Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

 
 
 
göstərir. 
Potensial  tərəfmüqavillərdən  informasiya  və  ya 
kommersiya  təklifləri  kimi  cavablar  gəldikdə  sövdələşmələrin 
hazırlanmasında ikinci mərhələ başlanır. Bu mərhələdə texniki 
şərtlərin, 
avadanlıqların 
keyfiyyəti 
üzrə 
təminatlar, 
məhsuldaşıma qaydaları və s. dəqiqləşdirilməsi üçün danışıqlar 
aparılır.  Ayrıca  olaraq  müqavilənin  ümumi  qiymətinin  asılı 
olduğu ödəniş şərtləri müzakirə edilir.  
Tərəflər  arasında  əqdin  bağlanmasına  hazırlıq 
mərhələsində  alıcılar  onlara  lazım  olan  məhsulun  iqtisadi 
hesablamasını  hazırlamalıdırlar:  son  məhsulun  maya  dəyəri 
nəzərə  alınmaqla,  əmtəənin  əldə  edilməsi  ilə  əlaqədar  xərclər, 
onların  gətirilməsi  və  istismarı  məsrəfləri,  həmçinin  kreditin 
bağlanılması  və  əqdlərin  tam  qiymətinin  ödənilməsi  üçün 
məhsulların satış məsrəfləri və s. 
Avadanlıqlar  xaricdən  valyutaya  alındığı  halda  isə 
aşağıdakı halı da nəzərə almaq gərəkdir. Əgər dövlət dotasiyası 
və ya  yardımı əsasında avadanlıqların qiymətləri təyin edilmiş 
aşağı səviyyədə saxlanılırsa, rəsmi dövlət orqanları ilə istehsal 
olunacaq məhsulun sərbəst qiymətlərlə satılması və ya alınmış 
dotasiyaların ödənilməsi mənbəsi razılaşdırılmalıdır.  
Sövdələşmə 
əqdinin 
bağlanılmasının 
sonuncu 
mərhələsi  müqavilələrin  (kontraktların)  imzalanması  və  təsdiq 
olunması ilə başa çatır. Bu proses aşağadakılardan ibarətdir: 
-  bağlanan  əqdin  maddələri  üzrə  mətnlərinin 
razılaşdırılması və onların maddələr və ya hər vərəq üzrə qəbul 
edilməsi; 
- qiymətin formalaşmasına təsir edən alınan məhsulun 
həcmi,  hesablaşma  sistemi  və  gətirilmə  şərtləri,  təminatları  və 
digər  şərtləri  nəzərə  alaraq  sövdələşmənin  son  qiymətinə  dair 
yekun danışıqlarının keçirilməsi.  
Razılaşdırılmış əqd bir qayda olaraq təntənəli şəkildə 
tərəflərin  səlahiyyətli  nümayəndələri  tərəfindən  imzalanır. 
Məqsədəuyğundur  ki,  əsasən  satıcıların  hesabına  qonaqlıq  və 


 
 
 
ya adi şirniyyat və ya kokteyl stolu təşkil olunsun.  
Bağlanmış  kontraktın  (əqdin)  qüvvəyə  mindiyi 
gündən – məqamdan, onun reallaşdırılması mərhələsi başlayır. 
Ona  isə  daxildir:  işgüzar  yazışmalar,  bank  əməliyyatları, 
nəqliyyat,  sığorta,  yeri  gəldikdə  isə  məhsulların  gətirilməsi  və 
ya kənara çıxarılması üçün lisenziyaların alınmasını və s. təmin 
edənlərlə yeni əlavə əqdlərin bağlanılması. 
 
8.4. Müqavilələr və onların əsas struktur bölmələri 
 
Tərəflər  arasında  kommersiya  sövdələşməsinin 
keçirilməsini  təsdiqləyən  və  onu  rəsmiləşdirilən  əsas  hüququ 
sənəd  alqı-satqı  kontraktıdır.  Həmin  sənəd  tərəflərinin 
məhsulların  göndərilməsi  və  digər  işlərin  görülməsi  üzrə 
razılıqlarını özündə əks etdirir. 
Bu  əqd  sənəli  tərəflərin  sövdələşməsinin  həyata 
keçirilməsi  şərtləri,  icrası  qaydası  və  məsuliyyətlərini  təyin 
edir.  Əqddə  kontraktda  mütləq  aşağıdakı  şərtlər  əksini 
tapmalıdır: 
- məhsulgöndərmənin predmeti və həcmi; 
- əmtəənin kəmiyyəti və keyfiyyətinin təyin edilməsi 
üsulları; 
- əqdin qiyməti; 
- ödəniş şərtləri və ödəniş valyutasının adı; 
- əmtəənin təhvil verilməsi və qəbul edilməsi qaydası; 
-  məhsulgöndərmənin  təminatı,  cərimə  və  ya 
həvəsləndirici sanksiyaları; 
- tərəflərin narazılıqları zaman arbitrac; 
- qarşısı alına bilməyən hallar (fors-macor hadisələri); 
- tərəflərin hüquqi ünvanları və digər rekvizitləri; 
- səlahiyyətli nümayəndələrin imzaları. 
Bütün 
bunlarla 
yanaşı 
kontraktda 
müəyyən 
hadisələrlə bağlı aşağıdakılar da nəzərə alınmalıdır: 
- ziyanların ödənilməsi qaydası; 


 
 
 
-  məsuliyyətdən  azad  edilməsi  prinsipləri  (mülkiyyət 
hüququnun verilməsi halda); 
- kontraktın ləngildilməsi və ya ləğv edilməsi qaydası. 
Əqdlərin  reallaşdırılması  zaman  baş  verəcək  halları 
və  məsələləri  əvvəlcədən  nəzərə  almaq  mümkün  deyil.  Ancaq 
imkan  daxilində  onları  proqnozlaşdırmaq  və  bir  neçə 
variantları göstərmək gərəkdir. 
Alqı-satqı 
ədlərinin- 
kontraktlarının 
struktur 
bölmələri təxminən aşağıdakı kimi adlandırıla bilər: 
1)  Giriş.  Burada  sövdələşmə  haqda  ümumi 
məlumatlar,  tərəflərin  tam  ünvanları,  mətndə  istifadə  olunan 
terminlər,  onların  adları,  əqdin  (kontraktın)  adı,  bağlandığı 
vaxt-tarix və yer göstərilməlidir. 
2) Kontraktın predmeti. Burada əmtəənin adı və onun 
kəmiyyət  və  keyfiyyət  xarakteristikaları  verilir.  Əgər  əmtəə 
birneçə  hissədən  olarsa,  onda  onların  adları  müqavilənin 
ayrılmaz hissəsi olan əlavələrdə sadalana bilər. 
3)  Sövdələşmə  üzrə  əmtəənin  miqdarı.  Bu  bənddə 
əmtəənin  ölçü  vahidi  (ədəd,  kub,  metr,  ton  və  s.)  və 
keyfiyyətlərinin təyin edilməsi qaydası göstərilir (nə qədər, nə 
vaxt göndərmək və s.). 
Yaxşı  olar  ki,  əmtəənin  kəmiyyəti  tərəflərin  ölçü 
vahidlərində əks olunsun.  
Vacib  şərtlərdən  biri  də  əmtəənin  qabı  haqda 
məlumatın  verilməsidir.  Əmtəənin  iki  növ  göndərilməsi 
mövcuddur: qabda (brutto) və qabsız (netto). 
4) Məhsulun keyfiyyətinin təyin edilməsi. 
Bu  maddə  keyfiyyətin  müəyyən  edilməsi  metodu  və 
qaydasını-prosedurunu  (kimin,  harada  və  necə)  müəyyən 
edəcəyini aydınlaşdırır. 
Məhsulların  keyfiyyətinin  bir  neçə  metodla  təyin 
edilməsi mümkündür: 
- alıcı və ya satıcı tərəfin ölkələrinin standartı üzrə; 
- texniki şərtlər üzrə (əgər əmtəəyə standart yoxdursa 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə