Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

 
 
 
yaranan  mübahisələri  həll  etməkdən  ibarətdir.  Eyni  zamanda 
bu  arbitrac  komitələri  birjaların  fəaliyyətində  yaranan 
münaqişələri  və  onların  nəticəsində  keçirilmiş  iqtisad 
məhkəmələrinin təcrübəələrini təhlil edir, birja əməliyyatlarının 
gedişatı  qaydalarına  nəzarət  edir,  eləcədə  birjaların 
təsisçilərinin  ümumi  iclası  və  birja  komitələrinin  qəbul  etdiyi 
qərarların  yerinə  yetirilməsinə  nəzarət  edərək,  onların 
reallaşdırılmasını təmin edirlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Fəsil 10. Azərbaycan Respublikasında birja və hərracların 
inkişafı perspektivləri 
 
10.1. Azərbaycan Respublikasında birja və 
hərracların formalaşmasının iqtisadi və siyasi əsasları 
 
 Müasir 
şəraitdə 
Azərbaycan 
Respublikasında 
iqtisadiyyatın  vəziyyəti  birja  və  hərracların    da    inkişafınna 
ciddi təsir göstərir.  
Belə ki, Azərbaycan Respublikasının ərazisi 86,6 mln kv 
km,  əhalisinin  isə  sayı  təxminən  8,6  mln  nəfərdən  ibarətdir. 
Təcrübədə  bu  ərazinin  20%  Ermənistan  ordu  birləşmələrinin 
nəzarəti  altındadır.  Xəzər  dənizinin  səviyyəsinin  qalxması  ilə 
əlaqədar  xeyli  ərazimiz  su  altında  qalıb,  Gürcüstan 
Respublikası  qeyri-qanuni  olaraq  sərhədlərini  ölkəmizin 
ərazisinin hesabına genişləndirib. Hesab etsək ki, 1828 – ci ildə 
Şimali  Azərbaycan  Türkmənçay  müqaviləsinə  əsasən  Rusiya 
imperiyasının  tərkibinə  daxil  edilərkən  onun  ərazisi  təxminən 
140min kv.km təşkil edirdi. (əhalisi 7 mln nəfər), 1920-ci ildə 
Sovet hakimiyyəti qurulduqda bu ərazi 114 mln kv km. (əhalisi 
təqribən 2,3 mln nəfər) təşkil edirdi.  
Azərbaycan  Respublikasının  başına  gətirilən  bütün 
bəlaların  əsasında  yəqin  ki,  onun  qeyri-adi  təbii-iqlim  şəraiti, 
coğrafi mövqeyi və təbii sərvətlərə malik olmasıdır. Belə ki; 
1)
 
Nisbətən  az  sahəsi  olan  ölkəmizdə  biri-birindən 
çox  uzaq  olmayan  bütün  dünyada  müşahidə 
edilən  11  təbii  iqlim  şəraitindən  doqquzu 
mövcuddur. 
2)
 
Azərbaycan  Respublikası  elə  coğrafi  məkanda 
yerləşib ki, onun ərazisi şimal və şərqi, eləcə də 
qərbi və şərqi, onların üzərində olan dövlətlərin 
iqtisadiyyatları  və  mədəniyyətlərini  biri-biri  ilə 
əlaqələndirmək imkanına malikdir. Buna görə də 
təsadüfi  deyil  ki,  bu  günkü  «Traseka»  layihəsi 


 
 
 
üzrə  inkişaf  etdirilən  məşhur  « pək  Yolunun» 
əsas  avtomobil  və  dəmir  yolu  xətləri,  eləcə  də 
dəniz-bərə əlaqəsi onun ərazisindən keçir.  
3)
 
Azərbaycan  Respublikasının  ərazisində  zəngin 
neft  və  təbii  qaz  ilə  yanaşı  qızıl,  mərmər,  gips, 
mineral 
su 
və 
s. 
yataqları, 
meşələri, 
hidroresursları və başqa sərvətləri vardır.  
4)
 
Azərbaycan 
Respblikasında 
qonşu 
ran, 
Türkmənistan  və  s.  nisbətlər  əmək  ehtiyatları 
yüksəkdir  və  onlar  elmi  təhsilə,  təcrübəyə 
malikdir.  
 
Yuxarıda  qeyd  edilən  müsbət  cəhətlərlə  yanaşı  ölkəmiz 
üçün qeyri-qənaətbəxş olan amillər də var ki, onlar iqtisadi və 
sosial  inkişafımıza  maneçilik  törədir.  Bu  amillər  əsasən 
aşağıdakılardan ibarətdir: 
1)
 
Ermənistan 
Respublikasının 
ölkəmizə 
təcavüzünün  davam  etdirilməsi  və  müharibə 
vəziyyətinin  olması  ilə  əlaqədar  qeyri-
müəyyənlik. 
2)
 
Bazar  iqtisadiyyatına  keçidin  elan  edilməsi 
fonunda 
bu 
ictimai-iqtisadi 
sistemin 
formalaşdırılması  və  bərqərar  olması  üçün 
qanunların  kifayət  qədər  olmaması,  mövcud 
qanunlardakı  ziddiyyətlər,  onların  icrasının  zəif 
olması, işlənməsi və s.  
3)
 
Bazar  iqtisadiyyatına  xas  olan  infrostruktur 
şəbəkəsinin 
tam 
yaradılmaması. 
Həmin 
infrostruktur  şəbəkəsinə  daxil  olan  elementlərin 
içində  əmtəə,  valyuta,  fond  qiymətli  kağızlar 
bazarı, fyuçers və opsion, eləcə də əmək birjaları 
da olmalıdır.  
4)
 
Bazar  iqtisadiyyatının  əsas  elementləri  hesab 
edilən  tələb,  təklif  və  qiymətlər  sərbəst  (azad) 


 
 
 
prinsiplərinin  pozulması,  bazar  iqtisadiyyatının 
işləmə 
mexanizminin 
təmin 
edilməməsi, 
inhisarçılıq  meyyillərinin  güclənməsi.  Belə  ki, 
bazar  iqtisadiyyatı  mexanizminin  işləməsi  üçün 
dövlət  bələdiyyə  və  şəxsi  (özəl)  mülkiyyət 
arasında (heç olmazsa biznes sahəsində) bərabər 
hüquqluluq  prinsipi  gözlənilməli,  dövlət  aparatı 
tərəfindən  yaradılmış  icra  və  nəzarət  edici 
strukturlar  qəbul  edilmiş  qanunların  həyata 
keçirilməsini 
təmin 
etməli, 
cəmiyyətin 
demokratik  dəyərləri  və  insanların  azadlıqları 
qorunmalıdır.  Bizdə  isə  bu  sahədə  olduqca 
böyük problemlər var və onlar artmaqdadır.  
Yuxarıda 
qeyd 
edilənlərlə 
yanaşı 
Azərbaycan 
Respublikasının  iqtisadiyyatı  əsasən  neft  və  qaz  hasilatı 
üzərində  qurulduqdan  iqtisadiyyatın  digər  sahələri  bu  sferanın 
ətrafında  cəmləşərək  kifayət  qədər  inkişaf  etməmişdir.  Mənfi 
cəhətlərdən  biri  də  odur  ki,  burada  sənaye  müəssisələrinin 
əksəriyyəti paytaxt Bakıda yerləşdiyindən buranın elektrik, su, 
qaz  və  digər  infrostrukturu  daha  yaxşı  inkişaf  etmişdir.  Buna 
görə  də  Bakıya  əhali  axını  artmış,  başqa  yerlərin  iqtisadiyyatı 
isə  zəifləyərək  ölkədə  ərzaq  təhlükəsizliyi  problemi 
genişlənmişdir.  
Göstərilən  bu  və  ya  digər  problemlər  olmasa  ölkəmizdə 
ümumi  iqtisadi  göstəricilər  daha  yüksək  olardı  və  əhalinin 
sosial-iqtisadi vəziyyətində gərginlik aradan qaldırılardı.  
Birja və hərraclar vastəsilə dövlətin və cəmiyyətin maddi, 
maliyyə-pul,  əmək  və  s.  ehtiyatları  səfərbər  ediləcək.  Ölkə  və 
biznes  üçün  daha  çox  maraq  doğuran  sahələrə  yönəldilir. 
Bununla  yanaşı  birja  və  hərraclar  səfərbəredici  tənzimləmə, 
qiymətin  əmələ  gəlməsi  və  s  kimi  funksiyaları  yerinə  yetirir. 
Ölkəmizdə  birja  və  hərracların  bu  imkanlarından  olduqca  az 
istifadə  edilir  və  nəticədə  cəmi  ölkə  əhalisi  və  iqtisadiyyatı 
bununla əlaqədar imkanları əldən verərrək ziyan çəkir.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə