Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
Şumerlilər  Mavritaniyadan  taxıl,  balıq,  parça,  yun  və  başqa 
şeyləri alaraq, əvəzində ağac məmulatları, qiymətli daş-qaşları 
və  s.  əşyaları  verirdilər.  Bu  cür  münasibətlərdən  öncə  tərəflər 
bir-birinə  bəxşeşlər  verər  və  bir  qədər  yarım-ticarət  əlaqələri 
yaradar, sonralar isə təcrübə artıqca, bazarda  yerli vəziyyət və 
şəraitlə  yaxından  tanış  olduqca,  əmtəə-pul  münasibətləri 
inkişaf  etdikcə  mübadilə  sırf  kommersiya  xarakteri  almış,  pul 
isə  mübadilə  funksiyasını  tamamilə  öz  üzərinə  götürmüşdür. 
Buna bənzər ticarətlə əsasən sərkərdələr, quldar zadagənlar və 
din  məbədləri  xadimləri  ətrafında  toplaşmış  xüsusi  etimad 
qazanmış  saray  əyamları  və  xüsusi  nümayəndələri  məşğul 
olurdular.
1
 Hələ həmin qədim keçmiş dövrlərdə Güney Qavqaz 
nümayəndələri 
şimali 
dövlətlərlə 
əmtəə 
mübadiləsi 
proseslərinə cəlb edilirdilər. 
Artıq eramızdan əvvəl IV-II yüzilliklərdə ticarət xeyli 
inkişaf  edərək,  bir  çox  Afrika,  Asiya  və  Avropa  ölkələrini  də 
əhatə  edirdi.  Belə  ki,  həmin  dövrlərdə  Şərqi  Aralıq  dənizi 
ölkələrində 
təsərrüfatçılığın 
(əkinçiliyin, 
maldarlığın, 
sənətkarlığın)  inkişafı  əmtəə  mübadiləsi  proseslərinin 
canlanması və əmtəə-pul münasibətlərinin səviyyəcə inkişafına 
səbəb  olmuşdur.  Qədim  dövrlərdə  Misirlə  yanaşı  Rodos  adası 
və  Selevkilər  dövləti  xarici  ticarət  əlaqələrində  aparıcı  yer 
tuturdular. 
Əmtəə mübadiləsinin inkişafı ümumi ekvivalent kimi 
müxtəlif  ölkələrdə  qəbul  edilmiş  bir  çox  əmtəələrdən  imtina 
etməyi və hamı üçün önəmli olan pul vahidlərinin yaradılması 
probleminin  həllini  tələb  edirdi.  Bununla  əlaqədar  Ptolomey 
qızıl,  gümüş  və  mis  sikkələrinin  buraxılması  əmri  vermişdir. 
Gəmiçiliyin  inkişafı  nəticəsində  Romanın  güclü  dəniz 
məmləkətinə çevrilməsi və əlverişli coğrafi mövqeyi ona dəniz 
və  karvan  yolları  vasitələrilə  təcrübədə  bütün  Aralıq  Dənizi 
ölkələri,  hətta  onun  hüdudlarından  daha  uzaqlarda  yerləşən 
Hindistan  və  Çinlə  xarici  ticarət  münasibətləri  yaratmağa 
                                                 
1
 Всемирная история. Т.1.М., Политиздат, 1956, с.11 


 
 
 
imkan  verirdi.  Bununla  yanaşı,  əks  proses  də  baş  verirdi  ki, 
həmin  xarici  dövlətlərdən  sənətkarlıq  və  ticarət  məhsulları 
gətirilərək  yayılırdı.  Həmin  dövrlərdə  Güney  Qavqaz,  Orta 
Asiya  və  ərəb  ölkələrinin  bir  çoxunda  quldarlıq  dövlətləri 
yaranmağa başlamışdır ki, onlarda nisbətən qısa tarixi zamanda 
Qərbi  Asiya  və  Aralıq  dənizi  coğrafi  məkanının  iqtisadi  və 
ictimai-siyasi  həyatında  əhəmiyyətli  rol  oynamışlar.  Çinin 
daxilində o zamanlar mövcud olan ayrı-ayrı xanlıq və çarlıqlar 
arasında ticarət münasibətləri və əlaqələri inkişaf etmiş və Çin 
tacirləri qullardan tutmuş, iri və xırda buynuzlu qaramal, dəri, 
yun,  təbii  boyalar,  fil  sümüyü,  qeyri-metallar  və  s.  məhsulları 
xarici ölkələrin bazarlarında satmışlar. 
Uzunmüddətli  xaric-iqtisadi  və  sosial  proseslərdən 
keçərək,  bürünc  əsrində  yaranmış  primitiv  domna  peçlərinin 
köməyilə  dəmir  əsrinə  keçid  əkinçilik  və  sənətkarlıq 
sahəsindəki texnikanın inkişafında sıçrayışa səbəb oldu. Bütün 
bunlar  Orta  Asiya,  ran,  Qavqaz  və  Şimali  Qara  dəniz 
regionlarında şəhər tipli məskunlaşma ocaqlarının yaranmasına 
və  ticarətin  sürətli  inkişafına  təkan  verdi.  Dünya 
sivilizasiyasının tarixi gedişatında eramızın birinci beş əsrində 
əsaslı və dönülməz sosial-iqtisadi dəyişiklik baş verdi. Əsasən 
həmin  zamanlarda  öz  ən  yüksək  inkişaf  zirvəsinə  çatmış 
quldarlıq  cəmiyyəti  Avropa,  Asiya  və  hətta  Afrikanın  əksər 
ölkələrində  sıradan  çıxaraq  feodolizmlə  əvəz  edildi.  btidai 
icma quruluşu və quldarlığa nisbətən feodolizmin xaric-iqtisadi 
sistemi  daha  mütərəqqi  olduğundan,  onun  gəlişi  əmək 
məhsuldarlığı  məhsuldar  qüvvələrin  inkişafı  və  xaric  əməyin 
səmərəliliyin  artmasına  təkan  verdi.  Bu  proses  xüsusi 
intensivliklə  Avropa  ölkələrində  cərəyan  edirdi.  Burada 
təxminən  X-XI  əsrlərdə  sənətkarlıq  əkinçilikdən  təmamilə 
ayrılmış  və  sənətkarlıqla  ticarətin  əsas  mərkəzləri  olan  qəsəbə 
və  şəhərlər  yayılmağa  başlamışdır.  Eyni  zamanda  kənd 
yerlərində məhsuldar əmək və əmtəəlik məhsul istehsal etmək 
üçün real imkanlar  yaradılmışdır. Beləliklə, yüzilliklər ərzində 


 
 
 
qədim  Misir,  Aralıq  dənizi, Çin  və  d.  ictimai  istehsalın  təşkili 
səviyyələri  və  sivilizasiyalar  sonradan  yaranmış  Avropa 
ölkələrində  sanki  təkmilləşdirilib,  inkişaf  etdirilərək  əmtəə 
istehsalı hüdudlarını genişləndirmiş, dövlətlər daxilində iqtisadi 
əlaqələri zəncinləşdirərək daxili və xarici beynəlxalq bazarların 
yaranmasına səbəb olmuşdur. 
Orta əsrlərdə dəniz və çayların sahil boylarında, Sakit 
okeanın  şərq  sahillərindən  tutmuş  Aralıq  dənizinin  qərbdə 
günbatan hüdudlarına kimi bir-birilərilə dəniz və karvan yolları 
vasitəsilə  tranzit  əlaqələrdə  olan  sənətkarlıq  və  ticarət 
mərkəzləri  çiçəklənməyə  başlamışdır.  Bunların  bariz  timsalı 
Asiyanın  şərqi  sahillərindən  tutmuş  Avropanın  qərbinə  kimi 
uzanıb  gedən,  böyük  iqtisadi  və  coğrafi  məkanı  əhatə  edən 
dillərdə  əzbər  olmuş  məşhur  pək  Yoludur.  Beləliklə,  bu, 
nisbətən yeni olan dünya sivilizasiyası kimi formalaşmış Avro-
Asiya  coğrafi  məkanında  ticarət  və  bazar  münasibətlərinin 
sürətlə intensiv inkişafı XI-XV əsrlərdə xarici ticarətin inkişafı 
və  dünya  bazarlarının  yaranmasına  gətirib  çıxardı.  Xarici 
ticarətin formalaşmasında iri şəhərlərin tacirlərinin rolu böyük 
olmuşdur.  Böyük  coğrafi  kəşvlər,  o  cümlədən  Hindistana  və 
Amerikaya  dəniz  yollarının  açılması  beynəlxalq  ticarətin 
inkişafına  güclü  təkan  verməklə  yanaşı,  bir  sıra  dövlətlər 
( spaniya,  Portuqaliya,  ngiltərə  və  s.)  və  ticarət  üzrə  artıq 
ixtisaslaşmış  şirkətlər  müəyyən  qrup  adamlarla  bir  çox 
ölkələrin  var-dövlətlərinin  qarət  edilməsi,  bölünməsi  və  talan 
olunmasına  cəlb  edilmişlər.  Konkret  olaraq  Avropa  ölkələrinə 
gəldikdə, onların hüdudlarında daxili bazar XVI-XVII əsrlərdə 
nisbətən  inkişaf  etmişdir  və  topdansatış  ticarətin  əksər  hissəsi 
beynəlxalq ticarət-iqtisadi əlaqələri genişlənərək, yayılmasında 
aparıcı  rol  oynayan  varlı  tacir  və  onların  başçılıq  etdiyi 
şirkətlərin əlində cəmləşmişdir. 
Feodolizmin  dağılması  və  kapilalist  münasibətlərinin 
yaranması  ərəfəsində  Avropa  ölkələrinin  daxilində  pərakəndə 
ticarətin  əsas  hissəsi  məhsul  istehsalçıları  kimi  kəndlilər  və 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə