Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

 
 
 
yoxlanıldıqdan  və  qiyməti  təyin  edildikdən,  və  ya  topdansatış 
bazarları və yarmarkalarında nümayiş edilən əmtəə nümunələri 
təqdim edilən tərzdə satıla bilər. Əmtəələri birjaya satıcı gətirir, 
birjadan  isə  onları  alıcıların  özləri  aparırlar.  Konkret  fiziki 
məhsulların  ticarəti  tələb  edir  ki,  əmtəə  birjaları  nəzdində 
gətirilmiş hələ satılmamış və yaxud satılıb aparılmamış malları 
kəmiyyət  və  keyfiyyətcə  tam  saxlanılması  üçün  müasir  anbar 
təsərrüfatı fəaliyyət göstərsin. 
 
4.4. Hərraclar və onların keçirilməsi qaydaları 
Hərraclar  və  onların  keçirilməsi  bazar  subyekti 
tərəfindən  birja  ticarətinin  məntiqi  davamı  kimi  qəbul  edilir. 
Əmtəə birjalarının təşkili və idarəedilməsində hərraclara xüsusi 
yer  ayrılır.  Hərrac  (auksion)  –  «auktio»  latın  sözü  olub, 
əvvəlcədən  müəyyən  edilmiş  yerdə  və  vaxda  fərdi 
xüsusiyyətlərə  malik  əmtəələrin  satış  vasitəsidir.  Hərraclar  – 
pərakəndə  satış  ticarətinin  bir  növü  olmaqla  əmtəələrin  satışı 
zamanı  satıcıların  yüksək  mənfəət  götürməsi  məqsədi  ilə  bir 
neçə  müstəqil  alıcının  birbaşa  qiymət  rəqabətinə  əsaslanır.  Bu 
zaman  satıcı  hərracın  gedişi  zamanı  alıcıların  tədiyyə 
qabiliyyətindən  və  ödənilməmiş  tələbənin  səviyyəsindən  asılı 
olaraq  özünün  yüksək  qiymətini  alacaq  malların  start  (ilkin) 
qiymətini müəyyənləşdirir. 
Bir  qayda  olaraq,  belə  növ  ticarət  nisbi  mənada 
məhdud  olan  malları  (əntiq  əşyalar,  bədii  məmulatlar,  bahalı 
daş-  qaşlar,  qızıl  və  ğümüşdən  hazırlanmış  zinət  məmulatları 
və  s.)  əhatə  edir.  Hərracların  keçirilməsini  bu  sahə  üzrə 
ixtisaslaşdırılmış  müəsisələr,  firmalar,  səhmdar  cəmiyyətləri, 
assosasiyalar,  kooperativlər  və  başqa  sərişdəli  qurumlar  təşkil 
edirlər.  Eyni  zamanda  hərracları,  əsas  fəaliyyəti  hesab 
edilməyən,  lakin  nizamnaməsində  keçirmə  hüququ  təsbit 
edilmiş  müəssisə  və  təşkilatlar  da  təşkil  edə  bilərlər.  Belə 
təşkilati  formalar:  birjalar,  bədii  salonlar,  muzeylər,  daimi 
fəaliyyət  göstərən  yarmarkaları,  ticarət  təşkilatları  və 


 
 
 
müəssisələrini özündə birləşdirir. 
Keçirilmə  qaydasından  və  təşkilati  formasından  asılı 
olaraq  hərraclar  məcburi  və  könüllü  keçirilən  hərraclar  kimi 
təsnifləşdirilirlər.  Məcburi  hərraclar  bir  qayda  olaraq  dövlət 
tərəfindən keçirilməklə tələb edilməyən və haqqı ödənilməyən 
malların,  eləcədə  musadirə  edilmiş  malların  satışını,  könüllü 
hərraclar  isə  mal  sahiblərinin  yüksək  gəlir  əldə  etmək 
məqsədilə keçirtdikləri satış formasını nəzərdə tutur. Keçirilmə 
texnologiyasına 
görə 
də 
hərracları 
fərqləndirirlər. 
Hazırlaşdırılmış  hərraclarda  ticarət  satıcı  tərəfindən  müəyyən 
edilmiş,  qoyulmuş  minimum  qiymətin  elan  edilməsi  ilə 
başlayır.  Bundan  sonra  bu  və  ya  digər  malların  əldə 
edilməsində  maraqlı  olan  potensial  alıcılar  minimum  qiymət 
həddinə  ticarətin  keçirilməsi  qaydalarına  müvafiq  olaraq 
əlavələr edir. Onu da nəzərə almaq lazımdır ki, bu qiymət real 
alıcı  müəyyənləşdirilənədək  müxtəlif  intervallarda  tərəddüd 
edir. 
Qiymətin  artması  ilə  müşahidə  edilən  razılaşdırılmış 
hərraclar aşkar və qapalı (gizli) üsullarla keçirilə bilər. 
Gizli üsullarla keçirilən ticarətdə alıcı hərracı aparana 
gəbul  edilmiş  start  qiymətinin  müəyyən  interval  daxilində 
qaldırılması  üçün  əvvəlcədən  müəyyənləşdirilmiş  xüsusi 
işarələr verir. Ticarətin belə aparılması zamanı hərracı alıcının 
adını elan etmədən yeni qiyməti elan edir. Bir çox hallarda alıcı 
kimi hərrac agentləri də çıxış edirlər. Belə ticarətin üstün cəhəti 
ondan ibarətdir ki, hərracın keçirilməsi zamanı start qiymətinə 
əlavələr birdəfəlik olur  və real alıcının  adı  gizli saxlanılır. Bu 
yolla mal-material qiymətləri əldə etmiş alıcı növbəti hərracda 
mal  sahibi  kimi  çıxış  etmək  imkanı  əldə  edir.  Adi  ticarət 
qaydalarından  fərqli  olaraq  hərraclar  vasitəsilə  reallaşdırılmış 
istehsal  vasitələri  və  ya  istehlak  şeylərinin  keyfiyyətinə  görə 
(daxili  qüsurlar  da  nəzərə  alınmaqla)  hərrac  komitəsi  heç  bir 
maddi məsuliyyət daşımır. 
Hərracların  keçirilməsində  idarəçilik  funksiyasını 


 
 
 
yaradılmış  hərrac  komitəsi  yerinə  yetirir.  Bu  komitənin 
tərkibinə:  sədr  (hərracın  direktoru),  kommersant,  hüqüq 
məsləhətçisi, ekspert hərracı və mühasib daxil edilir. 
Satılmaq  üçün  təklif  edilmiş  malların  hərraca  qəbulu 
üçün  satıcı  satılacaq  malların  qruplar  üzrə  tam  adını,  onların 
qısa 
təsvirini, 
keyfiyyət 
və 
istehlak 
xassələrinin 
xarakteristikalarını, 
nümunələrin 
kəmiyyəti 
haqqında 
məlumatları  hazırlayır  və  hərrac  komitələrinə  təqdim  edir. 
Komitəyə  təqdim  edilmiş  mallar  ekspert  yoxlamasından  keçir 
və  bu  yoxlama  start  (ilkin)  qiymətin  müəyyənləşdirilməsi  ilə 
başa  çatış.  Bir  çox  hallarda  HK-nın  işçiləri  «ehtiyat»  qiymət 
haqqında  da  satıcı  ilə  razılaşırlar.  Bunun  mahiyyəti  ondan 
ibarətdir  ki,  komitə  azaldılmış  qiymətlərlə  hərraca  keçirilən 
zaman  göstərilən  qiymət  həddindən  də  malları  reallaşdırmaq 
imkanına malik olur. Bu yalnız azaldılmış qiymətlərlə keçirilən 
hərraclar 
üçün 
xarakterikdir. 
Malların 
hərracda 
razılaşdırılmaları  adlanan  sənəddə  öz  əksini  tapır  və  maraqlı 
tərəflərin təsdiqi ilə hüquqi qüvvəyə malik olur. 
stehsalçılardan  və  mal  sahiblərindən  (vasitəçilərdən) 
qəbul  edilmiş  mallar  keyfiyyətindən  və  təsnifləşdirmə 
əlamətindən (sinif, alt sinif, qrup, növ, çeşid) asılı alaraq lotlar 
üzrə qruplaşdırılır, yəni partiyalara ayrılır və hər bir partiyadan 
H  üçün  nümunələr  seçilir.  Qruplara  bölümmüş  lotlar  üzrə 
hərracların keçirilmə qaydalarına müvafiq olaraq nömrə verilir, 
sortlaşdırılmış  mal  partiyaları  üzrə  hərrac  komitələri  lotların 
nömrəsi  göstərilməklə  kataloqlar  hazırlayır  və  onu  hərracın 
keçirilməsi  qaydaları  ilə  birlikdə  iştirak  edəcək  potensial 
alıcılara  göndərir.  Hərracın  məhsuldar  keçməsini  şərtləndirən 
başlıca  amil  ondan  ibarətdir  ki,  alıcı  əvvəlcədən  hərraca 
çıxarılacaq  mal  qrupları  ilə  tanış  olmalıdırlar.  Belə  tanışlıq 
alıcılara  imkan  verir  ki,  onlar  özlərinə  lazım  olan  bu  və  ya 
digər  mal  material  qiymətlərinin  əldə  edilməsi  yollarını  və 
əlverişli  iqtisadi  şərait  seçmiş  olsunlar.  Daha  doğrusu  öz 
tələbinin  bu  bazar  daxilində  ödənilməsinin  qeyri-mümkünlyü 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə