Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

 
 
 
« stiqrazlar» (4 maddə), dördüncü fəsil «Dövlətin xəzinədarlıq 
öhdəlikləri»  (3  maddə),  beşinci  fəsil  «Əmanət  sertifikatı»  (4 
maddə),  altıncı  fəsil  «Qiymətli  kağızların  qeydiyyatı, 
buraxılması və dövriyyəsi» (7 maddə), yeddinci fəsil «Qiymətli 
kağızlar  üzrə  professional  fəaliyyət»  (7  maddə)  problemlərini 
əhatə edir. 
Həmin  qanunun  ikinci  bölməsi  «Fond  birjaları» 
adlandırılır  (bir  fəsil  7  maddə).  Üçüncü  bölmə  «Səhmdarların 
mənafelərinin müdafiəsi» bir fəsil və maddədən ibarətdir. 
Yuxarıda  adı  çəkilmiş  qanundan  sonra  əmtəə  və 
qiymətli kağızlar bazarlarını ölkəmizdə tənzimləmək məqsədilə 
«Əmtəə  bircsı  haqqında»  (25  may  1994  №  804),  «Qiymətli 
kağızlar haqqında» (9 sentyabr 1998 № 765) və digər Qanunlar 
qəbul  edilmişdir.  Onu  qeyd  edək  ki,  bu  qanunlar  bir-birini 
tamamlamaqla  yanaşı,  bir  qədər  də  ziddiyyətli  vəziyyətlər 
yaradır.  Belə  ki,  aydın  olmur  ki,  bu  qanunların  mənası,  əhatə 
dairəsi,  tənzimlədiyi  məsələlər  harada  və  nədən  başlayır  və 
nədə  qurtarır.  Həmin  qeyri-müəyyənliyin  nəticəsidir  ki, 
ölkəmizdə  qiymətli  kağızlar  bazarı  və  fond  birjaları  yox 
dərəcəsində,  əmtəə  birjalarının  isə  onundan  səkkizi  öz 
fəaliyyətlərini dayandırmağa məcbur olmuşdur. 
Artıq  on  ilə  yaxındır  ki,  respublikamızın  əhalisinə 
özəlləşdirmə  çekləri  kimi  qiymətli  kağızlar  paylanmışdır. 
Həmin  dövrdən  bu  qədər  vaxt  keçməsinə  baxmayaraq  həmin 
özəlləşdirmə  çeklərinin  paylanmasında  məqsəd  nədən  ibarət 
olduğu  və  bu  qiymətli  kağızlar  əhaliyə  nə  verdiyini  dövlət 
məmurları  açıqlamaqdan  boyun  qaçırırlar.  Onu  da  qeyd  edək 
ki,  Azərbaycan  Respublikasının  mövcud  qanunları  da  bu 
məsələyə aydınlıq gətirmir. 
Bildiyimiz  kimi,  bazar  iqtisadiyyatının  işləmə 
mexanizmi  elə  qurulmuşdur  ki,  bazarda  məhsul  kütləsi 
azaldıqca  onun  qiymətləri  yüksəlməlidir.  Nədənsə  bu  prinsip 
Azərbaycanın qiymətli kağızlar bazarında işləmir. Misal üçün, 
minlərlə özəlləşdirmə çekləri özəlləşdirmə proqramının həyata 


 
 
 
keçirilməsi  nəticəsində  dövriyyədən  çıxmışdır,  lakin  onların 
qiymətləri  aşağı düşməkdə davam edir  (2008-ci  ilin əvvəlində 
bir özəlləşdirmə çeki təxminən 25-30 yeni manata satılırdı). 
Bu cür anlaşılmaz vəziyyət səhmlərin, istiqrazların və 
s.  bazarında  da  mövcuddur.  Əgər  qanunlarımızı  nəzərdən 
keçirsək, onda aydın olar ki, onların özündə bir tərəfdən bazar 
münasibətləri  azadlığı,  digər  tərəfdən  isə  məhdudiyyətləri 
qoyulur.  Belə  ki,  «Əmtəə  birjası  haqqında»  Qanunun  elə  ilk 
səhifəsində  əmtəə  birjasının  mənası  açıqlanarq,  onun 
fəaliyyətinə  sədd  qoyulmur,  ancaq  digər  sətirdə  əmtəə  kimi 
onun obyektindən əmlak və intellektual mülkiyyətin məhsulları 
çıxarılır.  Həmin  uyğunsuzluq  bazar  iqtisadiyyatına  keçərək 
mülkiyyəti özəlləşdirən ölkədə olmamalıdır. Qanunların bu cür 
yazılması nəticəsində binalar, qurğular, zavodlar, fabriklər və s. 
əmlak komitəsi, icra hakimiyyətləri və s. öz iclas salonlarında 
hərrac kimi yox, özləri bildiyi və özlərininki kimi satırlar, daha 
təcrübəli  və  ciddi  intizama  tabe  olan  birjalar  isə  bu  işdən 
qanunla uzaqlaşdırırlar. Bu cür problemlərin kökünü həmçinin 
«Qiymətli kağızlar haqqında» qanunda axtarmaq lazımdır. Belə 
ki,  həmin  qanunun  II  fəsilinin  3-cü  maddəsi  («Qiymətli 
kağızlar  bazarının  dövlət  tənzimlənməsi»)  bu  ifadə  ilə 
tamamlanır:  «Qiymətli  kağızlar  bazarında  münasibətlərinin 
dövlət  tənzimlənməsi  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən  həyata  keçirilir».  Beləliklə,  qiymətli  kağızlar 
haqqında  qanun  bazarın  dövlət  tənzimlənməsini  sağlam 
iqtisadiyyatda  mövcud  olmayan  istiqamət  və  orqana 
yönəldərək,  məsələyə  dolaşıqlıq  gətirməklə  yanaşı  müəyyən 
məmur və dairələrin sosial sifarişlərini yerinə yetirir, müəyyən 
dövlət  orqanlarında  korrupsiya  və  rüşvətxorluq  üçün  şərait 
yaradır.  Bu  kimi  qeyri-müəyyənlik  və  anlaşılmamazlıq  həmin 
qanunun digər bölmələrinə də aiddir. 
                                                                                                           
 


 
 
 
Fəsil 6. Valyuta birjalarının təşkili.  
 
6.1. Valyuta birjası – bazar infrastrukturasının  
vacib ünsürüdür 
Valyuta  birjaları  bazar  subyektlərinə  imkan  verir  ki, 
mövcud  tələb  və  təklifin  vəziyyətindən  asılı  olaraq  alış-
verişlərini daha iri miqyasda həyata keçirsinlər. Həmin valyuta 
birjalarında  xarici  ölkələrin  rul  vahidlərinin  təyin  edilmiş 
mübadilə-  satış  qiymətlərinə  rəsmi  valyuta  məzənnəsi  (kursu) 
deyilir.  
Tarixi  mənbələrə  görə  valyuta  birjaları  xarici 
ölkələrin  pullarının  dəyişdirilməsi  mərkəzləri  kimi  tədricən 
formalaşaraq  müasir  sivil  sistemə  çevrilmişdir.  lk  valyuta 
birjalarının prototipləri tacirlərin təsadüfən görüşdüyü yerlərdə, 
karvan  ticarəti  ilə  məşğul  olanlar  tərəfindən  karvansaraylarda 
və  əmtəə  bazarlarında  mövcud  olmuşdur.  Sonralar  isə 
valyutaların  dəyişdirilməsi  sistemi  bazarların  tərkib  hissəsi 
olmuşdur.  
Müəyyən  ölkələrin  tarixi  iqtisadi  inkişaf  yollarının 
xüsusiyyətlərindən,  əhalinin  sayından,  bazar  iqtisadiyyatı 
yönümlü  olan  ölkələrdə  isə  tələb  və  təkliflərdən  asılı  olaraq 
müxtəlif  sayda  valyuta  birjaları  formalaşmışdır.  Belə  ki, 
taliyanın Roma, Milan, Genuya və Venesiya şəhərlərində dörd 
valyuta birjası, Almaniyada- beş, Azərbaycan Respublikasında 
isə cəmi bir banklararası valyuta birjası mövcuddur. 
Əksər  hallarda  valyutaların  məzənnələri  birjaların 
maklerləri 
tərəfindən, 
müəyyən 
müəssisələrin, 
dövlət 
orqanlarının  nümayəndələrinin  iştirakı  ilə  təyin  edilir  və 
onların 
məzənnələri 
əsasında 
bankların 
müştərilərilə 
hesablaşmaları  aparılır.  Hesablaşma  qiyməti  kimi  bütün 
birjalarda mövcud məzənnələrin ortaq məxrəci götürülür.  
Almaniyada  valyuta  birjaları  Mayn  üzərində 
Frankfurtda,  Berlində,  Hamburqda,  Düseldorf  və  Münxendə 
yerləşir.  Onların  ümumi  tənzimləyicisi  rolunda  Frankfurt 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə