Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

 
 
 
əsasnamə»  adlanan  I  fəsil  7  maddədə  mətndə  rast  gələn 
müxtəlif termin və mənaların izahatı verilib, əmtəə birjalarının 
fəaliyyət  sədləri  müəyyənləşdirilib,  onların  iş  prinsipləri, 
hüququ  və  vəzifələri  açıqlanıb.  Misal  üçün,  birja  əmtəəsinin 
mahiyyətinə  dair  izahatda  əmtəə  birjalarının  fəaliyyət  dairəsi 
sanki  bilərəkdən  məhdudlaşdırılı.  Bütün  bunlar  prinsipcə  azad 
sahibkarlıq  və  sərbəst  təsərrüfat  –  iqtisadi  fəaliyyəti  və  bazar 
iqtisadiyyatının  tələbləri  ilə  heç  cür  uzlaşmır.  Belə  ki,  həmin 
qanunda  birbaşa  qeyd  edilir:  «Birja  əmtəəsi  -  birja  tərəfindən 
müəyyənləşdirilmiş  qaydada  birja  ticarətinə  buraxılmış  və 
dövriyyədən  çıxarılmış  əmtəə,  o  cümlədən  həmin  əmtəə  üzrə 
standart  kontraktdır.  Hər  hansı  daşınmaz  əmlak  və  ya  əqli 
mülkiyyətin obyekti birja əmtəəsi ola bilməz». 
Yuxarıda  gətirilmiş  sitatdan  aydın  görünür  ki, 
özəlləşdirmə  üçün  nəzərdə  tutulmuş  əmlaklar,  intellektual 
mülkiyyətin  məhsulları  və  s.  əmtəəlik  məhsullar  birja 
fəaliyyətindən  kənara  çıxarılır.  Bununla  əmtəə  birjalarının 
geniş imkanlarından, onların  yüksək dərəcədə ixtisaslaşmış və 
mütəşəkillik  təşkilli  imkanlarından,  daha  keyfiyyətli  görəcəyi 
işdən,  az  xərcli  və  dövlət  xeyrinə  olan  xidmətlərindən 
qanunlaşdırılmış  qaydada  (ola  bilsin  qəsdən  kiminsə  xeyrinə) 
imtina  edilir.  Hal  hazırda  bu  özəlləşdirmə  proqramı  və 
əmlakların  dövlətsizləşdirilməsi  özünəməxsus  qaydada  Dövlət 
Əmlak  Komitəsi  və  icra  hakimiyyətlərinin  kabinet  və  iclas 
zallarında  həyata  keçirilir.  Fikrimizcə  bu  ilin  heç  olmazsa 
müəyyən  hissəsinin  əmtəə  birjalarına  həvalə  edilməsi,  onlar 
tərəfindən  əmlakın  hərraclar  əsasında  satılması  bazar 
iqtisadiyyatının  və  əsasən  də  onun  keçid  mərhələsinin  ruhuna 
cavab  verər,  dövlət  büdcəsini  əlavə  gəlirlərlə  doldurmağa  və 
birjaların ölkəmizdə həyatiliyini əyani sübuta yetirərdi.  
«Əmtəə  birjası  haqqında»  qanunun  II  fəsli  «Əmtəə 
birjasının təsisi, idarəedilməsi və fəaliyyətinin dayandırılması» 
(6  maddə),  III  fəsil  isə  «Birja  ticarətinin  təşkili»  (8  maddə) 
adlanır.  Məhz  sonuncu  bəndin  16-cı  maddəsində  («Birja 


 
 
 
əməliyyatlarının 
növləri») 
Azərbaycan 
Respublikasının 
ərazisində  əmtəə  birjaları  tərəfindən  həyata  keçirilən  konkret 
əməliyyat  növləri  –  dairələri  təyin  edilir.  Onlara  əsasən 
aşağıdakılar daxildir: 
1) 
Konkret 
əmtəələrin 
alqı-satqısı 
haqqında 
əməliyyatlar,  o  cümlədən  əyani  olaraq  həmin  vaxt  məhsulun 
təqdim edilməsi və ya göndərilməsi, ola bilsin əmtəə üzərində 
hüquq mülkiyyətinə dair sənədlərin təqdim edilməsi; 
2) Forvard əməliyyatları, yəni göndərilməsi uzadılmış 
real əmtəələrin alqı-satqısına dair əməliyyatlar; 
3)  Fyuçers  əməliyyatları,  yəni  birja  əmtəələrinin 
göndərilməsi  üzrə  standart  əqdlərin  (müqavilələrin)  alqı-satqı 
əməliyyatları; 
4)  Opsion  əməliyyatları,  yəni  gələcəkdə  birja 
əmtəəsinin  göndərilməsi  üzrə  sazişlərin  və  ya  birja 
əmtəələrinin  alqı-satqı  hüquqlarının  müvafiq  qiymətlər  üzrə 
alqı-satqı əməliyyatları; 
5)  Birja  ticarəti  qaydalarında  müəyyən  edildiyi  kimi 
birja  əmtəələri,  sazişlərin  və  ya  birja  əmtəələri  üzərində 
hüquqların alqı-satqısına dair digər əməliyyatlar. 
Mövcud  qanuna  əsasən  birja  əməliyyatlarının  qeydə 
alınması və onlara dair məlumatların toplanıb yayılması yalnız 
əmtəə birjasının özü tərəfindən həyata keçirilməlidir.  
«Əmtəə  birjası  haqqında»  qanun  birbaşa  birjaların 
adından  və  onların  hesabına  müəyyən  müqavilələrin 
başlanılması  və  onlar  üzrə  əməliyyatların  aparılmasını  qəti 
qadağan qoyur.  
Müasir  dövrdə  əmtəə  bazarında  olan  obyektiv  və 
subyektiv  səbəblərlə  əlaqədar  Azərbaycan  Respublikasında 
konkret  real  əmtəələr  üzrə  forvard  əməliyyatlarının  aparılması 
nisbətən geniş yayılmışdır.  
 
4.3. Əmtəə birjasının təşkili və idarəedilməsi qaydaları 
Cəmi  birjalar,  o  cümlədən  əmtəə  birjaları  və  onlara 


 
 
 
bənzər hər hansı başqa bir qurumunun təşkili və idarəedilməsi 
aralarında  sıx  əlaqədə  olan  və  bir-birinin  mövcudluğuna 
bilavasitə təsir göstərən texniki, texnoloci, təşkilatı, iqtisadi və 
sosial  məsələləri  üzərində  cəmləşdirir.  Ümumiyyətlə  texniki 
sistemaltı  kimi  birja  müəyyən  növ  spesifik  avadanlıq  və 
qurğuların  güclərinin  əlaqələndirilmiş  və  proporsional  halda  – 
konkret  məkanda  yerləşdirilməsi  texnoloci  sistemaltı  kimi  isə 
birja məhsullarının yayılması (bölgüsü) və irəlilədilməsi (satışı) 
ilə  əlaqələri  ardıcıl  olan  bir-biri  ilə  bağlı  fərdi  proseslər 
sırasından ibarətdir.  
Birjanın təşkilat-istehsalat quruluşu onun idarə olunan 
sistemlərinin  –  bölmələrinin  müəyyən  ixtisaslaşmış  həlqələrə 
bölünməsi və öz növbəsində onların əlaqələndirilməsinin təyin 
edilməsindən ibarətdir. Birjaların təşkilati quruluşu əvvəl qeyd 
etdiyimiz kimi, əsasən aşağıdakı göstərilən amillərdən asılıdır: 
-  satışa  çıxarılan  əmək  vasitələri  və  əmlaklarının 
həcmi, nomenklaturu və çeşidlərinin tərkibi və növlərindən; 

fəaliyyətlərinin 
ixtisaslaşması 
və 
ya 
universallaşması  dərəcəsindən  və  ümumiyyətlə  əməyin  və 
müəssisələrin ictimai təşkil formalarından; 
- qarşılarında duran vəzifə və funksiyalarından; 
-  istehsal  texniki  bazaları  –  imkanlarının  inkişafı 
dərəcəsindən; 
-  yerləşdiyi  yer  və  ərazilərin  kommunikasiya  – 
infrastruktur  təminatından,  potensial  alıcılar  və  satıcıların 
yaxınlığından, 
onların 
fəaliyyət 
dairələri 
və 
maddi 
imkanlarından; 
- dövlətin iqtisadi siyasətindən və s. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  əmtəə  birjaları 
fəaliyyətlərinin təşkili formalarından asılı olaraq əmtəə birjaları 
məhsullar və onların konkret növləri üzrə ixtisaslaşmış və geniş 
profilli  spesifik  ticarət  mərkəzləri  kimi  fəaliyyət  göstərirlər. 
Əksər  hallarda  bu  cür  təşkilat  quruluşları  material  və  ya 
funksional yönümlü olurlar. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə