Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

 
 
 
icazə almış birja ticarəti iştirakçılarına təqdim edilə bilər.  
Ümumiləşdirilmiş  informasiyalarda  birja  ticarəti  günün 
sonuna 
olan 
yekun 
nəticələr 
göstərilir 
ki, 
həmin 
informasiyaların 
əsasında 
birja 
ticarətinin 
proqnozlaşdırılmasında  olduqca  önəmli  olan  texniki  təhlil 
aparılır. 
4. Birja üzvləri və digər birja ticarəti iştirakçıları arasında 
qarşılıqlı  hesablaşmalar  qaydası.  Bu  bənddə  birja  ticarətində 
bilavasitə iştirak edənlərin qarşılıqlı hüquqları və vəzifələri öz 
əksini tapır.  
Qeyd  edək  ki,  müxtəlif  ölkələrdə  və  eləcədə  birjalarda 
istifadə  edilən  hesablaşmalar  sistemləri  olduqca  fərqlidirlər. 
Buda  əsasən  həmin  ölkələrdə  qəbul  edilmiş  hesablaşma 
qaydalarının milli fərqləri ilə  yanaşı müəyyən birjalarda qəbul 
edilmiş hesablaşmaların təşkili xüsusiyyətləri ilə əlaqədardır.  
Təcrübə göstərir ki, birja ticarəti qaydalarının tələblərinə 
riayət olunması birja komitələrinə həvalə olunur.  
Birja  ticarətində  nöqsanlara  yol  vermiş,  birja  ticarəti 
üzvləri  müxtəlif  cür  cəzalandırılırlar.  Bu  işdə  ciddi  nöqsan 
sayılan düzgün olmayan məlumatların yayılması, bilərəkdən öz 
üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməməsi,  yalançı 
hərəkətlər  və  müftəxorluğ  edən  birja  ticarəti  üzvləri  birja 
üzvlüyündən  qovulur.  Birja  ticarəti  qaydalarının  hər  bir 
pozuntusuna  dair  məlumatlar  birjalarda  çalışan  inzibati  işçilər 
tərəfindən  hərtərəfli  öyrənilir  və  onları  pozanların  adlarını 
çəkməyə və  görülmüş tədbirlərə dair məlumatları birja ticarəti 
üzvlərinə  çatdırırlar.  Birja  ticarətində  iştirak  edənlərin 
siyahısını  birja  üzvləri  və  birja  qanunu  və  qaydalarına  əsasən 
buna hüquqi olan tərəflər tərtib edə bilər.  
Birja  ticarətində  iştirak  edənlərin  tərkibi  birjanın 
növündən  asılı  olaraq,  qəbul  edilmiş  qanunverici  sənədlərlə 
müəyyənləşdirilir.  Cəmi  bica  ticarəti  zamanı  salonda  (zalda) 
iştira edənləri aşağıdakı dörd qrupa bölmək olar: 
-
  birja kontraktlarına (əqdlərini) bağlayanlar; 


 
 
 
-
  birja əqdlərini bağlanılmasını təşkil edənlər; 
-
  birja ticarətinin gedişatına nəzarət edənlər; 
-
  birja ticarətinin müşayətciləri 
Birjalarda  əməliyyatları  yalnız  müəyyən  birja  fəaliyyəti 
sahəsində  ixtisaslaşmış  olan  mütəxəssis  iştirakçılar  tərəfindən 
aparılır. Birja əməliyyatlarında vasitəçi kimi çıxış edənlər birja 
maklerləri,  komissionerlər,  kartye,  broker,  diler,  marker  – 
meyker və s. kimi adlandırırlar. Onların hər biri öz hesabına və 
ya  müəyyən  şərtlərlə  bağladıqları  əqdlərin  ümumi  məbləğinə 
nisbətən 1 – 3 və s. faizdə gəlirə işləyir.  
Birja  ticarətində  iştirak  edənlərin  tərkibi  birja  ticarəti 
qaydaları  ilə  təyin  edilir  və  onların  açıq  və  ya  qapalı 
olmasından asılı olaraq fərqlənir.  
Belə  ki,  açıq  birjalarda  zalda  əqdlərini  bağlamaq 
hüququna  birja  üzvləri  və  onların  nümayəndələri,  birjada  yer 
almış brokerlər və birja ticarətində daimi və bir dəfəlik iştirak 
etmək hüququ olanlar malikdirlər.  
Qapalı  birjalarda  əqdləri  yalnız  birja  üzvləri  və  onların 
nümayəndələri,  eləcə  də  birjada  yer  almış  brokerlər  bağlaya 
bilər.  
 
9.2. Birja və hərraclarda baş verən münaqişələr və 
onların həlli yolları 
 
Birjaların fəaliyyətində baş verən bütün münaqişələri 
səbəblərinə,  mənbələrinə,  növlərinə,  xarakterinə  və  s.  görə 
təsnifləşdirmək  olar.  Mütəxəssislərin  fikrincə  əsasən  iki  növ 
risk  mövcuddur:  texniki  və  maliyyə  riskləri.  Belə  ki,  texniki 
risklərə daxildir: 
-  tikinti  meydançasının  hazırlığının  və  müəssisələrin 
inşaasının ləngidilməsi; 
-  avadanlıqların  göndərilməsinin  və  müəssisənin  işə 
salınmasının ləngidilməsi; 
-  mövsümi  xammaldan  istifadə  edildyi  üçün  və 


 
 
 
gözlənilməz  dayanmalar  nəticəsində  istehsalın  gec  fəaliyyətə 
başlanması; 
-  istehsalın  istismara  buraxdığı  və  komissiyanın 
obyekti qəbul etdiyi zaman gözlənilməz dayanmalar; 
- xammalın olmaması; 
- məhsulun aşağı keyfiyyətdə olması; 
- dövlət normativlərinin gözlənilməməsi; 
- məmulatın uzun müddət istifadə edilməsi: nə qədər 
tez  məhsul  köhnələ  bilir,  alternativ  məhsulun  yaranması  və 
onun bazarı tutması, məhsulun istehsalçıya təsiri və s.; 
-  istehsalın  texnologiyasına  təsir  edən  yeni  xarici 
mühit. 
Biznesdə  mənfəət  və  ziyanların  (itkilərin-xərclərin) 
miqdarı  məhsul  satışının  həcmindən  çox  asılıdır.  Məhsul 
satışının  həcmini  planlaşdırmaq  üçün  isə  ziyansızlığı  təhlil 
etmək gərəkdir. 
Birja  ticarəti  prosesində  yarana  bilən  münaqişələri 
ilkin  səbəbləri,  onların  növləri  təskinləşməsi  dərəcələri, 
nəticələri ilə həll qaydaları üzrə qruplaşdırmaq olar. 
 
I. Səbəbləri
- alıcı tələbatının ödənilməməsi və ya belə təhlükənin 
yaranması imkanları; 
-  öz  səhvlərinin  tərəfmüqavillinə  və  onun  ünvanına 
yazmaq; 
- psixoloci dözümsüzlük (sıxışdırılmayan); 
- xidmət zamanı alıcının yubadılmasına etirazı; 
- alıcının əmtəənin keyfiyyətdən narazılığı; 
- alıcı və ya satıcılara müraciət formaları və s. 
II. Münaqişənin növləri
- hüquqi münaqişə; 
- hər iki tərəfin səhvindən yaranan münaqişə. 
III. Münaqişənin kəskinləşdirilməsi səbəbləri. 
- nisbi; 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə