Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

 
 
 
birja  və  hərracları  heç  bir  bazar  infrastrukturası  bölməsi  əvəz 
edə  bilməz.  Misal  üçün,  birja  və  hərraclar  cəmiyyətin  maddi, 
əmək  və  maliyyə  imkanlarını  səfərbər  etmək,  onları  inkişaf 
ediləcək  maddi  və  qeyri-maddi  (istehsal  və  qeyri-istehsal) 
sahələri üzrə optimal bölmək və onları idarə etmək imkanlarına 
malikdir.  Bu  vəzifəni  birja  və  hərraclardan  savayı  daha  hansı 
bazar infrastutukturası sahəsi yerinə yetirə bilər ? 
Bazar  iqtisadiyyatının  işləmə  mexanizmini  anlamaq 
üçün onun nəyə arxalanması və nə ilə əlaqədar olmasını bilmək 
lazımdır. Belə ki, kapitalist təsərrüfatçılığı sistemi əsasən insan 
azadlıqları,  onların  demokratik  hüquqları  və  azadlıqlarının 
dövlətlər  tərəfindən  qorunmasına,  mülkiyyət  fərmanlarının 
müxtəlifliyinə  və  onların  bərabər  hüquqlu  olmasına,  rəqabət 
reciminin  mütləqliyinə  və  insanların  bütün  fəaliyyətini  əhatə 
etməsinə və s. arxalanır. Bunlarla yanaşı bazar iqtisadiyyatının 
özünə  məxsus  qanunverici  aparatı,  icraedici  və  nəzarətedici 
strukturları yaradılır, siyasət iqtisadiyyatdan ayrılır və dövlətin 
başlıca  siyasəti  iqtisadi  problemlərin  həlli  olur.  Bu  sistemdə 
dövlət  orqanlarının  ən  ümdə  vəzifəsi  bazar  iqtisadiyyatının 
təməli hesab edilən prinsipləri qoruyub saxlamaqdan və onlara 
daima riayət etməkdən ibarətdir. 
Bazar  iqtisadiyyatının  əsas  elementləri  olan  tələb, 
təklif  və  qiymətlərə  kapitalizmdə  tam  sərbstlik  verilir.  Bunun 
nəticəsində  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsi 
liberal  üsullarla  həyata  keçirilir,  din  iqtisadiyyatdan  və 
dövlətdən bir qədər ayrılır. 
Bazar  iqtisadiyyatına  keçən  dövlətin  özünün  milli 
valyutası,  tam  dövlət  atributları,  eləcə  də  sərhəd  qoşunları  və 
milli müdafiə sistemləri və s. olmalıdır. 
Bazar  iqtisadiyyatının  işləmə  mexanizmi  elə  qurulur 
ki,  bazarda  tələb  artdıqca  və  məhsul  kütləsi  azaldıqca  onlara 
qiymətlər yüksəlir. Bunun nəticəsində isə həmin istehsal və ya 
qeyri-istehsal  sahəsində  mənfəət  durmadan  artır.  Belə  bir 
şəraitdə  sərmayə  qoyanlar  öz  vəsaitlərini  –  kapitallarını  bu 


 
 
 
sahəyə  yönəltməyə çalışır, bəzi istehsalçılar isə öz fəaliyyətini 
dayandırıb  bu  inkişafda  olan  sahədə  çalışmağa  üstünlük 
verirlər.  Məhz  bu  zaman  bazar  iqtisadiyyatının  mexanizmi 
işləməyə  başlayır  və  əmtəə  bazarının,  o  cümlədən  birjaların 
xüsusi  təyinatından  istifadə  edilir.  Bu  xüsusi  təyinat  ondan 
ibarətdir  ki,  fond  birjaları  vasitəsilə  birja  təsisçiləri  və  cəmi 
sərmayədarlar  inkişafda  olan  müəssisələrin  səhmlərini  əldə 
edərək,  bununla  milli  iqtisadiyyat  üçün  zəruri  olan  sahənin 
inkişafına  maliyyə-  kredit  resursları  cəlb  edir.  Nəticəsində 
inkişaf  edən  sahə  üçün  əmtəə  birjaları  və  digər  bazarlar 
vasitəsilə maddi resurslar alınıb tədarük edilir, istehsal sahələri 
inkişaf  etdirilir,  əmək  birjalarından  isə  işçi  qüvvəsi  yüksək 
mənfəət  vəd  edən  sahənin  inkişafını  təmin  etməyə 
yönəldilərək, dövlətinməşqulluq siyasəti öz real həllini tapır. 
Beləliklə, 
birjalardan 
başqa 
heç 
bir 
bazar 
infrastrukturası  sahəsi  bazarın  konyukturasına,  onun  tələbi, 
təklifi  və  qiymətlərinə  yüksək  həssaslıqla  tez  və  çevik  cavab 
verə  bilmir.


 
 
 
Fəsil 3. Birja və hərracların təşkili, yerləşdirilməsi 
və idarəedilməsi 
 
3.1. Birja və hərracların təşkilat quruluşuna və 
yerləşdirilməsinə təsir edən amillə
Birja  və  hərracların  təşkilat  quruluşuna  və 
yerləşdirilməsinə  amillər  kompleksi  təsir  göstərir.  Bu  amillər 
əsasən aşağıdakıları əhatə edir: 
1. Dövlətin iqtisadi və sosial siyasəti, siyasi sabitlik. 
2.  qtisadiyyatın  inkişaf  səviyyəsi  və  dayanaqlığı,  o 
cümlədən  istehsalın  həcmi,  məhsul  çeşidlərinin  müxtəlifliyi, 
istehlakın həcmi. 
3. Bazar iqtisadiyyatının rəqabət recimi. 
4. Bazar infrastrukturasının inkişaf səviyyəsi. 
5. Bazar iqtisadiyyatının təşkilati-hüquqi bazası. 
6. 
nformasiya  texnologiyalarının  inkişafı  və 
yayılması. 
7.  Xarici  ölkələrlə  iqtisadi  əlaqələrin  inkişaf 
səviyyəsi.  
8.  Müəyyən  bir  ölkənin  daxilində  vahib  birjalar 
şəbəkəsinə  qoşulması,  eləcədə  başqa  ölkələrdə  fəaliyyət 
göstərən birjalarla informasiya mübadiləsi imkanları. 
9.  Qarşıda  duran  məqsədlər  vəzifə  və  funksiyaların 
xarakteri və yönümü. 
10. Elm və texnikanın inkişafı. 
11.  Təşkilat  texnologiyaları  və  birja  və  hərraclarda 
onların tətbiqi. 
12.  ctimai  əməyin  təşkili  formalarının  istehsal  və 
qeyri-istehsal sahələrinə yayılması səviyyəsi. 
13.  Birja  və  hərraclarda  ixtisaslaşma  və  ya 
universallaşma dərəcələri. 
14.    stehsalçı  müəssisələrin-  məhsulgöndərənlərin 
bazarlardan uzaqlığı. 
15. Potensial alıcıların sayı və sıxlığı. 


 
 
 
16.  Birja  və  hərracların  təsisçilərinin  sayı  və  maddi 
imkanları. 
17.  Birja  və  hərracların  müəyyən  məkanlarda  və 
ərazilərdə 
yerləşdirilməsi 
və 
yaradılmasının 
iqtisadi 
səmərəliliyi. 
18.  Bazarlardakı  tələblər,  təkliflər  və  qiymətlərin 
fərqləri  və  birja  və  hərracların  kommersiya  əməliyyatlarının 
mənfəətliliyi və s. 
19. Dünya iqtisadiyyatının inkişaf meyilləri. 
Şəhər və qəsəbələrdə birja və hərracların yerləşdiyi və 
keçirildiyi  yerlər  mütəxəssis  baxımından  düzgün  seçilməlidir. 
Bu  işdə  birjaların  fəaliyyət  yönümləri,  iş  xüsusiyyətləri  və 
başqa amillər ön plana çəkilməlidir. 
 
3.2. Birja və hərracların təşkili, yerləşdirilməsi və 
idarəedilməsinin prinsipləri, metodları və vəzifələri 
Təşkil,  planlaşdırma  və  idarəetmə  hansı  sahələrdə 
olursa olsun əsasən aşağıdakı prinsiplərə arxalanır: 
1.  Təsərrüfat  bölmələrinin  azadlığı,  sərbəstliyi  və 
onlarda iş yerlərinin təşkilində liberal münasibətlərin olmasına. 
2. Vahid komandalıq və ümumi mərkəziyyətə. 
3.  Bütün  təsərrüfat  bölmələrində  çalışarnların 
demokratik hüquqları və azadlıqlarının qorunmasına. 
4. 
qtisadi 
qanun 
və 
qanunauyğunluqların 
qorunmasına. 
5. Qənaətçiliyə. 
6.  şçi  heyətinin  mövcud  qanunlara  uyğun,  təhsilləri, 
şəxsi  səriştələri  və  iş  təcrübələri,  eləcədə  sağlamlıqları  və  s. 
nəzərə alınaraq seçilib yerləşdirilməsinə. 
7.  şçilərin maddi və mənəvi həvəsləndirilməsinə. 
8.  şçi heyəti üçün normal iş şəraitinin yaradılması və 
onların sosial-iqtisadi tələblərinin ödənilməsi və s. 
Bütün  bunlarla  yanaşı  birjaların  idarəedilməsinin 
təşkilində bunları da nəzərə almaq gərəkdir: 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə