Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

 
 
 
olunmuş  keyfiyyətdə  müqavilədə  göstərilən  məhsulun 
göndərilməsini  öz  üzərinə  götürür.  Təcrübədə  istehsalçı  hələ 
mövcud  olmayan  gələcək  məhsulunun  satılacağına  təminat 
almaq və bununla əlaqədar özünün biznesini sığortalamaq üçün 
forvard kontraktlarının imkanlarından istifadə edir.  
Forvard  əqdini  əldə  edən  alıcı  müqavilə  əməliyyatı 
başa  çatacaq  son  müddətə  kimi  həmin  müqavilə  sənədini 
vasitəçilərə,  alverçilərə,  istehsalçı-müəssisələrə  və  digər  bazar 
subyektlərinə  bütövlükdə  və  hissə-hissə  satmaq  hüququna 
malikdir.  Bununla  ilkin  bağlanmış  forvard  kontraktının  ləğv 
olunma gününə qədər qalan zaman ərzində dəfələrlə  əldən-ələ 
keçərək, satılması üçün faktiki olaraq şərait yaradılır. Nəticədə, 
forvard  əqdi  üzrə  kommersiya  əməliyyatlarını  axırıncı  əldə 
saxlayan  tərəf  məntiqi  yekununa  çatdırmalıdır,  yəni  o, 
məhsulun  özünü  faktiki  olaraq  almalı  və  ya  istehsalçı-
müəssisənin  razılığı  olsa  (nəzərdə  tutulmuş  cəriməni  və  ya 
qiymət  fərqini  ona  bəxşeş  etdikdə)  əməliyyatdan  hətta  imtina 
edə bilər. 
Fyuçers  əqdlərinin  satışını  öz  üzərinə  götürən  əmtəə 
və  xüsusi  yaradılmış  birjalar  əməliyyat  iştirakçılarının 
maraqlarını  nəzərə  almalı,  qeyri-qanuni  əməllərə  yol 
verməməli  və  sivil  iş  prinsipi,  metodları  və  qaydaları  təyin 
etməlidirlər.  Birjadan  kənar  əməliyyatları  forvard  əqdləri  ilə 
qarışdırmamaq  üçün  birjalar  «forvard  kontraktları»  sözlərini 
«fyuçers  əqdləri»  ilə  əvəz  edir  və  onların  satışı  və  təkrarən 
reallaşdırılmasını  təmin  edən  birjaları  isə  fyuçers  birjaları 
(«futures  exchange»)  adlandırırlar.  Dünyanın  bu  cür  müasir 
birjalarında  bir  il  ərzində  yüz  minlərlə  əqdlər  (müqavilələr) 
bağlanır.  Bizim  Azərbaycan  Respublikası  əmtəə  birjasında  isə 
fəaliyyət  göstərdiyi  bütün  müddət  (1991-2007-ci  illərdə) 
ərzində  alıcı  və  satıcılar  arasında  keçirilmiş  birja  ticarətləri  
cəmi  1938  kontrakt  (əqd)  bağlanmışdır.  Bu  isə  bir  il  ərzində 
orta  hesabla  114  əqd  deməkdir.  Qeyd  etdiyimiz  ki,  həmin 
əqdlərin ümumi məbləği cüzidir və onlardan əldə olunan gəlir 


 
 
 
əmtəə birjasının cari xərcləri və vergiləri belə ödəmir. Başlıcası 
isə  bu  kommersiya  əməliyyatlarının  tərkibində  fyuçers  əqbləri 
və onlar üzrə nəzərə çarpan planlar belə  yoxdur. Onu da qeyd 
edək ki, ölkəmizdə iqtisadi durum, onda olan neqativ hallar və 
kadr potensialı hələlik fyuçers bazarları və onların əsasını təşkil 
edən  elementlərdən  biri  fyuçers  birjalarının  yaranması  üçün 
tam yetişməyib. Lakin həmin bazar və birjaların ilk öncə maddi 
istehsal  sahələrinin  təşkili,  planlaşdırılması  və  idarə 
olunmasında  böyük  gələcyi  vardır.  Bununla  əlaqədar  fyuçers 
ticarəti  və  onların  üzərində  aparılan  texniki  təhlil  məsələlərini 
bir qədər dərindən nəzərdən keçirək. 
Ümumiyyətlə, 
azad 
kapitalist 
təsərrüfatçılığı 
şəraitində  opsion  ticarətinin  təşkili,  forvard  kontraktlarının 
bağlanılması, fyuçers bazarlarının meydana gəlməsi və fyuçers 
birjalarının  formalaşdırılması  azad  bazar  iqtisadiyyatı,  ticarət 
və  əmtəə  pul  münasibətlərinin  müəyyən  mərhələləridir. 
Azərbaycan Respublikasında bütün bunların iqtisadiyyatda real 
həqiqətə  çevrilməsi  üçün  xalq  təsərrüfatı  sahələri,  dövrün 
tələbinə uyğun ictimai və, o cümlədən, iqtisadi fikir-şüur xeyli 
kəmiyyət və keyfiyyət cəhətdən təkamül yolu keçməlidir. Əgər 
müasir qabaqcıl kapitalist ölkələrində bu proses on və yüzillər 
tələb  edibsə,  Azərbaycanda  onların  təcrübəsindən  və  yerli 
şəraitdən  bəhrələnərək,  milli  təfəkkürün  əldə  etdiyi  elm  və 
təcrübənin  gələcəyə  doğru  yönümlüyünü  nəzərə  alsaq  və  onu 
həvəsləndirərək düzgün istiqamətə yönəldə bilsək nisbətən qısa 
müddətə (3-5 ilə) öz məntiqi həllini tapar. 
Fyuçers ticarətində texniki təhlilin həyata keçirilməsi 
müəyyən ölkə daxilində və ola bilsin beynəlxalq bazarda tələb, 
təklif,  qiymətlər,  rəqabət  recimi,  iqtisadi  və  siyasi  durumun 
vəziyyətinə  dair  mütəmadi  olaraq  obyektiv  məlumatların 
toplanılmasını,  onların  tədqiq  edilməsini,  istehlak  tələbinin 
dəyişməsi  meyllərini  izləyərək,  fyuçers  əqdlərinin  müəyyən 
mənfəət güdərək alıb və ya satmasına imkan verir.  
Texniki  təhlildən  əksər  hallarda  xırda  və  orta 


 
 
 
səviyyəli mütəxəssislər istifadə edir. Çünki onların əsaslı təhlil 
aparmaq  üçün  kifayət  qədər  vəsaitləri  və  vaxtları  çatmadığı 
halda,  birjanın  cari  məlumatlarının  mərkəzində  olaraq,  öz 
professional  bilikləri  və  mütəxəssislərin  məsləhətini  alır  və 
xüsusi cədvəl, qrafik və  s. quraraq,  fyuçers əqdləri üzrə tələb, 
təklif və qiymətlərin yüksəliş və enmə mərhələlərinin hədlərini 
bir qədər dəqiqliklə müəyyənləşdirə bilirlər. 
Texniki təhlil konsepsiyasının əsasını satılan obyektin 
qiymətinin  trendnin  daima  dəyişilməsi-artması  və  ya  azalması 
təşkil  edir.  Birja  məhsullarına  (fyuçers  əqdlərinə)  qiymətlərin 
daima  tərəddüd  etməsi-elastikliyi  mütləq  mövcud  olur,  ona 
baxmayaraq  ki,  təcrübədə  bazarda  geniş  təzadlı  qiymət 
tərəddüdlərinə  bir  sıra  təsadüfi  hallar  və  problemlər  də  təsir 
göstərir.  
Treyderlər  tərəfindən  qiymətlərin  tədqiq  edib  trendi 
müəyyən etməyə onların qurduqları müxtəlif səpkili qrafiklərin 
qurulması üsullarından istifadə edilməsi təşkil edir (sütunlu və 
ya xətli, məntəqə-rəqəm çartası, sürüşkən orta kəmiyyət və b.).  
Bunların  hamısından  ən  sadəsi  və  geniş  yayılmış 
sütunlu  çartadır.  Həmin  qrafik  təxminən  aşağıdakı  kimi 
görsənir (məbləğlər və qiymətlər şərtidir). 
 
                                                                                                       Əqd №24 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
130 
120 
110 
100 






Заман 
(щяфтя) 
Гиймятляр 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə