Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   10   ...   69

 
 
 
istehsal  vasitələri)  və  pərakəndə  (zinət  əşyaları,  incəsənət 
əsərləri, antikvar şeylər və s.) qaydada satışa qoyulurlar.  
Müasir  dövrdə  bütün  birjaların  hamısından  əmtəə 
birjaları  daha  çox  seçilir,  çünki  onların  vasitəsilə  satılan 
məhsulların həcminin və məbləğinin xüsusi çəkisi daha yüksək 
almaqla,  əmtəə  birjalarında  satışa  çıxarılan  məhsullar  konkret 
maddi  qiymətlilər  olduğundan  onlar  digər  əmtəələrə  nisbətən 
ayrı-ayrılıqda  və  ümumən  cəmiyyətin  həyatında  daha  böyük 
əhəmiyyət və üstünlüklərə malikdir.  
Əmtəə birjası dedikdə daimi və ya vaxtaşırı fəaliyyət 
göstərən  istehsal  vasitələri  ya  da  istehlak  məhsulları 
bazarlarının  yeni  mütərəqqi  növü  başa  düşülür.  Bir  sıra  kiçik 
ölkələrin  təcrübəsi  göstərir  ki,  onların  ərazisində  fəaliyyət 
göstərən  əmtəə  birjalarının  çoxunda  əsasən  geniş  çeşidli  və 
siyahılı  məhsullar  satışa  çıxarılır.  Lakin,  ərazisi  və  əhalisinin 
sayı böyük olan əksər ölkələrdə, onlar müəyyən adda əmtəələr 
üzrə  ixtisaslaşmağa  meyl  edirlər.  Misal  üçün,  Nyu-York 
şəhərindəki  pambıq  birjası  1868-ci  ildən,  kofe  və  qənd  birjası 
1888-ci  ildən,  kakao  birjası  1925-ci  ildən  fəaliyyət  göstərir. 
Rusiyada  ilk  birja  I  Pyotr  tərəfindən  1703-cü  ildə  təsis 
edilsişdir. Həmin Sankt-Peterburq şəhərində fəaliyyət göstərən 
birja  təxminən  130  il  ərzində  ucsuz-bucaqsız  Rusiya 
məkanında  yeganə  olaraq  qalmışdır.  Yalnız  1861-ci  ildə 
təhkimçilik  sistemi  ləğv  edildikdən  və  kapitalizmin  inkişafı 
üçün  ilkin  münbit  şərait  yaradıldıqdan  sonra  Rusiyada 
birjaların  bütün  növləri  geniş  yayılmağa,  eləcədə  birja 
ticarətinin  növləri  və  formaları  inkişaf  etməyə  başlamışdır
1

Fəqət,  sivil  yolla  kapitalizmə  keçməklə  ictimai-  siyasi 
tərəqqinin  bu  nailiyyətləri  Çar  Rusiyasını  qabaqcıl  Avropa  və 
dünyavi  dövlətlər  sırasına  çıxara  biləcəyi  halda,  1917-ci  ilin 
oktyabr  inqilabi  nəticəsində  bu  ölkə  təbii-tarixi  məcarasından 
zorla  çıxarılaraq,  mütərəqqi  inkişaf  yolundan  təxminən  bir 
                                                 
1
  Рыночная  экономика.  Учебник.  В  3-х  темах,  Т.2,  Ч.2.  «Основы 
бизнеса». СОМИНТЭК 1992, с. 102 


 
 
 
əsrlik  müddətə  uzaq  düşmüşdür.  Azərbaycan  Respublikasında 
isə  bu  hadisə  1920-ci  ilin  aprel  ayında  Rusiyadan 
transformasiya 
edilərək 
11-ci 
qızıl 
ordu 
tərəfindən 
reallaşdırılmışdır. Buna baxmayaraq ilk Sovetləşdirmə illərində 
yeni  iqtisadi  siyasət  dövründə  iqtisadiyyatı  dirçəltmək 
məqsədilə  ticarət  formaları  və  o  cümlədən  əmtəə  birjaları 
təzədən  bərpa  edilməyə  başlamışlar.  Lakin  təxminən  on  il 
onların  imkanlarından  kifayət  qədər  bəhrələndikdən  sonra 
bütün  birjalar  sosializmə  yad  olan  elementlər  kimi  tamamilə 
ləğv  edilmişdir.  Nəhayət  yalnız  90-cı  illərin  əvvəllərində 
Sovetlər  ölkəsinin  dağılması  ərəfəsində  birjalar  dövrün 
tələblərinə  cavab  verə  biləcək  daha  münasib  mütərəqqi  ticarət 
formaları kimi təzədən qurulmağa başladılar.  
 
 
1.2. Birja ticarətinin müasir dünya iqtisadiyyatında rolu
 
Birjaların  tərəqqisi  cəmi  dünya  iqtisadiyyatı  və 
ümumbəşər  istehsal  və  idarəetmə  mədəniyyətləri  ilə 
əlaqədardır.  qtisadçı-alimlərin  qeyd  etdiyi  kimi,  artıq  üç  min 
ilə  yaxındır  ki,  birjalar  yer  üzərində  həyatın  beşiyi  sayılan 
ölkələrdə  ictimai  istehsalın  təşkili  və  sivil  insanlararası 
münasibətlərdə  tərəqqinin  yüksək  meyarının  təcəssümü  kimi 
çıxış edirlər. 
Müasir  dünya  iqtisadiyyatının  formalaşması  və 
inkişafında  birjaların  rolu  durmadan  artır  və  müstəsna 
əhəmiyyət kəsb etməsi fakta çevrilir.  
Birjaların  başlıca  məqsədi,  eləcədə  vəzifələri  və 
funksiyalarının  təyinatı  əmtəələr,  qiymətli  kağızlar,  xarici 
valyutalar  və  işçi  qüvvəsinin  alqı-satqı  proseslərini 
sadələşdirmək,  asanlaşdırmaq,  az  vaxt  və  vəsait  sərf  edərək 
reallaşdırmaqdan 
ibarətdir. 
Məhz 
birjaların 
vasitəsilə 
cəmiyyətin  maddi,  əmək,  maliyyə  və  digər  imkanları  səfərbər 
edilərək,  hərəkətə  gətirilir,  bölünüb  və  təkrarən  bölünərək,  ən 
yüksək  mənfəət  vəd  edən  sahələrin  inkişafına  yönəldilir. 


 
 
 
Bununla  birjalar  bazar  mexanizminin  işə  düşüb  fəaliyyət 
göstərməsinin  ən  zəruri  alətlərindən  birinə  çevrilir.  Onların 
fəaliyyəti  ilə  cəmiyyətin  istehsal  potensialının,  o  cümlədən 
maddi  ehtiyatlar,  sərmayələr,  istehlak  və  yığım  imkanlarından 
səfərbər  edilməsinə  və  kompleks  şəkildə  birgə  işləyib 
yaratmasına nail olunur. 
Ümumiyyətlə,  müasir  dövrdə  birjalar  məhsuldar 
qüvvələrdən  geniş  olan  maddi-texniki  bazanı,  konkret  olaraq 
maddi,  maliyyə  imkanları,  investisiya  və  innovasiya 
vəsaitlərinin  bütün  dünya  miqyası  və  milli  iqtisadiyyatlar 
çərçivəsində  cəmləşdirici  (akkumulyativ)  vəzifəsini  yerinə 
yetirirlər. 
Qeyd  edildiyi  kimi,  birjalar  bazarın  ayrılmaz 
elementləri olan azad tələb, təklif və qiymətlərə uyğun olaraq, 
ölkələrin təmərküzləşmiş maddi, maliyyə və s. potensiallarının 
ayrı-ayrı  dövlətlərin  milli  iqtisadiyyatları  arasında  bölgüsünü 
tənzimləyərək, 
dünya 
iqtisadiyyatının 
qloballaşmasında 
yaxından iştirak edirlər.  
Müasir  dövrdə  birjaların  daima  dəyişən  bazar 
vəziyyətlərinin  nəzarətedici  sisteminə  çevrilməsi  və  bu  işdə 
rolunun güclənməsi təkzibedilməzdir, çünki bazar qanunları ilə 
yaşayan və birjaları olan hər bir dövlət beynəlxalq iqtisadiyyata 
inteqrasiyaya  qoşulmadan  yaşayıb  fəaliyyət  göstərə  bilməz. 
Məhz  bunun  üçün  birja  ticarətinin  obyektinə  çevrilmiş 
müəyyən  məhsullara  tələb,  təklif  və  qiymətlərin  ciddi 
tərəddüdləri yer kürəsinin müxtəlif guşələrində iqtisadi və hətta 
siyasi proseslərdə öz əksini tapırlar. Buna görə təsadüfi deyildir 
ki,  hər  bir  birja  müasir  dövrdə  ətraf  mühitdəki  ictimai  və 
iqtisadi  hadisələrə  həssaslıqla  reaksiya  verir  və  bununla  ayrı-
ayrı  şirkət,  birlik  və  hətta  ölkələrin  sabitliyi  və  çiçəklənmə 
indikatoruna çevrilirlər.  
Birjalar  vasitəsilə  müxtəlif  dövlətlər,  istehsalçı 
şirkətlər,  kommersiya  müəssisələri  və  hətta  bazarın  istənilən 
subyektləri  məhsul  satışı  üzrə  öz  iqtisadi  siyasətlərini 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə