Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

 
 
 
işlərini davam edə bilmişlər. Qalanları isə sağlam bazar məkanı 
olmadığından 
iflasa 
uğramaması 
üçün 
fəaliyyətlərini 
dayandarmağa məcbur olmuşlar. 
Dövrün,  günün  acı  real  həqiqəti  ondan  ibarətdir  ki, 
bazar  iqtisadiyyatı  və  eləcə  də  birjaların  qanunvericilik 
bazarları  zahirən  nizam-intizama  salınıb  möhkəmləndirildikcə 
əvvəllər  əldə  edilmiş  sahibkarlıq  və  təsərrüfatçılıq  azadlıqları 
əsassız  maneələr,  sahə  maraqları  və  inzibati-məmur 
iddialarının  təsiri  altında  boğuşmağa  başladı.  Bütün  bunlar 
korrupsiyanın 
artmasına, 
təbii 
dövlət 
inhisarlarının 
mövqelərinin  möhkəmlənməsinə  və  onların  sərəncamlarında 
olan elektrik enercisi, neft məhsulları, qaz, su və digər kütləvi 
gündəlik  tələbat  əşyalarına  qiymətlərin  yüksəlməsinə  gətirib 
çıxardı. 
Görünür,  Milli  Məclis  tərəfindən  qəbul  olunan 
qanunlarda  Azərbaycan  Respublikası  kimi  keçmiş  sosialist  və 
təsərrüfatçılığı  sistemindən  mütərrəqi  və  çevik  bazar 
iqtisadiyyatı  üsul  idarəsinə  keçiddə  müəyyən  spesifik 
xüsusiyyətlər 
mütləq 
nəzərə 
alınmalıdır. 
Həmçinin 
məqsədəuyğundur 
ki, 
yüksək 
səviyyəli 
hakimiyyət 
dairələrindən  gələn  qanun,  sərəncam  və  göstərişlər  onların 
hökumətin  ümumi  iqtisadi  siyasətinə,  inkişaf  etmiş  kapitalist 
ölkələrinin qanun və qaydalarına, beynəlxalq standartlara və s. 
uyğun  gəlməsini  təyin  etmək  məqsədilə  xüsusi  ekspert 
qiymətləndirməsindən keçsinlər. 
Bazar iqtisadiyyatına keçid şəraitində  Bakı şəhərində 
fəaliyyət  göstərən  əmtəə  və  digər  birjaların  təkmilləşdirilməsi 
cəmi  milli  iqtisadiyyatın  ümumi  inkişaf  problemləri  ilə  bağlı 
məsələlərdir.  Belə  ki,  öncə  sənaye,  kənd  təsərrüfatı,  tikinti  və 
digər  birbaşa  maddi  istehsal  sahələrinin  inkişafı  əsasında 
əhalinin  məşğuliyyətini,  onların  halal  yolla  işləyib  qazanmaq 
imkanlarını genişləndirmək, sonra isə onların tələblərinə uyğun 
ticarət  və  birjaların  fəaliyyətinin  təşkili,  planlaşdırılması  və 
idarəedilməsi haqda düşünmək olar. Bizlərdə isə yuxarıda qeyd 


 
 
 
edildiyi  kimi,  əvvala  sonralar  özünü  doğrultmayan  ticarət 
sistemləri  və  birjaları  yaradılır.  Fikrimizcə  isə  onların 
imkanlarından cəmi iqtisadiyyatı inkişaf etdirilməsində istifadə 
etmək lazımdır. 
Təhlildən  isə  aydın  olur  ki,  Azərbaycana  keçidin  və 
birjaların  yaradılması  sahəsində  beynəlxalq  təcrübə  yerli 
problemlərlə yaxşı əlaqələndirilməmişdir. Belə ki, əksər inkişaf 
etmiş  ölkələrdə  bazar  iqtisadiyyatına  keçid  kapitalist 
təsərrüfatçılığı  sisteminin,  yəni  bazar  mexanizmlərinin,  təbii-
tarixi dəyişmə və təkmilləşmə prosesi kimi keçirdi. Misal üçün, 
ikinci  dünya  müharibəsi  nəticəsində  məğlub  olmuş  Almaniya, 
taliya  və  Yaponiyada  xalq  təsərrüfatı  çox  ükladlı  idi,  onlarda 
çoxsaylı  mülkiyyət  formaları  və  kapitalist  prinsipləri  əsasında 
öz  iqtisadiyyatlarının  inkişafına  dair  zəngin  təcrübələri  vardır. 
Müharibədən 
sonra 
həmin 
dövlətlərdə 
iqtisadiyyatın 
inkişafında  dinamizm,  bazar  mexanizmlərinin  iş  fəaliyyətində 
elastiklik  və  çeviklik  çatmırdı,  baxmayaraq  ki,  onların  geniş 
miqyaslı  inkişaf  etməsi  ilə  əlaqədar  makro-  və  mikro 
iqtisadiyyat  sahəsində  çoxsaylı  şüarlar  mövcud  idi.  Yalnız 
ABŞ,  ngiltərə,  Kanada  özləri  və  digər  ölkələrin  təcrübəsini 
saf-çürük  etdikdən,  həmin  ölkələrin  vəziyyətlərinin  üstün  və 
mənfi cəhətlərini tənqidi qiymətləndirdikdən sonra dünyanın ən 
yaxşı  iqtisadçıları  həmin  məğlub  olmuş  kapitalist  ölkələrinin 
iqtisadiyyatlarının  yeni  bazar  yoluna  keçirilməsi  üçün  elə 
proqram  hazırlamışdırlar  ki,  başqa  dövlətlərdə  miqyasına  və 
səviyyəsinə  görə  heç  vaxt  analoqu  olmamışdır.  Bunun  üçün 
Azərbaycanda  da,  müəyyən  məqamlarda  dayanıb  yerli  şəraiti 
cari  vəziyyət  və  yaranmış  problemləri  nəzərə  alaraq,  ölkənin 
milli  iqtisadiyyatının  bazar  iqtisadiyyatına  keçidi  strategiyası 
və  taktikasını  dəqiqləşdirmək  gərəkdir.  Görünür,  başlıca 
strategiya  insanların  bütün  fəaliyyət  sahələrində  bazar 
iqtisadiyyatına xas olan münasibətlərin  yaradılmasından ibarət 
olmalıdır. Həmin strategiyanın reallaşdırılması məqsədilə daha 
sərfəli  taktiki  variantlar  və  onlar  üzrə  qərarlar  axtarılıb 


 
 
 
tapılmalıdır.  Belə  ki,  oturub  gözləmək  lazım  deyil  ki,  bazar 
iqtisadiyyatının  özü-özünü  tənzimləyən  və  idarə  edən 
mexanizmi  işə  düşərək  və  bununlada  problemlərin  taktiki 
reallaşdırılması  üçün  labüd  olan  şərait  yaranacaq.  Bu  cür 
gözləmə  yolunu  seçsək  ola  bilsin  biz  ölkəmizi  iqtisadi  böhran 
və  onunla  əlaqədar  kəskinləşməkdə  olan  digər  problemlərdən 
heç  vaxt  çıxara  bilməyək,  çünki  ölkəmizdə  qeyd  olunduğu 
kimi,  bazar  iqtisadiyyatının  infrastrukturu  və  işləmə 
mexanizmləri  tam  formalaşıb  işə  düşməyib,  qanunverici 
sənədlərdə  münaqişəli  və  ziddiyyətli  hallar  çoxdur,  icra  və 
nəzarəetedici  sistemdə  ciddi  boşluqlar  və  çatışmamazlıqlar 
vardır. Bununla əlaqədar, ilkin mərhələdə bazar iqtisadiyyatına 
keçidi  təmin  edib,  onun  işləmə  mexanizmini  işə  salmaqdan 
ötəri  təşkili  və  idarəetmənin  inzibati-amirlik  üsullarından 
istifadə  etmək  gərəkdir.  Düzdür,  həmin  üsulların  özündə 
çoxsaylı  ziddiyyətlər  və  münaqişələr  mövcuddur.  lakin  onlar 
sağlam  əsaslarda,  korrupsiyasız  və  yerlibazlıqsız  prinsipləri 
üzərində ciddi dövlət orqanlarının ciddi nəzarəti altında, açıqlıq 
və aşkarlıq şəraitində keçirilsə, özümüzü və dövlətimizi bir çox 
təhlükələrdən  sığorta  etmiş  olarıq.  Belə  ki,  yeni  saf,  sağlam 
bazar iqtisadiyyatının «qızıl» qanunları əsasında müasir ticarət 
evləri, broker firmaları, heç olmazsa strateci kənd təsərrüfatı və 
sənaye  məhsullarını  istehsalı  və  satışı  üzrə  əqdlərin 
(müqavilələrin)  nəinki  dövlət,  hətta  mülki  bağlanılması 
sistemini  yaratmaq  lazımdır.  Bu  cür  şəbəkə  respublika  əmtəə 
birjasının  müxtəlif  regionlarda  yaradacağı  (Gəncədə,  Əli-
Bayramlıda,  Mingəçevirdə,  Masallıda  və  b.  yerlərdə) 
nümayəndəliklər  ola  bilərdi.  Gələcəkdə  bunun  kimi 
nümayəndəliklər,  ola  bilsin  broker  yerləri  bir  sıra  iqtisadi 
cəhətdən  önəmli  Russiya  Federasiyası,  Avropa  ölkələri,  ABŞ, 
Yaponiya  və  digər  ölkələrdə  fəaliyyət  göstərən  birjalarda  alıb 
yaratmaq  ölkəmizin  beynəlxalq  iqtisadi  sistemə  inteqrasiya 
olmasına  (qovuşmasına)  köməklik  göstərir  və  bu  sahədə  iş 
adamlarımıza əməli təcrübə toplamağa  kömək edərdi. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə