Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   24   25   26   27   28   29   30   31   32

107 
 
Çevrilmə 
Cəmiyyət  məhdud  məsuliyyətli  cəmiyyətə  və  ya 
istehsal  kooperativinə  şevrilə  bilər.Bu  zaman 
yeni  yaradılmış  hüquqi  şəxs  yeni  təşkil  olunan 
cəmiyyətin  bütün  hüquq  və  öhdəliklərini  öz 
üzərinə keçirir. 
İ
riləşdirmə 
Törəmə  və  asılı  cəmiyyətlərin  yaradılması  yolu 
ilə  müəssisənin  yenidən  qurulması.Cəmiyyət  o 
zaman  törəmə  hesab  olunur  ki,əsas  təsərrüfat 
cəmiyyəti  onun  nizamnamə  kapitalında  üstün 
iştirakı  səbəbindən  belə  cəmiyyətin  qəbul  etdiyi 
qərarları  müəyyənləşdirmək  imkanına  malikdir. 
Törəmə  cəmiyyətləri  sas  cəmiyyətin  borclarına 
cavabdeh  deyil.Əgər  cəmiyyətin  səs  verən  
səhmlərinin 20%-i digər cəmiyyətə məxsusdursa, 
o  asılı  hesab  olunur.  Belə  ki,  cəmiyyət  müəssisə 
bazarında  yaradılacaqsa,  onun  fəaliyyətinə  tam 
nəzarət  etmək  vacibdir,  onu  da  deyək  ki,  qız 
müəssisəsinə  sahib  olmaq  onun  vahid  təsisatçısı 
olmaq sərfəlidir.Törəmə cəmiyyətləri açmaq yolu 
ilə yenidən təşkil variantı yeni yaradılan müəssisə 
üçün cəlbedicidir və qanunvericiliyə zidd deyil. 
                                        
 
Biznesin  yenidən  qurulması  imkanı  o  zaman  yaranır  ki, 
kampaniyanın  cari  və  potensial  dəyəri  arasında  dəyər 
uyğunsuzluğu - yəni müəssisənin mövcud şəraitdə cari dəyəri ilə 
yenidən  qurulduqdan  sonra  müəssisə  cari    dəyəri  arasında  fərq 
yaranır. Dəyər uyğunsuzluğu aşağıdakı kimi hesablanır: 
' = (∆( )* + (++)* − (İ)* − (,)*-  
                                    
burada,  NPV    yenidənqurmanın  səmərəsinin  cari  xalis 
dəyəri; 
∆( )* −yenidənqurmadan əldə olunan əlavə mənfəət 
N - yenidənqurmadan sonrakı dövr 


108 
 
(EE)n - istehsalın diversifikasiyası hesabına əlavə mənfəət və 
istehsal xərclərinə qənaət 
(İ)n - yenidənqurmaya yönəldilən əlavə investisiyalar 
(T)
 
n
  
- vergi ödəmələrinin artımı (qənaət) 
r - cari dəyər əmsalıdır. 
 
 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


109 
 
Mövzu 15. 
Antiböhran idarəetmə şəraitində biznesin 
qiymətləndirilməsi. 
Plan: 
1.
 Antiböhran  idarəetmə  şəraitində  biznesin 
qiymətləndirilməsi məqsədilə. 
2.
 Antiböhran  idarəetmə  şəraitində  biznesin 
qiymətləndirilməsi metodları. 
3.
 Borclunun əmlakının qiymətləndirilməsi. 
4.
 Müəssisənin 
ləğvetmə 
dəyərinin 
qiymətləndirilməsi. 
 
Antiböhran  idarəetmə  gedişində  həm  biznesin 
(müəssisənin) özünün, həm də onun müxtəlif elementlərinin 
dəyərinin  qiymətləndirilməsinə  ehtiyac  yaranır.  Belə  işlər 
daha çox həyata keçirilir: 
-
  borcların quruluş dəyişməsi zamanı. 
-
  müflislik prosedurasının aparılması. 
-
  müəssisələrin 
aktivlərin, 
ə
sas 
vəsaitlərin, 
kapital 
qoyuluşlarının quruluş dəyişmələri.     
Antiböhran 
idarəetmənin 
xüsusiyyəti 
dəyərin 
müxtəlif  növlərindən  istifadəni  nəzərdə  tutulur.  Lakin 
qiymətləndirici  onların  bir  neçəsinin  seçilməsi  ilə 
məhdudlaşır: 
 
 
 
 
 
 
 
 


110 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
Şə
kil  15.1.  Antiböhran  idarəetmə  zamanı  biznesin 
qiymətləndirilməsinin məqsədləri. 
                                                                                   Cədvəl 15.1 
Antiböhran idarəetmə zamanı dəyərin bəzi növlərinin 
seçilməsinin məhdudlaşdırılması.                                    
Dəyərin növləri 
Məhdudiyyətlər 
Ə
saslandırılmış  bazar 
dəyəri 
Müəssisə  antiböhran  zamanı  istifadə 
olunan  dəyər  növlərindən  biridir.Arbitraj 
idarəolunması  üçün  dəyərin  bu  növü 
müşahidə,  xarici  idarəçilik  və  maliyyə 
sağlamlaşdırılması  mərhələlərində  tətbiq 
olunur.Müsabiqə  istehsalı  şəraitində  belə 
dəyəri  müəyyənləşdirmək  mümkün  deyil. 
Belə ki, əmlakın satışı könüllü sövdələşmə 
Antiböhran idarəetmə zamanı 
müəssisənin (biznesin) dəyərinin 
qiymətləndirilməsi məqsədləri  
İ
nvestisiya 
cəlbediciliyinin 
yüksəldilməsi 
 
  
Müəssisə 
aktivlərinin 
idarəedilməsinin 
səmərəliliyinin 
yüksəldilməsi 
 
Hüquqi 
şə
xslərin 
vergiyə cəlb 
olunmasının 
optimallaşdırıl
ması 
Münaqişəsiz 
xarici 
idarəçiliyin 
təkmilləşdirilmə
si 
Müəssisənin 
yenidən 
təşkilinin həyata 
keçirilməsi 


111 
 
hesab  olunmur.Ona  görə  ki,  müsabiqə 
idarəedicisi  əmlakı  məhkəmənin  qərarına 
görə  satır,  satılan  əmlak  tez  bir  zamanda 
satılır,  əmlakın  satışı  zamanı  bazar 
konyukturası  nəzərə  alınmır,  bu  da 
aktivləri 
maksimal 
yüksək 
qiymətə 
satmağa imkan vermir. 
Balans dəyəri 
Müəssisə  onun  müxtəlif  aktivlərinin 
bazarda real dəyərini əks etdirmir. 
Təkrar istehsal dəyəri 
Ondan  istifadə  məqsədyönlü  deyil,  çünki 
antiböhranın əsas məqsədi fəaliyyətdə olan 
müəssisə  sabitliyinin  təmin  olunmasıdır, 
yenisinin  yaradılması  deyil,  fəaliyyətdə 
olan 
müəssisə 
sabitliyinin 
təmin 
olunmasıdır. 
Ə
vəzetmə dəyəri 
İ
stifadəsi  məqsədəuyğun  deyil,  çünki 
antiböhranın 
ə
sas 
məqsədi 
yeni 
müəssisənin  yaradılması  deyil  fəaliyyətdə 
olan 
müəssisənin 
sabitliyinin 
təmin 
olunmasıdır. 
İ
nvestisiya dəyəri 
Arbitraj  idarəolunması  zamanı  xarici 
idarəetmə  mərhələlərində  istifadə  oluna 
bilər.  Belə  ki,  bu  halda  müəssisə  konkret 
investora  satılır  və  o  müəssisənin  gələcək 
gəlirlərinə sahib olur. 
Vergiyə 
cəlbetmə 
dəyəri 
Böhranlı  müəssisələrdə  iş  prosesində 
böhran  əleyhinə  idarəedicilər  tərəfindən 
nadir hallarda istifadə olunur. 
Ləğvetmə dəyəri 
Tamam  köhnəlmiş  avadanlıq  üçün  satış 
qiymətinin 
müəyyən 
edilməsi 
üçün 
hesablanır.Bu  dəyər  tam  mənada  arbitraj 
idarəetmədə,  xüsusilə  müsabiqə  istehsalı 
mərhələsində tətbiq olunur. 


112 
 
Sıradançıxma dəyəri 
Müəssisə  müsabiqə  istehsalı  mərhələsində 
olduqda hesablamaq əlverişlidir. 
Antiböhran  və  arbitraj  idarəetmə  şəraitində  tətbiq  olunan 
qiymətləndirmə  metodlarının  özünəməxsus  tətbiq  sferası  və 
miqyası mövcuddur. 
Cədvəl 15.2 
Antiböhran və arbitraj idarəedilməsində tətbiq 
olunan qiymətləndirmə metodları 
Tətbiq sahəsi  
Qiymətləndirmə metodları 
Böhran 
ə
leyhinə 
idarəolunma 
Diskontlaşdırılmış  pul  axınları  (30%), 
xərc 
yanaşması 
(28%), 
gəlirlərin 
kapitallaşdırılması (19%), kapital bazarı 
(9%), sövdələşmə (8%), sahəvi əmsallar 
(5%), real opsionlar (1%). 
Arbitraj idarəolunması 
Ləğvetmə  dəyəri    (43%),  xalis  aktivlər  
(28%),  diskontlaşdırılmış  pul  axınları 
(20%),  gəlirlərin  kapitallaşdırılması 
(7%),  real  opsionlar  (1%),  müqayisə 
yanaşması (1%). 
 
Böhran  müəssisəsi  dəyərinin  qiymətini  qiymətləndirici 
ümumi  qəbul  olunmuş  yanaşmaların  köməyilə  həyata  keçirilə 
bilər:  gəlir,  müqayisə,  məsrəf.  Lakin,  qiymətləndirmə 
fəaliyyətində  ən  çox  gəlir  yanaşmasının  metodlarından  geniş 
istifadə olunur.
 
Müsabiqə  istehsal  prosesində  əmlak  sıradançıxma  dəyəri 
üzrə qiymətləndirilir. Müsabiqə idarəedicisi borclunun əmlakının 
qiymətləndirilməsini  həyata  keçirir,  bu  prosesə  müstəqil 
qiymətləndiriciləri və digər mütəxəssisləri cəlb edirlər. Əmlakın 
qiymətləndirilməsi  üzrə  xidmətin  ödənilməsi  borclunun  əmlakı 
hesabına həyata keçirilir və ya kreditorların ümumi yığıncağı ilə 
müəyyənləşdirilmiş digər ödəniş mənbəyindən ödənilir. Daşınan 


113 
 
ə
mlakın qiymətləndirilməsi sərbəst qiymətləndirici cəlb etmədən 
yığıncağın qərarı ilə həyata keçirilə bilər. 
Müəssisənin ləğvetmə dəyərinin qiymətləndirilməsi 
aşağıdakı hallarda həyata keçirilir: 
• Şirkət müflisləşmə vəziyyətində olduqda və ya onun fəaliyyət 
göstərən müəssisə kimi qalmaq qabiliyyətinə rəğmən ciddi 
ş
übhələr olduqda; 
• Şirkətin ləğvetmə zamanı dəyərinin onun fəaliyyətinin davam 
etdirmək iqtidarında olduğuna nisbətdə yüksək olduqda. 
 Müəssisənin  iflası  və  ləğv  edilməsi  vəziyyəti  fövqəladə  hal 
sayılır.  Ödəmələr  probleminin  müsbət  həlli  ehtimalı,  eləcə  də 
müəssisənin işçilərinin maddi rifahı iləbağlı məsələlərin müsbət 
həlli ləğv olunan müəssisənin əmlakının dəyərindən asılıdır. 
Müflisləşmə  halında  müəssisənin  ləğvetmə  dəyərinin 
qiymətləndirilməsi  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Bunu  da 
qiymətləndirici  mütəxəssislər,  sifarişçilər  və  digərləri  öz 
fəaliyyətlərində nəzərə almalıdırlar. 
Müəssisənin  ləğvetmə  dəyərinin  aşağıdakı  3  növü 
mövcuddur: 
1)
  Nizamlı ləğvetmə dəyəri. Məqbul vaxt dövrü ərzində həyata 
keçirilən  müəssisə  aktivlərinin  satışıdır  ki,  bunun  da 
nəticəsində  satılan  aktivlərə  görə  yüksək  qiymət  almaq  olar. 
Müəssisənin  daşınmaz  əmlakının  daha  az  likvidliyi  üçün  bu 
dövr 2 ilə qədər təşkil edir. 
2)
  Məcburi  ləğvetmə  dəyəri.  Bu  zaman  aktivlər  mümkün 
olduğundan  daha  tez  satılır  (çox  vaxt  eyni  vaxtda  və  eyni 
hərracda). 
3)
  Müəssisənin aktivlərinin mövcudluğuna sonvermə dəyəri. 
Bu  zaman  müəssisə  aktivləri  satılmır,silinir  və  məhv  olunur. 
Həmin  yerdə  xeyli  iqtisadi  və  ya  sosial  səmərə  verən  yeni 
müəssisə  tikilir.  Bu  halda  müəssisənin  dəyəri  mənfi  kəmiyyət 
sayılır.  Belə  ki,  aktivlərin  ləğvi  üçün  müəyyən  xərclər  tələb 
olunur. 


114 
 
Müəssisənin  likvid  dəyərinin  hesablanması  aşağıdakı 
mərhələlərdən keçir: 
1)
  Son balans hesabatı götürülür. 
2)
  Aktivlərin ləğvinin təqvim qrafiki işlənib hazırlanır. Belə ki, 
müəssisənin  müxtəlif  növ  aktivlərin  satışı  müxtəlif  vaxt 
dövrlərini tələb edir. 
3)
  Aktivlərin dəyərindən ümumi gəlir müəyyən edilir. 
4)
  Aktivlərin  qiymətləndirilən  dəyəri  birbaşa  xərclərin 
kəmiyyəti  qədər  azaldılır  (qiymətləndirilən  və  hüquqi 
firmaların 
komisyon 
haqqları, 
vergi 
və 
yığımlar). 
Qiymətləndirilən  aktivlərin  təshih  dəyəri  bu  satışla  bağlı 
riskləri  nəzərə  alan  diskont  dərəcəsi  üzrə  qiymətləndirmə 
tarifinə diskontlaşdırılır. 
5)
  Aktivlərin  likvid  dəyəri  onların  satışa  qədər  aktivlərə 
sahibliklə bağlı məsrəflər qədər azaldılır. Buraya: hazır məhsul 
ehtiyatlarının,bitməmiş 
istehsalın 
saxlanması 
xərcləri, 
avadanlıq, maşın mexanizmləri, daşınmaz əmlak obyektlərinin 
saxlanması 
xərcləri, 
müəssisənin 
ləğv 
edilməsinin 
qurtarmasına  qədər  həyata  keçirilən  idarəetmə  xərcləri. 
Müvafiq  xərclərin  diskontlaşdırılması  müddəti  müəssisənin 
aktivlərinin satışı təqvim ilinə qədər müəyyən olunur. 
6)
  Likvid  dövrünün  əməliyyat  mənfəəti  (zərəri)  əlavə 
olunur(çıxılır). 
7)
  Müəssisə  işçilərinin  istirahət,  yardımlarına  və  ödəmələrinə 
üstün hüquqları, likvid müəssisənin əmlakının girovu ilə təmin 
olunan  öhdəliklərə  kreditlərin  tələbatı,  büdcə  və  qeyri-büdcə 
fondlarına  mütləq  ödəmələr  üzrə  borclar,digər  kreditorlarla 
bağlı hesablaşmalar çıxılır. 
Müəssisənin  likvid  dəyəri  bütün  balans  aktivlərinin  təshih 
olunmuş  dəyərindən  müəssisənin  ləğvi  ilə  bağlı  cari  xərclərin 
məbləği və bütün öhdəliklərin çıxılması yolu ilə hesablanır. 
Ə
gər  iflas  vəziyyəti  aşağı  idarəetmə  səviyyəsi  ilə 
səciyyələnirsə,  onda  likvid  dəyəri  kəmiyyətinin  hesablamaları 
nəticəsində  alınan  təshih  lazım  deyil.  Əgər  iflasın  səbəbi 


115 
 
obyektin  yerləşmə  vəziyyəti,  xarici  şərait  ,ümumi  iqtisadi 
vəziyyət,  vergi  siyasəti    və  s.  sayılırsa  ,onda  müəssisənin 
ləğvetmə  dəyərinin  alınmış  kəmiyyəti  azaltmağa  döğru  təshih 
olunur. 
Müəssisənin  ləğvetmə  dəyərinin  qiymətləndirilməsinin  bir 
neçə üsullarından istifadə etmək məqsədə uyğundur. 
1)Aktivlərin  bazar  dəyərinin  qiymətləndirilməsi  (xalis 
aktivlər  metodu).  Bu  metod  son  hesabat  tarixinə  balans 
ə
sasında  müəssisə  əmlakının  inventarizasiyası  ilə  eyni  vaxtda 
qiymətləndirmə  həyata  keçirilir.  Qiymətləndirmənin  müfəssəl 
aparılması  dərəcəsi  qiymətləndiricinin  sərəncamına  təqdim 
olunan  informasiya  tamlığından,  etibarlılığından  asılıdır.  Bu 
halda likvid dəyərinin kəmiyyəti bazar dəyərinin xalis aktivlər 
metodu ilə alınan kəmiyyətinə bərabər götürülür və marketinq 
tədqiqatları və əməliyyatları kimi amillərlə müəyyən edilir. Bu 
halda müəssisənin ləğvi proseduru marketinqlə bağlı dövrü 18 
aya qədər götürülür. Likvid dəyərinin qiymətləndirilməsinin bu 
növündə ehtimal olunan maraqlı şəxslər, təsisçilər, səhmdarlar 
sayılır. 
2)Klassik  hərrac  üsulu  ilə.  Bu  zaman  qiymətləndirməni  
müəssisənin əmlakınının ayrı-ayrı satışı yolu ilə yerinə yetirir. 
Müəssisənin  ləğv  dəyərinin  qiymətləndirilməsi  aşağıdakı 
hallarda aparılır: 
-
  kampaniya müflisləşmə vəziyyətindədir və ya onun fəaliyyətdə 
qala biləcəyinə şübhə vardırsa. 
-
  ləğv  etmə  zamanı  kampaniyanın  dəyəri  fəaliyyətini  davam 
etdirdiyi halda olduğundan yüksəkdirsə. 
Müflislik vəziyyəti və müəssisənin ləğvi fövqəladə hal hesab 
olunur.  Ödənişlərin  pozitiv  (müsbət)  həlli  ehtimalı,  həmçinin 
müəssisə  işçilərinin  maddi  rifahı  ilə  əlaqədar  suallar  və 
problemlər  ləğv  olunan  müəssisənin  əmlakının  qiymətindən 
asılıdır.  Müəssisənin  ləğv  dəyərinin  qiymətləndirilməsi 
(müflislik halında) bir sıra xüsusiyyətlərdən asılıdır ki, onları da 
qiymətləndirən sifarişçi və digər tərəflər nəzərə almalıdırlar.
 


116 
 
Ləğvetmə dəyərini üç növə bölmək lazımdır:     
              
                                                                 Cədvəl 15.3 
         Ləğvetmə dəyərinin növləri                                              
Ləğvetmə  dəyərinin növləri  Ləğv 
dəyərinin 
növlərinin 
xarakteristikası 
Nizamlı ləğvetmə dəyəri 
Müəssisə  aktivlərinin  ağla  sığan 
zaman 
müddətində 
yüksək 
qiymətlərə  satıla  biləcəyi  prosesin 
həyata  keçirilməsi.Daha  az  likvidli 
ə
mlak  üçün  müəssisəyə  2  il  vaxt 
lazımdır. 
Məcburi ləğvetmə dəyəri 
Aktivlər  nə  qədər  imkan  vardırsa, 
tez satılır. 
Müəssisə 
aktivlərinin 
mövcudluğuna 
sonvermə 
dəyəri 
Müəssisə  aktivləri  satılmır,  silinir 
və  məhv  edilir,  onun  yerində 
ə
həmiyyətli  iqtisadi  ya  da  sosial 
səmərə 
verən 
yeni 
müəssisə 
qurulur.Bu 
halda 
müəssisənin 
dəyəri  izafi  kəmiyyətdir.Belə  ki, 
aktivlərin 
ləğvinə 
müəyyən 
məsrəflər tələb olunur. 
 
Hüquqi şəxslərin ləğvinin ümumi qaydaları əsasında hüquqi 
şə
xslərin  ləğvinin  onun  yenidən  təşkilində  əsas  fərqi  ondan 
ibarətdir ki, ləğv etmə hüquq dəyişkənliyini nəzərdə tutmur.
 
Hüquqi 
şə
xsin 
(müəssisənin) 
könüllü 
ləğvi 
onun 
iştirakçılarının  qərarları  əsasında  mümkündür.  İştirakçıların 
qərarlarına  görə  hüquqi  şəxslərin  ləğvinin  əsasını  aşağıdakılar 
təşkil edir: 
-
  hüquqi şəxsin yarandığı müddətin başa çatması. 
-
  onun yaradılması üçün məqsədə çatılması. 


117 
 
-
  hüquqi  şəxsin  qeydiyyatının  məhkəmə  tərəfindən  etibarsız 
hesab olunması. 
Məsələn,  əgər  ikinci  və  hər  sonrakı  maliyyə  ilinin  sonunda 
cəmiyyətini  səhmdarlarına  təsdiqə  verilmiş  illik  mühasibat 
balansına  və  auditor  yoxlaması  nəticələrinə  uyğun  olaraq 
cəmiyyətin  xalis  aktivlərinin  dəyəri  minimal  nizamnamə 
kapitalına həcmindən az olarsa,                       cəmiyyəti özünün 
ləğvi haqqında qərar qəbul etməlidir.
 
Qanunvericilik  onun  ləğvi  haqqında  qərar  qəbul  edəndə 
hüquqi  şəxsi  iştirakçılarının  araşdırılmasını  məhdudlaşdırmır. 
Ona  görə  səhmdarlar-səs  verən  səhmlərin  sahibləri  müəyyən 
edilmiş  qaydada  onların  müəyyən  etdiyi  istənilən  səbəblərdən 
fəaliyyətinin  davam  etdirilməsinin  məqsədyönlü  olmaması  ilə 
ə
laqədar müəssisənin ləğvi haqqında qərar qəbul edə bilərlər. 
Müəssisənin  ləğvetmə  dəyərinin  hesablanılması  aşağıdakı 
mərhələlər üzrə aparılır:          
Böhran 
ə
leyhinə 
idarəetmə.Uyğun 
məsrəflərin 
diskontlaşdırılması  müddəti  müəssisənin  aktivlərinin  satışının 
təqvim qrafikinə uyğun müəyyənləşdirilir.
 
-
  Ləğvetmə dövrünün əməliyyat mənfəəti (zərəri) üstünə gəlinir 
və ya çıxarılır. 
-
  Müəssisənin işçilərinə istirahət müavinətləri və ödəmələr üzrə 
üstün hüquqlar, öhdəliklər üzrə kreditorların tələbləri, məcburi 
büdcəyə  və  büdcədənkənar  fondlara  ödəmələr  üzrə  borclar, 
digər kreditorlarla hesablaşmalar çıxılır. 
Müəssisənin  ləğvetmə  dəyəri  bütün  aktivlərin  verilmiş 
dəyərindən  müəssisənin  ləğvi  ilə  əlaqədar  cari  məsrəflərin  və 
bütün öhdəliklərin məbləğinin çıxılması yolu ilə hesablanır.
 
Müəssisənin ləğvetmə dəyərini hesablayarkən onu müflisliyə 
gətirib çıxaran amillər bir daha nəzərdən keçirilir. Əgər müflislik 
idarəetmənin zəifliyi nəticəsində yaranmışsa, ləğvetmə dəyərinin 
həcmini  hesablayarkən  aparılmış  hesablamalara  düzəliş  lazım 
deyil. Əgər müflisliyin səbəbi obyektin yerləşməsi, xarici şərait, 


118 
 
ümumi  iqtisadi  vəziyyət,  vergi  siyasəti  və  s.  olarsa,  ləğvetmə 
dəyərinə azalma istiqamətində düzəliş verilir. 
Ləğvetmə  dəyərini  qiymət  üçün  bir  neçə  üsuldan  istifadə 
olunur: 
                                                                 Cədvəl 15.4                           
             Ləğvetmə  dəyərinin qiymətləndirilməsi üsulları                   
Qiymətləndirmə 
üsulları 
Qiymətləndirmə üsullarının xarakteristikası 
Aktivlərin  bazar 
dəyərinin 
hesablanması 
(xalis 
aktivlər 
metodu) 
Sonuncu  hesabat  tarixinə  və  eyni  zamanda 
qiymətləndirmə 
tarixinə 
müəssisə 
ə
mlakın 
inventorlaşdırılması  ilə  eyni  zamanda  balans 
ə
sasında  həyata  keçirilir.  Qiymətləndirmənin  detallı 
aparılması qiymətləndiricinin əlində olan məlumatın 
tamlığı və həqiqiliyindən asılıdır. Bu halda ləğvetmə 
dəyəri xalis aktivlər metodu ilə alınan bazar dəyərinə 
bərabərdir 
və 
marketinq 
tədqiqatları 
və 
ə
məliyyatlarının  müddəti  (18  aya  qədər)  və 
marketinqlə  və  müəssisənin  ləğvi  prosedurası  ilə 
ə
laqədar  məsrəflər  kimi  amillərlə  müəyyənləşdirilir. 
Ləğvetmə dəyərinin qiymətləndirilməsində daha çox 
maraqlı  olan  şəxslər-təsisçilər  və  səhmdarlardır 
(hansılar  ki,  müəssisəni  indiki  şəkildə  saxlamaq 
istəyirlər). 
Klassik 
hərrac 
üsulu 
Qiymətləndirmə  müəssisənin  əmlakının  bölünərək 
satılması yolu ilə həyata keçirilir. 
Müflisləşmənin 
surətləndirilmiş 
prosedurları 
Qiymətləndirmənin bu üsulunda təşkilat-borclu üçün 
səmərəli 
sahibkar 
axtaran 
bütün 
orqanlar 
maraqlıdırlar.  Dəyərin  bu  növü  normativ-hesablama 
ləğvetmə  dəyəridir  ki,  bu  da  müəssisənin  plan  üzrə 
ləğvi zamanı lazımdır. Nəticədə iki müəssisə yaranır 
ki, onlardan biri borclarla, lakin əmlaksız, digəri isə 
borclarsız əmlak sahibidir. 


119 
 
Tövsiyyə  olunan ədəbiyyat siyahısı 
 
1. X.H.Kazımlı “Qiymətləndirmənin əsasları”, Bakı 2008. 
2.X.H.Kazımlı,  Ş.A.Ağabəyov,  Ə.X.Kazımova    “Əmlakın 
qiymətləndirilməsi”, Bakı 2011. 
3.A.B.Abbasov və başqaları “Biznesin təşkili və idarə edilməsi”, 
Bakı 2011. 
4.I.Q.Quliyev,S.I.Hümbətova 
‘Biznesin(müəssisənin) 
qiymətləndirilməsi’,metodik vəsait,Bakı 2015  
4.  М.В.Акулич  «Оценка  стоимости  бизнеса»,  Питер  Пресс 
2009. 
5.Н.Е.Симонова, 
Р
.Ю.Симонов 
«Оценка 
стоимости
 
предприятия
» (бизнеса), Москва 2010. 
6.В.А.Щербаков, 
Н
.А.Щербакова 
«Оценка 
стоимости
 
предприятия
»(бизнеса), Москва 2012. 
7. С.В.Валдайцев «Оценка  бизнеса»: учебник, М:ТК Велди: 
Проспект
, 2008. 
8.Козырь 
Ю
.В. 
«Стоимость 
компании

оценка
 
и
 
управленческие
 решения», М: Альфа-Пресс, 2004. 
9. Ечерев И.А. «Стоимость бизнеса: исскуство управления», 
М
. Дело, 2003. 
10.  Есипов  В.Е.,  Маховикова  Г.А.,  Терехова  В.В.  «Оценка  
бизнеса
», СПВ: Питер, 2001. 


120 
 
 
 
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə