münasibətlərini maddi maraq əsasında qururlar. Lakin onu da
unutmaq lazım deyil ki, müasir şəraitdə məsələ birjaların
kəskinləşən rəqabət şəraitində həyatiliyini təsdiq etməklərindən
ibarət deyil, problem həmin birjalar vasitəsilə xalq təsərrüfatı
və iqtisadiyyatın bütün sahələrinin inkişafına müsbət təsir
göstərməkdən
asılıdır.
Nəhayət,
birjalar
müxtəlif
bisnesmenlərlə mənfəət əldə etmək üçün özü-özünə yaradılmış
müəssisələr deyil, onlar əmtəə-pul münasibətlərini daha sivil
xarakterli etmək üçün və bazarın işləmə mexanizmini təmin
etmək məqsədilə bir çox əmtəə istehsalçıları, kommersiya
qurumları və dövlətin birgə səyləri nəticəsində araşdırılıb
tapılıb və sınaqdan çıxarılmış mütərəqqi təsərrüfatçılıq və
ticarət sistemi vasitəsidir. Bütün bu şərtlər bazar iqtisadiyyatı
subyektlərini məcbur edir ki, öz daxili və xarici münasibətlərini
iqtisadi təhlil etmək və proqnozlaşdırmaq üçün effektli sistem
yaratsınlar. Təcrübədə bu proses iqtisadi təhlil vasitəsilə xarici
mühitdə kəşviyyat aparılmasını xatırladır və alınmış nəticələrə
uyğun öz fəaliyyətinin planlaşdırılmasına imkan verir.
Təxminən bu cür də əmtəə və digər birjalarda analitik iş təşkil
olunur. Lakin, birjaların təsərrüfat-iqtisadi və maliyyə
vəziyyətinin təhlilini heç vaxt onların adi məhsulları satdığı
zaman və fyuçers və opsion sövdələşməsi prosesində istifadə
etdikləri analitik işlə qarışdırmaq lazım deyil. Əmtəə
birjalarının nizamnaməsinə əsasən birjanın işçiləri – klerkləri
birbaşa ticarət əməliyyatlarında iştirak edərək, satıcı və ya
alıcıların maraqları mövqeyindən çıxış edə bilməzlər
(ixtiyarları yoxdur). Bu kimi işləri brokerlər, dilerlər, hecerlər,
dəllallar, nəhayət birja üzvləri və b. görməlidirlər.
Birja işçiləri – klerkləri və birja iştirakçıları arasında
fəaliyyət sahələrinin ciddi bölünməsi və qadağanlar onların
nizamnamələri ilə yanaşı, müxtəlif növ birjalar haqqında
qanunlarda da əksini tapmışdır. Misal üçün, «Əmtəə birjası
haqqında» Azərbaycan Respublikası qanunun 11-ci, «Qiymətli
kağızlar və fond birjaları haqqında» qanunda isə 39-cu
maddələrində bu haqda açıq yazılıb. Həmin vəziyyət birjada
çalışanlar
və
birja
üzvlərinin
fəaliyyət
dairələrini
müəyyənləşdirməklə yanaşı, onlar tərəfindən həyata keçirilən
iqtisadi təhlilin hüdudlarını müəyyənləşdirir. Belə ki, əksər
hallarda birja işçiləri birjanın təsərrüfat-iqtisadi və maliyyə
baxımından təhlilində, həmçinin marağında olan tərəflərin
tələbatlarını və istəklərini ödəmək üçün birjanın maddi-texniki
bazasının qiymətləndirilməsi və inkişaf etdirilməsi məqsədi
güdürlər. Birja ticarəti prosesində brokerlər, dilerlər və
digərləri kimi çıxış edən alıcı və satıcılar tələb, təklif,
qiymətlər, konyuktur və bazarın tutumu, rəqabət recimi və s.
tədqiq etmək üçün «… ənənəvi iqtisadi təhlildən (onu əsaslı
adlandırırlar) və yalnız birjalarda istifadə edilən spesifik
(texniki və ya mexaniki) təhlildən …»
1
istifadə edirlər.
Onu qeyd edək ki, fundamental – asılı təhlil vasitəsilə
tələb və təklif öyrənildikcə qiymətlərin dəyişməsinə təsir
göstərən daxili amillər aşkar edilir. Texniki təhlil isə məhsul
satışı, tələb, təklif və s. səviyyəsini dioqramlar, qrafiklər
qurulması və onların köməyilə bazarda qiymətlərin
tərəddüdlərini, onlardakı fərqləri izləyərək, mənfəətlilik
dərəcəsini müəyyənləşdirmək olur. Beləliklə, əmtəə və digər
növ birjalarda iqtisadi və texniki təhlil problemlərinə müxtəlif
səviyyəli və maraqlı birja ticarəti subyektləri müraciət etdiyinə
baxmayaraq, onlar biri-biri ilə sıx əlaqədardır. Belə ki, texniki
təhlil nəticələrində birja xərcləri, müştərilər arasında vasitəçi
kimi çıxış edən broker və dilerlər əmtəə dövriyyəsini
artırmağa, satılan məhsulun çeşidini optimallaşdırmağa və
mənfiəət normalarını yüksəltdikdəri üçün, birjaların da
mədaxilinə əlavə vəsaitlər daxil olaraq, onları işçilərinin
əməkhaqqı və həvəsləndirmə fondlarını artırmaq, maddi-
texniki bazasını möhkəmləndirmək sahəsində yeni imkanların
açılmasına nail olrlar. Bütün bu məsələlərlə əlaqədar, birjalarda
1
Дегтярова О.И., Кандинская О.Н. Биржевое дело: учебник для вузов.
М.: Банки и биржи. ЮНИТИ, 1997, с. 318.
çalışan və onun fəaliyyətini təmin edən işçilər bilavasitə satıcı,
alıcı
və
müxtəlif
tip
vasitəçilərin
maliyyə-iqtisadi
problemlərinə biganə deyillər. Çünki onların qarşılıqlı maddi
marağı və birgə fəaliyyətlərindən bazarda işgüzar fəallıq və
birjaların özlərinin xüsusi təyinatlı bazar infrastrukturu
şəbəkəsi kimi mövcud olması bilavasitə əlaqədardır.
Bazar iqtisadiyyatının tam formalaşmaması, dərin
iqtisadi böhran, təşkilati-hüquqi bazının qeyri-tamamlığı, bazar
infrastruktur sahələrinin yarımçılıqlığı, icra və nəzarətedici
strukturlarının təşkilindəki çatışmamazlıqlar və s. əlaqədar
Azərbaycanın milli iqtisadiyyatında yaranan problemlər
müxtəlif növ əmtəələrin birja ticarəti üzrə tam miqyaslı iqtisadi
və texniki təhlil aparmağı qeyri-mümkün edir. Bundan əlavə,
başlıcası isə ondan ibarətdir ki, sağlam və tam miqyaslı əmtəə
bazarı, fyuçers və opsion birjaları və onlar kimi vacib bazar
infrastrukturları şəbəkələri hələlik tam formalaşmayıb. Bununla
əlaqədar diqqətimizi Bakı şəhərində 1991-ci ilin əvvəlindən
fəaliyyət göstərən respublika əmtəə birjasının təsərrüfat-
iqtisadi və maliyyə vəziyyətinin ümumi təhlilinin bəzi
cəhətlərində cəmləşdirək.
Azərbaycan
Respublikası
əmtəə
birjasının
yaradıldığından cəmi on səkkiz il vaxt keçsə də, bu müddət
ərzində ölkədə dörd dəfə hökumət dəyişib və xalq təsərrüfatını
ardı-arası kəsilmədən iqtisadi və siyasi böhranlar lərzəyə
gətirərək, cəmiyyətdə durmadan sosial gərginliklər yaradır və
istər-istəməz birjanın fəaliyyəti göstəricilərinə mənfi təsir
göstərirdi. Respublika əmtəə birjasının maliyyə-iqtisadi
göstəricilərini gətirməzdən əvvəl onun işçiləri, təsisçiləri,
üzvləri və brokerlərinin tərkibinə diqqət yetirək (Cədvəl 1).
Cədvəl 1.
llər
Dostları ilə paylaş: |