Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə69/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
 
buraxılması qaydaları; 
4.2.
  qiymətli kağızların ticarətə buraxılması qaydaları; 
4.3.
  əqdlərin bağlanması və tutuşdurulması qaydaları; 
4.4.
  əqdlərin qeydə alınması qaydaları; 
4.5.
  əqdlərin yerinə yetirilməsi qaydaları; 
4.6.
  qiymətlərlə 
manupulyasiyanı 
məhdudlaşdırma 
qaydaları; 
4.7.
  qiymətli  kağızlar  bazarında  ticarətin  təşkilatçısı 
tərəfindən göstərilən xidmətlərin cədvəli; 
4.8.
  yuxarıda  göstərilmiş  qaydalara  dəyişikliklər  və 
əlavələr edilməsi reqlamenti; 
4.9.
  ticarətə buraxılmış qiymətli kağızların siyahısı. 
5.Ticarətin  təşkilatçısı  tərəfindən  müəyyən  edilmiş 
qaydalara müvafiq olaraq bağlanmış hər əqd haqqında 
istənilən maraqlı şəxsə aşağıdakı məlumat verilir: 
5.1.
  əqdin mağlanması tarixi və vaxtı; 
5.2.
  əqdin predmeti oan qiymətli kağızın adı; 
5.3.
  qiymətli kağızların dövlət qeydiyyatı nömrəsi; 
5.4.
  bir qiymətli kağızın qiyməti; 
5.5.
  qiymətli kağızın sayı. 
 
V FƏS L. FOND B RJASI 
Maddə 26. Fond birjası 
 
1. Fond  birjası  –  müstəsna  olaraq  fəaliyyət  predmeti 
qiymətli kağızların normal tədavülü üçün zəruri şəraitin 
yaradılması,  onların  bazar  qiymətlərinin  müəyyən 
edilməsi (qiymətli kağızlara), həmçinin  onlar haqqında 
lazımım  informasiyanın  yayılması,  qiymətli  kağızlar 
bazarı  iştirakçılarının  yüksək  peşəkarlıq  səviyyəsi 
nümayiş  etdirmək  üçün  şərait  yaradılması  olan 
təşkilatdır. 
Fond  birjası  qiymətli  kağızlar  bazarında  ticarətin 
təşkilatçısı  kimi,  depozitari  fəaliyyəti  ilə  qarçiliqlı 


 
 
 
öhdəliklərin  müəyyən  edilməsi  (klirinq)  fəaliyyəti  istisna 
olmaqla digər fəaliyyət növləri ilə məşğul ola bilməz. 
2.Fond  birjası  qapalı  səhmdar  cəmiyyəti  formasında 
yaradılır. 
3.Fond  birjası  yalnız  birja  üzvləri  arasında  ticarəti  təşkil 
edir.Qiymətli  kağızlar  bazarının  digər  iştirakçıları 
birjada  yalnız  birja  üzvlərinin  vasitəçiliyi  ilə 
əməliyyatlar apara bilərlər. 
4.Fond  birjası  öz  fəaliyyətini  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata 
keçirilir. 
5.Fond  birjasının  qulluqçuları  qiymətli  kağızlar  bazarının 
peşəkar  iştirakçılarının  təsisçiləri  və  içtirakçıları  ola 
bilməzlər,  həmçinin  fond  birjasının  fəaliyyətində 
sahibkarlar sifətində sərbəst iştirak edə bilməzlər. 
6.Fond  birjası  üzvləri  arasında,  fond  birjası  üzvləri  ilə 
onların  müştəriləri  arasında  yaranan  mübahisələrə 
məhkəmədə və münsiflər məhkəməsində baxıla bilər. 
 
Maddə 27. Fond birjasının üzvləri 
 
Bu  Qanunun  IV  fəsilində  göstərilən  fəaliyyəti  həyata 
keçirən,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları 
fond  birjasının  üzvləri  ola  bilərlər.  Fond  birjası  üzvlüyünə 
daxil  olmaq,  fond  birjası  üzvlüyündən  çıxmaq  və  xaric 
edilmək  qaydası,  habelə  fond  birjasında  üzvlərin 
fəaliyyətinin  qaydaları  onun  nizamnaməsi  və  digər  daxili 
normativ aktları ilə müəyyən edilir. 
Fond  birjasının  üzvlərinə  aid  olan  daxili  normativ  aktlar 
fond  birjası  tərəfindən  onun  üzvlərinin  təklifləri  nəzərə 
alınmaqla müstəqil müəyyən edilir. 
 
Maddə 28. Fond birjasının əsas hüquqları və vəzifələri 
 


 
 
 
1.Fond birjası bu Qanunun tələblərinə uyğun olaraq ticarət 
salonunuda  əqdlərin  bağlanmasının,  əqdlər  üzrə 
hesablaşmaların  və  uçotun  qaydasını,  fond  birjasının 
fəaliyyəti  ilə  əlaqədar  olan  müxtəlif  qaydaları  və 
sənədləri müstəqil işləyib hazırlayır və təsdiq edir. 
2.Fond birjası: 
  onun  üzvlərinin  birja  əqdlərində  iştirakı  üçün  aldıqları 
haqdan fond birjasının xeyrinə atrılmaların; 
  fond  birjası  tərəfindən  göstərilən  xidmətlərə  görə  fond 
birjası  üzvlərinin  verdikləri  qəbul  və  üzvlük  haqlarının  və 
başqa ödəmələrin; 
  fond  birjasının  nizamnaməsinin,  onda  ticarət  qaydalarının 
və  fond  birjasının  digər  daxili  sənədlərinin  tələblərinin 
pozulmasına görə ödənilən cərimələrin miqdarının və yığılması 
qaydasının müəyyən edir. 
3.Fond  birjası  birjada  tədavülə  buraxılmış  qiymətli 
kağızların siyahıya daxil edilməsi (listinq) və siyahıdan 
çıxarılması  (delistinq)  üsulunu  müəyyən  edilmiş 
qaydada müstəqil müəyyən edir. 
4.Fond  birjası,  onun  üzvlərinə  əqdlərin  aparıldığı  yer  və 
vaxt  haqqında,  birjada  tədavülə  buraxılmış  qiymətli 
kağızların siyahısı və qiymətləri (kotirovkası) haqqında, 
ticarət  sesiyasının  nəticələri  haqqında  xəbər  vermək 
yolu ilə aparılan ticarətin aşkarlığını və açıqlığını təmin 
etməyə borcludur. 
5.Fond  birjasının  onun  üzvləri  tərəfindən  birja  əqdləri 
bağlanmasına  görə  yığılan  haqqın  həmçini  müəyyən 
etmək hüququ yoxdur. 
6.Yerləşdirmə  və  tədavül  prosesində  bu  Qanunla  nəzərdə 
tutulmuş  emissiya  prosedurunu  keçmiş  və  fond  birjası 
tərəfindən onun daxili sənədlərinə uyğun olaraq birjada 
tədavülə  buraxılmış  qiymətli  kağızlar  siyahısında  daxil 
edilmiş  qiymətli  kağızlar  fond  birjasında  tədavülə 
buraxılır. 


 
 
 
 
Maddə 30. “Fond birjası” ifadəsindən istifadə edilməsi 
 
Yalnız  qiymətli  kağızlarla  birja  ticarəti  aparılması  hüququ 
üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş 
qaydada xüsusi razılıq almiş fond birjası öz adından “ Fond 
birjası ” sözlərindən istifadə edə bilər. 
 
    
VI FƏS L. YEKUN MÜDDƏALAR 
 
Maddə 30. Qiymətli kağızlarbazarında xidməti 
məlumatdan istifadə edilməsi 
 
1.Bu Qanunun məqsədləri üçün emitent və onun tərəfindən 
buraxılmış  qiymətli  kağızlar  haqqında  kütləvi  olmayan 
(hamı  üçün  nəzərdə  tutulmayan)  məlumata  malik  olan 
şəxsləri  öz  xidməti  vəziyyəti,  əmək  vəzifələri  vəya 
emitentlə  bağlanmış  müqavilə  səbəbindən  qiymətli 
kağızlar  bazarının  digər  subyektləri  ilə  müqayisədə 
üstün  vəziyyətə  qoyan  hər  hansı  məlumat  xidməti 
məlumat hesab edilir: 
2.Xidməti  məlumata  malik  olan  şəxslərin  bu  məlumatdan 
əqdlər bağlamaq üçün istifadə etmək, həmçinin xidməti 
məlumatı  əqdlər  bağlamaq  üçün  üçüncü  şəxslərə 
vermək hüququ yoxdur. 
3.Bu  tələbi  yerinə  yetirməyən  şəxslər  Azərbaycan 
Respublikası 
qanunvericiliyinə 
uyğun 
olaraq 
məsuliyyətə cəlb edilirlər. 
 
 
Maddə 31. Qiymətli kağızlar haqqında qanunvericiliyin 
                   Pozulmasına görə məsuliyyə
 
1.Bu  Qanunun  və  qiymətli  kağızlar  haqqında  Azərbaycan 


 
 
 
Respublikasının 
başqa 
qanunvericilik 
aktlarının 
pozulmasına  görə  şəxslər  Azərbaycan  Respublikasının 
mülki,  inzibati  və  ya  cinayət  qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar. 
2.Qiymətli  kağızlar  haqqında  Azərbaycan  Respublikasının 
qanunvericiliyinin  pozulması  nəticəsində  dəyən  zərər 
Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 
tutulmuş qaydada ödənilməlidir. 
3.Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının, 
reklamda təqdim edilən məlumat da daxil olmaqla, qiymətli 
kağızlar,  emissiya  qiymətli  kağızlarının  emitentləri, 
qiymətli  kağızların  qiymətləri  haqqında  qəsdən  təhrif 
olunmuş  məlumat  təqdim  etmək  yolu  ilə  qiymətli  kağızlar 
bazarında  qiymətlərdə  manupulyasiya  etmək  və  qiymətli 
kağızları  almaq  və  satmaq  üçün  məcbur  etmək  hüququ 
yoxdur. 
Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən 
göstərilən  hərəkətlərin  edilməsi  onlara  verilmiş  xüsusi 
razılığın dayandırılması və ya ləğv edilməsi üçün əsasdır. 
4.Qiymətli  kağızlar  bazarında  qiymətlərlə  manupulyasiya 
edilməsi faktı məhkəmə qaydasında müəyyən edilir. 
5.  Qiymətli  kağızların  haqsız  emissiyasını  həyata  keçirən 
emitentlərə qarşı müvafiq icra hakimiyyəti orqanı; 
5.1.  haqsız  emissiya  nəticəsində  buraxılmış  qiymətli 
kağızların 
bundan 
sonrakı 
yerləşdirilməsinin 
dayandırılması üçün tədbirlər görür; 
5.2.  haqsız  emissiya  faktı  və  haqsız  emissiya  nəticəsində 
buraxılmış 
qiymətli 
kağızların 
yerləşdirilməsinin 
dayandırılması  üçün  əsaslar  haqqında  məlumatı  kütləvi 
informasiya vasitələrində dərc etdirir; 
5.3.  emitent  tərəfindən  qiymətli  kağızların  haqsız 
emissiyası ilə əlaqədar olan pozuntuların aradan qaldırıldığı 
halda  qiymətli  kağızların  sonrakı  yerləşdirilməsinə  icazə 
verilməsi haqqında yazılı göstəriş verir. 


 
 
 
6.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq  qeydiyyat  orqanının  tələbi  ilə,  həmçinin  qiymətli 
kağızlar  bazarı  sahəsində  tənzimlənmə  funksiyalarını 
həyata  keçirən  digər  dövlət  orqanlarının  tələbləri  ilə 
qiymətli kağızların buraxılışı etibarsız hesab edilə bilər. 
7.  Qiymətli  kağızlar  buraxılışının  etibarsız  hesab  edilməsi 
qiymətli  kağızların  qeydə  alınmasının  və  ya  emissiyasının 
müəyyən  edilmiş  qaydasının  pozulması  ilə  buraxılmış 
qiymətli  kağızların  tədavüldən  çıxarılmasına  və  qiymətli 
kağızların  ödənilməsi  hesabına  emitentin  aldığı  pul 
vəsaitinin  (başqa  əmlakın)  sahiblərə  qaytarılmasına  səbəb 
olur. 
8.  Qiymətli  kağızlar  bazarında  xüsusi  razılıq  olmadan 
peşəkar fəaliyyətinin aparılması qeyri – qanunidir. 
9.  Qiymətli  kağızlar  bazarında  peşəkar  iştirakçılarının 
qiymətli  kağızlarının  emitentlərinin,  həmçinin  onların 
vəzifəli  şəxslərinin  müvafiq  icra  hakimiyyəti  orqanının 
qiymətli  kağızlar  haqqında  Azərbaycan  Respublikası 
qanunvericiliyinin  pozulmasını  aradan  qaldırmaq  və 
məsuliyyət  tədbirləri  tətbiq  etmək  barədə  hərəkətlərindən 
Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 
tutulmuş qaydada şikayət etmək hüququ vardır. 
 
Maddə 32. “Qiymətli kağızlar və fond birjaları 
haqqında” Qanunun qüvvədən düşməsi 
 
“ Qiymətli kağızlar və fond birjaları haqqında ” 24 noyabr 
1992  –  ci  il  tarixli  383  saylı  Azərbaycan  Respublikası 
Qanunu  bu  Qanunun  qüvvəyə  mindiyi  gündən  qüvvədən 
düşür. 
 
 
 
   
Azərbaycan Respublikasının Prezidenti        
 
 
   
  HEYDƏR  ƏL YEV                  
 


 
 
 
 
 
 
 
 
 
“ Q YMƏTL  KAĞIZLAR HAQQINDA” 
AZƏRBAYCAN RESPUBL KASIQANUNU 
TƏTB Q ED LMƏS  BARƏDƏ 
 
AZƏRBAYCAN RESPUBL KASI PREZ DENT N N 
FƏRMANI 
 
“  Qiymətli  kağızlar  haqqında  ”  Azərbaycan  Respublikası 
Qanunun  qüvvəyə  minməsi  ilə  əlaqədar  həmin  Qanunun 
tətbiq  edilməsini  təmin  etmək  məqsədilə  QƏRARA 
ALIRAM: 
 Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 
tapşırılsın ki, bir ay müddətində:                                                                                              
   –  qüvvədə  olan  qanunvericilik  aktlarının  “Qiymətli  kağızlar 
haqqında” 
 
Azərbaycan 
Respublikasının 
Qanununa 
uyğunlaşdırılması 
barədə 
təkliflərini 
Azərbaycan 
respublikasının Prezidentinə təqdim etsin; 
   –  “  Qiymətli  kağızlar  haqqında  ”  Azərbaycan  Respublikası 
Qanunun 
qəbul 
edilməsi 
ilə 
əlaqədar 
Azərbaycan 
Respublikasının Prezidenti yanında “ Qiymətli kağızlar və fond 
bazarı  üzrə  komissiya  haqqında  ”  Əsasnamənin  layihəsini  və 
komissiyanın  tərkibi  barədə  təkliflərini  hazırlayıb  təsdiq 
olunmaq  üçün  Azərbaycan  Respublikasının  Prezidentinə 
təqdim etsin. 
   –  “  Qiymətli  kağızlar  haqqında  ”  Azərbaycan  Respublikası 
Qanunun  3  –  cü  maddəsinin  2  –  ci  hissəsində,  4  –  cü 
maddəsinin 4 – cü və 5 – ci hissələrində, 5 – ci maddəsinin 3 – 
cü, 5 – ci və 6 – cı hissələrində, 6 – cı maddəsinin 2 – ci və 6 – 


 
 
 
cı hissələrində, 8 – ci maddəsinin 7 – ci və 9 – cu hissələrində, 
12 – ci maddəsinin 4 – hissəsində, 13 – cü maddəsinin 4 – və 5 
–  ci  hissələrində,  15  –  ci  maddəsinin  2  –  ci  və  3  –  cü 
hissələrində, 24 – cü maddəsinin 11 – ci hissəsində və 31 – ci 
maddəsinin  5  –  ci  və  9  –  cu  hissələrində  nəzərdə  tutulmuş  “ 
müvafiq  icra  hakimiyyəti  orqanı  ”  nın  səlahiyyətlərini  həyata 
keçirən  icra  hakimiyyəti  orqanlarına  dair  təkliflərini 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
    –Həmin Qanunun5 – ci maddəsinin 2 – ci hissəsində nəzərdə 
tutulmuş  qeyri  –  emissiya  qiymətli  kağızlarının  qeydiyyatı, 
buraxılmasıvə 
tədavülü 
qaydaları 
barədə 
təkliflərini 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
    –  Həmin  Qanunun  5  –  ci  maddəsinin  3  –  cü  hissəsində 
nəzərdə  tutulmuş  dövlət  və  bələdiyyə  qiymətli  kağızlarının 
buraxılması  qaydaları,  onların  yerləşdirilməsi  və  tədavülü 
şərtləri  baradə  təkliflərini  Azərbaycan  Respublikasının 
Prezidentinə təqdim etsin; 
    –  Həmin  Qanunun  8  –  ci  maddəsinin  7  –  ci  hissəsində 
nəzərdə 
tutulmuş 
emissiya 
qiymətli 
kağızlarının 
sertifikatlarının  məcburi  rekvizitləri  barədə  təkliflərini 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;                        
    –  Həmin  Qanunun  8  –  ci  maddəsinin  9  –  cu  hissəsində 
nəzərdə  tutulmuş  qiymətli  kağızlara  qoyulan  tələblər  və 
qiymətli  kağızları  çap  edən  orqanlarının  fəaliyyətinin 
tənzimlənməsi  qaydaları  barədə  təkliflərini  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin;                                                                          
     –  Həmin  Qanunun  13  –  cü  maddəsinin  4  –  cü  hissəsində 
nəzərdə  tutulmuş  emissiya  baş  tutmadığı  halda  investorların 
vəsaitinin  qaytarılması  qaydası  barədə  təkliflərini  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin;         
     –  Həmin  Qanunun  21  –  ci  maddəsinin  3  –  cü  hissəsində 
nəzərdə  tutulmuş  qiymətli  kağızların  idarə  etməyə  verilməsi 
üzrə  fəaliyyətin  qaydası  müdiriyyətin  (müdirin)  hüquqları  və 
vəzifələri  barədə  təkliflərini  Azərbaycan  Respublikasının 


 
 
 
Prezidentinə təqdim etsin; 
    –  Həmin  Qanunun  22  –  ci  maddəsinin  3  –  cü  hissəsində 
nəzərdə 
tutulmuş 
qiymətli 
kağızlarla 
əqdlər 
üzrə 
hesablaşmaları  həyata  keçirən  klirinq  təşkilatının  fəaliyyətini 
tənzimləyən  normativ  hüquqi  aktının  layihəsini  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
    –  Həmin  Qanunun  31  –  ci  maddəsinin  6  –  cı  hissəsində 
nəzərdə  tutulmuş  qiymətli  kağızların  buraxılışının  etibarsız 
hesab  edilməsi  halları  barədə  təkliflərini  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
   –  Qiymətli  kağızlar  haqqında  qanunvericiliyin  pozulmasına 
görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının 
layihəsini hazırlayıb  Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin; 
   –  Nazirlər  Kabinentinin  müvafiq  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının  normativ  hüquqi  aktlarının  həmin  qanuna 
uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan 
Respublikasının Prezidentinə məlumat versin; 
   – Öz səlahiyyətləri daxilində “ Qiymətli kağızlar haqqında ” 
Azərbaycan  Respublikası  Qanunundan  irəli  gələn  digər 
məsələləri həll etsin. 
    2. Müəyyən edilsin ki: 
    –  “  Qiymətli  kağızlar  haqqında  ”  Azərbaycan  Respublikası 
Qanunun 5 – naddəsinin 4 – hissəsində və 29 – cu maddəsində 
nəzərdə  tutulmuş  “  müvafiq  icra  hakimiyyəti  orqanı  ”  nın 
səlahiyyətlərini 
Azərbaycan 
Respublikasının 
Nazirlər 
Kabinenti həyata keçirir; 
 
    –  Həmin  Qanunun  26  –  cı  maddəsinin  4  –  cü  hissəsində 
nəzərdə  tutulmuş  “  müvafiq  icra  hakimiyyəti  orqanı  ”  nın 
səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 
həyata keçirir.  
 
Azərbaycan Respublikasının Prezidenti           


 
 
 
HEYDƏR  ƏL YEV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə