Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

 
 
 
Fəsil 8. Fyuçers və opsion birjaları 
 
8.1. Dünyanın əsas fyuçers və opsion bazarları 
Beynəlxalq  iqtisadiyyatda,  eləcə  də  müxtəlif  ölkə  və 
qitələrdə  fyuçers  və  opsion  bazarlarının  formalaşması  prosesi 
müxtəlif  coğrafi  məkanlarda  tarixi  keçmişin  və  xalq 
təsərrüfatının  inkişafı  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Onu 
da qeyd edək ki, hər bir konret ölkədə bütün bu bazarlar dövrün 
mövcud  iqtisadi-siyasi  vəziyyəti  ilə  yanaşı,  müəyyən  əmtəə 
növlərinə,  istehsal  və  satış  problemlərinin    təsiri  altında 
formalaşmışdır.  Bütün  bu  bazarların  içində  əlvan  metallar, 
kənd təsərrüfatı məhsulları, neft və neft məmulatları, həmçinin 
maliyyə-kredit resurslarının fyuçers və opsion bazarları xüsusi 
seçilir.  
Fyuçers  ticarəti  əsasən  müddətli  fyuçers  kontraktları 
(əqdləri)  vasitəsilə  birja  əmtəəsilə  birja  ticarəti  formasıdır. 
Fyuçers 
əqdi 
sövdələşmə 
zamanı 
tərəflər 
arasında 
müəyyənləşdirilmiş qiymətlə müqavilədə göstərilmiş müddətdə 
birja  aktivinin  göndərilməsi  üzrə  standartlaşdırılmış  birja 
müqaviləsidir.  
Hələ  XIX  əsrin  sonlarında  dünyanın  bütün 
birjalarında  əlvan  metallarla  ticarət  əməliyyatları,  kapitalist 
təsərrüfatçılığı  metodlarının  xüsusilə  Avropa  dövlətləri  və 
ABŞ-da  maşınqayırma  və  metallurgiya  sənayesinin  sürətli 
inkişafının  təmin  etməsi  nəticəsində,  həddindən  artıq 
fəallaşmışdır.  lk  dövrlərdə  birjalarda  misin  və  qalayın 
topdansatışı,  sonralar  isə  istehsal  imkanlarının  artması,  daxili 
və  xarici  bazarların  genişləndirilməsi  nəticəsində  həmin  əlvan 
metallara  qurğuşun  və  sinkin  əlavə  edilməsi,  XIX  əsrin  sonu 
XX  əsrin  əvvəllərində  elektroliz  sobalarında  elektrik 
enercisindən  alunit  filizinin  sənaye  emalında  istifadə  edilməsi 
adı  çəkilmiş  metalların  sırasına  alüminiumu  da  əlavə  etdi. 
Beləliklə, təcrübədə əlvan metalların ixtisaslaşmış bazarlarının 
birja forması ümumdünya etirafını qazandı. 


 
 
 
Əlvan  metallar  üzrə  beynəlxalq  fyuçers  və  opsion 
bazarlarının  əsas  xüsusiyyətləri,  onların  dünyanın  müxtəlif 
şəhərlərinin,  müəyyən  ixtisaslaşmış  əmtəə  birjalarında 
cəmlənməsindən ibarətdir. Dünya bazarlarının tərkibində əlvan 
metalların  ən  yüksək  dövriyyəsi  London  metal  birjasının 
üzərinə  düşür  ki,  burada  bir  il  ərzində  orta  hesabla  27  min 
kommersiya  əqdi  satılır.  Əlvan  metalların  reallaşdırılmasına 
görə ikinci yeri ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən 
Komet  birjası  tutur.  Həmin  birja  cəmi  Amerikanın  əmtəə 
birjaları  arasında  bir  il  ərzində  təxminən  13  min  əqdin 
dövriyyəsini təmin edərək, dünyaya gücünə görə dördüncü yeri 
tutur.  
Müasir  dövrdə  keçmiş  Sovetlər  ölkəsində  sosialist 
sisteminin dağılması və bir sıra mövcud sosialist dövlətlərində 
müxtəlif  səpkili  azad  iqtisadi  zonaların  yaradılması  ilə 
əlaqədar,  beynəlxalq  əmtəə  və  digər  birja  sistemində  də  ciddi 
dəyişikliklər  baş  verməkdədir.  Belə  ki,  Çin  Xalq 
Respublikasının  1991-ci  ildə  Quandun  əyalətinin  Kuala-
Lumpura şəhərində dünyanın əlvan metallar üzrə fyuçers bazarı 
yeni ixtisaslaşmış birja ilə əlavə olundu. Həmin birja vasitəsilə 
kütləvi miqyasda mis, qurğuşun, qalay, alüminium, sink, nikel, 
sürmə və maqniy satılır.  
ngiltərənin  paytaxtı  London  şəhərində  metallar 
birjası  1876-cı  ilin  sonundan  fəaliyyət  göstərir.  Müxtəlif 
dövrlərdə  həmin  birja  qara  və  əlvan  metallar  və  o  cümlədən, 
gümüşün  kütləvi  satışı  ilə  məşğul  olmuşdur.  Lakin  illər 
keçdikcə  həmin  metal  birjası  vasitəsilə  satışın  məhsullarının 
dairəsi  bir  qədər  daralaraq  mis,  alüminium,  sink,  qurğuşun, 
nikel  və  qalayla  kifayətlənmişdir.  Nəhayət  1988-ci  ildə 
Londonun  metal  birjası  xüsusi  dövlət  qeydiyyatından 
keçdikdən  sonra  beynəlxalq  birja  statusu  almışdır.  Həmin 
birjada  xarici  və  yerli  şirkətlər  broker  yerlərinin  80%-i  öz 
əllərində  cəmləşdirərək,  əsasən  xarici  müəssisələrinin 
kommersiya  əməliyyatlaının  reallaşmasını  təmin  edirlər. 


 
 
 
London metal birjasının tərkibinə daxildir: 
-  öz  adlarından,  həmçinin  bilavasitə  alıcı  və  ya 
satıcıların sifarişlərilə əqdlər bağlayan hesablaşma palatalarının 
(rinqlərin) üzvləri; 
- hesablaşma palatısının üzvləri olan və hətta olmayan 
ticarət şirkətləri; 
-  broker  şirkətləri  (onların  bəziləri  hesablaşma 
palatasının  tərkibinə  daxildir,  digərləri  isə  nisbətən 
müstəqildir). 
Londonun  metal  birjasının  cari  işləri  ilə  1986-cı  ildə 
yaradılmış  15  nəfərdən  ibarət  (onlardan  10  nəfəri  rinqin 
üzvləridir)  darə şurası məşğul olur
1
.  
Hal  hazırda  London  metal  birjasında  baş  tutan  bütün 
sövdələşmələr  faktiki  olaraq  təminatlıdır,  hesablaşma  palatası 
isə  müstəqil  səhmdar  şirkəti  kimi  çıxış  etməkdədir.  Həmin 
birjada  mis,  qurğuşun,  alüminium,  nikel  və  sink  üzrə  opsion 
ticarət  sistemi  azı  10  il əvvəl  tətbiq  edilib.  Onu qeyd  edək  ki, 
opsion  dedikdə  pulla  müəyyən  zaman  müddətində  əvvəlcədən 
təyin olunmuş qiymətlə maddi qiymətlərinin alınması və yaxud 
satılması hüququnun əldə edilməsi başa düşülür.  
London  metal  birjasında  hələ  1988-ci  ildə  qəbul 
edilmiş  yeniliklər  fyuçers  əməliyyatlarının  bir  qədər  qeyri-
mütləqliyindən  müddəti  başa  çatmaqda  olan  əqdlərin  mütləq 
yerinə  yetirilməsi və həqiqətən real əmtəələrin göndərilməsinə 
keçidin  əsasını  qoymuşdur.  Bununla  vasitəçi  kimi  çıxış  edən 
satıcının  birjada  qeydiyyatdan  keçmiş  metalların  markası  ilə 
yanaşı,  məhsulların  təhvil  verilməsi  məntəqəsini  də  seçmək 
hüququnun əsası qoyulmuşdur.  
London  metal  birjasında  kəmiyyət  və  keyfiyyət  üzrə 
metalların  satış  üçün  qəbul  edilməsinin  sərt  qaydaları 
mövcuddur. Məyyən metalın birjada qeydiyyatdan keçməsi və 
                                                 
1
 Дегтярова О.И, Кондинская О.А. Биржевое дело: Учебник для вузов. 
– М.: Банки и биржи, ЮНИТИ, 1997, с. 364-368. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə