Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

 
 
 
Birjaların  özlərinin  daxilində  rəqabət  birja  üzvləri, 
eləcədə vasitəçilər kimi broberlər və dilerlər arasında müşahidə 
edilir. Bütün bu rəqabət münasibətləri birjaların nizamnamələri 
,  birjaların  öz  daxili  strukturları  olan  birja  ticarəti  qaydaları 
üzrə  orbitrac  və  s.  kommisiyaları  tərəfindən  qəbul  edilmiş 
qaydalara əsasən tənzimlənir və idarə olunur.  
Reklam  elə  fəaliyyət  növlərindən  biridir  ki,  onun 
vastəsilə  potensial  alıcılarla  müəyyən  formada  əlaqə  yaradılır 
və  onlar  məlumatlandıraraq,  konkret  məhsulların  və  ya 
xidmətin  satışını  təmin  edilir.  Reklamın  özü  gəlir  (mənfəət) 
əldə  etmək  məqsədindən  asılı  olaraq  kommersiya  xarakteri 
daşıya  bilər.  Kommersiya  məqsədi  güdən  reklam  müəyyən 
məhsul  və  xidmətlərdən,  biznes  əməliyyatlarından,  o 
cümlədən,  birja  və  hərracların  fəaliyyətindən  maddi 
bəhrələnməyə,  gəlir  və  mənfəət  əldə  etməyə  yönəldilir.  Qeyri 
kommersiya  reklamında  isə  bir  başa  heç  bir  maddi  maraq 
güdülmür.  Misal  üçün  əhalinin  sağlamlığının  qorunması  və 
onların  mariflənməsi  ilə  əlaqədar  olaraq  reklam  tədbirləri  bu 
qəbildəndir.  
Birja  və  hərrac  fəaliyyətində  bədii,  texniki  və  psixoloci 
üsulların  köməyi  ilə  satışa  çıxarılan  obyektlərə  dair 
informasiyalar ümumi qaydada tələbatı yaradıb və satışı həyata 
keçirmək üçün bu prosesdə iştirak edən subyektlərə çatdırılır.  
Birja 
və 
hərraclarda 
reklam 
həmin 
sferanın 
xüsusiyyətlərini,  qarşıya  qoyulmuş  problemləri,  yerli  obyektiv 
və subyektiv amilləri nəzərə alaraq həyata keçirilir. 
Unutmayaq  ki,  reklam  marketinq  kommunikasiya 
sisteminin ən geniş yayılmış və ən böyük vəsait tələb edən bir 
elementdir. Marketinq kimmunikasiya sistemi satışın, eləcə də 
mənfəətin  yüksəldilməsi  üçün  təyin  edilmiş  potensial  alıcılara 
müəyyən  üsul  və  vasitələrdən  istifadə  edərək  məhsullar, 
xidmətlər  və  s.  dair  məlumatların  verilməsi  yolu  ilə  təsir 
imkanları kompleksidir.  
Birja  və  hərraclarda  reklam,  bütün  digər  sahədə  olduğu 


 
 
 
kimi,  daxili  və  xarici  reklama  bölünür.  Daxili  reklam  birja  və 
hərraclarda  başqa  sferalardan  fərqli  olaraq,  olduqca  geniş 
yayılan  və  həddindən  artıq  operativliyi,  əyaniliyi  və 
informasiyaların  çevikliyi  və  dəyişkənliyi,  eləcədə  və 
zənginliyi  ilə  seçilir.  Burada  elektron  tablolar,  qaçan  sətirlər, 
lövhələr  və  sairlər  o  qədər  çox  və  məlamatlarla  dolu  olur  ki, 
xüsusi  hazırlığı  və  sərişdəsi  olmayan  insanlar  onlardan  baş 
çıxara  bilmir.  Cəmi  marketinq  kommunikasiya  sisteminə 
daxildir:  reklam,  şəxsi  satışın  həvəsləndirilməsi,  ictimaiyyətlə 
əlaqə,  bir  başa  marketinq,  sərgilər  və  yarmarkalar.  Birja  və 
hərraclarda xarici reklamdan istehlak məhsulları və xidmətlərin 
reklamlarına  nisbətən  bir  qədər  məhdud  istifadə  olunur,  buda 
birja 
və 
hərracların 
satışa 
çıxardığı 
obyektləri 
xüsusiyyətlərindən  və  s.  irəli  gəlir.  Misal  üçün  birja  və 
hərracların  xarici  reklamında  şitlər,  plakatlardan,  nəqliyyat 
vastələri  üzərinə  həkk  olunmuş  şəkil  və  yazılardan,  televiziya 
yayım  vasitələrindən  və  digər  reklam  daşıyıcılarından 
məqsədyönlü və olduqca məhdud formada istifadə edilir.  
Bir çox hallarda qarşıda  duran məqsədlərdən asılı olaraq 
reklam üç növə ayrılır:  
1)
 
nformasiya 
xarakterli 
reklam.
  Bu  cür 
reklamdan  birja  və  hərraclar  keçirilməzdən 
əvvəl,  keçirilən  zaman  və  keçirildikdən  sonra 
marağında 
olan 
subyektlərə 
müəyyən 
məlumatları 
çatdırmaq, 
onlara 
istiqamət 
vermək, vaxtı və yeri göstərmək, satılan mallar, 
onların  qiymətləri  və  s.  dair  informasiyalar 
vermək üçün istifadə edilir.  
2)
 
Nəsihət  verici  reklam
  vasitəsilə  bir  qayda 
olaraq  potensial  alıcı  seqmentlərinə  ünvanlı 
reklam  məlumatları  çatdırılır,  onlarda  bir  sıra 
şübhələrə  aydınlıq  gətirmək  prosesləri  təhlil 
etmək  üçün  informasiyalar  çatdırılır,  seçmə 
yolu ilə tələb və təklif formalaşdırılır.  


 
 
 
3)
 
Xatırlayıcı reklam vastəsilə
 birja və hərraclarda 
nəinki  alıcıların,  eləcədə  satıcıların  nəzərinə 
müəyyən  məlumatları  çatdırırlar  ki,  onlar  öz 
işlərini  və  vaxtlarını  daha  yaxşı  planlaşdıra 
bilsin və birja və hərracların gedişatında iştirak 
etsinlər. 
Cəmə  reklam  sahəsində  fəaliyyət  aşağıdakı  ünsürlərdən 
ibarətdir: reklam verənlər, reklam agentlikləri, reklam vastələri, 
istehlakçılar. Birja və hərracların fəaliyyətində reklam verənlər 
qismində əsasən birja və hərrac komitələri, istehsalçılar, topdan 
satıcılar, firmalar və başqaları çıxış edə bilərlər.  
Reklam  agentlikləri  öz  məhsulları  və  xidmətlərinə  alıcı 
axtarmaqda  olan  sifarişçilərin  tapşırığı  ilə  reklam  vastələrində 
gedən  informasiya  materiallarını  tərtib  edən,  hazırlayan  və 
yerləşdirən  yaradıcı  qrup  və  kommersantlar  çalışan  müstəqil 
müəssisədir.  Həmin  müəssisənin  özəyini  müştərilərin 
qulluğunda  duran  reklam  mətnlərinin  tərtibatçıları,  rəssamlar, 
radio  və  televiziya  prodüssorları,  reklam  vastələri  üzrə 
mütəxəssislər, 
1
  tədqiqatçılar  və  istehsal  sexində  işləyən  digər 
işçilər çalışır.  
Birja  və  hərracların  istifadə  etdiyi  reklam  vastələri 
olduqca genişdir.  
-
  dövrü nəşrlərdə və lüğətlərdə reklam; 
-
  çap reklamı; 
-
  radio vastəsilə reklam; 
-
  kinoreklam; 
-
  bayır (xarici) reklam; 
-
  satış yerində reklam və s.  
Reklam  vasitələrinin  seçilməsi  əsasən  aşağıdakı 
amillərdən asılıdır: 
-
  reklam  olunan  malın  xarakteri  və  reklamın 
məzmunundan; 
                                                 
1
  Бязи  ядябиййатларда  адлары  чякилян  рекламлары  илкин,  рягабят  вя 
тяканверижи (йардымчы) реклама кими дя адландырырлар.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə