Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   2   3   4   5   6   7   8   9   ...   32


 
və  onun  əldə  edilən  səhm  paketinə  düşən  payının,  eləcə  də 
biznesdən mümkün gələcək gəlirlərin qiymətləndirilməsi. 
3) 
Müəssisənin 
bütövlükdə 
 
və 
ya 
hissələr 
üzrə 
qiymətləndirilməsi 
halında 
onun 
dəyərinin 
müəyyən 
edilməsi.Müqavilənin  pozulması  və  ya  tərəfdaşlardan  birinin 
çıxması halında sahiblərin payının müəyyən edilməsi üçün çox 
vaxt müəssisənin qiymətləndirilməsi zərurəti meydana çıxır. 
4)Müəssisənin 
strukturunun 
yenidən 
qurulması. 
Bazar 
qiymətləndirilməsinin aparılması müəssisənin ləğvi, birləşməsi 
və  ya  müstəqil  müəssisələrin  holdinqin  tərkibindən  çıxması 
halında ehtimal olunur.  
5)  Müəssisənin  inkişaf  planının  işlənib  hazirlanması.  Strateji 
planlaşdırma  prosesində  firmanın  gələcək  gəlirlərini,  onun 
dayanıqlığı dərəcəsini və imicin dəyərliliyini qiymətləndirmək 
vacibdir. 
6)  Müəssisənin  kredit  qabiliyyətliliyinin  və  girovun  dəyərinin 
müəyyən  edilməsi.  Xüsusi  riskləri  istisna  etmək  üçün 
kreditorlar 
borc 
götürənlərin 
maliyyə 
vəziyyətini 
qiymətləndirməlidirlər. 
7) Sığorta. Sığortalama prosesində itkiyə məruz qalan ərəfəsində 
aktivlərin dəyərinin müəyyən  edilməsi zərurəti meydana çıxır. 
8) Vergitutma. Biznesin dəyərinin qiymətləndirilməsi vergitutma 
şə
rtlərini aşkara çıxarır. 
9)  Əsaslandırılmış  idarəetmə  qərarlarının  qəbulu.  İnflyasiya 
müəssisəsinin  maliyyə  hesabatlılığını  təhrif  edir.  Odur  ki, 
ə
mlakın  müstəqil  qiymətləndiricilər  tərəfindən  dövri  olaraq 
yenidən qiymətləndirilməsi zəruridir. 
10)  Biznesin  inkişafının  investisiya  layihəsinin  həyata 
keçirilməsi.Bu  halda  müəssisənin,onun  xüsusi  kapitalının  və 
layihənin  əsaslandırılması  üçün  biznes  aktivlərinin  ilkin 
dəyərini müəyyəm etmək lazımdır. 
Ə
gər 
alqı-satqı 
sövdələşməsinin, 
kreditləşmənin, 
sığortalamanın, icarə və  ya lizinqin obyekti müəssisə əmlakının 
hər  hansı  elementi  sayılırsa,  eləcə  də  əmlaka  vergi  müəyyən 



 
edildiyi vaxtda zəruri obyekt məsələn, daşınmaz əmlak, maşın və 
avadanlıqlar, qeyri-maddi aktivlər ayrıca qiymətləndirilir. 
Ə
mlak 
kompleksi 
dəyərinin 
qiymətləndirilməsinin 
inandırıcılığı  və  doğruluğu  xeyli  dərəcədə  qiymətləndirmənin 
istifadə  sahəsinin,  yəni  alqı-satqı,  kreditin  alınması,  sığorta, 
vergitutma  və  s.  nə  dərəcədə  düzgün  müəyyən  edilməsindən 
asılıdır.  Əks  halda  eyni  bir  vaxt  anında  qiymətləndirilən  eyni 
obyekt  qiymətləndirmənin  məqsədindən  asılı  olaraq  müxtəlif 
dəyərə  malik  olacaqdır,  çünki  dəyər  müxtəlif  metodlarla  və 
müxtəlif subyektlər tərəfindən qiymətləndiriləcəkdir.  
Müxtəlif  subyektlər  tərəfindən  biznesin  qiymətləndirilməsi 
məqsədlərinin təsnifatı aşağıdakı kimi aparılır: 
1.Hüquqi  şəxs  kimi  müəssisə.  Bu  zaman  qiymətləndirmə 
məqsədləri  bunlardır:  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi, 
inkişaf planlarının işlənib hazırlanması, səhmlərin buraxılması, 
menecmentin effektivliyinin qiymətləndirilməsi. 
2.Mülkiyyətçi
Bu 
zaman 
qiymətləndirmə 
məqsədləri: 
mülkiyyətə  sərəncam  variantının  seçimi;  restrukturizasiya 
zamanı  birləşdirici  və  bölüşdürücü  balansların  tərtibi; 
müəssisənin  və  ya  onun  payının  alqı-  satqı  qiymətinin 
ə
saslandırılması;  müəssisənin  nizamlı  olaraq  ləöv  edilməsi 
zamanı gəlirin ölçüsünün müəyyən olunması. 
3.Kredit  müəssisələri.  Bu  zaman  qiymətləndirmə  məqsədləri: 
borc  götürmənin  maliyyə  qabiliyyətsizliliyinin  yoxlanılması; 
girov kimi verilən ssudanın ölçüsünün müəyyən edilməsi. 
4. Sığorta  müəssisələri. Bu zaman məqsədlər: sığorta haqqının 
ölçüsünün  müəyyən  edilməsi;  sığorta  ödəmələri  məbləğinin 
müəyyən edilməsi. 
5.  Fond  birjaları.  Bu  zaman  qiymətləndirmə  məqsədləri:  
konyuktur xarakteristikaların hesablanması; qiymətli kağızların 
kartirovkalarının əsaslılığının yoxlanması. 
6.İ
nvestorlar. Bu zaman qiymətləndirmə məqsədləri: investisiya 
qoyuluşlarının 
məqsədəuyğunluğunun 
yoxlanması; 



 
müəssisənin  investisiya  layihəsinə  daxil  edilməsi  üçün  onun 
alışı üzrə ehtimal olunan qiymətin müəyyən edilməsi. 
7.  Dövlət  orqanları.  Bu  zaman  qiymətləndirmə  məqsədləri: 
müəssisənin  özəlləşməyə  hazırlanması;  müxtəlif  vergi  növləri 
üçün  vergitutma  bazasının  müəyyən  edilməsi;  müflisləşmə 
proseduru  vasitəsilə  məcburi  ləğvetmədən  gəlirlərin  müəyyən 
edilməsi; məhkəmə məqsədləri üçün qiymətləndirmə. 
Qiymətləndirmənin  məqsədi  müştəriyə  lazım  olan  dəyər 
növünün  müəyyən  edilməsi  sayıla  bilər.  Bu  cür  məqsədli 
qiymətləndirmə növləri aşağıdakılardır:  
-
  Azərbaycan  Respublikasına,  onun  subyektlərinə,  bələdiyyə 
təşkilatlarına  tam  və  qismən  məxsus  olan  qiymətləndirmə 
obyektlərinin sövdələşməyə cəlb olunması : 
-
  İnvestisiya layihələndirilməsi; 
-
  əmlakın nizamnamə kapitalına salınması; 
-
  əmlak hüquqlarının payının müəyyən edilməsi; 
-
  mülkiyyət hüquqlarının verilməsi; 
-
  icarə, etibarlı idarəetməyə verilməsi, lizinq; 
-
  alqı- satqı, dəyişmələr, digər özgəninkiləşdirmə; 
-
  bölgü, əmlakın vərəsəliyə verilməsi, bağışlanması; 
-
  əmlakın,girovun siğortalanması; 
-
  vergilərin, yığımların, rüsumların hesablanması; 
-
  hesabatda əks olunması; 
-
  borc öhdəliklərinin bağışlanması. 
-
  müsabiqələrin, hərracların, ticarətin aparılması; 
-
  zərərin ləğv olunması və ödənilməsi; 
-
  əmlak mübahisələrinin həll olunması, müsadirə olunması. 
Qiymətləndirmənin  məqsədi  müəssisənin  ayrı  –ayrı 
elementlərinin  dəyərinin  qiymətləndirilməsi  ola  bilər.  O, 
aşağıdakı hallarda aparıla bilər: 
-
  əmlakının hər hansı hissəsinin satışı; 
-
  əmlakın bir hissəsinin girovu altında kreditin alınması; 
-
  əmlakın  siğortalanması  və  bununla  əlaqədar  siğorta  olunan 
ə
mlakın dəyərinin müəyyən edilməsi; 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə