Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

 
 
 
satıcılardan  həyata  keçirilmiş  kommersiya  əməliyyatları  üzrə 
rüsum  götürür,  müştərilərdən  sığorta  xərcləri  toplayır,  birja 
qiymətlərinin  dəyişməsini  nəzərə  alaraq,  hər  gün  müştərilərin 
hesablaşma hesabında pul vəsaitlərini təzədən sayır və onların 
sığorta  ehtiyatı  məbləği  azaldıqda,  müştəridən  bu  vəsaitləri 
tamamlamağı  –  artırmağı  tələb  edir.  Bununla  yanaşı 
hesablaşma  palatası  sifarişçi  –  müştərilərin  əməliyyatlarının 
başa  çatdırılıb  bağlanmasını  qeydiyyata  alır  və  əgər 
məhsulgöndərmə  müddəti  tükənməyibsə,  daşıma  ilə  məşğul 
olan  şöbəyə  müştərilər  tərəfindən  müqavilə  şərtlərinin  yerinə 
yetirilməsini nəzarətə almaq üçün məlumatlar verir. 
Müasir birjalar broker şirkətləri, broker qrupları və ya 
broker  çalaları  adlandırılan  bazar  iqtisadiyyatının  infrastruktur 
şəbəkələri olmadan normal fəaliyyət göstərə bilməzlər. Broker 
şirkətləri  xüsusi,  kooperativ,  səhmdar  cəmiyyəti  və  digər 
kommersiya  müəssisəsi  növü  kimi  formalaşdırılır.  Onların 
başlıca  funksiyası  müştərilərlə  birja  arasında  kommersiya 
əlaqələri  yaratmaqdan və onlardan doğan əməliyyatları həyata 
keçirməkdən  ibarətdir.  Broker  şirkətləri  bir  qayda  olaraq  birja 
əmtəələri  üzrə  müştərilərin  alqı  və  satış  üzrə  sifarişlərini 
toplayır, onları qeydiyyatdan keçirir və operativ olaraq birbaşa 
birjalarda  çalışan  öz  brokerlərinə  ötürür.  Aldıqları  sifarişləri 
yerinə  yetirən  kimi  brokerlər  tabeçiliyində  olduqları  broker 
şirkətlərinə  məlumat  verir  və  onlarda  bu  haqda  müştərilərə 
rəsmi xəbər çatdırırlar. 
Broker şirkətlərinin funksiyalarında diqqəti cəlb edən 
cəhətlərdən biri də ticarət əməliyyatlarının sığorta edilməsidir. 
Bütün özləri üçün kommersiya əməliyyatları ilə məşbul olan və 
müştərilərin  sifarişlərin  yerinə  yetirilməsi  üçün  çalışmayan 
birja üzvləri mütləq olaraq müəyyən bir broker şirkətinə təhkim 
edilmirlər.  Həmin  broker  şirkətləri  öz  brokerləri  və  eləcə  də 
xidmət  etdikləri  müştərilərin  maliyyə  baxımından  ödəniş 
qabiliyyətli  olmalarının  təminatçısı  kimi  çıxış  edirlər.  Broker 
şirkəti  onların  hamısının  hesablarını  yoxlamağı  öz  üzərinə 


 
 
 
götürür  və  sığorta  məbləğlərinin  vaxtlı-vaxtında  ödənilməsinə 
nəzarət  edir.  Birjanın  hesablaşma  palatası  broker  şirkətləri  ilə 
əməkdaşlıq  edərək,  sığorta  vəsaitlərini  müxtəlif  sifarişçilərin 
açıq  hesablaşma  hesabından  yox,  broker  şirkətlərinin  açıq 
əməliyyat  hesablarından  cəmləşdirirlər.  Cari  müddətdə  birja 
idarəetmə şurası tərəfindən təsdiq edilmiş qaydalara və birjanın 
prezidenti  və  ya  icra  komitələri  tərəfindən  qəbul  edilmiş 
qərarlar  əsasında  fəaliyyət  göstərir.  Öz  növbəsində,  birjada 
qərar  və  qaydaların  qəbul  edilməsində  birja  ticarəti  haqqında 
mövcud qanunverici sənədlər rəhbər tutulur.  
Müasir  birjalar  lazımi  elektron  hesablama  texnikası 
ilə  təmin  edildiyi  üçün,  ticarətin  gedişatını  qeydiyyata  almaq, 
daxil  olan  məlumatları  işləmək,  qiymətlərin  dinamikasını, 
əməliyyatların  sayı  və  tərkibini,  eləcədə  digər  göstəriciləri 
birjanın  hər  iş  günü,  həftələr,  aylar  və  illər  üzrə  təhlil  etmək 
mümkün  olur.  Bu  yolla  alınmış  operativ  məlumatlar  müasir 
kompüter  texnikası  və  rabitə  vasitələrinin  köməyi  ilə  tezliklə 
bütün dünyaya yayılır. Təcrübədə hər bir fərdi kompüter sahibı 
bu gün həmin müasir sistemə qoşulub və bu yolla əldə etdikləri 
operativ informasiyanı müəyyən qərarların qəbul edilməsi üçün 
istifadə edə bilər.  
Müasir  dövrdə  alıcı  və  satıcılarda  bir  çox 
informasiyaların  toplanması,  o  cümlədən  müxtəlif  bazarlarda 
onların  qiymətləri  barəsində  məlumatlarının  cəmləşməsi, 
həmçinin 
əmtəələrin 
çox 
saylı 
hərəkət 
və 
satış 
məhdudiyyətlərinin  olması,  bazarlar  və  mallar  haqqında 
informasiyanın tez və kütləvi yayılması, əmtəələrlə alver etmək 
üçün  münbit  şəraitin  yaradılması  və  s.  ticarət  prosesinin 
xarakterini də bir qədər dəyişdirir. Belə ki, əvvəllər ticarət işinə 
xas  olan  dinamizm,  məkanları  qətt  edərək,  məhsul  və  ya  alıcı 
arxasınca  qaçış,  bank  əməliyyatları  və  mühasibat  uçotunun 
qəlizlikləri,  nəqliyyat  problemləri  və  s.  artıq  bir  qədər  arxada 
qalmışdır.  Müasir  birja  əməliyyatları  fərdi  kompüter  texnikası 
və ümumiyyətlə, interraktiv texnologiyalar (vahid bank sistemi, 


 
 
 
birja  əmtəələri,  onların  qiymətləri  və  göndərilməsi  haqqında 
məlumatların  geniş  və  operativ  yayınması,  « nternet»  sistemi 
və  s.)  kommersiya  ilə  məşğul  olanların  işini  tamamilə  yeni 
mütərəqqi  səviyyəyə  qaldırır,  sığorta  sisteminin  inkişafı  isə 
biznes  və  eləcə  də  birja  və  bank  əməliyyatlarının  risklərini 
minimuma  endirməyə  imkan  verir.  Lakin  bu  yeni  şəraitə 
uyğunlaşıb  birja  əməliyyatları  vasitəsilə  kommersiya  işinə 
qoşulmaq  üçün  böyük  təcrübəyə  və  müxtəlif  sahələrdə  geniş 
biliklərə malik olmaq gərəkdir. 
Müasir dövrdə beynəlxalq bazarın bərqərar olduğu bir 
şəraitdə  məhsulu  almazdan  və  ya  satmazdan  əvvəl  ticarət 
əməliyyatı  iştirakçıları  olan  tərəfmüqavillər,  interraktiv 
texnologiyalardan istifadə edərək, dünyanın əsas birjalarındakı 
qiymətlərlə  tanış  olurlar.  Bu  əmtəə  alverinin  qarşısını  almasa 
və ya onu inkar etməsə də, dünya bazarlarında qiymətlərin qısa 
diapazonda  tərəddüd  etməsi  onun  imkanlarını  məhdudlaşdıran 
yeni meyillərdir. 
Birja  ticarətinin  təşkilində  nəzərə  almaq  lazımdır  ki, 
əmtəə  birjası  vasitəsilə  məhsul  satışı  bir  qədər  qeyri-adi 
görünən  və  ola  bilsin  adi  kommersiyada  diqqətdən  yayınan 
qayda, üsul və metodlarla həyata keçirilə bilir. Misal üçün birja 
ticarətində  əmtəələrin  bir  sahibkardan  digərinə  verilməsində 
əsasən üç üsulundan istifadə edilir: 
- konkret – fiziki əmtəənin alqı-satqısı; 
-  birja  əqdləri–  müqavilələrinin  (fyuçers  və 
opsionların) alqı-satqısı; 
-  gələcəkdə  məhsul  göndərmək  üçün  ikitərəfli 
əqdlərin (müqavilələrin) bağlanılması (forvard –əqdləri). 
Son  iki  halda  kommersiya  əməliyyatı  haqqında  əqd 
bağlandıqda yalnız əmtəənin sahibi dəyişir, lakin bu mərhələdə 
əmtəənin  özü  ola  bilsin  hələ  heç  mövcud  deyil  və  yaxud 
istehsal mərhələsində təzəcə hazırlanır. 
Əmtəə  birjasında  məhsuların  fiziki  satışı,  bazarda 
olduğu  kimi,  kəmiyyəti  və  digər  parametrləri  alıcı  tərəfindən 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə