Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

 
 
 
Fəsil 4. Əmtəə birjaları və hərraclarının təşkili 
 
4.1. Azərbaycanda Respublikasında ilk əmtəə birjalarının 
yaradılmasının sosial və iqtisadi kökləri
 
Dünyanın  müasir  dövrdə  mədəni  mərkəzləri  sayılan 
mərkəzi  muzeylərində  (London,  Paris,  Drezden  və  s.) 
toplanmış  tarixi mənbələr  və  arxioloqların  tapıntıları  Asiyanın 
astanası  hesab  edilən  Azərbaycan  Respublikasının  coğrafi 
mövqeyi,  təbii-iqlim  şəraiti,  yerüstü  və  yeraltı  sərvətləri  və  s. 
hələ  qədim  dövrlərdən  burada  insanların  məskunlaşması  üçün 
əlverişli şərait yaratmaqla, eyni zamanda xarici qəsbkarlar üçün 
daima cəlbedici amillər olmuşlar. Misal üçün, Füzuli şəhərinin 
yaxınlığında  Quru  çay  adlanan  bölgəsində  arxioloci  qazıntılar 
zamanı  aşkar  edilmiş  insan  mədəniyyəti  izləri  1,5-2  milyon 
əvvələ  gedir.  Hələ  1960-cı  ildə  professor  M.Hüseynovun 
başçılığı  altında  Azıx  mağarasındakı  arxioloci  qazıntıların 
tədqiq  göstərmişdir  ki,  ilk  insan  oraya  bizim  eradan  1-1,2 
milyon  il  əvvəl  havanın  kəskin  surətdə  soyuqlaşması  ilə 
əlaqədar daxil olmuşdur
1
.  
Bu  qədər  qədim  kökləri  və  insanların  yaşaması  üçün 
unikal  təbii-iqlim  şəraiti  və  əlverişli  coğrafi  mövqeyi 
(yerləşməsi)  olan  ölkə  digər  sivil  cəmiyyətlər  və  regionlarla 
təməsda  olmadan,  onlara  təsərrüfat-iqtisadi  və  mədəni 
sahələrdə  öz  nailiyyətlərini  bəxşiş  etməsə  və  əksinə, 
əlaqələrdən  özü  bəhrələnməsə  bu  qədər  inkişaf  edə  bilməzdir. 
Bununla  belə  Azərbaycan  müasir  ran  və  əsasən  Güney 
Qafqazda 
tarixçi 
alimlərin 
və 
coğrafiyaşünasların 
hesablamalarına  görə  təxminən  250  min  kvadrat  kilometr 
ərazini  əhatə  edərək,  quldarlığın  eybəcərliklərindən  kənarda 
qalaraq,  daha  sivil  olan  feodal  münasibətləri  sistemini  özündə 
inkişaf yolu seçmişdir. Alimlərin tədqiqatları aydın göstərir ki, 
Azərbaycan torpaqları, əhalinin həyat və iqtisadi məkanı əsrlər 
                                                 
1
 Азярбайжан тарихи, дярслик. – Бакы: Азярняшр, 1994, с. 20 


 
 
 
boyu xarici ölkələrin qəsbkarları üçün cəlbedici olmuşdur. Belə 
ki,  hələ  10  fevral  1828-ci  il  tarixli  Türkmənçay  sülh 
müqaviləsinə  əsasən  Rusiya  imperiyasına  zorla  daxil  edilmiş 
Şimali  Azərbaycanın  ərazisinin  sahəsi  təxminən  140  min 
kvadrat kilometr təşkil edirdi. Lakin 1920-ci ildə aprelin 28-də 
Azərbaycan  Demokratik  hökumətinin  başçısı  Məmmədəmin 
Rəsulzadə  yeni  bolşeviklər  hakimiyyətinin  nümayəndəsinə 
Azərbaycanın  113,4  min  kvadrat  kilometr  ərazisini  təhvil 
vermişdir.  Nəhayət  1966-cı  ildə  Zəngəzur  tamamilə  və  Qazax 
rayonunun bir hissəsi Ermənistana, 150 il əvvəl isə Dərbəndin 
Rusiya  tərəfindən  zəbt  edilməsi  və  digər  ərazilərin  yenidən 
bölünüb  birləşməsi  Azərbaycanın  ərazisini  86,6  min  kvadrat 
kilometr çatdırdı. Müasir dövrdə Dağlıq Qarabağ və onun ətraf 
rayonlarının  Ermənistan  ordusu  ilə  tutulması  nəticəsində 
azərbaycanlıların  həyat  məkanı  da  17  min  kvadrat  kilometr 
azaldılmışdır.  Beləliklə,  Rusiya  Azərbaycanın  ərazisinin 
bütövlüyünü öz üzərinə götürməsinə baxmayaraq, heç vaxt bu 
öhdəliyini  təmin  etməmişdir.  Rusiyanın  Qafqazda  yeritdiyi 
siyasətin  nəticəsində  vətənimiz  iki  hissəyə  parçalanmış,  onun 
ərazisi son iki əsr ərzində 3,6 dəfə, 1828-ci ildən indiyə qədər 2 
dəfə, 1920-ci ildən bəri isə 39% azalmışdır.  
Müharibə  və  inqilabi  proseslər  vətənimizi  geri  salsa 
da,  onun  zəhmətsevər  vətəndaşları  daima  işləyib  yaratmaq 
əzmində  olaraq,  öz  zəhmətləri,  qanı  və  təri  bahasına  istehsalı 
ictimai  təşkilində  mütərəqqi  dəyişikliklərə  və  əmək 
məhsuldarlığının  yüksəldilməsinə nail olmuşlar. Bütün bunlar, 
ölkəmizin  coğrafi  və  təbii-iqlim  cəhətdən  üstünlükləri  əmtəə 
istehsalının  genişlənməsinə,  daxili  bazara  və  xarici  ölkələrlə 
əmtəə-pul  münasibətlərini  və  beynəlxalq  əlaqələri  inkişaf 
etdirməyə  imkan  vermişdir.  Burada  ictimai  istehsalın,  topdan 
və  pərakəndə  ticarətin,  o  cümlədən,  yarmarka  və  sərgilərdə 
əmtəə  satışının  təkmilləşdirilməsi  sahəsində  dərin  və  köklü 
tarixi  proseslər  getmişdir.  Bütün  bu  proseslərdə  ərəb 
dünyasının  karvan  ticarəti  və  Böyük  ipək  yolunun 


 
 
 
Azərbaycanın ərazisində digər  yerli və tranzit tacirlərin ticarət 
yolları  ilə  kəsilməsinin  rolu  böyük  olmuşdur.  Azərbaycan 
ərazisindən  və  onun  tacirlərinin  iştirakı  ilə  dünyanın  müxtəlif 
ölkələrilə  sabit  ticarət  iqtisadi  əlaqələrinin  yaradılması  nəinki 
beynəlxalq ticarətin inkişafına hətta sivil ticarətin formalaşması 
istiqamətində  birjaların  meydana  gəlməsinə  səbəb  olmuşdur. 
Lakin  müasir  Azərbaycan  üçün  sonralar  meydana  gəlmiş  və 
bərqərar  olmuş  Avropa  ticarəti  sistemi  və  birjalar  vasitəsilə 
ticarət  iqtisadi  münasibətlərin  əhəmiyyəti  və  məzmunu  təkzib 
edilməzdir.  
Keçmiş  dövrlərdə  Asiya  sivilizasiyası  və  ərəb-ivrit 
dünyasının  nailiyyətləri  sonralar  meydana  gəlmiş  Avropa-
Amerika  ictimai-iqtisadi  sivilizasiyanın  özəyini  təşkil  etmiş 
quldarlıq  və  feodalizm  sistemləri  daha  mütərəqqi  olan 
kapitalist  təsərrüfatçılığı  sistemi  ilə  sürətlə  əvəz  edilmişdir. 
Tarixin bizlərə bir qədər yaxın dövrlərində Avropa və Amerika 
qitələrindən  ictimai  istehsal,  məhsul  bölgüsü  və  satışındakı 
inkişaf  etmiş  və  artırılmış  nailiyyətləri  əks  istiqamətdə  daha 
böyük miqyas və sürətlə Asiya qitəsi, Aralıq dənizi ölkələri və 
digər  dövlətlərə  axmağa  başlamışdır.  Bunlara  Yapon,  Cənubi 
Koreya,  Tayvan  adası,  neft  çıxaran  ərəb  ölkələri  və  digər 
dövlətlərinin  müasir  iqtisadi  durumlarını  misal  göstərmək 
kifayətdir.  ndiki şəraitdə beynəlxalq bank-kredit əməliyyatları, 
rabitə,  nəşriyyat  və  digər  kommunikasiya  sistemlərinin 
imkanları  yol  verir  ki,  dünya  iqtisadiyyatının  ən  qabaqcıl  – 
mütərəqqi  nailiyyətlərini  istənilən  ölkənin  nisbətən  tez 
zamanda inkişafına cəlb edilsin (əgər həmin ölkələrin özlərində 
buna iqtisadi sosial və təşkili baza mövcuddursa). Bütün bunlar 
nəinki  sənaye  və  kənd  təsərrüfatı,  həmçinin  ticarət-iqtisadi, 
daha  mütərəqqi  maliyyə-kredit  münasibətləri  və  birja 
fəaliyyətini də əhatə edir.  
Elmi 
axtarışlar 
göstərir 
ki, 
Azərbaycan 
Respublikasında  onun  dövlətçiliyi,  xalq  təsərrüfatının  müxtəlif 
sahələrinin  inkişafı,  ticarətin  iqtisadiyyatı  və  təşkili,  xarici-


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə