Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 2,8 Kb.

səhifə37/69
tarix14.09.2018
ölçüsü2,8 Kb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

 
 
 
üçün,  Moskvanın  hökumət  dairələrində  etiraf  edirlər  ki, 
Rusiyanın neft şirkətləri  raq və  ranın hökumət məmurları ilə 
həmin  ölkələrin  neft  və  neft  məhsullarını  beynəlxalq  bazara 
qeyri-leqal  çıxarmaq  məqsədilə  gizli  əməkdaşlıq  mövcuddur 
(ona 
baxmayaraq 
ki, 
BMT 
beynəlxalq 
terrorizmi 
dəstəklədikləri və kütləvi silahı əldə etmək cəhdlərinə görə  raq 
və  ranın  üzərinə  məhsul  satmağa  və  onlara  bu  və  digər  işdə 
yardım etməyə embarqo qoymuşdur). 
Təbiidir ki, hələ 70-ci illərdə başlamış bütün proseslər 
ayrı-ayrı  dövlətlərin  daxili  bazarları  və  ümumən  dünya 
bazarlarında  neft  və  neft  məhsullarına  tələb,  təklif  və 
qiymətlərin  düzgün  müəyyənləşdirilməsi  və  idarə  olunması 
imkanlarını  qat-qat  azaldır.  Eyni  zamanda  bazarın  özəyini 
təşkil edən elementlərdə tərəddüdlər və onlarla əlaqədar qeyri-
müəyyənliklər  bazar  münasibətləri  vasitəsilə  bir-biri  ilə  bağlı 
olan subyektləri daha sabit satış bazarları axtarmağa və neft və 
neft  məhsullarının  istehsalı  və  satışı  üzrə  fyuçers  əqdlərinin 
birja ticarəti sistemini yaratmağa sövq etmişdir. 
Bəllidir  ki,  kommersiya  kontraktlarını  alıb-satdıqda, 
tərəflər  məhsulları  həqiqətən  göndərmək,  yəni  sövdələşmənı 
başa çatdırana qədər müəyyən vaxt əldə edirlər. Həmin müddət 
ərzində  istehsalçılar  müqavilə  şərtinə  görə  məhsullarının 
alınacağına  əmin  olaraq,  öz  istehsalını  rahat  səmərəli 
planlaşdırır,  təşkil  edir  və  məhsulu  lazımi  keyfiyyət  və 
kəmiyyətdə əqddə göstərilən vaxt ərzində əvvəlcədən müəyyən 
edilmiş yerə çatdırırlar. 
Təxminən iyirmi il bundan əvvəl Nyu-Yorkun  əmtəə 
birjasında  mazut  və  dizel  yanacağı  ilə  əlaqədar  ticarət 
sövdalaşmaları  aparılmağa  başlamışdır.  Həmin  birja  təcrübə 
topladıqca  dizel  yanacağı  əqdlərinin  bağlanmasında  marağı 
olan  tərəfləri  daha  çox  cəlb  etdiyi  aşkar  olunmuşdur.  Nyu-
Yorkun  əmtəə  birjasında  yalnız  bir  gün  ərzində  neft  və  neft 
məhsulları üzrə 20-dən – 40 minə kimi müqavilələr bağlanır.  
1980-ci  ilin  ortalarından  isə  Nyu-York  əmtəə 


 
 
 
birjasında etilləşdirilmiş benzin üzrə kontraktların bağlanılması 
və  alınıb  satılması  sistemi  tətbiq  edilmişdir.  Sonralar  onlar 
etilləşdirilməmiş  benzin  müqavilələri  ilə  əvəz  olunmuşdur. 
Lakin  xam  neft  üzrə  fyuçers  əqdlərinin  genişləndirilməsi 
nəticəsində  həmin  birja  xeyli  güclənmiş  və  çox  saylı  neft 
sənayeçiləri  və  topdan  satıcılarının  kömək  və  dəstəyini 
qazanmışdır.  Həmin  qarşılıqlı  həvəsləndirilən  fəaliyyət  əmtəə 
birjasında fyuçers əqdlərinin real məhsula dəyişdirilməsi və bu 
yeni  şəraitdə  tərəflərin  özləri  məhsulgöndərmə  şərtləri,  neftin 
növləri  və  qarşılıqlı  hesablamalar  ilə  əlaqədar  daha  da 
genişləndirilmişdir.  
Səkkiz  il  keçdikdən  sonra  ilk  dəfə  neft  və  neft 
məhsulları  əqdləri  Sinqapur  beynəlxalq  valyuta  birjasında 
peyda oldu.  
Avropada  isə  80-ci  illərin  sonundan  Rotterdamın 
opsion  və  fyuçers  birjasında  dizel  yanacağı  və  neftin  «brent» 
növü üzrə ticarət həyata keçirilir.  
Londonun  beynəlxalq  neft  birjası  1981-ci  ildə 
yaranmışdır. Mövcud statusuna görə həmin birja mənfəətsiz və 
məhdud  təminatlı  (məsuliyyətli)  təşkilatdır.  Bu  birjanın 
idarəedici  orqanı  on  iki  nəfərdən  ibarət  direktorlar  şurasıdır. 
Onlardan səkkiz nəfəri tam üzvlərdən, biri yerli üzvlərdən, ikisi 
seçilmiş direktorların özləri tərəfindən seçilir, nəhayət bir nəfər 
birjanın ixracat direktoru vəzifəsinə təyin olunur. 
London  beynəlxalq  neft  birjasında  ticarət  açıq 
qaydada  broker  çalalarında  –  xüsusi  işçi  yerlərində  çalışan 
brokerlərin  iştirakı  ilə  həyata  keçirilir.  Tərəflər  arasında 
hesablaşmaları  isə  London  hesablaşma  palatası,  yəni 
Beynəlxalq  əmtəə  hesablaşması  palatasının  filialı  həyata 
keçirilir. 
London  neft  birjasının  üzvləri  beynəlxalq  səviyyədə 
bank,  ticarət  və  neft  sənayesi  sahələrində  tanınmış  qabaqcıl 
broker şirkətlərində təmsil olunurlar.  
Bütün dünyada neft və neft məhsulları üzrə fyuçers və 


 
 
 
opsion  əqdləri  qiymət  risklərinin  sığorta  edilməsi  və  ya  alver 
məqsədilə istifadə olunur. 
 
 
 
7.2. Fyuçers ticarətində texniki təhlil 
Azərbaycan  Respublikasında  bazar  iqtisadiyyatına 
keçid  azı  1991-ci  ildə  bəyan  edilməsinə  baxmayaraq, 
ölkəmizdə  bu  proses  çox  ləng  gedir.  Ölkəmizdə  bu  işin 
uzadılması  dövlətçilik  və  milli  mənafelərimizə  ciddi  ziyan 
vurur.  Çünki  iqtisadiyyat  və  əhalinin  vəziyyəti  qan  itirməkdə 
olan  xəstəni  xatırladır:  vaxtında  tədbir  görülməzsə  onların 
daxili  imkanları  tükənər  və  məhvə  və  ya  dönülməz  prosesə 
gətirib  çıxara  bilər.  Belə  ki,  indiyənə  kimi  ölkəmizdə  bazar 
iqtisadiyyatının  təşkili,  idarə  edilməsi  və  işləməsinə  bilavasitə 
təsir  göstərən  infrastruktur  şəbəkələri  tam  formalaşmayıb  və 
bəziləri  heç  yoxdur.  Misal  üçün  Azərbaycan  Respublikasında 
indiyənə kimi fyuçers bazarları və onların tərkib hissələri olan 
fyuçers birjaları yaradılmayıb, əmtəə və digər növ birjalarda bu 
kimi  sövdələşmələr  aparılmır.  Onu  qeyd  edək  ki,  fyuçers 
sövdalaşmalarının  əsasını  forvard  qiymətlərinə  uyğun 
bağlanmış  forvard  sazişləri  (əqdləri)  təşkil  edir.  Forvard 
qiymətləri  (forward  price)  tərəflər  arasında  bağlanmış 
müqaviləyə  əsasən  müəyyən  vaxtdan  sonra  göndəriləcək 
məhsulun qiymətlərinin təzahürüdür. Bu kimi sövdalaşmaların 
digər  şərtləri  və  incə  məsələləri  rəsmi  surətdə  forvard 
əqdlərində  (forward  contract)  təsdiqini  tapırlar.  Beləliklə, 
forvard əqdi istehsalçı və bilavasitə alıcı, ola bilsin istehsalçı və 
vasitəçi  kimi  kommersiya  kombinasiyaları    sövdələşmələri 
nəticəsində,  qarşılıqlı  razılığa  uyğun  meydana  çıxmış  gələcək 
ticarət əməliyyatlarını qanulaşdıran hüquqi müqavilə sənədidir. 
Həmin  kontrakt  iki  tərəfmüqavil  tərəfindən  müvafiq  qaydada 
təsdiq  edilir  və  onun  şərtlərinə  uyğun  bir  tərəf  digər  tərəfə 
əvvəlcədən  razılaşdırılmış  qiymətlə  müəyyən  miqdar  və  təyin 




Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə