Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

 
 
 
qiymətləndirmək üçün maneçilik törədirlər. 
Beləliklə,  ölkəmizdə  həqiqətən  birja  ticarətinin 
yaradılması  və  müvəffəqiyyətlə  fəaliyyət  göstərməsi  üçün 
aşağıdakıları təmin edən şərtləri gözləmək gərəkdir: 
1. Satış sferasının inkişaf səviyyəsinin yüksək olması 
inzibati-amirlik  əsasında  qurumları  direktiv  iqtisadiyyatda 
planlaşdırma və idarəetmə sahələri ağır xəstəliyə-qeyri iqtisadi 
qanunlarla tənzimlənməyə düçar olar. 
Məhsul  satışı  sferasının  ən  yüksək  inkişaf  səviyyəsi 
iqtisadiyyatın  çoxsaylı  azad  və  biri  birindən  asılı  olmayan 
ticarət  –  vasitəçilik  təşkilatları  və  müəssisələri  (topdan  və 
pərakəndəsatış  bazaları  və  mağazaları,  kəndlər  və  şəhərlərdə 
ərzaq  və  s.  bazarları,  tələbatı  ödəyəcək  sayda  sərgi  və 
yarmarkalar)  ilə  zəngin  olmaqla,  onların  geniş  yayılmış 
şəbəkəsi üzərində əmtəə və s birjaları yüksəlməsi ilə müəyyən 
edilir. 
2. Müəssisələrin sərbəst olması. Hər hansı bir ticarətin 
başlıca  şərti  o  cümlədən  birjanın  tələb  və  təklif  şərtlərində, 
müəssisələrə  uyğun  satacağı  məhsulun  və  azad  bazarda 
əmtəələrin  alınıb-satılması  hüququnun  olmasından  ibarətdir. 
Həddindən  artıq  vacibdir  ki,  həmin  hüquqlar  bütün  istehsalda 
və  satışda  iştirak  edənlərin  təsərrüfatçılıq,  alqı-satqı,  maliyyə 
əməliyyatları aparmaq və s. hüquqları bərabər olsun. 
Dövlət  müəssisələri  sisteminə  gəldikdə  isə  ilk 
dövrlərdə  onların  sərbəst  qaydada  satacağı  məhsulların  xüsusi 
çəkisi  cəmi  əmtəəlik  mallarında  bir  qədər  az  (20-30%)  ola 
bilər.  Təcrübədə  dövlət  müəssisələrində  istehsal  olunan 
məhsulların  təxminən  –  1/5  –  1/4  hissəsinin  bazara  çıxarılıb 
sərbəst satılması həmin malların rəqabətqabiliyyətini artırmağa, 
müəssisələrin  iqtisadi  marağının  gözlənilməsinə,  məhsul 
bölgüsü 
və 
daşınmasının 
inzibati 
kanallarla 
bazar 
iqtisadiyyatına  xas  olan  malların  yayım  və  irəlilədilmə 
sistemlərinin inkişaf etməsinə xidmət edər. 
qtisadiyyatın  inkişafında  məntiq  iqtisadi  qanun  və 


 
 
 
qanunauyğunluqların  gözlənilməsini,  o  cümlədən,  məhsul 
bölgüsü  və  satışında  bazar  kanallarının  genişləndirilməsi  və 
idarəetmədə  inzibati-amirlik  üsullarının  azaldılmasını  tələb 
edir. 
3. Ticarətin, o cümlədən tələb, təklif, qiymətlərin və s. 
azad olması. Azad bazar topdansatış bazarları və  yarmarkaları 
olmadıqda, bazar münasibətlərini tənzimləyən və idarə etməyə 
imkan  verən  mexanizm  və  vasitələr  işləməsə,  istehsalçılar  öz 
məhsullarını  istədiyi  kimi  sahib  olmasalar,  əmtəə-vasitəçilik 
fəaliyyəti ləğv edilsə və ya ciddi məhdudlaşdırılıb cüzi miqdara 
endirilsə  istehlak  məhsulları  və  istehsal  vasitələri  üzrə 
ixtisaslaşmış birjaların əsas müştəriləri fəaliyyət göstərməsələr 
cəmi birjaların mövcud olması mənasını itirir. Bütün bunlar isə 
nəticədə iqtisadiyyatın böhranından xəbər verir. 
Birja ticarətinin mövcud olması bazar iqtisadiyyatının 
özəyini  təşkil  edən  bütün  sahələri,  o  cümlədən  satıcı  və 
alıcıları, əhatə edən rəqabət reciminin olması ilə bağlıdır. Əgər 
birjada  öz  əllərində  əmtəələrin  hamısı  və  ya  çoxunu 
cəmləşdirmiş  dövlət  inhisarları  meydan  sulasalar  onların 
müqəddəratı  həll  edilmiş  olar.  Bunun  üçün  ilk  öncə  daxili  və 
xarici ticarət inhisarçılıqdan xilas edilməlidir. Bizim ölkədə isə 
birjalar daxili və xarici ticarətin azadlığı elan edilməzdən əvvəl 
yaradılmışdır. 
Bununla  belə  ilkin  mərhələdə  digər  müştərilərlə 
yanaşı birja ticarətində dövlət tədarük təşkilatları, emaledici və 
kommersiya müəssisələri iştirak edə bilərlər. 
Dövlət sifarişləri hesabına məhsul alışı və satışlarının 
birjalar  vasitəsilə  həyata  keçirilməsi  məqsədəuyğundur.  Yada 
salaq  ki,  sovet  hakimiyyəti  işlərinin  ilk  mərhələsinə  təsadüf 
edən  yeni  iqtisadi  islahat  dövründə  birjalarda  kənd  təsərrüfatı 
məhsullarının 
dövriyyəsinın 
təxminən 
yarısı 
dövlət 
tədarükçülərinin payına düşürdü. 
Beləliklə  birjalar  vasitəsilə  azad  ticarət  obyektinə 
nəinki  dövlət  sifarişləri,  hətta  ərzaq  vergisinin  bir  hissəsi 


 
 
 
çevrilə bilər. 
Məlumdur  ki,  bir  sıra  təsərrüfatlar  üçün  bəzi  məhsul 
növləri  üzrə  ərzaq  vergiləri  sərfəli  almaqla  asan  yerinə 
yetiriləndir,  digər  məhsullar  üzrə  isə  sərfəli  deyildir.  Eyni 
zamanda  başqa  bir  təsərrüfatda  vergilərin  verilməsi  və 
mənfəətçilik  təmin  edilməsi  baxımından  sərfəli  və  sərfsiz 
məhsulların bölgüsü tamamilə başqa cür ola bilər. 
Bunun  üçün  birjada  məhsul  istehsalı  və  satışı  ilə 
əlaqədar  ödəniləcək  vergi  öhdəliklərinin  satışı  və  ya  onların 
qarşılıqlı dəyişdirilməsi təşkil oluna bilər. 
4.  Bazar  münasibətlərinə  dövlət  müdaxiləsinin  təşkil 
edilməsi.  Hətta  çoxdan  bazar  iqtisadiyyatı  bərabər  olmuş 
ölkələrdə iqtisadi proseslərə dövlət müdaxiləsinin artması birja 
ticarətinə dağıdıcı təsir göstərir.  
Sosializm  dövründə  mövcud  olan  dövlətin  məhsul 
istehsalı və satışı üzrə tapşırıqları, qiymətlərin qeyri bazar olan 
direktiv  üsulu  ilə  təyin  edilməsi,  məhsulun  dövlət  bölgüsü  və 
onun həddindən artıq aşağı qiymətlərlə satılması, istehsalçı və 
istehlakçıların  iqtisadiyyat  sahəsində  çoxbaş  salınması  və  s. 
birja ticarətini lüzümsüz bir şeyə çevirirdi.  
ngiltərə,  ABŞ,  Yaponiya  və  digər  inkişaf  etmiş 
ölkələrin  bazar  iqtisadiyyatı  sahəsində  təcrübəsi  göstərir  ki, 
yalnız  göstərilmiş  maneələrin  aradan  qaldırılması  nəticəsində 
əmtəə  fond  və  valyuta  birjaları  ilə  birlikdə  fyuçers  və  opsion 
bazarlarına da inkişaf etdirmək mümkün olar. 
Bazar  iqtisadiyyatı  və  ayrıca  birjaların  dövlət 
tənzimləməsi  əksər  hallarda  istehsalçıları  dövlət  orqanları 
tərəfindən  təyin  edilmiş  göstərişlər  üzrə  fəaliyyət  göstərməyə 
məcbur  etməkdən  ibarət  olmamalıdır,  əksinə  istehsalçı  və 
istehlakçılar qarşısında öz üzərinə müəyyən öhdəliklərin qəbul 
edilməsindən ibarət olmalıdır 
Tədricən  dövlət  inhisarlarının  qiymət  təzyiqi  və 
dövlət  qiymətləri  üzrə  dövlət  məhsullarının  limitləşdirilmiş 
bölgüsündən tam imtina etmək gərəkdir. Eyni zamanda dövlət 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə