Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

 
 
 
informasiyalar  insanların  və  kompüterin  yaddaşında  həkk 
olunur,  müəyyən  sənədlərdə  iz  buraxaraq  saxlanılır.  Bu  təkrar 
informasiyaların  əldə  edilməsi  olduqca  operativ,  az  vaxt  və 
vəsait məsrəfləri ilə qruplvşdırılır və birja və hərracların işində 
adi  iş  məmurları,  brokerlər,  dilerlər  və  s.  tərəfindən  istifadə 
edilir.  Yeganə  olaraq  təkrar  informasiyaların  indi  baş  verən 
hadisə  və  proseslər  üçün  istifadə  edilməsindən  əvvəl  onlar 
dəqiqləşdirilməli  və  yeri  gəldikdə  ilkin  informasiyalarla 
zənginləşdirilərək, kompleks şəkildə istifadə edilməlidir. 
Birja  və  hərraclarda  aparılan  marketinq  tədqiqatlarını  iki 
qrupa  ayırmaq  olar:  daim  və  vaxtaşırı.  Daima  aparılan 
marketinq  tədqiqatları  prosesində  birja  və  hərracların  ətraf 
mühitində gedən dəyişikliklər daima izlənilir və tədqiq edilərək 
cari dövrdə nəzərə  alınır. Vaxtaşırı həyata keçirilən marketinq 
tədqiqatları isə bir qayda olaraq qarşıya çıxan müəyyən konkret 
problemin  həll  edilməsi  ilə  əlaqədar,  eləcədə  qrafik  üzrə 
əvvəlcədən planlaşdırılmış marketinq tədqiqatlarıdır. 
Marketinq  tədqiqatlarını  aparmaq  üçün  informasiyalar 
müşahidə, sorğu, test, sınaq və s. istifadə edərək toplanılır. 
Birja  və  hərraclardan  informasiyaların  toplanılması 
məqsədilə  ümumi  və  xüsusi  uçot  və  analitik  təhlil  sistemi 
formalaşdırılır. Bununla əlaqədar xüsusi cədvəllər matrisalar və 
qrafiklər  tərtib  edilir.gündəlik  statistka  göstəricilər  onların 
üzərinə  köçürülür,  xüsusi  hesablamalar  aparılaraq  birja  və 
hərrac  məhsullarının  hər  biri  üçün  satışın  həcmi,  qiymətlər  və 
s. 
dair 
trendlər 
təyin 
edilir 
və 
iqtisadi 
meyllər 
müəyyənləşdirilir.  Bu  gür  tədqiqatların  aparılması  üçün  yeri 
gəldikdə  texniki  vasitələrdən  (sayqaclardan,  kino  və 
videokameralardan,  xüsusi  proqramlarla  təmin  edilmiş  güclü 
kompüterlərdən və s.) istifadə edilir.  
 
 
 
 


 
 
 
9.3. Birja və hərraclarda ticarətin təşkili və 
tənzimlənməsi 
 
Müxtəlif  növ  birjalarda  birja  ticarətinin  təşkili 
yerləşdikləri  ölkələrin  qanunları  və  onların  özləri  tərəfindən 
qəbul  edilmiş  qaydaları  ilə  tənzimlənir,  təşkil  edilir  və  idarə 
olunurlar. Buna görə də müəyyən bir birjada ticarətin təşkilini 
bilmək  üçün  həmin  birjaların  yerləşdiyi  ölkələrin  müvafiq 
qayda  və  qanunlarını,  eləcə  də  həmin  birjaların  özlərinin 
fəaliyyət  xüsusiyyətləri  və  qəbul  etdikləri  ticarət  prinsipləri 
haqqında kifayət qədər məlumatlanmaq gərəkdir.  
Hər  bir  ölkədə  birja  ticarətinin  təşkili  müxtəlif  növ 
birjaların  fəaliyyətinə  dair  qəbul  edilmiş  müvafiq  qanunlarla 
tənzimlənməlidir.  Həmin  qanunlarda  ardıcıl  olaraq  birja 
ticarətinin  təşkili  qaydaları,  birja  sövdələşmələrinin  növləri, 
birjaların  əsas  struktur  bölmələrinin  siyahısı,  aparılmış  birja 
sövdələşmələrinə  və  birja  qiymətlərinə  dair  birja  üzvlərinin 
məlumatlandırılması  qaydaları,  birja  əqdləri  bağlandıqda 
tərəflər  arasında  qarşılıqlı  hesablaşmalara  dair  məlamatlar  və 
informasiya axınları qaydaları öz əksini tapır. 
Birja  əməliyyatlarının  həyata  keçirilməsi  qaydalarına 
əksər  hallarda  birja  reqlamenti  deyirlər.  Həmin  reqlament 
birjaların  iş  recimini  və  prosesini  tənzimləməklə  yanaşı  bütün 
birja  ticarəti  üzvlərinin  kommersiya  maraqlarını  qorumalı, 
eləcə  də  dürüst  və  səmərəli  işləmək  üçün  şərait  yaratmalıdır. 
Birja  qaydalarını  şərti  olaraq  əsasən  aşağıdakı  dörd  hissəyə 
bölmək olar.  
1.  Birja  ticarətinin  keçirilməsi  qaydası.  Həmin  bənddə 
birja ticarətinin     
harada,  hansı  sessiyalar  üzrə  və  saatlarda  keçiriləcəyi 
müəyyənləşdirilir.  
Bir  qayda  olaraq  birja  ssesiyası  dedikdə  onun  rəhbərliyi 
müəyyən  etdiyi  zaman  kəsiyində  qanunu  hesab  ediləcək  birja 
ticarətində bağlanan əqdlər başa düşülür. Birja sessiyaları üzrə 


 
 
 
vaxt  elə  ayrılıb  təyin  edilir  ki,  o  eyni  çeşiddə  məhsul  satan 
başqa  birjaların  ticarət  ssesiyaları  ilə  üst  –  üstə  düşməsin.  Bu 
birja ticarəti iştirakçıları və marağında olan tərəflərin müəyyən 
problemli  məsələlərinin  həll  edilməsi,  eləcə  də  arbitrac 
əməliyyatlarının aparılmasına imkan yaradır.  
2.  Birja  ticarətinin  növləri.  Belə  ki,  birjaların  özləri 
onlarda 
aparılacaq 
sövdələşmələrin 
təfsilatını 
müəyyənləşdirərək,  öz  fəaliyyətlərinə  və  bazar  subyektlərinin 
bağlayacaqları əqdlərə istiqamət verir və birja ticarəti prosesini 
tənzimləyərək idarə olunan və mümkün olan hala salır.  
Ticarət  sesiyası  başa  çatdıqdan  sonra  bütün  əqdlər 
müvafiq  qaydada  qeydiyyata  alınaraq  rəsmiləşdirilirlər.  Hətta 
şifahi  formada  bağlanan  belə  əqdlər  ticarət  ssesiyasının 
sonunda yazılı formada bağlanan əqdlər kimi rəsmi gücə malik 
olurlar. Birjalarda bağlanan kontraktlar imzalanıb qeydiyyatdan 
keçdikdən  sonra  müştərilərə  təqdim  edilirlər  ki,  brokerlərin 
haqqlarını ödəsinlər.  
3.  Birja  informasiyasının  birja  ticarətinin  iştirakçılarına 
vaxtında,  yerində,  tam  və  dəqiq  formada  çatdırılması  onlara 
bazarı  istədikləri  kimi  təhlil  edib  və  düzgün  hesab  etdikləri 
qərarları qəbul etməyə imkan verir.  
Birja  informasiyaları  ümumiləşdirilmiş  və  cari  formada 
marağında  olan  tərəflərə  sistemləşdirilmiş  şəkildə,  müəyyən 
edilmiş  qaydada  çatdırılır.  Əksər  birjalarında  cari  birja 
informasiyaları  satışa  çıxarılan  obyektlərin  alınıb  və  satılması 
təklifləri  ilə  birlikdə  sıx  ticarət  ssesiyasında  qiymətləri  və 
satışın miqdarları kimi elektron tablolarda əks olunur. Lakin bu 
informasiyalar,  o  qədər  çox  olur  və  sürətlə  qısa  vaxt  ərzində 
yayılırsa,  onları  dərindən  təhlil  etmək  çətin  olur.  Bu 
çatışmamazlığı  aradan  qaldırmaq  və  bazarda  vəziyyəti 
öyrənmək  üçün  onları  fərdi  kanallarla  əldə  edib  təhlil  etməyə 
üstünlük verilir.  
Bir  çox  hallarda  cari  informasiyalar  kommersiya  sirri 
kimi  qorunduğu  üçün  onlar  yalnız  bu  birjada  xüsusi  yer  və 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə