Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
 
təqdim  olunan  buraxılışın  nəticələri  haqqında  hesabatda 
göstərilir. 
 
3.  Emissiyanın  baş  tutmadığı  hesab  edilən 
yerləşdirilməmiş  qiymətli  kağızların  hissəsi  qanunvericiliyə 
uyğun olaraq müəyyən edilir. 
 
4.  Emissiya  baş  tutmadığıhalda  investorların 
vəsaitinin  qaytarılması  müafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi qaydada həyata keçirilir. 
 
5.  Emitent  buraxılan  emissiya  qiymətli  kağızlarının 
yerləşdirilməsi  müafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi müddət ərzində başa çatdırmalıdır. 
 
6.  Emissiya  qiymətli  kağızının  buraxılışının  açıq 
yerləşdirilməsi  və  tədavülü  zamanı  qiymətli  kağızlar  alarkən 
bir  potensial  sahibə  başqaları  qarşısında  üstünlük  verilməsi 
qadağandır.Bu müddəa aşağıdakı hallarda tədbiq olunmur: 
 
Dövlət qiymətli kağızlarının emuissiyasında; 
 
Səhmdar  cəmiyyətlərin  səhmdarlarına  emissiya 
haqqında  qərar  qəbul  edilən  zaman  onlarda  olan  səhmlərin 
sayına  mütənasib  miqdarda  yeni  emissiya  olunan  qiymətli 
kağızlar almaqda üstün hüquq verildikdə; 
 
Emitentlər  qiymətli  kağızların  qeyri  –  rezidentlər 
tərəfindən alınnması üzərində məhdudiyyətlər qoyduqda. 
 
7.  Hər  hansı  bir  emitentin  səhmlərinin  ilkin 
yerləşdirilməsi  zamanı  onlarlın  35  və  dha  çox  faizinin  və  ya 
səhmdarların  səslərinin  50  faizdən  çoxunu  təmin  edən 
səhmlərin  bir  hüquqi  və  ya  fiziki  şəxsin,  yaxud  bir-  birinin 
əmlakına  nəzarət  edən  şəxslər  qrupunun    əldə  edilməsi 
azərbaycan  respublikası  antiinhisar  qanunvericiliyi  ilə 
təmzimlənir. Bu tələb nizamnamə fondu minimum haqqının 75 
min mislindən çox olmayan səhmdar cəmiyyətlərə aid edilmir. 
 
Maddə 14. Emissiya qiymətli kağızlarının buraxılışının  
nəticələri haqqında hesabat 
 


 
 
 
 
1. Emissiya qiymətli kağızlarının yerləşdirilməsi başa 
çatdıqdan  sonra  30  gündən  gec  olmayaraq  emitent  qeydiyyatı 
aparan  orqana  emissiya  qiymətli  kağızlarının  buraxılmasının 
nəticələri haqqında hesabat təqdim etməyə borcludur.  
 
2.  Emissiya  qiymətli  kağızlarının  buraxılışının 
nəticələri  haqqında  hesabata  aşağıdakı  məlumat  daxil 
edilməlidir:     
 
2.1. qiymətli kağızların yerləşdirilməsinin 
başlanması və başa çatması tarixi; 
 
2.2.  qiymətli  kağızların  yerləşdirilməsinin  faktiki 
qiyməti  (bu  buraxılış  çərçivəsində  qiymətli  kağızların  növləri 
üzrə);  
 
2.3. yerləşdirilmiş qiymətli kağızların sayı; 
  
2.4. yerləşdirilmiş qiymətli kağızlara görə daxil olan 
vəsaitin ümumi həcmi və növləri.  
 
3.  Qeydiyyatı  aparan  orqan  emissiya  qiymətli 
kağızları  buraxılışının  nəticələri  haqqında  hesabata  iki  həftə 
müddətində baxır və qiymətli kağızların buraxılışı ilə əlaqədar 
nöqsanlar  olmadıqda  onu  qeydə  alır.Qeydiyyatı  aparan  orqan 
qeydə aldığı hesabatın tamlığına cavabdehdir. 
 
Maddə  15. Haqsız emissiya 
 
 
1.  Bu  qanunla  müəyyən  olunmuş  emissiya 
prosedurunun  pozulması  ilə  ifadə  olunan  və  qeydiyyat 
orqanları  tərəfindən  qiymətli  kağızlar  emissiyasının  qeydə 
alınmasından  imtina  edilməsi,onun  dayandırılması  və  ya 
emissiya  qiymətli  kağızları  buraxılışının  baş  tutmamış  etiraf 
olunması  üçün  əsas  olan  hərəkətlər  haqsız  emissiya  hesab 
olunur.   
  
2.Qeydiyyat orqanları haqsız emissiya halları aşkar 
etdikdə,bu barədə 5 gün müddətində müvafiq icra hakimiyyəti 
orqanına məlumat verməlidirlər. 
 
        3.Emitent,emissiya  prospektində  elan  olunmuş 


 
 
 
saydan 
çox 
qiymətli 
kağız 
dövriyyəyə 
buraxdığı 
halda,o,qiymətli  kağızların  bu  artıq  hissəsinin  alınmasının  və 
dəyərinin  ödənilməsini  təmin  etməyə  borcludur.Emitent  buna 
iki  ay  müddətində  əməl  etməzsə,  onda  müvafiq  icra 
hakimiyyəti  orqanı  emitentin  əsassız  olaraq  əldə  etdiyi  vəsaiti 
onun əlindən almaq üçün məhkəməyə müraciət edə bilər.   
 
4.Haqsız emissiya faktlarına görə emitentin 
vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyində 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
 
 
Maddə  16. Emissiya qiymətli kağızlarına mülkiyyət  
hüququnun təsdiqlənməsi forması 
 
 
     1.Sahiblərinin  sənədləşdirilmiş  formada  buraxılan 
emissiya  qiymətli  kağızlarına  olan  hüquqları  sertifikatlarda 
(əgər  sertifikatlar  sahiblərdə  saxlanırsa),  yaxud  sertifikatlarda 
və  depozitarilərdə  depo  hesabları  üzrə  yazılarla  (əgər 
sertifikatlar  saxlanmaq  üçün  depozitarilərə  verilibdirsə)  təsdiq 
edilir.   
 
      2.Sahiblərin  sənədləşdirilməmiş  formada  buraxılan 
emissiya qiymətli kağızlarına olan hüquqları reyestr aparılması 
sistemində  -  reyestr  saxlayanda  (və  ya  emitentdə  )  olan  şəxsi 
hesablarda  yazılarla  və  ya  qiymətli  kağızlara  olan  hüquqların 
uçotu depozitaridə olduqda,depozitarilərdə depo hesabları üzrə 
yazılarla təsdiq edilir.  
 
Maddə  17. Qimətli kağızlara olan hüquqların 
 keçməsi və qiymətli kağızlarla təsbit edilmiş  
hüquqların gerçəkləşdirilməsi 
 
 
1.Təqdim edənə sənədləşdirilmiş qiymətli kağıza 
hüquq: 
 
onun sertifikatının sahibdə olduğu halda – həmin 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə