Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

 
 
 
birjası çıxış edir. Almaniyada hər gün 14 valyuta kursları təyin 
edilir  və  onlar  bankların  müştərilərilə  hesablaşması  üçün 
mütləq hesab edilir. 
Fransada  cəmi  bir  valyuta  birjası  vardır  ki,  o  da 
ölkənin  paytaxtı  olan  Paris  şəhərində  yerləşir.  Həmin  birjada 
valyuta  məzənnələri  dövlət  maklerləri  (dəllaları)  tərəfindən 
təyin  edilir.  Vena  şəhərinin  valyuta  birjasında  valyuta 
məzənnələri  birjanın  maklerləri  ilə  Avstriyanın  mərkəzi  bankı 
tərəfindən  birgə  təyin  edilir.  Niderlandın  Amsterdam  və 
Rotterdam  valyuta  birjalarında  vahid  valyuta  məzənnəsi  təyin 
edilir.  Skandinaviya  ölkələrində  isə  kommersiya  müəssisələri 
və  mərkəzi  bankın  müştəriləri  və  nümayəndələri  tərəfindən 
valyuta  məzənnələri  ingilis  funt-sterlinqlərinə  əsasən  təyin 
edilir və onların bazasında mövcud bazar məzənnələrinə uyğun 
olaraq digər valyutaların məzənnələri müəyyənləşdirilir. 
Nisbətən  böyük  bankları  olan  ABŞ,  Böyük  Britaniya 
və  sveçrə kimi ölkələrdə valyuta birjaları yoxdur. Misal üçün, 
ABŞ-da  valyuta  ticarəti  yalnız  banklararası  bazarlarda  həyata 
keçirilir.  Həmin  bazarlarda  alıcı  və  satıcı  tərəflərinin 
məzənnələri  əsasında  orta  valyuta  məzənnəsi  formalaşır.  Bu 
zaman  banklar  heç  bir  əlavə  komissionlar  (gəlirlər)  əldə 
etmirlər. Gəlir isə satıcılar və alıcıların valyuta məzənnələrinin 
fərqindən  ibarət  olur.  ABŞ  kimi  super  dövlətdə  ən  nəhəng 
valyuta  ticarəti  mərkəzləri  Nyu-York,  San-Fransisko,  Yeni 
Orlean, Boston və Çikaqo şəhərlərində yerləşir.  ngiltərədə hər 
gün  banklar  bir-birilərinə  valyuta  qiymətləri  haqda  məlumat 
verirlər. 
sveçrədə  valyuta  məzənnələri  aparıcı  satıcıları  olan 
banklar və digər bazar subyektlərininin sorğusu əsasında təyin 
edilir.  Buna  görə  sövdələşmələrin  ümumi  məbləği  müəyyən 
həddən yüksək olduqda valyuta məzənnələri bir qədər tərəddüd 
edir. 
Azərbaycan  Respublikasında  valyuta  birjalarının 
formalaşması  prosesi  davam  edir.  Hələlik  isə  onların  istənilən 


 
 
 
səviyyəli  təşkilati-hüquqi  bazası,  kifayət  qədər  işlənilmiş 
valyuta  sistemi  yoxdur  və  bu  sahədəki  dövlət  siyasəti  bazar 
proseslərini tam əks etdirə bilmir. 
Valyuta birjalarının təşkili və idarəedilməsi təxminən 
əmtəə  birjalarının  işinə  bənzəyir,  lakin  təcrübədə  dövlətin 
maliyyə və iqtisadi siyasətindən çox asılıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Fəsil 7. Əmək birjalarının (məşqulluq mərkəzlərinin) təşkili 
 
7.1. Əmək birjalarının bazar münasibətləri sistemində yeri 
Kapitalist  təsərrüfatçılığı  sistemində  –  yəni  bazar 
iqtisadiyyatı  şəraitində  əmək  birjaları  əhalinin  məşğulluq 
mərkəzləri  kimi  çıxış  edir.  Həmin  birjaların  mövcud  olması 
bazar  iqtisadiyyatının  işləmə  mexanizmini  təmin  edir.  Buna 
görədə  əmək  birjaları  bazar  infrastrukturası  sahələrinin  ən 
aparıcılarından  biridir.  Belə  ki,  bazar  iqtisadiyyatının  işləmə 
mexanizmi  elə  qurulmuşdur  ki,  iş  qabiliyyətinə  malik  olan 
əhalinin  3-5%  ehtiyat  etmək  qüvvələri  kimi  daim  hazır 
vəziyyətdə  duraraq,  inkişaf  edən  ən  yüksək  mənfəət  gətirəcək 
istehsal və qeyri-istehsal sahələrində çalışmağa yönəldilirlər.  
Bazar  münasibətləri  sisteminin  qanunları  ilə  yaşayan 
ölkələrdə  əmək  birjalarının  iqtisadi,  siyasi  və  ya  sosial 
əhəmiyyətini  dərindən  dərk  edirlər.  Bunun  üçün  inkişaf  etmiş 
ölkələrdə əmək birjaları dövlətin məşğuliyyət siyasətini həyata 
keçirən  və  vətəndaşların  öz  əmək  hüquqlarını  reallaşdıran 
xüsusi mərkəzlər kimi formalaşdırılır. 
ABŞ,  Almaniya,  taliya  və  digər  qabaqcıl  bazar 
iqtisadiyyatı  yönümlü  ölkələrində  dövlət  və  dövlətdənkənar 
məşqulluq  mərkəzləri  fəaliyyət  göstərir.  Bütün  əmək 
birjalarının  açılması  üçün  dövlət  qurumları  xüsusi  icazə 
verməlidir.  
Dövlət  məşğulçuluq  mərkəzləri  –  dövlət  əmək 
birjalarının başlıca funksiyaları əmək resursları və iş yerlərinin 
təhlil 
edilməsi, 
uçotunun 
aparılması, 
bu 
sahədə 
informasiyaların  verilməsi,  xidmətlərin  göstərilməsi  və  s. 
ibarətdir. 
Dövlət məşğulluq siyasətinin həyata keçirilməsi üçün 
aşağıda  göstərilən  mənbələr  hesabına  dövlət  məşğulluq  fondu 
yaradılır: 
-  mütləq  sığorta  ödənişləri  və  işçilərin  əmək 
haqqından ümumi vergilər həcmində tutulan pulları; 


 
 
 
- sahibkarların mütləq ayırmaları; 
- büdcə hesabına və b. 
 
7.3. Əmək birjalarının təşkili və idarəedilməsi  
nkişaf etmiş kapitalist ölkələrindən 100 ildən çoxdur 
ki,  işçilərin  əmək  hüquqlarının  qorunması  və  onların  əmək 
birjalarında  qeydə  alınması  və  işsizlik  üzrə  müvazinatların 
verilməsi sistemi daima təkmilləşə-təkmilləşə inkişaf edir. 
Əldə 
etdiyimiz 
məlumatlara 
görə 
ABŞ-da 
vətəndaşların işçizlik üzrə müvazinat – yardım almaq hüquqları 
onların  əmtəə  birjalarında  qeydiyyata  düşdükdən  11  gündən 
başlanaraq  qanuna  minir  və  işə  düzələnə  kimi  12  aydan  çox 
olmayan müddəti əhatə edir. (Bu vaxt ərzində hamı işlə təmin 
edilir). Bu ölkədə öz günahı olmadan işdən azad edilən hər bir 
kəsə əvvəlcədən üç aylıq əmək haqqı verilir və bu müddət başa 
çatana  kimi  onlar  özlərinə  iş  yerləri  axtarırlar.  Yalnız  bundan 
sonra  iş  tapmadıqda  həmin  adamlar  əmək  birjalarından 
alınacaq vəsaitlərə iddia edə bilərlər. 
Əmək  birjaları  insanlara  müvazinat  verməklə  yanaşı, 
onlara  iş  yeri  axtarmağa  da  köməklik  edirlər.  Elə  iş  məcbur 
hesab edilir ki, o işçinin professional hazırlığına, keçmiş işinə, 
sağlamlığına və digər (nəqliyyat və s.) tələblərinə uyğun gəlsin. 
şsizlərə  müvazinatların  verilməsi  üç  ay  müddətinə  və 
tamamilə o zaman dayandırıla bilər ki, iş axataran ona verilən 
təkliflərdən  imtina  etsin.  Əgər  əmək  birjası  qeydiyyatda  olan 
işsizləri  iş  yerləri  ilə  təmin  edə  bilmirsə,  onda  həmin  şəxslərə 
ictimai işlərdə çalışmaq və ya ixtisaslarının dəyişdirilməsi üçün 
pulsuz  kurslarda  oxumaq  təklif  olunur.  Əhalinin  məşğulluq 
qanunun  pozulmasında  əmək  birjalarının  işçiləri  inzibati  və 
cinayət məhsuliyyəti daşıyırlar. 
 
 
 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə