Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

 
 
 
yığcam olan broker müəssisələri hər bir nisbətən kiçik fərdi və 
vahid  sifarişi  yerinə  yetirmək  üçün  daha  çox  vaxt  sərf  edərək 
bazar  seqmentləri,  ixtisaslaşma  obyektləri,  bazarda  rəqabət  və 
məhsul təklifini, onların qiymətlərini və s. dərindən öyrənmək, 
öz  daxili  imkanlarından  daha  səmərəli  istifadə  etməyə 
çalışırlar.  Məhz  buna  görə  inkişaf  etmiş  kapitalist  ölkələrində 
məhdud məhsul çeşidi və növləri üzrə dərin ixtisaslaşmış geniş 
imkanlı  broker  kontorları  mövcuddur.  Həmin  məhsul  qrupları 
əksər hallarda məhdud saylı müəssisə və təşkilatlar tərəfindən 
istehsal  və  istehlak  olunur  (misal  üçün  bahalı  və  texniki 
cəhətdən  mürəkkəb  radiotexnika  məmulatları),  başqa  hallarda 
isə  kütləvi  miqyasda  istehsal  edildiyinə  baxmayaraq,  məhdud 
saylı  vasitəçilər,  istehsalçı  müəssisələr  və  ya  istehlakçılar 
tərəfindən alınır.  
Eyni zamanda əvvəllər maddi-texniki təminat sistemi 
kimi  tanınan  qurumları  sanki  əvəz  edən,  yalnız  sənaye 
sferasına  xidmət  göstərən  və  istehlak  bazarına  işləyən  broker 
şirkətləri  və  kontorları  öz  fəaliyyətlərini  müasir  şəraitdə  bu 
yeni formada davam edirlər. Ümumiyyətlə broker fəaliyyətinin 
saysız-hesabsız çox təşkili variantları mövcuddur. Misal üçün, 
taliyanın  Genüya  şəhərində  bütün  dünyada  tanınmış  neft 
məhsulları  bazarı  –  birjası  yerləşir.  Həmin  birjada  ayrı-ayrı 
brokerlər  neft  və  neft  məhsulları  ixrac  edən  ölkələr  və  iri 
şirkətlərlə  çalışırlar,  qalan  brokerlər  isə  öz  fəaliyyətlərini 
nisbətən xırda vasitəçilər, alıcı və satıcılarla qururlar.  
ş  prosesində  məhsul  satan  şirkətlər,  alıcılar, 
vasitəçilər  və  fərdi  alverçilər  qiymətlərin  yoxlanılması  və 
dəqiqləşdirilməsi  əməliyyatlar  üzrə  məsləhətləri  almaq  və  real 
sifarişlərin  yerinə  yetirilməsi  taktikasından  istifadə  edərək, 
birjada  bir  neçə  brokerlər  seçirlər.  Nəticədə  kommersiya  əqdi 
müxtəlif  brokerlərdən  alınmış  eyni  məzmunlu  müxtəlif 
informasiyaları  çoxsaylı  müqayisəsi  ilə  yoxlanışından  sonra 
bağlanır.  Tərəflər  maliyyə-iqtisadi,  əməliyyatlarının  reallığını, 
qiymətləri  və  risklərini  qarşılıqlı  maraqlar  baxımından  tədqiq 


 
 
 
edirlər.  Bütün  bu  prosesdə  broker  şirkətlərində  çalışan  icraçı-
məmurların  əmək  haqqının  ödənilməsi  məsələləri  də  nəzərdən 
keçirilir.  Beynəlxalq  bazarda  nüfuz  qazanmış  broker 
şirkətlərinin zəngin təcrübəsi göstərir ki, bu sahədə çalışanların 
əməkhaqqı  standartlaşdırılmış  iki  variantda  ödənilə  bilər:  a) 
brokerlər 
tərəfindən 
müştərilərdən 
alınmış 
komission 
gəlirlərinin  müəyyən  hissəsi  (payı)  kimi;  b)  qoyulmuş  baza 
vəsaiti  və  əldə  olunan  bonusların  məbləğinə  uyğun 
mənfəətliliyindən asılı olaraq. 
Nəzərə  almaq  gərəkdir  ki,  «bonus»  sözü  müxtəlif 
iqtisadi  ədəbiyyatlarda  müxtəlif  səpkilərdə  işıqlandırılır. 
Onların birisində «bonus» sözünü əlavə güzəşt kimi bağlanmış 
müqavilə  və  ya  ayrıca  əqd  əsasında  satıcının  alıcıya  bəxşeş 
etdiyi  vəsait,  ola  bilsin  işdəki  ezamiyyətə  görə  əlavə  təltifat, 
mükafat  kimi  təqdim  edilir
1
.  Başqa  bir  iqtisadi  lüğətdə  isə 
«bonus»  sözü  haqqında  oxuyuruq:  « ri  topdan  alıcılara,  bir 
qayda  olaraq  daimi  müştərilərə,  hər  bir  ayrı  əməliyyata  görə 
yox,  il  ərzindəki  bonus  dövriyyəsinin  həcminə  görə  təqdim 
edilən  qiymət  güzəştləri.  Dövriyyənin  dəyərinin  7-8%-nə 
çatır»
2

Beynəlxalq  təcrübədə  tələb,  təklif  və  qiymətlərdən 
asılı olaraq, broker şirkətlərinin gəlirlərinin səviyyəsi müxtəlif 
ölkələr və hətta qitələr üzrə xeyli fərqlənir. Amerika Birləşmiş 
Ştatlarında  fəaliyyət  göstərən  broker  şirkətlərinin  gəlirlərinin 
əmələ  gəlməsi  başqa  ölkələrdə  nisbətən  daha  stabil  olduğu 
üçün bu sahə üzrə tədqiqatçıların diqqətini daha çox özünə cəlb 
edir. Onu qeyd edək ki, ABŞ-da vasitəçilik üzrə birja sahəsində 
400-dən  çox  fyuçers  kommersiya  tacirləri  –  müəssisələrinin 
(şirkətlərinin)  bütün  dünya  üzrə  50  mindən  artıq  ticarət 
nümayəndələikləri  beynəlxalq  iqtisadiyyatda  əhəmiyyətli  iş 
                                                 
1
  Дашков  Л.П.  Словарь  –  справочник  по  рыночной  экономике.  –  М.: 
ИВИ «Маркетинг», 1992, с.8. 
 
2
  Маркетинг:  толковый  терминологический  словарь-справочник.  –М.: 
«Инфоконт» СП. «Медсервис Интернешнл», 1991, с.19 


 
 
 
görməkdədilər.  Fyuçers  komission  tacirləri  dünyanın  müxtəlif 
fyuçers  bazarlarında  bir  qayda  olaraq  üzvlük  üstünlüklərinə 
malikdirlər,  öz  müştərilərinin  əməliyyatları  üzrə  gəlirin 
agentləri kimi fəaliyyət göstərir və xidmətlərin icrası ilə məşğul 
olurlar, (ona baxmayaraq ki, klirinq şirkətləri deyillər). Həmin 
broker  şirkətlərinin  gəlirləri  əsas  və  əlavə  mənbələrdən  əldə 
edilir: 
1.  Müştərilərin  hesablaşma  hesabındakı  məbləğin 
miqdarından asılı olaraq, broker şirkətlərinin xeyrinə müəyyən 
faiz  hesabına  vəsaitlər  ayırır  ki,  hansılar  onların  ümumi 
gəlirlərində  təxminən  10%  təşkil  edir.  ş  burasındadır  ki, 
depozitlər  kimi  istifadə  edilməyən  nəğd  vəsaitləri  müştərilər 
ayrıca  bank  hesabında  saxlayaraq,  onları  fyuçers  komission 
tacirlərinin  vasitəçiliyi  ilə  sonralar  keçirələcək  kommersiya 
əməliyyatlarının  reallaşdırılması  üçün  istifadə  edirlər.  Buna 
görə  də  həmin  depozitlər  yüzrə  ödənilən  faizlər,  bir  qayda 
olaraq sifarişçilərin şəxsi hesabına yox, gələcəkdə işləyəcəkləri 
broker şirkətlərinin hesablaşma hesabına köçürürlər. 
2.  Broker  şirkətlərinin  gəlirlərinin  təqribən  90%-ni 
əldə  etdikdə  komission  ayırmaları  təşkil  edir  ki,  onların  da 
müxtəlif müştərilər və ayrı-ayrı fyuçers komission tacirləri üzrə 
geniş diapazonda tərəddüd edir.  Onu qeyd edək  ki, ən  yüksək 
komission  ayırmaları  fərdi  alverçilər  üçün  nəzərdə  tutulur. 
Onlara hər bir əqd üzrə 25-dən 60 ABŞ dolları verməli olurlar. 
Başqalarından  isə  alınan  məbləğlər  azalmağa  meyl  edir: 
professional  treyderlər  və  fərdi  hecerlər  hər  bir  alqı  və  satqı 
əməliyyatı  üzrə  müqavilə  bağlandıqda  20-30  ABŞ  dolları 
ödəməli,  birja  üzvlərinin  özləri  birjada  bağladıqları  əqdlərin 
bağlanmasında 
fyuçers 
kommersiya 
müəssisələrindəki 
mövqelərindən  yalnız  klirinq  üçün  istifadə  etsələr  də  onların 
müştəriləri  bağlanan  bir  əqd  üzrə  həddindən  aşağı  məbləğ 
hesab edilən 15 dollara qədər vəsait ödəməlidirlər.  
ABŞ-da  1974-cü  ilə  qədər  birjalar  tələb,  təklif  və 
qiymətlərin  elastikliyinin  təmin  edilməsinə  məhəl  qoymadan, 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə