliyin,  müəssisənin,  dövlət  və 
bələdiyyə  icra  aparatlarının  və  bu  kimi  qurumların 
özünəməxsus  infrastrukturu  mövcud  olmalıdır  ki,  həmin 
sahələrin  fəaliyyətlərini,  onlrada  çalışan  insanların  yaşayış  və 
işləməsini təmin etsin.  
nfrastruktur  sahələrini  müxtəlif  ölkələrdə  müxtəlif 
cür  təsnifləşdirir  və  inkişaf  səviyyələrini  müxtəlif  sistemlərlə 
qiymətləndirirlər.  Belə  ki,  bizdə  infrastrukturu  əsasən  iki 
hissəyə  –  istehsal  və  qeyri-istehsal  (sosial)  infrastrukturlara 
bölürlər.  stehsal  infrastrukturuna  əsasən  bilavasitə  maddi 
istehsal  sahələrinə  xidmət  göstərən  və  onların  fəaliyyəti  üçün 
müstəsna və xüsusi əhəmiyyət kəsb edən dəmir və şose yolları, 
magistral boru kəmərləri, qaz və su təchizatı sistemləri, elektrik 
şəbəkələri və s. daxildir. Qeyri-istehsal (sosial) infrastrukturuna 
isə  əhaliyə  xidmət  göstərən  dəmir  və  avtomobil  yolları, 
kommunikasiya  vasitələri  (radio,  teleşəbəkələr  və  s.),  yaşayış 
məntəqələrinin 
kommunal 
təsərrüfatları 
və 
bələdiyyə 
qurumların  mülkiyyətləri,  səhiyyə  və  təhsil  ocaqları,  məktəbə 
qədər təşkilatlar, ticarət şəbəkələri və s. daxil edilirlər. 
Təsdiq  edə  bilərik  ki,  infrastruktura  iqtisadiyyatın 
spesifik  sahəsi  olaraq,  dövriyyə  prosesilə  istehsal  prosesinin 
ahənqdar  fəaliyyətlərini  təmin  edir,  eləcədə  onun  köməyilə 
əhalinin  müxtəlif  maddiləşən  və  maddiləşməyən  tələblərinin 
ödənilməsi  öz  məntiqi  başlanğıc  və,  ola  bilsin  də,  davamını 
tapar.  Bunun  üçün  onun  aparıcıları  olan  nəqliyyat  sahələrini, 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə