Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

 
 
 
münasibətlərini  maddi  maraq  əsasında  qururlar.  Lakin  onu  da 
unutmaq  lazım  deyil  ki,  müasir  şəraitdə  məsələ  birjaların 
kəskinləşən rəqabət şəraitində həyatiliyini təsdiq etməklərindən 
ibarət  deyil,  problem  həmin  birjalar  vasitəsilə  xalq  təsərrüfatı 
və  iqtisadiyyatın  bütün  sahələrinin  inkişafına  müsbət  təsir 
göstərməkdən 
asılıdır. 
Nəhayət, 
birjalar 
müxtəlif 
bisnesmenlərlə mənfəət əldə etmək üçün özü-özünə yaradılmış 
müəssisələr  deyil,  onlar  əmtəə-pul  münasibətlərini  daha  sivil 
xarakterli  etmək  üçün  və  bazarın  işləmə  mexanizmini  təmin 
etmək  məqsədilə  bir  çox  əmtəə  istehsalçıları,  kommersiya 
qurumları  və  dövlətin  birgə  səyləri  nəticəsində  araşdırılıb 
tapılıb  və  sınaqdan  çıxarılmış  mütərəqqi  təsərrüfatçılıq  və 
ticarət  sistemi  vasitəsidir.  Bütün  bu  şərtlər  bazar  iqtisadiyyatı 
subyektlərini məcbur edir ki, öz daxili və xarici münasibətlərini 
iqtisadi  təhlil  etmək  və  proqnozlaşdırmaq  üçün  effektli  sistem 
yaratsınlar. Təcrübədə bu proses iqtisadi təhlil vasitəsilə xarici 
mühitdə kəşviyyat aparılmasını xatırladır və alınmış nəticələrə 
uyğun  öz  fəaliyyətinin  planlaşdırılmasına  imkan  verir. 
Təxminən bu cür də əmtəə və digər birjalarda analitik iş təşkil 
olunur.  Lakin,  birjaların  təsərrüfat-iqtisadi  və  maliyyə 
vəziyyətinin  təhlilini  heç  vaxt  onların  adi  məhsulları  satdığı 
zaman  və  fyuçers  və  opsion  sövdələşməsi  prosesində  istifadə 
etdikləri  analitik  işlə  qarışdırmaq  lazım  deyil.  Əmtəə 
birjalarının  nizamnaməsinə  əsasən  birjanın  işçiləri  –  klerkləri 
birbaşa  ticarət  əməliyyatlarında  iştirak  edərək,  satıcı  və  ya 
alıcıların  maraqları  mövqeyindən  çıxış  edə  bilməzlər 
(ixtiyarları yoxdur). Bu kimi işləri brokerlər, dilerlər, hecerlər, 
dəllallar, nəhayət birja üzvləri və b. görməlidirlər.  
Birja  işçiləri  –  klerkləri  və  birja  iştirakçıları  arasında 
fəaliyyət  sahələrinin  ciddi  bölünməsi  və  qadağanlar  onların 
nizamnamələri  ilə  yanaşı,  müxtəlif  növ  birjalar  haqqında 
qanunlarda  da  əksini  tapmışdır.  Misal  üçün,  «Əmtəə  birjası 
haqqında» Azərbaycan Respublikası qanunun 11-ci, «Qiymətli 
kağızlar  və  fond  birjaları  haqqında»  qanunda  isə  39-cu 


 
 
 
maddələrində  bu  haqda  açıq  yazılıb.  Həmin  vəziyyət  birjada 
çalışanlar 
və 
birja 
üzvlərinin 
fəaliyyət 
dairələrini 
müəyyənləşdirməklə  yanaşı,  onlar  tərəfindən  həyata  keçirilən 
iqtisadi  təhlilin  hüdudlarını  müəyyənləşdirir.  Belə  ki,  əksər 
hallarda  birja  işçiləri  birjanın  təsərrüfat-iqtisadi  və  maliyyə 
baxımından  təhlilində,  həmçinin  marağında  olan  tərəflərin 
tələbatlarını və istəklərini ödəmək üçün birjanın maddi-texniki 
bazasının  qiymətləndirilməsi  və  inkişaf  etdirilməsi  məqsədi 
güdürlər.  Birja  ticarəti  prosesində  brokerlər,  dilerlər  və 
digərləri  kimi  çıxış  edən  alıcı  və  satıcılar  tələb,  təklif, 
qiymətlər,  konyuktur  və  bazarın  tutumu,  rəqabət  recimi  və  s. 
tədqiq  etmək  üçün  «…  ənənəvi  iqtisadi  təhlildən  (onu  əsaslı 
adlandırırlar)  və  yalnız  birjalarda  istifadə  edilən  spesifik 
(texniki və ya mexaniki) təhlildən …»
1
 istifadə edirlər. 
Onu qeyd edək ki, fundamental – asılı təhlil vasitəsilə 
tələb  və  təklif  öyrənildikcə  qiymətlərin  dəyişməsinə  təsir 
göstərən  daxili  amillər  aşkar  edilir.  Texniki  təhlil  isə  məhsul 
satışı,  tələb,  təklif  və  s.  səviyyəsini  dioqramlar,  qrafiklər 
qurulması  və  onların  köməyilə  bazarda  qiymətlərin 
tərəddüdlərini,  onlardakı  fərqləri  izləyərək,  mənfəətlilik 
dərəcəsini  müəyyənləşdirmək  olur.  Beləliklə,  əmtəə  və  digər 
növ birjalarda iqtisadi və texniki təhlil problemlərinə müxtəlif 
səviyyəli və maraqlı birja ticarəti subyektləri müraciət etdiyinə 
baxmayaraq, onlar biri-biri ilə sıx əlaqədardır. Belə ki, texniki 
təhlil  nəticələrində  birja  xərcləri,  müştərilər  arasında  vasitəçi 
kimi  çıxış  edən  broker  və  dilerlər  əmtəə  dövriyyəsini 
artırmağa,  satılan  məhsulun  çeşidini  optimallaşdırmağa  və 
mənfiəət  normalarını  yüksəltdikdəri  üçün,  birjaların  da 
mədaxilinə  əlavə  vəsaitlər  daxil  olaraq,  onları  işçilərinin 
əməkhaqqı  və  həvəsləndirmə  fondlarını  artırmaq,  maddi-
texniki  bazasını  möhkəmləndirmək  sahəsində  yeni  imkanların 
açılmasına nail olrlar. Bütün bu məsələlərlə əlaqədar, birjalarda 
                                                 
1
 Дегтярова О.И., Кандинская О.Н. Биржевое дело: учебник для вузов. 
М.: Банки и биржи. ЮНИТИ, 1997, с. 318. 


 
 
 
çalışan və onun fəaliyyətini təmin edən işçilər bilavasitə satıcı, 
alıcı 
və 
müxtəlif 
tip 
vasitəçilərin 
maliyyə-iqtisadi 
problemlərinə  biganə  deyillər.  Çünki  onların  qarşılıqlı  maddi 
marağı  və  birgə  fəaliyyətlərindən  bazarda  işgüzar  fəallıq  və 
birjaların  özlərinin  xüsusi  təyinatlı  bazar  infrastrukturu 
şəbəkəsi kimi mövcud olması bilavasitə əlaqədardır. 
Bazar  iqtisadiyyatının  tam  formalaşmaması,  dərin 
iqtisadi böhran, təşkilati-hüquqi bazının qeyri-tamamlığı, bazar 
infrastruktur  sahələrinin  yarımçılıqlığı,  icra  və  nəzarətedici 
strukturlarının  təşkilindəki  çatışmamazlıqlar  və  s.  əlaqədar 
Azərbaycanın  milli  iqtisadiyyatında  yaranan  problemlər 
müxtəlif növ əmtəələrin birja ticarəti üzrə tam miqyaslı iqtisadi 
və  texniki  təhlil  aparmağı  qeyri-mümkün  edir.  Bundan  əlavə, 
başlıcası isə ondan ibarətdir ki, sağlam və tam miqyaslı əmtəə 
bazarı,  fyuçers  və  opsion  birjaları  və  onlar  kimi  vacib  bazar 
infrastrukturları şəbəkələri hələlik tam formalaşmayıb. Bununla 
əlaqədar  diqqətimizi  Bakı  şəhərində  1991-ci  ilin  əvvəlindən 
fəaliyyət  göstərən  respublika  əmtəə  birjasının  təsərrüfat-
iqtisadi  və  maliyyə  vəziyyətinin  ümumi  təhlilinin  bəzi 
cəhətlərində cəmləşdirək. 
Azərbaycan 
Respublikası 
əmtəə 
birjasının 
yaradıldığından  cəmi  on  səkkiz  il  vaxt  keçsə  də,  bu  müddət 
ərzində ölkədə dörd dəfə hökumət dəyişib və xalq təsərrüfatını 
ardı-arası  kəsilmədən  iqtisadi  və  siyasi  böhranlar  lərzəyə 
gətirərək,  cəmiyyətdə  durmadan  sosial  gərginliklər  yaradır  və 
istər-istəməz  birjanın  fəaliyyəti  göstəricilərinə  mənfi  təsir 
göstərirdi.  Respublika  əmtəə  birjasının  maliyyə-iqtisadi 
göstəricilərini  gətirməzdən  əvvəl  onun  işçiləri,  təsisçiləri, 
üzvləri və brokerlərinin tərkibinə diqqət yetirək (Cədvəl 1). 
Cədvəl 1.  
 
llər 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə