Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
 
 
olmaq hüququ vermir.  
Qanuna  görə  birjanın  muzdlu  işçiləri  (klerkləri)  alqı-
satqı  əməliyyatları  aparmaqdan  məhrum  olunurlar.  Birjada 
ticarət-kommersiya fəaliyyəti ilə yalnız birja üzvləri və onların 
rəsmi  nümayəndələri,  eləcədə  birjada  yer  almış  brokerlər, 
dilerlər  və  müştərilər  məşğul  olub  mənfəət  əldə  etmək 
hüququna malikdirlər, baxmayaraq ki, risk olan yerdə ziyan da 
ola  bilər.  Bəzi  birjalarda  ticarətlə  birdəfəlik  yer  –  bilet  almış 
qonaqlar da iştirak edə bilərlər.  
Ayrı-ayrı  vətəndaşlar  müəssisə  və  təşkilatlar 
(şirkətlər)  əmtəə  birjasının  üzvü  ola  bilərlər.  Bunun  üçün 
müəyyən  proseslərdən  keçmək  gərəkdir:  birjada  yeri  satın 
almazdan  əvvəl  xüsusi  yoxlanışdan  keçmək  və  icraçılar 
şurasının razılığını almaq, bankda hesablaşma hesabında lazımı 
məbləğdə  pulu  olmalı,  broker  şirkəti  və  ya  qrupunu  tapıb  və 
ona  üzv  olmaq,  tədris  kursu  keçmək  və  imtahan  vermək 
lazımdır.  Birja  üzvləri  öz  yerlərini  icarəyə  verə  bilərlər.  carə 
haqqı tərəflər arasında danışıqlar əsasında təyin  edilir.  carəyə 
götürən  tərəf  birja  üzvlərinə  şamil  edilən  proseslərdən  keçib 
yoxlanılmalı və bu sahədə müəyyən təhsili olmalıdır.  
Yeni  yaradılan  birja  özünə  üzvlər  yığaraq,  onlara 
birjada  işləmək  –  ticarətlə  məşğul  olmaq  üçün  yerləri  satır. 
Sonralar birjanın hər hansı bir üzvü öz yerini başqasına satmaq 
istədikdə  bu  haqda  üzvlük  komitəsinə  bildirib  satış  qiymətini 
təyin  edir. Müvafiq olaraq alıcılar da öz alış qiymətlərini elan 
edirlər.  Alıcıların  ən  yüksək  qiymətləri  və  satıcıların  ən  aşağı 
qiymətləri,  həmçinin  birjada  axırıncı  dəfə  müəyyən  tipli  yerin 
alqı-satqısı  haqqında  əməliyyatın  qiymətinə  dair  məlumatlar 
elanlar lövhəsində  yerləşdirilir və nəzərə çarpmaq üçün ticarət 
zalındakı xüsusi elektron tablosunda işıqlandırılır.  
Birjanın  üzvü  olmaq  istəyən  hər  bir  kəs  müvafiq 
qaydaya əsasən üzvlük komitəsinə ərizə ilə müraciət etməlidir. 
Yer  iddiaçısına  dair  məlumat  24  gün  ticarət  zalında  qalır. 
Həmin  müddət  ərzində  birjanın  hər  bir  üzvü  birja  yerinin 


 
 
 
iddiaçısına dair öz müsbət və ya mənfi rəyini verə bilər.  
Birja  üzvü,  yeri  gəldikdə,  özünə  köməkçi  tuta  bilər. 
Lakin  köməkçilər  özləri  ticarət  əməliyyatları  aparmaq 
hüququna  malik  deyillər.  Bütün  köməkçilər  birjanın 
prezidentində qeydiyyatda almalıdırlar. 
Broker şirkətləri  yalnız o zaman  birja üzvü ola bilər 
ki,  əgər  onlar  müəyyən  edilmiş  sayda  birja  yerləri  almış 
olsunlar  və  birjanın  hesablaşma  hesabında  təyin  edilmiş 
məbləğdə  pul  vəsaitləri  ödəsinlər.  Həmin  şirkətlərdə  birjada 
broker  yerini icarəyə götürmək qadağan edilir.  Ancaq onların 
özləri  minimal  sayından  artıq  əldə  etdikləri  broker  yerlərini 
ticarətə qoya bilərlər. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  birja  üzvləri  birjanın 
rəhbərliyini, yəni icraçılar şurası və ya birja komitəsini seçirlər. 
Həmin  şuraya  hər  bir  üzvlük  qrupu  üzrə  müəyyən  kvota 
əsasında,  həmçinin  biznesmenlər,  siyasi  xadimlər,  sənaye 
müəssisələri  və  təşkilatların  nümayəndələri  seçilə  bilərlər. 
Təcrübə göstərir ki, birja şurasının tərkibində 25 adamdan çox 
olması  özünü  doğrultmur.  Birja  şurası  özünə  sədr,  onun 
müavinləri,  icra  komitəsini  seçir  və  birjanın  prezidentini  təyin 
edir. Birja şurasına və onun rəhbərliyinə seçkilərin keçirilməsi 
qaydası  və  müddəti  hər  bir  birja  tərəfindən  müstəqil 
müəyyənləşdirilir.  Şura  birjanın  fəaliyyətinə  dair  məsuliyyətli 
qərarlar qəbul edir.  
Birja  komitələri  yalnız  birja  üzvlərindən  seçilə 
bilərlər. Bir qayda olaraq hər birja əmtəəsi üzrə ayrıca komitə 
yaradılır.  Birja  yanında  yaradılan  yalnız  arbitrac  komitəsi 
neytral mövqedən çıxış edərək, birja üzvləri, müştərilər və birja 
arasında  yaranan  münaqişələri  həll  etməklə  yanaşı,  birja 
fəaliyyəti  ilə  əlaqədar  hüququ  boşluğu  doldurmağa  cəhd 
göstərir  və  ticarət  qaydalarının  yerinə  yetirilməsinə  nəzarət 
edir. Eyni zamanda birjanın fəaliyyətini təmin etmək məqsədilə 
maliyyə,  sığorta,  intizam  və  digər  komitələri  və  bölmələri 
yaradılır.  


 
 
 
Birja 
rəhbərliyinə 
seçkilərin 
keçirilməsi 
və 
komitələrin  tərkibi  yalnız  birja  üzvlərinin  razılığı  əsasında 
mümkündür.  Birjanın  prezidenti  birjanın  üzvü  ola  bilməz. 
Onun özü və eləcə də birjada çalışanların hamısı muzdlu işçilər 
olmalıdırlar.  
Birjada işçiləri funksional bölmələrdə çalışaraq,  alqı-
satqı proseslərin kənardan müşahidəçiləri sifətində çıxış etsələr 
də  təcrübədə  onlar  ticarət  əməliyyatlarının  real  icraçıları  və 
şahidlərinə  çevrilirlər.  Birja  fəaliyyətində  aparıcı  bölmələrə 
informasiya  təminatı,  telekommunikasiya  şöbələri,  ticarət 
zalında  nizam-intizam  və  qaydaların  gözlənilməsinin  təmin 
edilməsi, əməliyyatların düzgün aparılması və tərəflər arasında 
hesablaşmalara  nəzarət,  müqavilələr  üzrə  məhsulların 
çatdırılmasına 
nəzarət, 
nəqliyyat, 
iqtisadi 
təhlil 
və 
planlaşdırma,  əməliyyat-axtarış  və  nəzarət  və  digər  işləri 
həyata keçirən bölmə, komissiya və ya palatalar daxildir.  
Adları  çəkilən  bölmələr  və  işlərin  qısa  siyahısı 
birjaların  vəzifə  və  funksiyalarının  genişliyindən  bəhs  edir. 
Belə ki, yalnız hesablaşma palatasının funksiyalarına dair bəzi 
məqamları  qeyd  edək.  Həmin  bölmə  ticarət  zalında  alqı-satqı 
əməliyyatları keçirildikdən sonra ən intensiv çalışan komitədir. 
Tərəflər  arasında  əlaqələr  üçün  başlanğıc  olan  əqdlər  və 
məhsulgöndərmə müqavilələri haqqında bütün son məlumatlar 
məhz  hesablaşma  palatasına  alıcı  və  satıcılar  bir-birlərindən 
asılı  olmayaraq  təqdim  edirlər.  Burada  onların  informasiyaları 
yoxlanılır,  çatışmamazlıqları,  qeyri-dəqiqlikləri  aşkar  edilir, 
nöqsan  cəhətlərin  düzəldilməsi  üçün  tədbirlər  görülür.  Yalnız 
əməliyyatlarda aşkar edilmiş bütün qüsurlar düzəldikdən sonra 
tərəflərin  razılığı  əsasında  onlar  qeydiyyata  alınır  və  satıcı  və 
alıcılar arasında birbaşa əlaqə pozulur. 
Bütün  əməliyyatlarda  hesablaşma  palatası  üçüncü 
tərəf  kimi  çıxış  edir.  O,  bir  halda  hər  satıcı  üçün  alıcı  və 
digərində isə, alıcı üçün satıcı sifətində çıxış edir.  
Hesablaşma  palatası  müvafiq  qaydada  alıcı  və  ya 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə