Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

 
 
 
iqtisadi  əlaqələri  və  s.  sahələrə  dair  arxiv  sənədləri  çox 
məhduddur. Bununla yanaşı, belə məlumatlar milli kadrlardan 
daima  gizlədilib,  lazımınca  uçota  alınsa  belə,  qəsbkarlar 
tərəfindən  xaricə  aparılıb.  Bu  sahələrdəki  mövcud  arxiv 
sənədlərini əldə etmək dövrün maliyyə və digər problemləri ilə 
ə
laqədar  əldə  etmək  asan  iş  deyil.  Belə  ki,  bugünkü  büdcə 
təşkilatlarının  maliyyələşdirmə  sisteminin  qüsurları,  onlarda 
çalışanların  maaşların  aşağı  olması  ölkəmizin  Mərkəzi  Dövlə
arxivinə  dağıdıcı  təsir  etməsilə,  buradan  lazımi  sənədləri 
axtarıb  tapmağa,  onları  ərəb  əlifbasında  oxumağa  və  fars 
dilindən  tərcüməyə  yardımçı  olan  işçilərinin  ixtisara 
salınmasına  səbəb  olmuşdur.  Bununla  əlaqədar  biz  ticarə
formaları və tiplərinin Azərbaycanda inkişafını arxiv sənədləri 
ə
sasında tam müşahidə edə bilməyəcəyimizi dərk edərək, onun 
Rusiyaya  birləşməsi  dövrünü  tədqiq  etməklə  kifayətlənməli 
olduq. 
1
  
Rusiya  hələ  I  Pyotrun  hakimiyyəti  dövründən 
başlayaraq  imperiya  yaradmaq  fikri  ilə  xəstələnib  və  həmin 
dövrdən  300  il  keçməsinə  baxmayaraq  ondan  yaxa  qurtara 
bilmir. Hələ XVIII əsrin ortalarından rus çarizmi bütün Cənub 
dövlətlərinin sərhədləri boyunca güc toplamış və nəhayət 1801-
ci  ildə  indiki  Soçi  sahələrinin  ərazisini  işğal  edərək,  Qərbi 
Gürcüstan  istiqamətindən  dini  qardaşlıq  pərdəsi  altında,  gürcü 
və  erməni  zədagən  ailələrini  gənc  üzvlərini  rus  ordusunda 
xidmət  etdiyindən  istifadə  edərək,  Güney  Qafqazı  tədricən 
işğal  etməyə  başladı.  Bu  hadisədən  yalnız  27  il  sonra  hərbi 
təzyiqlərdən,  böyük  yalanlardan,  yerli  xanlıqların  arasındakı 
münaqişələrdə istifadə edərək, rus çarizmi Azərbaycanı  randan 
qopararaq,onu iki yerə parçalamağa və onun Şimal hissəsini öz 
imperiya hüdudları və təsir dairəsinə daxil etməyə nail oldu. 
                                                 
1
  Фонд  60,  гейд  1,  иш  29  вя  с.  Азярбайъан  Республикасы  Мяркязи 
Тарих архиви 


 
 
 
Etiraf etmək  gərəkdir ki, Rusiyanın hərbi üstünlüyü və 
Avropa  sivilizasiyasına  meyli  xanlıqlar  çəkişməsindən  azad 
olmuş Azərbaycanın bəzi sahələrdə inkişafına müsbət təsir etsə 
də,  rus  çarizminin  bununla  imperialist  mahiyyəti  dəyişməz 
olaraq  qalmaqda  idi.  Görünür  Azərbaycan  ömrü  boyu  geridə 
qalmış aqrar əyalət kimi qalardı, əgər təxminən XIX əsrin 50-ci 
illərində  Abşeron  yarımadasında  sənaye  əhəmiyyətli  neft  və 
qaz yataqları aşkar edilməsəydi. Keçən əsrdə faydalı iş əmsalı 
az  olan  ağır  buxar  mühərrikləri  əvəzinə  daha  yığcam,  yüngül 
və  güclü  olan  daxili  yanacaq  mühərrikləri  ilə  yanaşı  sürətlə 
inkişaf  edən  elm,  texnika  və  texnologiya  daha  çox  neft 
məhsulları – benzin, ağ neft və sürtgü materialları tələb edirdi. 
Lakin  çar  reciminin  feodal  əsasları,  kapitalist  üslubu  – 
idarəsinin  özlərinə  inkişaf  yolu  seçmiş  ölkələrə  nisbətən,  bu 
problemləri  effektli  həll  etməyə  imkan  vermirdi.  Nəhayət 
1861-ci  ildə  cəmi  Rusiyanın  ərazisində  təhkimçilik  hüququ 
ləğv  edildikdən  sonra  kapitalist  təsərrüfatçılığı  və  cəmiyyətin 
bu mütərəqqi sosial-iqtisadi quruluşu uzaq Azərbaycana yalnız 
imperoiyanın  deyil,  hətta  bütün  dünyanın  neft-kimya 
sənayesinin  gözü  olan  Bakıya  da  çatdı.  Qısa  müddətdə 
kapitalist  təsərrüfatçılığı  sisteminin  bazar  yönümlüyü  öz 
quruculuq missiyasını yerinə yetirə bilmişdir. Bunun sayəsində 
Bakı  şəhəri  və  onun  ətrafında  neft-kimya  sənayesi  və  onlarla 
əlaqədar olan digər xalq təsərrüfatı sahələrinin inkişafına xarici 
kapital,  elmi-texniki  tərəqqinin  qabaqcıl  nailiyyətləri,  yüksək 
ixtisaslı  mütəxəssislər  axıb  gəlmiş,  milli  sahibkarlar 
fəallaşmağa başlamış və s.  
Abşeron 
yarımadasında 
kapitalizmin 
inkişafı 
Azərbaycanın  digər  ərazisini  əhatə  etməyərək,  burada  neft 
hasilatı  ilə  əlaqədar  sənaye  sahələrinin  ətrafında  böyük 
canlanmaya  səbəb  olmuşdur.  Nisbətən  qısa  bir  dövr  ərzində 
Bakıda  bir  çox  Avropa  ölkələrinin  dövlət  və  işgüzar 
adamlarının  sərmayələri  və  fəaliyyətləri  cəmləşmiş,  burada 
sənaye  ilə  yanaşı  bazarın  da  zəruri  infrastrukturu  yaradılmış, 


 
 
 
neft  və  qaz  çıxarma  avadanlıqları  istehsal  edən  zavod  və 
fabriklər işə salınmış, neft və neft məhsullarının boru kəmərləri 
vasitəsilə 
ötürülməsi 
üzrə 
ilk 
beynəlxalq 
layihələr 
reallaşdırılmış,  dünya  təcrübəsində  ilk  neft  doldurma  dəmir 
yolu  sistemləri  və  dəniz  tankerlərindən  istifadə  edilməyə 
başlamışdır.  Bütün  bunların  sahəsində  Bakının  neft-kimya 
sənayesinin  məhsullarını  Rusiyada  və  Avropa  bazarlarına 
nisbətən az xərclə, külli miqdarda və tez bir zamanda çıxarmaq 
mümkün olmuşdur. 
Bu  şəraitdə  Bakıda  ticarətin  üsul  və  metodlarının 
sürətli  inkişafda  olan  kapitalist  təsərrüfatçılığı  sistemindən 
geriyə  qalması  əlamətləri  özünü  biruzə  verməyə  başladı. 
Bunları  öz  üzərlərində  daha  kəskin  hiss  edən  Bakının 
sənayeçiləri,  neft  maqnatları  və  tacirləri  arasında  Avropa 
ölkələri,  Yapon,  ABŞ  və  nəhayət  Rusiyada  olduğu  kimi  öz 
birjalarını  yaratmaq  zəruriyyəti  haqda  fikirləri  formalaşmağa 
başladı. 
Qeyd  edildiyi  kimi,  hələ  eramızdan  əvvəlki  qədim 
dövrlərdə  mütəşəkkil  bazarın  elementləri  formalaşmışdır  və 
onlar  uzunmüddətli  təbii-tarixi  təkamül  prosesləri  nəticəsində 
ilk növbədə əmtəə birjalarının yaranmasına gətirib çıxarmışdır. 
Lakin  min  illərdən  sonra  Bakıda  öncə  Avropa  ölkələri  sayağı 
birjanın  yaradılması  onu  göstərir  ki,  bu  regionun  bazar 
problemləri  Avropa  dövlətlərinin  qarşılaşdığı  problemlərlə 
oxşar  idi  və  Bakıda  kapitalizmin  inkişafı  özündə  Avropada 
bazar  münasibətlərinin  üstün  və  mənfi  cəhətlərini  daşıyırdı. 
Beləliklə,  Rusiya  işgüzar  dairələri  tərəfindən  Avropa 
ölkələrində  birjaların  yaradılması  və  fəaliyyəti  təcrübəsinin 
nisbətən  asanlıqla  öyrənmək  mümkün  olduğu  üçün  onlar 
Rusiyanın  özündə  və  o  cümlədən,  Azərbaycanda  neft 
sənayesinin  inkişafında  maraqlı  olduğu  halda  burada  da 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə