Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

 
 
 
inqilabdan  əvvəl  isə  dəllallar  (maklerlər)  adlananlardan  gedir. 
Bakı  birjasının  nizamnaməsinə  əsasən  onların  tərkibi  doqquz 
nəfərdən  çox  olmamalı  və  özlərinin  içindən  bir  nəfər  rəhbər 
seçilməli  idilər.  Həmin  nizamnamədə  xüsusi  olaraq  qeyd 
edilmişdir:  «Xarici  ölkələrin  vətəndaşları  və  qeyri  xristian 
dininə  mənsub  adamlar  birja  dəllalları  vəzifəsinə  seçilə 
bilməz».
1
 
Yuxarıda  gətirilmiş  nizamnamə  təsdiq  edildikdən 
sonra  19  noyabr  1886-cı  ildə  aşağıdakı  tərkibdən  ibarət  birja 
komitəsi  seçilmişdir:  birinci  dərəcəli  tacirlər  Qriqori 
Qerasimoviç  Turmayev,  Hacı  Zeynalabdin  Tağıyev,  Tomas 
vanoviç  Əmirov,  Yakov  sayeviç  Adamov,  Arakel  Saturoviç 
Saturov,  Nikita  Musaeloviç  Şahqedənov;  ticarət  evlərinin 
nümayəndələri:  Konstantin  Aleksandroviç  retski  və  Vladimir 
vanoviç  Kozlyakovskiy;  birja  üzvlüyünə  namizədlər:  Samuel 
vanoviç  Baqirov,  Hacı  Şixəli  Dadaşov,  lya  Kalustoviç 
Budaqov və Lev Martınoviç De Burre. Həmin tərkibdəki birja 
komitəsi  11  noyabr  1886-cı  ildə  Ya.  .  Adamov  sədr  və  K.A. 
retskini  onun  müavini  seçmişdir.  Bu  ilk  əmtəə  birjasının 
fəaliyyəti  isə,  qeyd  etdiyimiz  kimi,  1  yanvar  1887-ci  ildə 
başlamışdır.  
Onu da qeyd edək ki, həmin dövrdə məşhur kimyaçı-
alim  D. .Mendeleyev  Bakıya  xam  nefti  emal  edən  neft-kimya 
müəssisələrinin  yaradılması  sahəsində  məsələləri  məsləhətçi 
kimi  dəvət  edilmişdir.  Buna  görə  də  o  Bakının  nəinki  neft-
kimya problemlərini hətta istehlak yerlərinə neft məhsullarının 
çatdırılması və satışı məsələlərini də dərindən bilirdi. Məhz bu 
amilləri əsas götürərək Bakı birjası cəmiyyəti Peterburq şəhəri 
və  Rusiyanın  digər  yerlərində  neft  sənayesi  ilə  əlaqədar 
maraqlarını  qorumağı  qabaqcıl  elm  xadimi  professor 
D. .Mendeleyevə və ikinci dərəcəli kapitan K. . retskiyə həvalə 
etməyə nail olmuşdur.  
                                                 
1
 Тярcцмя мцяллифляриндир. 


 
 
 
Saf kommersiya əsaslarında qurulmuş, sürətlə inkişaf 
etməkdə  olan  kapitalizmin  qabaqcıl  qanun  və  qaydalarına 
cavab  verən  ilk  Bakı  birjası  inqilabdan  əvvəlki  Azərbaycanın 
iqtisadiyyatının  qurulmasında  öz  yaradıcı  rolunu  oynamışdır. 
Lakin təxminən otuz il fəaliyyət göstərdikdən sonra Rusiyadakı 
baş  vermiş  Böyük  oktyabr  inqilabının  dağıdıcı  təsiri 
nəticəsində  kapitalizmin  əsasları  tamamilə  laxlayıb  dağılması 
ilk Bakı birjasının ömrünü də qısaltdı.  
 
 
 
 
4.2. Müasir Azərbaycan Respublikasının 
ə
mtəə birjaları 
Azərbaycan  Respublikasının  ən  yeni  tarixində  onun 
ərazisində  əmtəə  birjalarının  yaradılması  inqilabdan  əvvəlki 
dövrə qayıdışı xatırlatsada, müasir dövrdə bu proses tamamilə 
başqa  bir  ictimai-iqtisadi  və  siyasi  mühitdə  cərəyan  etmişdir. 
Görünür  rus  çarizmi  dövründə  formalaşmış  imperiya  ruhu 
qırmızı  və  boz  faşist  boyaqlı  və  düşüncə  tərzli  sosialist 
həqiqətli  bir  dövrü  yaşayıb,  itkilərdən  və  məhrumiyyətlərdən 
keçmək  gərəkmiş  ki,  kommunist  təsərrüfatçılığı  sisteminin 
cəfəngiyat  olması  aşkar  edilsin  və  yenidən  bazar 
iqtisadiyyatına  qayıdaraq,  əmtəə  və  digər  birjaları  yada 
salınması və inkişaf etdirilməsi haqda tədbirlər görülsün. 
1990-cı 
ilin 
20 
yanvar 
qırğınından 
sonra 
Azərbaycanın bir çox ziyalı və rəhbər işçiləri Sovetlər ölkəsini 
bədbəxtliklər imperiyası, Rusiyanı isə regionlarda millətlərarası 
və  etnik  müharibələrin  qızışdırıcısı  kimi  görməyə  başladılar. 
Məhz  həmin  dövrdən  başlayaraq  bəzi  nazirlik  və  idarələrin, 
müəssisə  və  təşkilatların  rəhbər  işçiləri  əhalini  və  istehsal 
sahələrini  müxtəlif  çeşidli  material  resursları  ilə  sabit  və 
fasiləsiz  təmin  etmək  məqsədilə  yollar  axtarmağa  və  əmtəə, 
xammal  və  s.  növ  bazarları  inkişaf  etdirmək  üçün  müəyyən 


 
 
 
tədbirlər  görməyə  başladılar.  Həmin  yolları  və  tədbirləri 
ümumiləşdirərək,  o  cümlədən,  istehsal  və  istehlak    vasitələri 
bazarının  əmtəə  birjaları  vasitəsilə  topdansatış  ticarətinin 
təkmilləşdirilməsi  və  bu  yolla  bazarın  infrastrukturunun 
genişləndirilməsi  haqda  təklifləri  Azərbaycan  hökumətinə 
təqdim  etdilər.  Nəhayət  uzunmüddətli  müzakirə  və 
razılaşdırmalar  nəticəsində  Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti 27 iyun 1991-ci ildə «Birja ticarətinin inkişaf 
etdirilməsi  və  Bakı  birjasının  fəaliyyətinin  genişləndirilməsi 
haqqında»  226  saylı  Qətnaməsini  qəbul  etdi.  Həmin  sənədə 
əsasən Bakı birjasına Respublika statusu verilmiş və onun adı 
«Respublika əmtəə birjası» kimi qeyd edilməsi tələb olunurdu. 
1
 
Yuxarıda  qeyd  edilmiş  Qərara  əsasən  Respublika 
əmtəə  birjasının  nəzdində  müəyyən  əmtəə  çeşidlərinin 
qruplarının  satışı  üzrə  ixtisaslaşmış  broker  kontorları 
yaradılmışdır: 
-  pambıq,  yun,  barama,  şərab  məmulatları,  meyvə, 
tərəvəz və onların emalı məhsulları; 
- Xam neft, neft məhsulları, təbii qaz; 
- Kimya sənayesinin məhsulları; 
- Filiz, alunit, qara və əlvan metallar, boru; 
- Maşınqayırma məhsulları; 
- Mahlıc, xalça və xaçasılıq məhsulları. 
Respublika  əmtəə  birjasının  Nizamnaməsi  Bakı 
şəhərində onun təsisçilərinin ümumi iclasında 18 oktyabr 1991-
ci  ildə  (protokol  №4)  təsdiq  edilmişdir  və  onun  tərkibi 
aşağıdakı bölmələrdən ibarətdir: 
1. Ümumi əsasnamə. 
2. Fəaliyyətin məzmunu və birjanın vəzifələri. 
                                                 
1
Щал-щазырда  щямин  биръа  Гара  шящярдя  яввялляр  Нобел 
гардашларына малик биналарын бириндя йерляшир. 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə