Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
 
kaçirən hüquqi və fiziki şəxslərin peşəkar fəaliyyətinin 
bu  maddədəki            növləri  ilə  eyni  zamanda  məşğul 
olmasına və qiymətli kağızlarla əməliyyat aparılmasına 
məhdudiyyətlərin  qoyulması  bu  Qanunla  və  digər 
normativ – hüquqi aktlarla tənzimlənir. 
 
Maddə 19. Broker fəaliyyəti 
 
1. Tapşırıq  və  ya  komission  müqaviləsi  əsasında  müvəkkil 
və ya komisyonçu kimi (müqavilədə onların səlahiyyəti 
barədə  göstəriş  yoxdursa  həmçinin  vəkalətnamə 
əsasında)  fəaliyyət  göstərən  hüquqi  və  ya  fiziki  şəxsin 
onun  müştərisinin  marağına  uyğun  və  onun  hesabına 
qiymətli  kağızlarla  mülki  –  hüquqi  əqdləri  bağlanması 
broker fəaliyyəti hesab olunur. 
2. Qiymətli  kağızlar  bazarının  broker  fəaliyyəti  ilə  məşğul 
olan peşəkar iştirakçısı broker adlanır. 
3. Broker komisyoner kimi hərəkət etdiyi halda, komission 
müqaviləsində  qiymətli  kağızlara  kapital  qoymaq  üçün 
nəzərdə  tutulmuş  və  ya  qiymətli  kağızların  satılması 
nəticəsində  əldə  edilmiş  pul  vəsaitinin  brokerdə 
saxlanması  haqqında  öhdəlik  və  müqavilə  şərtlərinə 
uyğun  olaraq  müştəriyə  bu  pul  vəsaitinin  qaytarılması 
vaxtına  qədər  broker  tərəfindən  istifadə  edilməsi 
hüququ nəzərdə tutula bilər. 
4. Göstərilən vəsaitin istifadə edilməsindən əldə edilmiş və 
brokerin  sərancamında  qalan  mənfəətin  bir  hissəsi 
müqaviləyə uyğun olaraq müştərinin hesabına keçirilir. 
5. Broker  saxladığı  pul  vəsaiti  hesabına  kapital 
qoyulmasından  əldə  edilən  gəlirlər  barədə  müştəriyə 
zəmanət və vəd verməmək hüququna malikdir. 
 
Maddə 20. Diler fəaliyyəti 
 


 
 
 
1. Hüquqi  şəxsin  müəyyən  qiymətli  kağızların  alış  və  (və 
ya)  satış  qiymətlərini  elan  edib,  bu  qiymətli  kağızların 
elan  edilmiş  qiymətlər  üzrə  alınması  və  (və  ya) 
satılmasını  öhdəsinə  götürməklə,öz  adından  və  öz 
hesabına  qiymətli  kağızlarla  alqı  –  satqı  əqdlərini 
bağlaması diler fəaliyyəti hesab olunur. 
2. Qiymətli  kağızlar  bazarının  diler  fəaliyyəti  həyata 
keçirən peşəkar iştirakçısı diler adlanır. 
 
Maddə 21.Qiymətli kağızların idarə olunması  
üzrə fəaliyyə
 
1. Bu  qanunun  məqsədləri  üçün  hüquqi  və  ya  fiziki  şəxs 
tərəfindən  onun  sahibliyinə  verilmiş  və  başqa  şəxsə 
mənsub olan və bu şəxsin və ya həmin şəxsin göstərdiyi 
üçüncü şəxslərin xeyrinə: 
 qiymətli kağızlarının; 
 qiymətli  kağızlara  kapital  qoyulması  nəzərdə  tutulan  pul 
vəsaitinin; 
 qiymətli  kağızların  idarə  edilməsi  zamanı  alınan  pul 
vəsaitinin  və  qiymətli  kağızların  haqq  almaqla  öz 
adından,  müəyyən  müddət  ərzində  vəkalətli  idarə 
edilməsi  qiymətli  kağızların  idarə  edilməsi  üzrə 
fəaliyyət hesab edilir. 
2. Qiymətli  kağızlar  bazarının  qiymətli  kağızların  idarə 
edilməsi  üzrə  fəaliyyəti  həyata  keçirən  peşəkar 
iştirakçısı müdiriyyət (müdir) adlanır. 
3.
   Qiymətli  kağızların  idarə  etməyə  verilməsi  üzrə 
fəaliyyətin  qaydası,  müdiriyyətin  (müdirin)  hüquqları 
və 
vəzifələri 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi ilə və müqavilərlə müəyyən edilir. 
 
Maddə 22. Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi 
üzrə fəaliyyəti (klirinq) 


 
 
 
 
1.
  Qiymətli  kağızların  göndərilməsi  üzrə  qarşılıqlı 
öhdəliklərin  müəyyən  edilməsi  (qiymətli  kağızlarla 
əqdlər üzrə məlumatın toplanması, yoxlanması, təshih 
edilməsi  və  onlar  üzrə  mühasibat  sənədlərinin 
hazırlanması)  bu  öhdəliklərin  hesaba  alınması  və 
qiymətli  kağızlar  üzrə  hesablaşma  aparılması  klirinq 
fəaliyyəti hesab olunur. 
2.
  Qiymətli  kağızlar  üzrə  klirinqi  həyata  keçirən 
təşkilatlar,  qiymətli  kağızlarla  əməliyyatlar  üzrə 
hesablaşmalar  ilə  əlaqədar  olaraq  qiymətli  kağızlar 
bazarının  onlardan  ötrü  hesablaşmalar  aparılan 
iştirakçıları ilə onların müqavilələri əsasında qarşılıqlı 
öhdəliklər  müəyyən  edilərkən  hazırlanmış  mühasibat 
sənədlərini icra üçün qəbul edirlər. 
3.
  Qiymətli kağızlarla əqdlər üzrə hesablaşmaları həyata 
keçirən klirinq təşkilatının fəaliyyəti normativ hüquqi 
aktlarla tənzimlənir. 
 
Maddə 23. Depozitari fəaliyyə
 
1.
  Qiymətli  kağızların  və  ya  onların  sertifikatlarının 
saxlanması,  yaxud  uçotu  və  qiymətli  kağızlara  olan 
hüquqların  keçməsi  üzrə  xidmətlər  göstərilməsi 
depozitari fəaliyyət hesab olunur. 
2.
  Qiymətli  kağızlar  bazarının  depozitari  fəaliyyəti 
həyata keçirən peşəkar iştirakçısı depozitari adlanır. 
3.
  Yalnız hüquqi şəxs depozitari ola bilər. 
4.
  Depozitarinin  xidmətlərindən  istifadə  edən  şəxs 
deponent adlanır.    
Depozitari  qiymətli  kağızlar  bazarında  bu  qanunun  19, 
20, 21 və 25 – ci maddələrində göstərilmiş fəaliyyət növləri ilə 
məşğul ola bilməz. 
5.Depozitari  və  deponent  arasında  depozitari  fəaliyyəti 


 
 
 
prosesində  onların  münasibətlərini  tənzimləyən  müqavilə 
depozitari  müqaviləsi  (depo  hesabı  haqqında  müqavilə) 
adlanır.Depozitari 
müqaviləsi 
yazılı 
formada 
bağlanmalıdır.Depozitari,  bağlanmış  depozitari  müqaviləsinin 
ayrılmaz  tərkib  hissəsi  olan,  onun  tərəfindən  həyata  keçirilən 
depozitari fəaliyyətinin şərtlərini təsdiq etməyə borcludur. 
 6.  Depozitari  müqaviləsinin  bağlanması  deponentin 
qiymətli  kağızlara  olan  mülkiyyət  hüququnun  depozitariyə 
keçməsinə  səbəb  olmur.Depozitarinin  depozitari  müqaviləsilə 
nəzərdə  tutulmuş,  deponentin  tapşırığı  ilə  həyata  keçirilən 
hallardan  başqa.  Deponentin  qiymətli  kağızları  haqqında 
sərəncam vermək, onları idarə etmək və ya deponentin adından 
qiymətli  kağızlarla  istənilən  hərəkətləri  həyata  keçirmək 
hüququ yoxdur.Depozitarinin deponentlə depozitari müqaviləsi 
bağlamasına qiymətli kağızlarla təsbit edilmiş hüquqların hətta 
birindən  deponentin  imtina  etməsi  şərtini  qoymaq  hüququ 
yoxdur. 
  7.  Depozitari,  onda  saxlanılan  qiymətli  kağızlar 
sertifikatlarının  qorunması  üçün  mülki  hüquqi  məsuliyyət 
daşıyır. 
   8.  Depozitarinin  öhdəlikləri  üzrə  ödəniş  deponentin 
qiymətli kağızlarına yönəldilə bilməz. 
    9.  Depozitari  müqaviləsinə  aşağıdakı  mühüm  şərtlər 
daxil edilməlidir: 
    9.1.  müqavilə  predmetinin  birmənalı  müəyyən 
edilməsi,  qiymətli  kağızlar  sertifikatlarının  saxlanması  və  (və 
ya)  qiymətli  kağızlara  olan  hüquqların  uçotu  üzrə  xidmətlər 
göstərilməsi; 
    9.2.  deponentin  depozitaridə  saxlanan  qiymətli 
kağızları  üzrə  sərəncam  verilməsi  haqqında  deponentin 
depozitariyə məlumat verməsi qaydası; 
    9.3. müqavilənin qüvvədə olduğu müddət; 
    
 
 
    9.4.  müqavilüdə  nəzərdə  tutulmuş  depozitari 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə