Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

 
 
 
-
  reklama yönəldilən vəsaitlərin məbləğindən; 
-
  bazarın tutumundan (ölçülərindən); 
-
  reklamın  məqsədlərindən  (mövcud  bazarın 
genişləndirilməsi və ya yeni məhsul üçün bazarın 
yaradılmasından); 
-
  reklam kampaniyasının miqyasından;  
-
  potensial alıcılar (istehlakçılar) dairəsindən; 
-
  bazarın spesifik tələblərindən; 
-
  tələb  edilən  zaman  kəsiyində  lazım  olan  sayda 
reklam vasitələrinin hazırlanmasından; 
-
  reklam vasitələrinin texniki imkanlarından, 
Reklam vasitələrinin seçilməsində onların əhatə dairələri, 
yayılma tezliyi və təsir gücü nəzərə alınmalıdır.  
 
9.2. Birja və hərracların marketinq tədqiqatları 
 
Marketinq  tədqiqatları  prosesində  birja  və  hərracların 
ətrafının mikro- və makro mühiti, birja və hərracların daxili və 
onlardan  kənarda  olan  mühiti,  onlar  tərəfindən  nəzarət  edilən 
və  nəzarət  edilməyən  mühit  və  s.  elmi  əsaslarla  öyrənilir  ki, 
alıcı tələbatı, təkliflər, qiymətlər, rəqiblərin hərəkəti, bazardakı 
qeyrimüəyyənliklər  və  s.  nəzərə  alınsın,  marağında  olan 
tərəflərin  biznes  layihələrində  stabillik  artmaqda  olan  gəlir 
təmin edilərək, strateci və taktiki problemlər öz layiqli məntiqi 
həllini tapsın.  
Mikromühitin birja və hərracların daxili amilləri birja və 
hərrac  mallarının  qiymətləri;  bölüşdürmə  və  satış  kanalları 
kimi üzvlərini, brokerləri, dilerləri, satışın həvəsləndirilməsini, 
eləcə  də  birja  və  hərracların  özlərinin  təşkilat  quruluşlarını 
birləşdirir.  
Mikromühitin  birja  və  hərraclardan  kənar  amillərinə 
daxildir: bazarlar, istehlakçılar, məhsulgöndərənlər, rəqabət və 
rəqiblər, ictimai təşkilatlar, marketinq tədqiqatları müəssisələri, 
reklam  agentlikləri,  maliyyə  –  kredit  və  sığorta  təşkilatları, 


 
 
 
kütləvi informasiya vastələri və s. 
Marketinqin  elmi  birja  və  hərracların  makromühitinin 
tərkibinə  digər  sahələrdə  olduğu  kimi  demoqrafik  mühiti, 
iqtisadi  mühiti,  siyasi-hüquqi  mühiti,  təbii  mühiti,  mədəni 
mühiti, elmi-texniki mühiti və infrostrukturanı daxil edir.  
Marketinq  tədqiqatlarının  əsas  istiqamətləri  bunlardır: 
bazarda tələb, təklif və  qiymətlərin  tədqiqi  yəni cəmi bazarın 
tədqiqi,  alıcıların  (istehlakçıların  tədqiqi,  satışa  çıxarılan 
malların  (obyektlərin)  tədqiqi,  reklam  fəaliyyətinin  tədqiqi, 
cəmi  satış  kanallarının  tədqiqi,  satışın  həvəsləndirilməsi 
sisteminin  tədqiqi,  rəqiblərin  tədqiqi,  birja  və  hərracların 
özlərinin daxili mühitinin təhlili. 
Marketinq  tədqiqatları  elmi  əsaslarla,  təcrübədə  özünü 
doğrultmuş  qaydada  aparılmalıdır.  Onlar  aşağıdakı  ardıcıllıqla 
aparılmalıdır: 
1)
  Marketinq  tədqiqatlarının  aparılması  zəruriliyinin 
əsaslandırılmas. 
2)
  Marketinq  tədqiqatlarının  aparılma  metodlarının 
seçilməsi. 
3)
  nformasiyaların toplanılması metodlarının seçilməsi.  
4)
  nformasiyaların toplanılması və təhlili. 
5)
  Təklif və tövsiyyələrin hazırlanması. 
Birja  və  hərracların  marketinq  tədqiqatlarının  aparılma 
metodları  əsasən  sistemli  təhlil,  kompleks  yanaşma,  texniki 
təhlil,  proqramla  sistemli  yanaşma  metodlarından  istifadə 
edilməsini  nəzərdə  tutur.  Eyni  zamanda  birja  və  hərraclarda 
gedən  prosesləri  təhlil  etmək  üçün  xətti  proqramlaşdırma, 
kütləvi xidmət nəzəriyyəsi, əlaqə nəzəriyyəsi, işgüzar oyunlar, 
iqtisadi  –  riyazi  metodlar  və  başqa  istifadə  edilməsini  də 
qarşıya qoyur.  
Birja  və  hərracların  fəaliyyəti  sosial  varlıqda  təşkil 
olunduğundan,  onların  daxilində  gedən  proseslərin  dərindən 
tədqiq  etmək  üçün  sosiologiya,  psixologiya,  iqtisadi  və  riyazi 
statistika, ehtimal nəzəriyyəsi və başqa elmlərdə istifadə edilən 


 
 
 
metodlardan istifadə etmək özünü təcrübədə çox doğruldur. 
Digər  sahələrdə  olduğu  kimi,  birja  və  hərraclarda  da 
marketinq  tədqiqatları  obyektiv  dəqiq,  hərtərəfli,  vahid  sistem 
üzrə ümumi metodlar əsasında yığılmış informasiya təminatını 
arxalanmalıdır. Əlavə olaraq, marketinq tədqiqatları prosesində 
aşağıdakı hədlər və tələblər gözlənilməlidir:  
-
  marketinq  tədqiqatlarında  mənəvi  –  etik 
normalara əməl edilməlidir; 
-
  marketinq 
tədqiqatları 
dövlət 
qanunları, 
ocümlədən  haqlı  rəqabət  prinsipləri,  iqtisadi 
qanunlar  və  qanunauyğunluqları  gözlənilməklə 
aparılmalıdır; 
-
  marketinq  tədqiqatlarında  insan  azadlıqları  və 
cəmiyyətin  demokratik,  könüllülük  prinsipləri 
gözlənilməlidir; 
-
  tədqiqatların  nəticəsi  onların  aparılmasında 
istifadə edilməlidir; 
-
  informasiya  verənlərin  qarşısında  götürülmüş 
öhdəliklər  təmin  edilməlidir  (anonimliyi  təmin 
edilməli, 
alınan 
informasiya 
başqasına 
ötürülməməli, yayılmamalı və s. 
Marketinq  tədqiqatları  prosesində  istifadə  edilən 
informasiyaları  mənşəyinə,  təyinatına,  məxvilik  səviyyəsinə, 
əhəmiyyətinə və digər parametrlərinə görə qruplaşdırmaq olar. 
Belə  ki,  məxvilik  əlamətinə  görə  bu  informasiyaları  açıq, 
məxvi,  tam  məxvi  ola  bilər.  Ümumiyyətlə  isə  marketinq 
tədqiqatlarında  istifadə  edilən  informasiyaları  iki  növə  (tipə) 
bölürlər:  ilkin  və  təkrar  informasiyalar.  lkin  informasiyalar 
məhz  indi  bu  konkret  marketinq  tədqiqatları  üçün  müxtəlif 
yolla  toplanan  və  hazırlanan  informasiyalardır. 
lkin 
informasiyaların  əldə  edilməsi  üçün  vaxt,  pul  –  maliyyə 
resursları,  işçi  qüvvəsi  və  maddi  imkanlar  sərf  edilməlidir. 
Lakin  təkrar  informasiyalar  əvvəllər  başqa  hadisə  və 
proseslərlə  əlaqədar  toplanmış  informasiyalardır.  Həmin 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə