Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

 
 
 
hesablarında  olan  qıtlığı  bərpa  edə  bilmədikləri  halda  marca 
şöbəsi  rəhbərliyinə  yaranmış  vəziyyətə  dair  məlumat  verir  və 
bəzi  hallarda  onlardan  müştərilərin  hesabından  çatışmayan 
vəsaitləri  çıxarmağa  icazə  alırlar.  Beləliklə,  marca  şöbəsi 
icraçı-nəzarəetdici funksiyaları yerinə yetirir. 
4. Məlumatların işlənməsi şöbəsi. Bütün icra olunmuş 
əmrlər  həmin  şöbəyə  daxil  olur.  Burada  əməliyyatlar 
yoxlanılır, sonra kompüterə daxil edilərək, əməliyyatları uçota 
almaq  və  onlara  dair  hesabatlar  vermək  imkanları  əldə  edilir. 
Nəticədə 
həmin 
hesabatlar 
müştərilərin 
hesablarının 
icraçılarına və sahibkarların özlərinə göndərilir. 
5.  Məhsulgöndərmə  şöbəsi.  Həmin  şöbə  birjadan 
keçirilmiş  əməliyyatları  dərindən  öyrənməli  və  onlar  üzrə 
məhsulgöndərmə  işlərini  reallaşdırmalı,  o  cümlədən  fyuçers 
əməliyyatları üzrə fiziki məhsulların alınmasını təmin edir. Bu 
şöbə,  həmçinin,  əgər  real  məhsulun  göndərilməsi  tələb 
olunmursa,  fərdi  fyuçers  əqdləri  üzrə  müştərilərlə  nəğd 
vəsaitlərlə  hesablaşmanın  icrasına  cavabdehdirlər.  Bununla 
yanaşı  məhsulgöndərmə  şöbəsi  müştərilərə  lazımi  sənədləri 
tərtib  etməli,  məhsulgöndərmə  qaydası  və  sistemi  haqqında 
məlumat verməlidir.  
Göstərilən  bölmələrlə  yanaşı  fyuçers  kommersiya 
müəssisəsi  satış,  marketinq,  elmi-tədqiqatlar,  yerli  şöbələrin 
idarəedilməsi,  mühasibatlıq,  təsərrüfat  işləri,  mühafizə  və  s. 
şöbələri  yarada  bilirlər.  Təbiidir  ki,  bütün  struktur  bölmələri 
biri-birilə şəxsi əlaqədə, vahid komanda kimi işləməlidir. 


 
 
 
Fəsil 8. Birja və hərraclarda kommersiya əməliyyatları 
 
8.1. Kommersiya əməliyyatları və birjalar 
Kommersiya əməliyyatları dedikdə iki və ya bir neçə 
tərəflər arasında məhsulların göndərilməsi, işlər və xidmətlərin 
görülməsi  üzrə  qarşılıqlı  razılıq  başa  düşülür.  Əgər 
sövdələşmədə 
alıcıların 
və 
ya 
satıcıların 
ölkəsində 
qeydiyyatdan  keçməmiş  müxtəlif  ölkələrin  nümayəndələri  və 
firmaları  (şirkətləri  və  s.)  iştirak  edirsə,  onda  həmin  sazişlər 
beynəlxalq  hesab  edilir.  Əgər  sövdələşmədə  bir  ölkənin 
nümayəndələri və ya həmin ölkədə qeydiyyatdan keçmiş xarici 
firmalar iştirak edirsə, belə əməliyyatlar daxili hesab edilir.  
Təcrübədə  beynəlxalq  kommersiya  (və  ya  ticarət) 
əməliyyatları,  həmçinin  birja  sövdələşmələri  böyük  maraq 
doğurur. 
Bütün kommersiya əməliyyatlarını (sövdələşmələrini) 
əsasən  iki  növə  bölmək  olar:  əsas  və  köməkçi.  Əsas 
əməliyyatlara bir qayda olaraq aşağıdakıları daxil edirlər: 
- məhsulların alınıb-satılması; 
- elmi-texniki biliklərin (patentlərin, lisenziyaların və 
s.) alınıb-satılması, mübadiləsi; 
-  texniki  xidmətlərin  (yeni  texnologiyaların  tətbiqi, 
nadir  obyektlərin  inşa  edilməsinə  yardımlar  və  s.)  alınıb-
satılması; 
- istehsal amillərinin icarəyə götürülməsi; 
- əmtəə, işlər və xidmətlərin icarəsi; 
- beynəlxalq ticarət-iqtisadi əlaqələrin təşkili və b. 
Köməkçi  əməliyyatlara  məhsulların,  işlərin  və 
xidmətlərin satıcılardan alıcılara verilməsini təmin edən əsasən 
aşağıdakı sövdələşmələr daxil edilir: 
- beynəlxalq yükdaşımalar üzrə; 
- yüklərin sığortası üzrə; 
-  yüklərin  anbarlaşdırılması,  emalı  (işlənilməsi)  və 
saxlanılması üzrə; 


 
 
 
-  tərəflərin  arasında  hesablaşmaların  aparılması  üzrə 
bank əməliyyatları. 
Barter 
və 
yaxud 
kompensasiyalı 
(ödənişli) 
əməliyyatlar  elə  sövdələşmələr  əsasında  aparılır  ki,  onlar  pul 
vəsaitləri  nəğd  və  hesablaşma  formasında  cəlb  edilmədən, 
birbaşa  əmtəə  mübadiləsi  formasında  həyata  keçirilir.  Bu  cür 
əməliyyatlar inkişaf etməmiş bazarlar üçün daha xarakterikdir. 
Əmtəə-pul  mübadiləsi  əsasında  qurulmuş  bazar  münasibətləri 
məhz barter  əməliyyatlarından başlayıb. Müasir şəraitdə bazar 
iqtisadiyyatı 
qanunları  ilə 
yaşayan  ölkələrdə  barter 
mübadilələri  müəyyən  qədər  mövcuddur,  ancaq  onlar  əksər 
hallarda  köməkçi  və  ikinci  dərəcəli  səviyyələrdədir.  Barter 
əməliyyatlarının  genişləndirilməsində  xarici  ticarətin  və  cəmi 
iqtisadi  əlaqələrin  liberallaşdırılmasının  əhəmiyyəti  çox 
böyükdür. 
Kommersiya  sövdələşməsində  başlıca  hüquqi  sənəd 
qarşılıqlı  razılıq  sənədi  olan  müqavilə  və  ya  kontraktdır 
(əqddir). 
Bütün  sövdələşdirilmələrin  təsnifatına  görə  kontrakt 
və  müqavilələrin  (əqdlərin)  formaları  alqı-satqı,  lisenziya, 
icarə, 
sığorta, 
yükdaşımalar, 
məhsulgöndərmələr, 
məhsulsaxlamalar və s. ibarətdir. 
Tərəflər  biri-birini  tanıdıqda  və  onların  arasında 
qarşılıqlı  inam  olduqda,  alıcılar  və  satıcılar  arasında 
sövdələşmə  üçün  telefonla  əlaqənin  saxlanılması,  faksların 
mübadiləsi,  nternet  şəbəkəsindən  istifadə  edilməsi  və  s. 
müqavilə (əqd) şərtləri kimi qəbul edilə bilər. 
Birjalarda məhsulların və s. satışı ilə əlaqədar alıcılar 
və  satıcılar  arasında  sövdələşmə  baş  verir  və  yalnız  bundan 
sonra kommersiya əlaqələri və əməliyyatları rəsmiləşdirilir. Bu 
işdə  birjaların  bütün  bölmələri  tərəfləri  yaxından  yardım 
göstərərək,  sənədləşmələrin  əsas  yükünü  öz  üzərlərinə 
götürürlər.  Bunlarla  yanaşı  əmtəə  və  fyuçers  birjalarında 
satıcılar  və  alıcılar  arasında  bağlanmış  əqdlərin  (müqavilə  və 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə