Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

 
 
 
və ya keyfiyyətinə xüsusi tələblər mövcuddursa); 
- kontraktda göstərilən təfsilat üzrə; 
- marağında olan tərəflərin təsdiq etdiyi nümunə üzrə; 
-  əmtəədə  müəyyən  maddələrin  mövcud  olmasına 
görə (max. və min. həddə); 
-  «tək-gəl»  -  əmtəəni  necə  varsa  elə  göndərilməsi 
(yəni satan tərəf məhsulun keyfiyyətinə cavbdeh deyil). 
Məhsulun  keyfiyyətinin  təyin  edilməsi  proseduru  və 
qaydası tərəflərin razılığı əsasında seçilir. 
5.  Məhsulgöndərmə  şərtləri.  Bu  maddədə  əmtəənin 
satıcıdan  alıcılara  gətirilməsi  üzrə  xərclərin  kimlər  tərəfindən 
ödənilməsini,  əmtəə  üzərində  bir  tərəfdən  digər  tərəfə 
mülkiyyətinin keçməsi, məhsulun xarab olması və ya məhvi ilə 
bağlı risklərin kimin üzərinə düşməsini təyin edir. 
Beynəlxalq  təcrübədə  məhsulgöndərmənin  bir  neçə 
şərtlərindən istifadə edirlər: 

məhsulgöndərənin 
zavodundan 
(anbarından 
«franko-anbar»); 
- məhsulalanın «franko-anbarı»; 
- FOB; 
- S F; 
- KAF və s. 
6) Məhsulgöndərmə müddəti və vaxtı. 
7)  Kontraktın  qiyməti  (möhkəm,  dəyişkən  və 
sürüşkən). 
Müqavilədə  tərəflər  aralarında  ödəniş  şərtləri  və 
müddəti dəqiq göstərirməlidir. 
 
 
 
 
 
 
 


 
 
 
Fəsil 9. Birjaların marketinqi və menecmenti 
 
         9. 1. Birja və hərraclarda rəqabət və reklam 
 
Birja  və  hərraclarda  rəqabət  məsələsini  anlamaq  üçün 
cəmi bazar iqtisadiyyatının iqtisadi köklərini bilməliyik.  
Bazar  iqtisadiyyatı  şəraitində  rəqabət  qaçılmaz  olaraq 
ölkə  daxilində  insanların  bütün  fəaliyyətini  əhatə  etməklə 
yanaşı, milli iqtisadiyyatın sahələri arasında, onların daxilində, 
regionların  arasında  durduqca  kəskinləşməyə  doğru  meyl  edir 
və  cəmi  dünya  iqtisadiyyatı  üzrə  müxtəlif  səviyyələrdə  və 
formalarda  özünü  təzahur  edir.  Beləliklə,  bazar  münasibətləri 
üzərində 
qurulmuş 
ictimai-iqtisadi 
sistemdə-kapitalist 
təsərrüfatçılığı  şəraitində  azad  tələb,  təklif  və  qiymətlər  ən 
başlıca  dəyərlərindən  və  elementlərindən  olduğundan  rəqabət 
bu sistemin hərəkətverici və aparıcı qüvvəsinə çevrilir.  
Marketinq  elmi  hesab  edir  ki,  rəqabət  olmasa  ölkələr  və 
onların  iqtisadiyyatı  bu  qədər  inkişaf  etməzdi  və  bu  elmin 
özüdə meydana gəlməzdi.  
Birja  və  hərraclarda  rəqabət  problemi  əsasən  bazar 
iqtisadiyyatına xas olan cəhətlərlə bağlıdır. Birja və hərracların 
özləri bazarların müəyyən formada təzahürləridir və onların hər 
birinin  özlərinə  məxsus  fəaliyyət  obyektləri  olan  bazar 
məhsulları  mövcuddur  (əmtəələr,  qiymətli  kağızlar  və  s.). 
Marketinq  elminə  görə  məhsullarla  əlaqədar  funksional 
rəqabət, oxşar və eyni növ məhsulların rəqabəti vardır və onlar 
istər istəməz birja fəaliyyətində də nəzərə alınmalıdır. Belə ki, 
funksional  rəqabət  eyni  tələbatı  ödəyə  biləcək  məhsullar 
arasında müşahidə edilir. Misal üçün  yanğınını söndürməkdən 
ötəri insan su içmək istəyir və bu tələbatı sudan tutumuş, pivə, 
çay,  dondurma  və  s  ödəyə  bilər,  yəni  insanın  daxilindəki 
susuzluq  ehtiyacının  ödənilməsi  funksiyasını  müxtəlif 
əvəzedicilər yerinə yetirə bilər. Oxşar məhsulların rəqabəti növ 
xarakterli  rəqabətdir,  yəni  məhsullar  oxşar,  hətta  eyni  zahiri 


 
 
 
görünüşə və parametrlərə belə malik ola bilərlər, lakin onların 
arasındakı daxili keyfiyyət fərqləri ciddi olduğuna görə nəzərdə 
tutulan tələbatları eyni dərəcədə təmin edə bilmirlər. Eyni növ 
məhsulların rəqabəti isə onunla izah edilir ki, eyni adlı, çeşidli, 
texniki  və  texnoloci  parametrli  və  hətta  eyni  qiymətə  olan 
məhsulların  arasında  alıcılar  müəyyən  əlamətlərə  görə  öz 
seçimlərini edirlər. Misal üçün alıcılar eyni məhsulları (paltarı, 
ayaqqabını,  avtomaşınları,  boyaları  və  s)  rənglərinə  görə 
fərqləndirirlər,  satıcılar  isə  satışın  həcmindən,  məhsulun 
qablaşdırılmasından,  məhsul  göndərmələrin  bazis  şərtlərindən 
asılı olaraq mallarına qiymət təyin edirlər.  
Yuxarıda  qeyd  edilənlərlə  yanaşı  birja  işində  qiymət  və 
qiymətdən  kənar  rəqabət  metodlarının  olması  da  nəzərə 
alınmalıdır.  Öz  nəvbəsində  qiymətlə  bağlı  rəqabətin  açıq 
(birbaşa) və  gizli formaları mövcuddur. Açıq (birbaşa) qiymət 
rəqabətində  məhsul  satan  tərəf  satdığı  malın  qiymətini  açıq  – 
aşkar aşağı salaraq, alıcıları buna görə cəlb edib satışı daha tez 
zamanda  həyata  keçirə  bilər.  Gizli  qiymət  rəqabətində  isə 
məhsulun keyfiyyəti yüksəldilir, lakin bunun əvəzində qiyməti 
dəyişmir və ya keyfiyyətə nisbətən az artırılır.  
Qeyri  –  qiymət  rəqabətinə  isə  marketinq  tədbirləri,  o 
cümlədən  satışın  həvəsləndiriməsi,  servis  xidmətlərinin  təşkili 
və s daxildir. Qeyd etdiyimiz kimi bazar iqtisadiyyatı şəritində 
rəqabət  bu  ictimai  iqtisadi  sistemin  özəyini  təşkil  edərək 
cəmiyyətdə olan bütün maddi, maliyyə, fiziki, intellektual və s. 
imkanları səfərbər etməyə imkan verir. Bütün bu prosesə birja 
və  hərraclar  da.  bazar  iqtisadiyyatının  əsas  infrostruktur 
ünsürləri  kimi  yaxından  cəlb  edilir.  Belə  ki,  rəqabət  birja  və 
hərraclar  arasında  və  onların  daxilində  adi  hal  olduğu  kimi, 
eyni zamanda birja və hərraclarla digər bazar növləri (sərgilər, 
yarmarkalar  və  s.)  arasında  da  müşahidə  edilir.  Bu  rəqabət 
bazar məhsulları arasında və alıcılar uğrunda gedərək, müxtəlif 
formalar  alır,  qiymət  amilini  hərəkətə  gətirir  və  əsasən  sivil 
qaydada qanunlarla tənzimlənir.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə