Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

 
 
 
Birjaların  təşkili  və  idarəetmə  strukturu,  öz 
növbəsində  bazar  infrastrukturasının  mövcudluğu  və  inkişaf 
səviyyəsindən,  beynəlxalq  ticarət-iqtisadi  əlaqələrinin  və 
ölkədaxili 
və 
ölkələrarası 
inteqrasiya 
proseslərinin 
miqyasından,  məhsulun  həyat  dövranının  mərhələsindən, 
ümumiyyətlə,  istehsalçılar,  vasitəçilər,  digər  satıcılar  və 
istehsalçılar  arasında  alqı-satqı  aktlarının  həyata  keçirilməsi 
üçün 
əlaqələrin 
yaradılmasından 
tutmuş 
tərəflərlə 
hesablaşmaların başa çatdırılması üçün bütün zəruri proseslərin 
toplusundan asılıdır.  
Məhsulun  satışı  şəraiti  və  xüsusiyyətlərindən, 
infrastruktur təminatının vəziyyətindən, tərəfmüqavillərin ətraf 
mühiti  problemlərindən  və  s.  asılı  olaraq,  həmin  alqı-satqı 
proseslərinin zaman və məkan çərçivəsində uzana və ya qısala 
bilməsi  əmtəə  birjalarının  təşkil  və  idarəedilməsinə  də  təsir 
göstərər.  
Bütün  birjalarda  olduğu  kimi,  əmtəə  birjalarının 
struktur  bölmələrini  məhsulun  satışı  əməliyyatlarının  və  alqı-
satqı  aktlarının  ləğv  edilməsi  (tam  başa  çatdırılması)  işində 
roluna  görə  əsas  və  əlavə  hissələrə  bölmək  olar.  Əmtəə 
birjalarının broker və diler kimi əsas- aparıcı struktur bölmələri 
birja  ticarəti  əməliyyatlarının  yerinə  yetirilməsi  ilə  birbaşa 
məşğul  olurlar,  digər  həlqələr  isə  həmin  prosesdə  sanki 
yardımçı  rolunda  çıxış  edir,  onun  sivil  səviyyəyədə 
saxlanılmasını təmin edir və qoruyurlar. 
Əmtəə  birjaları  təsərrüfat-iqtisadi  müstəqilliyə 
malikdirlər.  Bu  isə  öz  əksini  marağında  olan  tərəflər  arasında 
alqı-satqı  əməliyyatlarının  müstəqil  olaraq  öz  təşkili 
bölmələrinin  səyləri  nəticəsində,  əksər  hallarda  təsərrüfat 
hesabı əsasında idarəetmə funksiyalarının yerinə yetirilməsində 
tapır.  
Əmtəə  birjası  sosial  qurum  kimi  işçi  kolletivindən 
ibarətdir.  Bu  o  deməkdir  ki,  əmtəə  birjası  ümumi  əmək, 
məslək, məqsəd, kollektiv maraqlar, sosial qurum və idarəetmə 


 
 
 
sistemilə  biri-birinə  bağlı  olan  işçi  heyətinin  birliyidir.  Sosial 
qurum  kimi  əmtəə  birjasının  məqsədi  stabil  və  yekdil  işçi 
heyətinin  formalaşdırmaqdan  ibarətdir  ki,  bunların  əsasında 
əldə  edilmiş  nailiyyətlərə  və  əmək  məhsuldarlığının  artımına 
görə  öz  üzvlərini  maddi  cəhətdən  həvəsləndirə  bilsin.  Həmin 
məqsədə  uyğun  olaraq,  işçi  heyətinin  idarəetmə  strukturu 
tərbiyəvi  funksiyaları  yerinə  yetirir,  insanların  sosial 
tələbatlarının  ödəməyə  imkan  yaradır  və  s.  Belə  ki,  işçilərin 
tərbiyəsi  əmək  intizamını,  texnoloci  intizamı  (vəzifə  borcları 
dairəsində  iş  prosesinin  ardıcıllığı  şərtlərinin  gözlənilməsi), 
plan-maliyyə intizamı (dövlət qarşısında öhdəliklərin, müqavilə 
şərtləri  və  s.  yerinə  yetirilməsi),  işçi  təşəbüskarlığı  (əməyin 
səmərəliliyi  və  keyfiyyətinin  yüksəldilməsi  sahəsində  daxili 
motivlərin hərəkətə gətirilməsi) və s. kimi məvhumları özündə 
birləşdirir.  Əmtəə  birjası  ilkin  bölmələr  (şöbələr,  qruplar, 
komitələr  və  s.)  çərçivəsində  eyni  tipli  və  ya  uyğun  əlavə 
əməliyyatları  yerinə  yetirən  birçox  əlaqələndirilmiş  işçi 
kollektivləri  –  işçilər  qruplarından  ibarətdir.  darəetmənin 
təşkilində  elə  etmək  gərəkdir  ki,  ayrı-ayrı  qrup  və  işçi  heyəti 
üzvlərin  maraqları  əmtəə  birjasının  ümumi  marağının  əksinə 
getməsin.  Təbii  olaraq  bazar  münasibətləri  şəraitində  ictimai, 
kollektiv və şəxsi maraqlar bir-birini əlavə etməlidirlər.  
Əmtəə  birjalarının  idarəedilməsi  üzərində  təsərrüfat 
rəhbərliyi,  ictimai  təşkilatlar  və  birjanın  inzibati  qurumlarının 
son  nəticələrə  və  işçi  heyətinin  hər  tərəfli  inkişaf  etdirilməsi 
məqsədilə  onun  iqtisadi  və  sosial  inkişafına  ardıcıl 
məqsədyönümlü təsir göstərməkdən ibarətdir.  
Əmtəə birjasının idarəedilməsi sistemini idarəetmənin 
ümumi nəzəriyyəsinə görə aşağıdakı sxem kimi göstərmək olar 
(sxem 3). 
 
 
 
 
Эири
ш 
 
Идаряедян 
систем 
 
Бирjанын 
игтисади вя 
даряедиci 
тяси
 
Сон 
нятиcяляр 


 
 
 
 
Sxem 3. Əmtəə birjalarını idarə edən sistem. 
Əmtəə  birjalarının  idarəedilməsi  metodları  istehsal 
kollektivlərinin  idarəedilməsinin  ümumi  metodlarından  ciddi 
fərqlənmir  və  hətta  üst-üstə  düşür.  Təkrarən  yada  salaq  ki, 
həmin metodlara daxildir: təşkilati-inzibati (mütləq tapşırıq və 
göstəricilərinin təyin edilməsi), iqtisadi (qiymətlərin, gəlirlərin, 
bölgü normativlərinin, əmək haqqı və digər iqtisadi normaların 
idarə  olunan  obyektin  idarə  edən  sistemə  lazım  olan 
istiqamətdə  inkişafını  maraqlandırmaq  üçün  tətbiqi)  və  sosial-
psixoloci  (ictimai  fikir  vasitəsilə  işçilərin  hərəkət  motivlərinə 
təsir edilməsi) metodlar.  
darəetmə  funksiyaları  dedikdə  isə  əsasən  müəyyən 
funksional – icraçı bölmələr və  ya işçi heyətlərinin öhdələrinə 
tapşırılmış məzmunları ilə fərqlənən idarəetmə fəaliyyətlərinin 
müxtəlifliyi  və  növləri  başa  düşülür.  darəetmənin  sosial 
funksiyaları  konkret  sosial-təşkil  məqsədlərin  reallaşması  ilə 
üst-üstə düşür.  
Əmtəə  birjasının  idarəedilməsinin  ümumi  funksiyası 
ixtisaslaşmış 
xüsusi 
idarəetmə 
orqanının 
fasiləsiz 
fəaliyyətindən  ibarət  olaraq,  idarəetmə  tsiklinin  müəyyən 
hissəsini təşkil edir.  darəetmənin ümumi funksiyalarına əsasən 
aşağıdakılar daxildir: təşkil, planlaşdırma, həvəsləndirmə, uçot 
və nəzarət, tənzimləmə və nizamlama-koordinasiya. 
Əmtəə 
birjalarının 
idarəedilməsi 
prinsipləri 
idarəetmənin vəzifələrini dəqiq və aydın şəkildə açıqlanmasını 
və  həmin  fəaliyyət  növünə  müəyyən  edilmiş  tələbləri 
dəqiqləşdirməyə  imkan  verən  rəhbəredici  qaydalardan 
ibarətdir. Həmin prinsiplərə daxildir: fəaliyyətin son nəticələrə 
yönəldilməsi, 
komplekslilik, 
səmərəlilik 
(effektlilik), 
perspektivli və optimal yanaşma, operativlilik və qənaətçililik, 
demokratiklik və b.  
Bazar  iqtisadiyyatı  şəraitində  əmtəələrin  satış 
formaları  həddindən  artıq  genişdir.  Əmtəə  birjaları  geniş  xalq 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə