Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 2,8 Kb.

səhifə18/69
tarix14.09.2018
ölçüsü2,8 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

 
 
 
Avropa  nümunəsi  tipli  birjalar  yaradılmışdır.
1
  Artıq  1870-ci 
ilərin  ərəfəsində  Bakı  və  Abşeronda  sürətli  inkişafda  olan 
kapitalizm  bazar  iqtisadiyyatının  effektli  fəaliyyət  göstərməsi 
üçün  kifayət  qədər  infrastruktur  qurumlarının  yaradılmasını 
tələb edirdi. Həmin dövrdə Bakı və onun ətrafında neftçıxarma 
sənayesinin  inkişafı,  burada  sərmayələrin  və  işçi  qüvvəsinin 
təmərküzləşməsi,  dəmir  və  yollarının  inşaası,  dəniz 
limanlarının tikilməsi, neft və onun məhsullarını daşımaq üçün 
xüsusi sisternlər və tankerlərin hazırlanması və digər mütərəqqi 
hallar  neft  məhsulları  kimi  kütləvi,  məhdud  çeşidli,  eləcədə 
standartlaşdırılmış  məhsulların  satışı  adi  bazar  sistemi  və 
səviyyələrinə  sığışmırdı.  Bütün  bunlarla  yanaşı,  neft-kimya 
sahələri  və  neft  məhsulları  emal  müəssisələrinin  spesifik 
olması, neft məhsullarının saxlanılması, nəql edilməsi və satışı 
xüsusiyyətləri və onların iri sənaye və ticarət (tacir) kapitalının 
əlində  cəmləşməsi,  həmçinin  əmtəə-pul  münasibətləri 
mexanizmi, 
iqtisadiyyatın 
təşkili, 
planlaşdırılması 
və 
idarəedilməsi  ilə  əlaqədar  əhəmiyyətli  amillər  əmtəə 
birjalarının  təşkili  vasitəsilə  əmtəələrin  bölgüsü  və  satışı 
problemlərinin  həll  edilməsini  tələb  edirdi.  Məhz  buna  görə 
Bakının  o  zamankı  nüfuzlu  varlı  sahibkarları  və  tacirləri  çar 
reciminin hakimiyyət strukturları qarşısında əmtəə birjası kimi 
topdansatış  ticarətin  yeni  təşkilat  formasının  yaradılması 
məsələsini  qaldırıb,  onu  müdafiə  etmiş  və  maliyyə  cəhətdən 
yardım göstərəcəklərini bəyan etmişlər. 
                                                 
1
  Щолландийа  иля  йанашы  илк  ямтяя  биръалары  Мяркязи  Авропа 
юлкяляриндя  щяля  ХВЫ  ясрдя  мейдана  эялмишдир:  Антверпендя 
(1531),  Лион,  Тулуз  (1549),  Лондон  (1556),  Амстердам  (1608). 
Йапонийада  дцйц  тижаряти  иля  мяшьул  олан  биръа  1790-жы  илдя, 
АБШ-ын  Чикаго  шящяриндяки  ямтяя  биръасы  1848-жи  илдя 
йарадылмышдыр.  ХВЫИ  ясрин  сонунда  Ы  Пйотр  Амстердам 
бирjасында  олмуш  онун  тяжрцбясини  Русийада  йаймаьа  гярара 
алмышдыр. 


 
 
 
Beləliklə,  yalnız  Bakının  qabaqcıl  sənayeçi,  tacir  və 
ictimai  xadimlərinin  bu  cür  çoxillik  mütəmadi  təkidli 
müraciətləri  nəticəsində  Rusiyanın  çarı  şəxsən  Bakı  əmtəə 
birjasının ilk nizamnaməsi və digər sənədləri ilə tanış olduqdan 
sonra  18  iyul  1886-cı  ildə  Azərbaycanda  birinci  əmtəə 
birjasının  açılmasına  dair  öz  yüksək  icazəsini  vermişdir.
1
 
Həmin  əmtəə  birjasının  yaranmasında  xeyirxaxlığı  ilə  məşğul 
olan  sənayeçi  –  milioner,  birinci  dərəcəli  tacir  Hacı 
Zeynalabdin Tağıyev bir sıra rus, cuud və erməni milliyətindən 
olan  nümayəndələr  də  yaxından  iştirak  etmişdir.  Sonralar 
həmin  birjaların  imkanlarından  tanınmış  milionerçilər  Mirzə 
Şəmsi oğlu Əsədullayev və Musa Nağıyev istifadə etmişlər.  
Təxminən  120  il  bundan  əvvəl  yaranmış  ilk  Bakı 
birjasının  nizamnaməsi  çox  dərindən  işlənmiş  və  aşağıdakı 
bölmələrdən ibarət olmuşdur.  
I.  Ümumən  birjalar  haqqında  (üç  paraqrafdan  ibarət 
idi) 
Misal üçün, bu bəndin birinci paraqrafında qeyd edilir 
ki,  Bakı  birjası  Bakıda  ticarət  işləri  yapan  şəxslərin  bütün 
ticarət və sənaye sahəsində əlaqələri və əməliyyatları, həmçinin 
onlar  üzrə  lazımi  məlumatları  əldə  etmək  üçün  topladıqları 
yerdir.  
II. Birjaya gələn şəxslər haqqında (yeddi paraqraf) 
Həmin  bölməyə  uyğun  olaraq  hər  bir  adama  öncə 
qeydiyyatdan  keçdikdən  və  nəzərdə  tutulmuş  məbləği 
ödədikdən  sonra,  birbaşa  gəlib  lazımi  məmulatları  almağa  və 
ticarət  əməliyyatlarını  öz  ümumi  və  ticarət  hüquqları 
çərçivəsində aparmağa icazə verilirdi.  
Ticarət dövriyyəsinin təmin etmək üçün birjaya daima 
gələn adamlar (özləri və ya nümayəndələri, yaxud vəkaləti üzrə 
                                                 
1
 Щямин бирjа 1 йанвар 1887- жи илдя совет щакимиййяти гурулана 
кими  фяалиййят  эюстярмишдир.  Бу  биръа  пайтахтымызда  кющня 
Бакы универмаьы кими таныдыьымыз бинада йерляширди. 


 
 
 
vasitəçiləri) birjanın binasını saxlamaq və digər təsərrüfat işləri 
üçün birja komitəsinə müəyyən məbləğdə vəsait ödəməli idilər.  
III. Birja cəmiyyəti haqqında (altı paraqraf). 
Həmin  bölmənin  birinci  bəndinə  uyğun  olaraq 
Bakıdakı  birja  cəmiyyəti  yerli  və  xarici  birinci  və  ikinci 
dərəcəli 
tacirlərilə 
yanaşı 
gəmi 
sahibkarları, 
zavod 
mülkiyyətçiləri,  neft-sənaye  müəssisələri  olan  birjanın 
fəaliyyətinə  maraq  göstərən  və  birja  cəmiyyəti  tərəfindən 
müəyyən  məbləğdə  üzvlük  haqqını  ödəyən  şəxslər  iştirak  edə 
bilərdi. 
IV.  Birja  komitəsi,  onun  hüququ  və  vəzifələri 
haqqında (iyirmi üç paraqraf) 
Bu  hissədə  birjanın  işi  və  vəziyyəti  haqda  əsas 
məsuliyyət birbaşa birja komitəsinin üzərinə qoyulurdu. Həmin 
komitə  səkkiz  nəfərdən  ibarət  başçılardan  ibarət  olmalı  idi. 
Onlar  birja  cəmiyyəti  tərəfindən  dörd  il  müddətində  Rusiya 
vətəndaşı  olan  birinci  və  ikinci  dərəcəli  tacirlərdən  seçilməli 
idi. Birja komitəsinin üzvləri yalnız azı iki il birja cəmiyyətinə 
daxil  olduqdan  sonra  Bakı  şəhərində  daima  yaşayan  yerli  və 
xarici tacirlərdən seçilə bilərdi.  
Birja  komitəsi  hər  il  üzrə  öz  üzvləri  sıralarından  bir 
nəfər sədr və onun müavinini seçməli idi. Həmin bir il ərzində 
bu işçi heyət Bakı şəhərində topdansatış ticarətini dəstəkləməli 
və inkişaf etdirməli idi.  
V.  Birja  cəmiyyətinə  məxsus  olan  pul  vəsaitlərinin 
məbləği  və  onlar  üzrə  hesabatların  aparılması  haqqında 
(doqquz paraqraf). 
Birja cəmiyyətinin  gəlirləri üzvlük haqları, birdəfəlik 
ödənişlərdən,  ticarətçilərdən  toplanan  vəsaitlərdən  və  birja 
cəmiyyətinə  məxsus  olan  kapitallardan  əldə  edilən  faizlərdən 
ibarət olmalı idi.  
VI.  Birja  dəllalları  (maklerləri)  haqqında  (iki 
paraqraf) 
Bu  hissədə  söhbət  müasir  mənada  birja  brokerləri, 




Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə