Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

 
 
 
kütləsi  tələb  etdiyi  adi  bazar  məvhumundan  bir  qədər  fərqli 
olan məhsul satışı formalarıdır. Müasir əmtəə birjaları məhdud 
çeşiddə əmtəə satışının nisbətən məhdud alıcı və satıcıların bir 
yerə  gələ  bildiyi  spesifik  təşkil  edilmiş  istehsal  vasitələri  və 
fərdi  istehlak  məhsullarının  daimi  fəaliyyət  göstərən 
topdansatış bazarıdır.  
Əvvəlki  fəsillərdə  qeyd  etdiyimiz  kimi,  cəmi 
birjaların,  o  cümlədən  əmtəə  birjalarının  başlıca  vəzifələri 
aşağıdakılardan ibarətdir:  
-  alqı-satqı  aktlarının  sənədləşdirilməsi  və  bununla 
əlaqədar  əmtəə  üzərində  mülkiyyətin  bir  tərəfdən  digər  tərəfə 
keçməsi  ilə  əlaqədar  ticarət  əməliyyatları  iştirakçılarının 
maraqlarının əlaqələndirilməsi və onlara xidmət göstərilməsi; 
- birjalar vasitəsilə məhsul satışının sistemləşdirilməsi 
və daima təkmilləşdirilməsi; 
-  iş  prosesində  bütün  birja  fəaliyyəti  ilə  əlaqədar 
subyektlərin arasında yaranan münaqişələrin həll edilməsi; 
-  ətraf  mühitin,  o  cümlədən,  bazarın  tutumu, 
konyuktura, tələb, təklif, qiymətlər, rəqabət recimi və s. tədqiq 
edilməsi; 
-  əmtəə  birjaları  haqqında  əsasnaməyə  və  birjaların 
özlərinin  nizamnamələrinə  uyğun  olaraq,  bazar  tədqiqatlarının 
nəticələrinə dair məlumatların dərc edilməsi və, yeri  gəldikdə, 
tələbnamələr əsasında dövlət orqanlarına göndərilməsi və s. 
Əmtəə birjaları bir qayda olaraq, qapalı struktur kimi 
ayrı-ayrı  müəssisə  və  təşkilatların,  eləcədə  hüquqi  və  fiziki 
şəxslərin  vəsaitləri  hesabına  və  birgə  səyləri  nəticəsində 
səhmdar cəmiyyəti kimi təşkil edilir. Əmtəə birjalarının hüquqi 
şəxs kimi ünvanı, binası, kifayət qədər otaqları və digər maddi 
–  texniki  bazası  ilə  yanaşı  konkret  rekvizitləri  və  bankda 
hesablaşma  hesabı  olmalıdır.  Bununla  yanaşı  onlar  dövlət 
orqanları  və  təsisçilər  tərəfindən  maraqlananlara,  eləcə  də 
maliyyə  və  vergi  strukturlarına  rüblər  üzrə  balansı  və  digər 
uçot-hesabat sənədlərini təqdim etməlidirlər.  


 
 
 
Əmtəə birjalarının qapalı olması onunla əlaqədardı ki, 
həmin  birjanın  işində  (məhsul  satışında)  qanuna  görə  yalnız 
təsisçiləri, onların nümayəndələri və müəyyən məbləğdə vəsait 
ödəmiş və qeydiyyata alınmış kənar hüquqi və fiziki şəxslər bir 
satış  prosesində,  ola  bilsin  bir  neçəsində  və  müəyyən  müddət 
ərzində iştirak edə bilərlər. 
Əksər  hallarda  əmtəə  birjası  həyata  keçirdiyi  alqı-
satqı  əməliyyatlarının  reallaşdırılması  müddətinin  altı  ay  və 
bəzi  hallarda  14  ay  müddətinə  başa  çatdırmağı  nəzərdə  tutur. 
Misal  üçün,  ola  bilsin  əqdlər  may  ayında  bağlanılsın,  real 
məhsul göndərişi isə noyabr ayında yekunlaşdırılsın.  
Əmtəə  birjasının  idarəedilməsində  onun  üzvlərinin 
ümumi  iclasına  ali  orqan  statusu  verilir.  Nizamnaməyə  uyğun 
olaraq  təsisçi-üzvlərin  ümumi  iclasında  birja  komitəsi,  ola 
bilsin  onun  əvəzində  diretorlar  şurası,  aparıcı  şöbələrin 
strukturu  (nəzarət  komissiyası,  arbitrac  palatası  və  b.) 
müəyyənləşdirilsin.  Bunlara  uyğun  olaraq  əmtəə  birjasının 
qarşıda  duran  vəzifə  və  funksiyaları  yerinə  yetirməsini  təmin 
etmək  üçün  xüsusi  struktur  bölmələri  –  qeydiyyat  komitəsi, 
hesablaşma  palatası,  standartlaşdırma  və  məhsul  keyfiyyəti 
komitəsi,  rəsmi  brokerlər  qrupu,  birja  ticarəti  qaydası  üzrə 
komitə  və  b.  zəruri  şöbə  və  bölmələr  yaradılır.  Adı  çəkilən 
struktur  bölmələrini  aşağıdakı  sxemdəki  kimi  təqdim  etmək 
olar (sxem 4). 
Əgər  həmin  sxemə  diqqət  yetirsək  görərik  ki,  əmtəə 
birjalarına  xas  olan  spesifik  qurumlarda  müvafiq  formada 
müəssisələrdə  olduğu  kimi  mühasibatlıq,  təsərrüfat  hissəsi, 
mühafizə və digər zəruri bölmələr yaradılır. 
Əmtəə  birjalarında  çalışanların  sayı,  eləcədə  şöbə  və 
komitələrin  tərkibi  və  strukturu  təcrübədə  işin  həcmi,  o 
cümlədən  perspektiv  vəzifə  və  funksiyalardan,  bazarların 
yerləşməsindən və digər vacib amillərdən asılıdır.  
Beləliklə,  əmtəə  birjası  ticarət  əməliyyatlarının 
aparılması üçün yaradılmış xüsusi yerdir; o, komitələrdə təşkil 


 
 
 
edilmiş  və  öz  idarə  heyətini  seçmiş  səhmdarlar  birliyidir;  o, 
prezidenti  başda  olmaqla  şöbələri  və  komitələrdə  çalışan 
mütəxəssislərlə  mövcud  qaydalar  və  qərarlara  uyğun  olaraq 
birja  tacirlərini  tənzimləyən,  öz  üzvləri  və  muzdlu  heyətilə 
müştərilərinin  qulluğunda  duran  və  onların  kommersiya 
işlərində  yardımçı  rol  oynayan  təşkilatdır;  o,  məhsulları  qəbul 
edib və göndərilməsini təmin etmək üçün lazımi avadanlıqlarla 
təmin edilmiş məntəqədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Бирjанын цмуми иcласы 
Гейдиййат 
комитяси 
Бирjа  
комитяси 
Арбитраj 
комитяси 
Рясми 
брокерляр 
групу 
Директорлар 
шурасы 
(президент) 
Щесаблашма 
палатасы 
Базар 
тядгигатлары 
шюбяси 
 
Бирjанын идаря щейяти 
Бирjа тиcаряти 
гайдалары цзря 
комитя 
Тиcарят 
шюбяси 
Сорьу шюбяси 
Мцщасибатлыг  
Тясяррцфат 
щиссяси 
Стандартлашдырма вя 
кейфиййят цзря комитя 
Експертиза 
шюбяси 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 4. Əmtəə birjalarının təşkilat quruluşu. 
Əmtəə  birjalarının  struktur  bölmələri  elə  təşkil  edilir 
və  formalaşdırılır  ki,  birja  üzvləri  ticarət  əməliyyatlarını 
müvəffəqiyyətlə  başa  çatdıra  bilsinlər.  Xidmətlərinə  görə 
əmtəə  birjasının  hesabına  köçürülən  cüzi  vəsaitlər  idarə 
heyətinin  əməkhaqqı  və  cari  xərclər  istifadə  edilməklə  yanaşı, 
yeri  gəldikdə  birjanın  ehtiyat  fondlarının  artırılması  üçün  də 
istifadə  edilir.  Təcrübədə  əmtəə  birjası  səhmdarlar  birliyi, 
məhdud  məsuliyyətli  cəmiyyət  və  yaxud  səhmdar  şirkəti  kimi 
yaradılır.  Ayrı-ayrı  ölkənin  və  cəmi  dünya  iqtisadiyyatında 
birjaların  rolunun  artması  ilə  əlaqədar,  onların  yaradılması  və 
fəaliyyəti  dövlətlərin  hakimiyyət  srukturlarının  diqqət 
mərkəzindən  kənarda  qalmır.  Birjanın  bünövrəsini  qoyanlar 
əsas  fondların  dəyərini  ödəmək,  dövriyyə  vəsaitləri  və 
təsərrüfat  və  kommersiya  riskini  sığorta  etmək  üçün  ehtiyat 
fondlarını  yaratmaq  üçün  ilkin  kapital  qoyaraq  öncə 
nizamnamə fondunu yaradır və sonralar öz vəsaitlərini optimal 
səviyyəyə çatdırıb və onun məbləğini qoruyub saxlamağa cəhd 
göstərirlər.  Təsis  fondu  məbləğində  qoyulmuş  vəsaitlər  üzrə 
özəlləşdirmə  səhmləri  vəsait  qoyanlara  verilə  bilər.  Bununla 
onlar paylarına uyğun dividend əldə etmək imkanı qazansınlar. 
Lakin  bu  kimi  səhmlər  sahibkarlarına  birjada  ticarətlə  məşğul 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə