Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

 
 
 
Təqdim  edilmiş  cədvəldən  aydın  olunur  ki,  göstərilmiş 
müddət ərzində RƏB-in nizamnamə fondu nisbətən sabit qalsa 
da, onun ən yaxşı göstəricilər əldə etdiyi 1996-cı ildə vəsaitləri 
xeyli təzələnsə də, sonrakı illər ərzində köhlənməsi müddətinə 
görə tamamilə sıradan çıxmaq ərəfəsinə çatmaqdadır. Nəhayət 
müəyyən  səbəblərə  görə  1996-cı  ildən  etibarən  bazar 
proseslərindəki  qeyri-mütərəqqi  meyllər  və  Respublika  Əmtəə 
Birjası  mənfi  maliyyə  nəticələri  ilə  birlikdə  işləməsinə  gətirib 
çıxarmışdır. Gələcəkdə iqtisadiyyat sağlamlaşmasa müəssisə və 
regionlar səviyyəsində əyalətçilik meylləri, şəxsi mənafelər və 
korrupsiya  cilovlanmasa  birjalar  cəmi  bazar  iqtisadiyyatı 
ümumən daha ciddi problemlərlə qarşılaşa bilər.  
 
4.6. Birja fəaliyyətinin dövlət tənzimlənməsi 
təcrübəsi 
Müxtəlif  ölkələrdə  birjaların  formalaşdırılması 
prosesində  onların  makro  və  mikro  səviyyələrdə  fəaliyyətinin 
tənzimlənməsi  ilə  əlaqədar  çoxsaylı  problemlər  aşkar 
edilmişdir. 
Həmin  problemlərin 
başlıcası 
ondan 
Ödənilmiş 
vergilər, 
 cəmi (%) 
23
7,
46
 
17
58
,6

14
39
3,
2

12
45
,3

24
2,
80
 
27
0,
14
 


mənfəətdən 
23
1,
80
 
17
66
,1

20
59
,9


0,
08
 

6,
44
 
Orta maaş 
4,

8,

30
,2
 
43
,5
 
34
,8
 
18
,4
 
40
 
Xeyriyyə 
üçün 
20
,0
 
40
,0
 





Maliyyə 
nəticələri 
67
8,

51
41
,5
 
23
64
8,

-1
73
95
,8
 
-1
15
97
,9
 
37
01
,1
 
-5
42
9,



 
 
 
ibarətdir  ki,  hər  bir  ölkədə  fəaliyyət  göstərən  birjalar  böyük 
miqyasda  maddi  resursları  və  pul  vəsaitləri  kütlələrindən 
istifadə  edərək,  əllərində  güclü  iqtisadi,  sosial  və  hətta  siyasi 
imkanları  cəmləşdirirlər.  Bütün  bu  məsələlər  birjaların 
dövlətlərin  həyatında  əhəmiyyətli  iqtisadi  və  sosial  rol 
oynadığından bəhs edir. Misal üçün, Avropa ölkələrinin əmtəə 
və fond birjaları onların fəaliyyəti miqyası və coğrafi əhatəsini 
nəzərə  alsaq  görərik  ki,  onlar  nəinki  spaniya,  Portuqaliya, 
ngiltərə  və  b.  ölkələrdə,  hətta  bütün  dünyada  tələb,  təklif, 
qiymətlər, informasiya prosesləri, beynəlxalq səviyyədə bir çox 
strateci problemlərin həlli və digər aktual məsələlərə ciddi təsir 
göstərə  bilirlər.  Müxtəlif  növ  birjaların  nəzarətsiz  fəaliyyəti 
nəticəsində  baş  verəcək  xoşagəlməz  iqtisadi  proseslərin 
qarşısını almaq məqsədilə və Avropa ölkələrində hökumətlərin 
mövqelərini möhkəmləndirmək üçün bu qitədə çoxları birjaları 
dövlət nəzarətində saxlamağı üstün tutmuşdur. 
Onu  xatırlamaq  gərəkdir  ki,  ilk  dövrlərdə  Avropa 
qitəsində  yaradılan  əmtəə,  fond  və  valyuta  birjaları  özbaşına 
sahibkarlıq  fəaliyyətinin  fəallaşması  və  region  və  ölkələr 
arasında  təsərrüfat-iqtisadi  əlaqələrin  inkişafının  zəruri 
elementləri  kimi  meydana  gəlmişlər.  Lakin  müxtəlif  ölkələrdə 
birjalar  öz  fəaliyyət  dairələri  və  miqyasını  genişləndirdikcə 
hökumətlər  öz  təsir  dairələrini  itirdikləri  üçün  vahiməyə 
düşərək,  onları  bağlamış  və  yaxud  öz  nəzarəti  altına  almağa 
çalışmışlar.  Təbiidir,  illər  boyu  öz  ilkin  adları,  əmlakı  və 
hökmranlıqlarını (məhsul çeşidləri, bazarları və s.) elə birjalar 
saxlaya  bilmişlər  ki,  onların  fəaliyyət  göstərdikləri  ərazidə 
maraqlarının  müdafiə  edilməsinə  dövlət  məmurları  və  hüquq-
mühafizə  orqanları  işçiləri  də  cəlb  olunmuşlar.  Beləliklə, 
müəyyən  mənada  birjalar  məhsulların  bölgüsü,  təkrarən 
bölgüsü  əksər  hallarda  strateci  malların  satışı  və  cəmiyyət 
üzvlərinin  böyük  məbləğdə  dövriyyəyə  buraxılan  pul 
vəsaitlərini  işlədən  və  bununla  böyük  imkanları,  dövlətin  və 
ayrı-ayrı  şəxslərin  maraqlarına  toxunan  real  qüvvəyə  – 


 
 
 
hakimiyyətə  çevrilir.  Həmin  hakimiyyəti  verən  birjalar 
vasitəsilə təcrübədə əmtəə istehsalçılarına, vasitəçilərə, alıcılara 
və  ümumiyyətlə,  cəmi  ictimai-iqtisadi  proseslərdə  iştirak 
edənlərin  əksəriyytinə  təsir  göstərmək  imkanları  əldə  olunur. 
Əsasən bu səbəbə görə əksər ölkələrin dövlət apparatı birjalara 
qarşı  bir  qədər  qısqanclıq,  ehtiyat  və  eyni  zamanda  diqqətlə 
yanaşırlar. 
Beynəlxalq 
miqyasda 
yüzilliklərdən 
keçərək 
quldarlıq, feodalizm və kapitalizmin əyani şahidi olan Avropa 
ölkələri  və  ABŞ  birjaları  bəzən  elə  proseslər  və  böyük 
kommersiya  sövdələşmələrinə  cəlb  olunmuşlar  ki,  öz 
təsisçiləri,  təşkilatçıları  və  idarəedənləri  arasında  bu  dərəcədə 
həyati  əhəmiyyətli  əmtəə  resursları  və  maliyyə  potensialının 
kommersiya  və  təsərrüfat  risklərindən  irəli  gələn  böyük 
məsuliyyətə görə xeyli müddət ərzində həyəcan və təşviş içində 
saxlamışlar.  Beləliklə,  təcrübədə  bir  çox  birjalar  öz 
fəaliyyətlərini  sığorta  etmək,  kəskinləşən  bazar  rəqabəti 
şəraitində əmtəə istehsalı, bölgüsü, satışı və s. uğrunda faydalı 
iri  sifarişləri  əldə  etmək  üçün  gələcəkləri  naminə  dövlət 
himayəsində 
olmaqlarını 
və 
onun 
yardımından 
bəhrələnməklərinə  üstünlük  verirlər.  Əgər  birja  rəhbərləri  və 
dövlət  təşkilatları  arasında  qarşılıqlı  anlaşılma  və  güzəştlər 
olmasa,  onda  bazar  prosesləri  qeyri-müəyyənlik  və  idarə 
olunmamazlıq  təhlükəsi  altında  qalıl.  Bazar  iqtisadiyyatı 
şəraitində  bu  cür  vəziyyət  bazarın  özünün  prinsiplərinə  zidd 
olduğu üçün çoxlarını qane etmir, çünki idarə olunmayan azad 
kapitalist  təsərrüfatçılığı  sistemi  yoxdur.  Birjalara  və  cəmi 
bazar  proseslərinə  gəldikdə  isə,  onların  idarə  olunması 
ölkələrdə  qəbul  olunan  qanunlar,  icraedici  və  nəzarətedici 
strukturların  yaradılması,  sərt  məhdudiyyətlər  və  ya  liberal 
həvəsləndirici  tədbirlərin  görülməsi  və  digər  yollarla  həyata 
keçirilir. Misal üçün, əgər birjalar hökumətin iqtisadi siyasətinə 
məhəl  qoymur,  bazar  iqtisadiyyatının  dövlətin  qanunlarına 
riayət  etmirlərsə,  onda  onları  reallığa  qaytarmaq  və  dövlətin 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə