Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

 
 
 
kontraktların) özləri də satıla bilər. 
Beləliklə,  bağlanmış  əqdlər  üzrə  reallaşdırılan 
kommersiya əməliyyatları birjaların fəaliyyətinin özəyidir.  
 
8.2. Kommersiya sövdələşmələrinin keçirilməsi metodları. 
Kommersiya  sövdələşmələri  əsasən  iki  metodla 
birbaşa  istehsalçılarla  və  vasitəçilərin  iştirakı  ilə  həyata 
keçirilir. Geridə qalan üsullar bu iki metodun törəmələridir. 
Bizneslə  məşğul  olanların  artdığı  müasir  şəraitdə 
kommersiya  sövdələşmələrinin  yüksək  səmərəlilik  əsasında 
qurulması məqsədi ilə onların kriterilərini-meyarlarını bir daha 
dəqiqləşdirmək gərəkdir.  
Birjalar 
vasitəsilə 
keçirilən 
birbaşa 
ticarət 
sövdələşmələrinin əsasən aşağıdakı üstünlükləri mövcuddur: 
1. Alıcılar həqiqətən onlara lazım olan məhsulları ala 
bilir. 
2.  Alıcılar  məhsulları  istehsal  edənlərlə  elmi-
tədqiqatlardan  sonra,  hələ  layihə  işləri  görülərkən,  məhsul 
üzərində  təkmilləşdirmə  işləri  aparılan  zamanı  da  əlaqələr 
yarada bilir.  
3.  Birbaşa  münasibətlər  qurulduqda  texniki  cəhətdən 
mürəkkəb  olan  məhsulların  istehsal  prosesinə  nəzarət  etmək 
mümkün olur. 
4.  Əksər  hallarda  birbaşa  münasibətlər  uzunmüddətli 
əlaqələrə və ya birgə müəssisələrə çevrilə bilir. 
5. Birbaşa əlaqələr alınmış texniki vasitələrin işləməsi 
və  istismarı  zamanda  davam  edir  (təminatlı  və  onun 
müddətindən sonrakı xidmətlər). 
Birbaşa ticarət əməliyyatları məhsulların daşınılması, 
saxlanılması,  yüklərin  sığorta  edilməsi,  gömrük  işlərinin 
görülməsi, bank hesablaşması və digər problemləri əhatə edir. 
Birja  ticarətində  bütün  bu  işləri  sivil  qaydada  və  nisbətən  az 
vaxt ərzində görmək mümkündür. 
Birjalarda  ticarət-vasitəçilik  əməliyyatları  bir  qayda 


 
 
 
olaraq satıcı və ya alıcıların tapşırığı ilə onlardan asılı olmayan 
vasitəçilər  tərəfindən  həyata  keçirilir.  Həmin  vasitəçilər 
məhsul,  iş  və  xidmətlərin  alınıb-satılması  üzrə  müştərilərinin 
adından çıxış edərək istənilən sövdələşmələri aparıd lazım olan 
əqdləri bağlaya bilərlər.  
Ticarət  vasitəçiləri  əsasən  kommersiya  firmaları, 
brokerləri,  dilerlər  və  s.  ibarətdir  ki,  onların  qazancı  satış  və 
alış  qiymətləri  arasındakı  fərqlərdən  və  ya  komission 
maraqlarından ibarət olur. 
Müəssisə  ilə  vasitəçilər  arasındakı  münasibətlərin 
xarakterinə  görə  ticarət-vasitəçilin  əməliyyatlarını  əsasən 
aşağıdakı növlərə bölmək olar: 

məhsulların 
təkrarən 
alınıb-satılması 
üzrə 
əməliyyatlar  (bu  zaman  vasitəçilər  məhsulların  sahibkarına 
çevrilir sonra isə satır); 
-  agentlik  əməliyyatları.  Bu  kimi  sövdələşmələr 
agentlik əqdi əsasında baş tutur ki, o da konkret əməliyyat üçün 
yox,  müəyyən  regionun  ərazisində  müəyyən  müddət  üzrə 
müəssisə və vasitəçilər arasında bağlanır; 
-  komission  əməliyyatları.  Həmin  işlər  müəssisə  və 
vasitəçilər  arasında  komission  müqavilələri  əsasında  həyata 
keçirilir. Bu kimi əqdlərə əsasən vasitəçilər məhsulu (əmtəəni) 
istehsalçı  müəssisələrdən  komission  müqaviləsi  əsasında 
başqalarının  vəsaitə  hesabına,  lakin  öz  xeyrini  güdərək 
(əməliyyatın  ümumi  məbləğinin  10%-ə  kimi)  alış-verişdə 
iştirak edir; 
-  broker  əməliyyatları.  Bu  zaman  vasitəçi  kimi  çıxış 
edən  brokerlər  satıcıları  və  alıcıları  görüşdürür  və  satılan 
məhsulun ümumi məbləğinin 2-3%-i gəlir kimi əldə edirlər. 
ngiltərə  və  ABŞ-da  birbaşa  sövdələşmələr  ümumi 
əməliyyatların 60-70% təşkil edir. 
Kommersiya  əməliyyatlarında  vacib  məsələlərdən  biri 
kommersiya 
əqdlərinin 
(müqavilələrinin, 
kontraktların) 
bağlanmasilə  yanaşı,  həmin  kommersiya  sövdələşmələrinin 


 
 
 
həyata keçirilməsidir. 
 
8.3. Kommermiya əqdlərinin bağlanılması texnologiyası 
Kommersiya 
sövdələşmələrinin 
keçirilməsini 
aşağıdakı mərhələlərə bölmək olar: 
- tərəfmüqavillərin axtarılıb seçilməsi; 
- alqı-satqı əqdlərinin imzalanma üçün hazırlanması; 
- alqı-satqı əqdlərinin-  kontraktlarının bağlanılması; 
- alqı-satqı əqdlərinin şərtlərinin həyata keçirilməsi. 
Həmin  mərhələlərin  hər  biri  öz  növbəsində  müəyyən 
ardıcıl  görüləsi  işlərdən  ibarətdir.  Tərəfmüqavillərin  seçilməsi 
çox  məsul  vəzifədir  və  ondan  sövdələşmənin  son  nəticəsi 
bilavasitə 
asılıdır. 
Birjalar 
tərəfmüqavillərin 
axtarılıb 
tapılmasına yardımçı olmaqla, onların arasında hesablaşmaların 
reallaşması  üçün  ciddi  maliyyə-iqtisadi  tədbirləri  görür.  Öncə 
hansı  məhsulun  nə  qədər  alınması,  kimə  və  neçəyə  satılması 
təyin  edilir.  Sonra  əqdin  maliyyələşdirilməsi  məsələsi  həll 
edilir.  (Nəğd  pulla,  kredit  hesabına,  məhsulun  bir  hissəsinin 
mübadiləsi  yolu  ilə  və  ya  başqa  ixrac  olunan  məhsulun  satışı 
nəticəsinə görə). 
Bütün  bu  məlumatların  əsasında  alınacaq  istehsal 
vasitələri üzrə texniki-iqtisadi tapşırıqlar hazırlanır. Bu sənəddə 
avadanlıqların  bütün  zəruri  parametrləri  (məhsuldarlığı,  hazır 
məhsulun çeşidi, iş recimi, mühəndis təminatı və s.), həmçinin 
kommersiya şərtləri (ödəniş qaydası, məhsulgöndərmə şərtləri, 
sifarişin  hazırlanması  müddəti,  servis  xidməti  imkanları  və  s.) 
öz  əksini  tapır.  Bu  cür  tapşırıqları  hazırladıqdan  sonra 
məhsulgöndərənlərin  imkanlarını  öyrənməkdən  ötəri  xüsusi 
kataloqlarla  tanış  olmalı,  sərgilərdə  iştirak  etməli  və  ya 
birjaların əmtəə satışlarında iştirak etmək gərəkdir. 
Bəzi  hallarda  texniki-iqtisadi  tapşırıqlar  potensial 
tərəfmüqavillərə  məktublarla  müraciət  edilir  və  orada  bu 
təklifin  nə  vaxta  qədər  qüvvədə  olması  göstərilir.  Müraciət 
edilən  tərəfin  cavab  verməməsi  layihədə  iştirakdan  imtinasını 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə