Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

 
 
 
özləri onların vasitəsilə bağlanan kontraktlar üzrə müştərilərdə 
tutulası xərclərin məbləğini müəyyənləşdirdilər.  
Lakin  sonralar  müştərilərdən  toplanan  komission 
vəsaitlərinin  həcmi  fyuçers  komission  tacirləri  və  onların 
sifarişçiləri  arasında  uzunmüddətli  danışıqlar  nəticəsində  bir 
qədər  elastikləşmişdir.  Bütün  bunlar  ABŞ-da  fyuçers  broker 
şirkətlərinin gəlirlərinin azalmasını bariz nümayiş edir.  
Müasir dövrdə fyuçers komission müəssisələri hər ay 
üzrə  gəlirləri  və  məsrəflərinə  dair  təxminən  aşağıdakı  formal 
üzrə hesabat təqdim edirlər (cədvəl 4).  
Aşağıda  verilən  cədvəldən  aydın  olunur  ki,  fyuçers 
komission  müəssisəsinin  gəlirlər  və  məsrəflər  mənbələri 
həddindən  artıq  müxtəlifdir.  Gördüyümüz  kimi,  məsrəf 
bölmələri  iki  maddədən  ibarətdir  və  onlar  belə  adlanır 
«Əməliyyatlar  xərcləri»  və  «Əməliyyatlar  məsrəfləri».  Həmin 
məsrəf  maddələrinin  birinci  müştərilərin  sifarişləri  üzrə 
sazişlərin  müqavilələrin alqı  və  satqısı zamanı  yaranır.  Həmin 
vəsaitlər 
fyuçers 
komission 
müəssisələrində 
çalışan 
qulluqçulara  çatır,  hansılara  hesablaşmaların  icraçıları,  ola 
bilsin  qeydiyyvatdan  keçmiş  nümayəndələr  deyirllər,  çünki 
onlar  sifarişçilərin  hesablaşma  hesablarını  aparmaq  məqsədilə 
əlaqədar  məlumatları  toplamalı  və  bunların  üzərində  işləməli 
olurlar. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
Cədvəl 4. 
Fyuçers komission müəssisəsinin gəlirləri və məsrəfləri 
 haqqında aylıq hesabat 
 

  Gəlir və məsrəflərin maddələri  
mln. 
dollar 
 
I Məcmui gəlir 
 

Komissionlar  
80 

Depozitlər üzrə faizlər 
60 
 
cəmi gəlirlə
140 
 
II əməliyyatların xərcləri 
 

Komissionların ödənişləri 
30 

Broker xidmətləri 
17 

Birja və klirinq yığımları 
13 
 
cəmi xərclə
60 
 
III əməliyyatlar məsrəfləri 
 

Heyət  
40 

Rabitə xidmətləri 
10 

carə  
12 

Reklam  
18 

Ofis üzrə xərclər 


Hüquq və mühasibat xidmətləri 

 
Digər xərclər 
10 
 
cəmi əməliyyat xərcləri 
100 

Vergilər ödənməzdən əvvəl mənfəət 
40 

Vergi ödənişləri 
27 
 
Xalis mənfəə
13 
 
      Mövcud 
təcrübəyə  əsasən 
fyuçers 
komission 


 
 
 
müəssisələrinin  icraçı  klerkləri  fyuçers  əməliyyatları  üzrə 
göstərilmiş  xidmətlərə  görə  müştərilər  tərəfindən  broker 
şirkətinin  xəzinəsinə  ödənilmiş  komission  vəsaitlərinin 
təxminən 30-40% əməkhaqqı kimi alırlar. 
     «Broker  xidmətləri»  adlı  məsrəf  maddəsinə  fyuçers 
komission  müəssisəsi  tərəfindən  əməliyyat  zalında  əmrlərin 
icrası  ilə  məşğul  olan  brokerlərə  ödənilən  vəsaitlər  daxildir. 
«Birja  və  klirinq  yığımları»  maddəsində  əməliyyatları  klirinq 
işləri ilə əlaqədar broker şirkəti üzvlərinin ödənişləri təşkil edir. 
Nyu-York əmtəə birjasında klirinq üçün toplanan vəsaitlər 1,7 
ABŞ dolları, Çikaqo ticarət birjasında isə 0,2 ABŞ dolları təşkil 
edir.  Bununla  belə  birja  ticarəti  inkişaf  etmiş  ölkələrin 
təcrübəsi  göstərir  ki,  klirinq  səhmdarlıqları-birlikləri  əsasən 
mənfəətsiz  təşkilatlardır.  Dünyanın  bir  çox  birjalarında 
təsərrüfat  işləri,  inşaat,  təmir,  avadanlıqların  alınması  və 
reklam tədbirləri ilə əlaqədar vəsaitlər toplanılsa da artıq qalan 
pulları mütəmadi olaraq öz üzvlərinə qaytarırlar. 
Tarixi  şərait,  iqtisadi  vəziyyət  və  digər  amillərdən 
asılı olaraq müxtəlif ölkələrdə fyuçers komission müəssisələrin 
təşkilati quruluşu müxtəlif cür formalaşmışdır. Ancaq bu kimi 
müəssisələrin optimal yerləşdirilməsi prinsipini rəhbər tutaraq, 
onların  əksəriyyətinin  əsas  qərargah-mənzilləri  fyuçers 
bazarlarının  olduğu  regionlarda  cəmləşmişdir.  Həmin  mərkəzi 
ofislərdə  onların  dünyanın  müxtəlif  regionları  və  ölkələrində 
fəaliyyət  göstərən  filial  və  dayaq  məntəqələrdən  daxil  olan 
məlumatlar  üzərində  işlənilir,  o  cümlədən  bütün  əməliyyatlar 
qeydə alınır, marcalar köçürülür və digər maliyyə əməliyyatları 
aparılır.  
Onu  qeyd  edək  ki,  «marca»  termini  əsasən  birja, 
bank,  ticarət  və  sığorta  təcrübəsində  faiz  ödənişləri,  qiymətli 
kağızların məzənnələri, əmtəə qiymətləri və digər göstəricilərlə 
fərqləri  təyin  etmək  və  göstərmək  üçün  istifadə  olunur.  Misal 
üçün,  bank  termini  kimi  marca  verilən  kreditlə  cəlb  olunan 
kreditlərin, təqdim edilən kreditin təminatı ilə verilən kredit və 


 
 
 
s. arasında yaranan fərqləri özündə cəmləşdirir. 
Ümumiyyətlə,  bir  sıra  funksional  bölmələrin 
vəzifələri  və  adlarının  uyğun  gəlməsinə  baxmayaraq,  fyuçers 
komission  müəssisələrinin  təşkilati  quruluşları  müxtəlif  ola 
bilər.  Əksər  hallarda  bu  kimi  bölmələrə  aşağıda  göstərilən 
şöbələr daxildir: 
1.  Əmrlər  şöbəsi  –  birja  ticarəti  keçirilən  zaman 
əsasən  zalla  fasiləsiz  əlaqə  yaradaraq  müxtəlif  yerli  şöbələrin 
əmrlərini icra etməklə məşğul olan qurum. Bunun kimi əmrlər 
bütün  bölmələrdən  və  əməliyyat  zalından  yaradılmış  elektron 
şəbəkəsi vasitəsilə icra üçün daxil olur və qəbul edilir. Məhz bu 
səbəbə  görə  bölmələrdən  gələn  əmrlər  icraçılara  çatır  və 
avtomatik  olaraq  əməliyyat  zalında  qeyd  edilir,  qasidlər  isə 
onları tez rinqə təqdim edərək, oraya daxil olan əmrlər bir neçə 
dəqiqənin  içində  icra  olunur.  Bu  haqda  yerli  şöbəyə  məlumat 
verilir. 
2.  Yeni  hesablar  şöbəsi.  Yeni  hesabların  əksəriyyəti 
fyuçers  komission  müəssisəsinə  əmtəə  və  fyuçers  əqdlərinin 
alıcı  və  satıcıların  özləri  ilə  daha  sıx  əlaqə  saxlayan  yerli 
bölmələrdən ötürülür. Təbiidir ki, hesabların icraçıları potensial 
müştərilər arasında xeyli təbliğat işləri aparır, onların maliyyə-
iqtisadi  vəziyyətlərini,  işguzar  dairələr  arasında  nüfuzlarını  və 
s.  öyrənirlər.  Bununla  yanaşı  icraçılar  müştərilərə  fyuçers 
ticarəti və bu sahədə kommersiya riskinin xüsusiyyətlərini izah 
etməlidirlər.  craçılar  həmin  yeni  müştərilərin  sənədlərinin 
düzgün  və  tam  dürüst  doldurulması,  müəyyən  mərkəzi  ofisə 
ötürülməsi, orada məlumatların vaxtlı-vaxtında öyrənilməsi və 
mövcud qaydaya uyğun hər bir yeni müştərinin hesab nömrəsi 
alması üçün məsuliyyət daşıyırlar. 
3.  Marca  şöbəsi.  Yeni  hesablar  şöbəsi  öz 
müştərilərinə  yeni  hesab  açdıqda  onlara  marca  haqqında 
məlumat verir və birja və ticarətlə məşğul olmağa icazə verən 
razılıqları  imzalayır.  Lazım  olduqda  müştərilərə  marca 
ödənilməsinə  dair  tələbnamə  yazılıb  təqdim  edilir.  Müştərilər 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə