Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

 
 
 
iştirakçıları  kimi  fəaliyyət  göstərən  dəllallara  Amerikada 
yerlilər  («locals»),  Böyük  Britaniyada  isə  dilerlər  («dealers») 
deyirlər.  
Birja iştirakçılarının arasında müştərilərə bütün lazım 
olan xidmətləri göstərən daha bir vasitəçilər fyuçers komission 
tacirləri («futures kommision merchants») də fəaliyyət göstərir. 
Marketinq üzrə rus dilində çıxmış terminoloci lüğətdə 
belə qeyd edilib: «Broker ∠ ing. broker; alm. Broker m. Fond, 
əmtəə  və  valyuta  birjalarında  əmtəələrin,  qiymətli  kağızların, 
valyutalar  və  digər  qiymətlilərin  alıcılar  və  satıcılarının 
arasında  bağlanan  əqdlərin  rəsmi  vasitəçiləri.  Birjada  yerə 
malik  olur,  müştərilərin  tapşırığı  və  hesabına  öz  adlarından 
əqdlər bağlayırlar».
1
 Buradaca oxuyuruq: «Diler ∠ ing. dealer; 
alm.  Cobber  m,  və  ya  ticarət  vasitəçiliyi  edən  şəxs  (şirkət). 
Birjada  yerə  malikdir,  hər  kağızı  qiymətləndirir  (məzənnəsini 
təyin edir). Dilerin gəlirləri valyuta və qiymətli kağızların alış 
və satış qiyməti arasında fərqdən əmələ gəlir, həmçinin onların 
məzənnələrinin dəyişməsindən yaranır».
2
 
Birjada 
bağlanan 
əqdlərin 
xarakterindən 
və 
xüsusiyyətlərindən  asılı  olaraq,  broker  və  dilerlər  kimi 
vasitəçilər  müştərilərə  bir  sıra  xidmətlər  göstərmək 
qadirindədirlər: 
- sifarişləri qəbul etmək və əmrləri yerinə yetirmək; 
- tələb, təklif, qiymətlərin səviyyəsi, rəqabət recimi və 
s. haqda məlumat vermək; 
-  keçirilmiş  əməliyyatlar  üzrə  uçot  və  hesabat 
aparmaq; 
- hesablaşma palatasına depozit və marcanı ödəmək. 
Bununla  belə  brokerlər,  dilerlər  və  digər  vasitəçilər 
tərəfindən  yerinə  yetirilən  vəzifə  və  funksiyalar,  o  cümlədən 
vəzifə  borcları  və  görülən  işlər  oxşarlıqlarına  baxmayaraq, 
                                                 
1
 Маркетинг: Толковый терминологический словарь – справочник. – 
М.: «Инфоконт» СП. «Медсервис Интернешнл», 1991, с.19 
2
 Орадажа, с.37 (тярcцмя мцяллифиндир). 


 
 
 
mövcud  birjalar  haqqında  qanunlarda  və  müəyyən  edilmiş 
vəzifə  borcları  çərçivələri  ilə  məhdudlaşdırılırlar.  Belə  ki, 
fyuçers  komission  dairələri  satıcı  və  ya  alıcılara  bir  sıra 
xidmətlər  kompleksi  göstərməyi  öhdələrinə  götürürlər. 
Təcrübədə  fyuçers  komission  dairələrinin  fəaliyyətləri  və 
göstərəcəkləri  xidmətlər  bir-birindən  fərqlənir.  Onların  bir 
qrupu  müştərilərə  tam  broker  xidmətləri  toplusu  göstərir, 
digərləri  yalnız  fyuçers  ticarəti  əməliyyatları  ilə  məşğul  olur, 
başqaları  isə  konkret  əmtəələrin  satışı  ilə  öz  fəaliyyətlərini 
məhdudlaşdırmadan,  qiymətli  kağızlar  üzrə  əməliyyatlarla  və 
digər faydalı kommersiya işləri ilə də məşğul olurlar. 
Müasir  şəraitdə  ngiltərə,  Almaniya,  Yaponiya  və  s. 
kimi  ölkələrdə  fyuçers  komission  tacirlərinin  kommersiya 
əməliyyatlarının  hüdudlarınının  genişlənməsi  nəzərə  çarpır. 
Eyni  zamanda  onların  hamısı  mütləq  azad  bazar  qanunları 
əsasında  fəaliyyət  göstərir,  əmrləri,  o  cümlədən  bağlanmış 
müqavilə  –əqdlərə  uyğun  olaraq  sifarişçilərin  əmrlərini  icra 
edir, müəyyən uçot və klirinq işləri görürlər. 
Fyuçers komission tacirləri öz fəaliyyətləri ilə xüsusi 
yaradılmış və avadanlıqlarla təmin edilmiş otaqlarda, binalarda 
–  komission  evlərində  məşğul  olurlar.  Bu  tipli  sistemlər 
istehsal  və  qeyri-istehsal  yönümlü  müəssisə  və  təşkilatlar 
(şirkətlər),  o  cümlədən  ixtisaslaşmış  kommersiya  müəssisələri 
və  qeyri-ixtisaslaşmış  qurumlar  tərəfindən  yaradıla  bilər. 
Bunun kimi fyuçers komission müəssisələri (tacirləri) sərmayə 
və digər bankları kimi fəaliyyət göstərə bilər. Həmin qurumlar 
yüksək  mənfəət  gətirən  geniş  aspektli  istiqamətlərlə,  o 
cümlədən fyuçers əməliyyatları, lizinq, faktorinq və digər işləri 
ilə  məşğul  olurlar.  Bu  kimi  əməliyyatlar  amerikan,  alman, 
yapon,  fransız  və  Cənubi  Koreya  banklarının  təcrübəsində 
geniş yayılmışdır.  
Konkret  əmtəələr  və  fyuçerslər  üzrə  ixtisaslaşmış 
əmtəə  birjalarında  sənaye  malları  sahəsində  özlərini  sınamış 
müəyyən məhsullar, mal çeşidləri, ərzaq və ticarət şirkətləri və 


 
 
 
kommersiya  müəssisələrinin  nəzdində  fəaliyyət  göstərən  iri 
kapitalist  evləri  daha  fəaldılar.  Belə  ki,  buğda  üzrə 
ixtisaslaşmış  «Karqil»  adlı  amerikan  şirkəti  ABŞ-ın 
birjalarında  fyuçers  əməliyyatlarının  xeyli  hissəsini  həyata 
keçirir,  « nterneşnl  preşios  metilz»  şirkəti  isə  bəzi  əlvan  və 
qiymətli  metallar  və  onların  hazırlanmış  zinət  əşyaları 
sahəsində  konkret  əmtəələr  və  fyuçers  əməliyyatları  üzərində 
öz  əlavə  fəaliyyətini  xüsusən  diqqət  mərkəzində  saxlayaraq 
ildən-ilə genişləndirir.  
Beynəlxalq 
səviyyədə 
fyuçers 
ticarəti 
«Kontikommoditi  servis»  tipli  yalnız  müddətli  bazarlarda 
fəaliyyət  göstərən  ixtisaslaşmış  iri  şirkətlərə  arxalanır.  Həmin 
adı  çəkilən  şirkət  isə  yalnız  ABŞ-da  30-dan  çox  bölmələrə 
malikdir  və  bütün  dünyada  məşhur  olan  əmtəə  birjalarının 
üzvüdür.  
Dünyanın iri broker şirkətləri birja şəbəkəsi vasitəsilə 
beynəlxalq və ölkələrin daxili bazarlarına ciddi təsir göstərirlər. 
Təcrübədə  onların  hamısı  iqtisadi  maraq  doğuran  bütün 
ölkələrdə  geniş  şəbəkəyə  malikdirlər.  Bunun  kimi  broker 
şirkətlərindən məlumat toplayan və məsləhətlər alan müştərilər 
istər-istəməz  həmin  qurumların  dar  çərçivəli  münasibətləri  və 
maraqlarına cəlb edilirlər.  
Broker  şirkətlərinin  çoxillik  təcrübəsi  göstərir  ki, 
müştərilərin seçilməsi və əksinə sifarişçilər tərəfindən öz icraçı 
broker  qurumlarının  müəyyənləşdirilməsi  spesifik  problemlər 
yaradır.  Bu  prosesdə  çox  şey  broker  evləri  və  müştərilərin 
fəaliyyət  miqyasından,  onların  regionda  yerləşməsindən, 
tərəflərin  ixtisaslaşmasından,  sifarişlərin  xüsusiyyətlərindən, 
bazarda rəqabətin səviyyəsindən və sairlərdən asılıdır. Təbiidir 
ki,  belə  bir  şəraitdə,  daha  güclü  sifarişçi  şirkətlər  öz 
kommersiya  münasibətlərini  müştərilər  arasında  tanınmış, 
əvvəllər  iri  sifarişləri  yetirən  broker  kontorları  ilə  burmağa 
çalışacaqlar.  Geridə  qalan  orta  və  kiçik  şirkətlər  isə  özlərinə 
uyğun  broker  evləri  seçməyə  meyl  edirlər.  Beləliklə,  nisbətən 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə