Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

 
 
 
3. Birjanın təsisçiləri. 
4.  Birjanın  üzvləri  (onların  hüquqları,  vəzifələri  və 
fəaliyyətinin dayandırılması ayrı-ayrılıqda verilib). 
5. Birjanın müştəriləri, onların hüquqları və vəzifələri. 
6.  Birjanın  idarəedilməsi  və  fəaliyyəti  üzərində 
nəzarət. 
7. Birjanın struktur bölmələri, birja vasitəçiləri. 
8. Birjanın vəsaitləri və əmlakı. 
9. Gəlirlərin formalaşdırılması və bölgüsü. 
10. Birja vasitəçiləri. 
11. Birjanın fəaliyyətinin dayandırılması. 
Onu  da  qeyd  edək  ki,  ölkəmizdə  respublika  əmtəə 
birjasının  mövqeyinin  zahirən  möhkəmləndirilməsini  görən 
bəzi  nazirlik  və  idarələrin  rəhbərləri,  hətta  bir  çox  sahibkarlıq 
və  kommersiya  fəaliyyətinə  təzəcə  qoşulmuş  şəxslər  yüksək 
mənfəət  axtarışı  sorağında  müxtəlif  səpkili  birjalar  yaratmaq 
iddiasında  olmuşlar.  Lakin  onların  bu  iddiaları  birjaların  əsas 
təyinatı,  onların  mənfəət  gətirən  sahə  yox,  topdansatış 
əməliyyatlarının  asanlaşdırılması,  tezləşdirilməsi  və  sivil 
səviyyədə  başa  çatdırılması  imkanlarını  nəzərdən  qaçırmışlar. 
1997-ci  ilin  sonunda  Azərbaycanda  ona  qədər  birja  olması  və 
indiyənə  qədər  onların  əksəriyyətinin  gündəlik  problemlərinin 
içində  boğularaq  sıradan  çıxarılması  faktdır.  Bütün  əmtəə 
birjalarının  içində  yalnız  Respublika  əmtəə  birjasında  yüksək 
səviyyəli  ali  təhsilli  zəngin  təcrübəyə  malik  mütəxəssislərin 
işləməsi  nəticəsində  rəqabətin  kəskinləşməsinə,  korrupsiyanın 
güclənməsi  və  məmur  təzyiqlərinin  artmasına,  iqtisadiyyatın 
üzləşdiyi  digər  problemlərin  kəskinləşməsinə  baxmayaraq 
birjada  işlər  daha  yaxşı  təşkil  edilmişdir  və  ciddi  qənaət 
reciminə  keçərək  öz  yüksək  potensialını  saxlaya  bilmişdir. 
Əmtəə  birjalarının  Nizamnaməsində  qeyd  edilmişdir:  «Bakı 
şəhərindəki  Respublikanın  əmtəə  birjası  dövlət,  kooperativ 
təşkilatlar,  sənaye  müəssisələri  və  bilikləri,  istehsal-texniki 
təyinatlı məhsullar və xalq istehlakı mallarının sahibkarları və 


 
 
 
istehlakçıları, bank idarələri, maddi-texniki təchizat təşkilatları 
vasitəçi, ticarət və kommersiya təşkilatları, həmçinin öz maddi 
əmək və maliyyə resursları ilə onun fəaliyyətində iştirak etmək 
istəyən  hüquqi  şəxslərin  könüllü  razılaşması  və  birləşməsi 
əsasında yaradılmışdır».  
Yaxın  keçmişdə  (1994-1998  –ci  illərdə)  Bakı 
Respublika əmtəə birjanın təsisçilərinin siyahısına 13 müəssisə 
və  təşkilatdan,  birja  üzvlərinin  sayı  29-dan,  broker  yerlərinin 
sayı  isə  67  ədəddən  ibarət  idi.  Hal-hazırda  isə  müxtəlif 
obyektiv və sudyektiv səbəblərə görə bu göstəricilər 1,5-2 dəfə 
azalıb. 
Əmtəə  birjasının  əsas  –  aparıcı  şöbələrinin 
fəaliyyətini  tənzimləyən  öz  əsasnamələri  mövcuddur.  Misal 
üçün,  birja  ticarətinin  təşkili  və  keçirilməsi  qaydaları,  birjanın 
pul vahidi haqqında əsasnamə və başqaları vardır.  
Əmtəə  birjasının  ümumi  iclasında  onun  hər  bir 
təsisçisinin iki və birja üzvünün bir səsi vardır.  
Hər bir  alıcı və  ya satıcı birja satışlarında iştirak edə 
bilər.  Lakin  bunun  üçün  onlar  qeydiyyatdan  keçməli  və 
müvafiq  olaraq  alıcılar  5  min  manat  və  satıcılar  hər  məhsul 
çeşidi  və  növü  üçün  100  manat  birjanın  hesabına 
keçirməlidirlər. 
Əmtəə  birjasında  adi  ticarətin  təşkili  hərracların 
keçirilməsindən  fərqlənir.  Belə  ki,  hərracdan  kənar  məhsul 
satışı  zamanı  əmtəələr  satıcıların  qiymətləri  əsasında  birja 
vasitəsilə  bazara  çıxarılır.  Lakin  həmin  qiymətləri  artırmağa 
icazə yoxdur, ona baxmayaraq ki, tərəflər arasında sövdələşmə 
zamanı bu qiymətlər yalnız aşağı salına bilər.  
Bütün 
hallarda 
alıcı 
və 
satıcılar 
arasında 
hesablaşmalar  yalnız  əmtəə  birjasının  iştirakı  ilə  həyata 
keçirilsə  də  bu  əməliyyatların  reallaşdırılması  müddəti  onların 
aralarındakı 
müddəti 
razılaşmalardan 
asılıdır. 
Həmin 
kommersiya  əlaqələrinin  təşkilatçısı  olan  əmtəə  birjasına  alıcı 
tərəfi nəzərdə tutulmuş xidmət məbləğini (əmtəə dövriyyəsinin 


 
 
 
1-3% həcmində) 10 gün müddətində mütləq ödəməlidir.  
Sonralar Milli Məclis tərəfindən bazar iqtisadiyyatına 
keçidi  hüquqi  cəhətdən  əsaslandırmağa  və  kapitalist 
təsərrüfatçılığı  sisteminin  infrastrukturasını,  o  cümlədən 
birjaları, formalaşdırmağa imkan verən bir sıra qanunlar qəbul 
edilmişdir.  Onların  içində  «Azərbaycan  Respublikasında 
mülkiyyət  haqqında»  (ölkə  prezidenti  tərəfindən  9  noyabr 
1991-ci  il  tarixində  təsdiq  edilmişdir  (№256-XII)), 
«Müəssisələr  haqqında»  (1  iyun  1994-cü  il,  №847), 
«Antiinhisar  fəaliyyəti  haqqında»  (4  mart  1993-cü  il,  №526), 
«Müflisləşmə və iflas haqqında» (13 iyun 1997-ci il, №326-1q) 
və  başqaları  birja  ticarəti  sisteminin  yaradılması  və  inkişaf 
etdirilməsinə  ciddi  təsir  göstərmişdir.  Lakin  birjaların 
fəaliyyətinə  birbaşa  təşkilati-hüquqi  baza  yaradan  «Qiymətli 
kağızlar  və  fond  birjaları  haqqında»  (24  noyabr  1992-ci  il, 
№383), «Əmtəə birjası haqqında» (25 may 1994-cü il, №803) 
və  yenə  də  «Qiymətli  kağızlar  haqqında»  (9  sentyabr  1998-ci 
il,  №765)  Azərbaycan  Respublikasının  qanunları  qəbul 
olunmuşdur. 
«Əmtəə  birjaları  haqqında»  Qanunda  qeyd  edilib: 
«Əmtəə  birjası  -  müəyyən  edilmiş  birja  qaydaları  əsasında 
əvvəlcədən  təyin  olunmuş  yerdə  və  vaxtda  aşkar  kütləvi 
sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarı 
təşkil etmək məqsədi güdən və (və ya) fiziki şəxslərin könüllü 
birliyi əsasında yaradılan hüquqi şəxs statusu təşkilatdır»
1
.  
«Əmtəə 
birjaları 
haqqında» 
Azərbaycan 
Respublikasının  qanunu  cəmi  üç  fəsildən  ibarətdir.  «Ümumi 
                                                 
1
  «Ямтяя бирjалары щаггында»  Азярбайcан Республикасынын Гануну 
(25  май  1994-ъц  ил,  №803).  Азярбайcан  Республикасынын  Ганунлар 
Кцллийаты, 1993-1995 ЫЫ китаб Бакы: Ганун, 1997, с.224-235.  Ялавя 
вя дяйишикликляр: 15 нойабр 1996-жы ил. 
2
Азярбайжан  Республикасынын  Ганунлар  кцллийаты,  1993-1995  ЫЫ 
китаб, Бакы: Ганун, 1997, с.225 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə